Dünyanın ən gözəl bağçası
-
0:06 - 0:10Bu, 2007-ci ildə dizayn etdiyimiz uşaq bağçasıdır.
-
0:10 - 0:14Biz onu dairə formasında tikmişik.
-
0:14 - 0:17Binanın damında dayanmadan dövrə vurmaq olur.
-
0:17 - 0:20Valideynsinizsə yəqin bilirsiniz ki,
-
0:20 - 0:24uşaqlar fırlanmağı çox sevirlər.
-
0:25 - 0:28Binanın damı belə görünür.
-
0:28 - 0:30Nəyə görə belə tikmişik?
-
0:30 - 0:33Bağça direktoru mənə:
-
0:33 - 0:35"Sürahilərin olmasını istəmirəm" dedi.
-
0:35 - 0:37Mən isə ona "Bunsuz mümkün deyil" dedim.
-
0:37 - 0:44Amma o, israr edirdi: "Damın kənarlarından tor assaq necə olar?
-
0:44 - 0:46Uşaqlar yıxılsalar üstünə düşsünlər."
-
0:46 - 0:47(Gülüş)
-
0:47 - 0:50Mən ona "Olmaz." dedim.
-
0:50 - 0:53Təbii ki, dövlət işçiləri də,
-
0:53 - 0:56"Sürahilər mütləq olmalıdır" dedilər.
-
0:58 - 1:02Həmin tor ideyasını ancaq ağacların
ətrafında tətbiq etdik. -
1:02 - 1:05Binanın içində üç ağac var.
-
1:05 - 1:11Bu torları da sürahi adlandırmağımıza
icazə verdilər. -
1:11 - 1:14Ancaq tamam başqa məqsədlə
istifadə edilir. -
1:14 - 1:17Onlar torun üstünə yığılırlar.
-
1:17 - 1:20Uşaqlar da
-
1:20 - 1:23yığıldıqca
-
1:23 - 1:25yığılırlar.
-
1:25 - 1:26(Gülüş)
-
1:26 - 1:29Bəzən bir ağacın ətrafına 40-a yaxın
uşaq yığışır. -
1:32 - 1:33Budaqda gördüyünüz bu oğlan
-
1:33 - 1:35ağacı o qədər sevir ki, onu yeyir.
-
1:35 - 1:38(Gülüş)
-
1:39 - 1:41Hər hansısa tədbir keçiriləndə,
-
1:41 - 1:43onlar damın kənarında otururlar.
-
1:44 - 1:47Aşağıdan bu çox şirin görünür.
-
1:47 - 1:49Lap zooparkı meymunlara oxşayırlar.
-
1:49 - 1:53(Gülüş)
-
1:53 - 1:54Yemləmə vaxtıdır.
-
1:54 - 1:59(Gülüş)
(Alqışlar) -
2:01 - 2:03Damı mümkün qədər alçaq etmişik,
-
2:03 - 2:08çünkü biz uşaqları damın təkcə altında deyil,
-
2:08 - 2:10üstündə də görmək istəyirik.
-
2:10 - 2:14Dam çox yüksək olduqda ancaq tavanı görmək olur.
-
2:16 - 2:20Bu da ayaq yumaq üçün yerdir - hər növ
su kranı var. -
2:21 - 2:22Gördüyünüz çevik borular
-
2:22 - 2:25uşaqlarda dostlarını sulamaq istəyi oyadır,
-
2:25 - 2:27çimmək də olar.
-
2:27 - 2:30Bu kran isə normaldır.
-
2:30 - 2:31Ancaq gördüyünüz oğlan
-
2:31 - 2:33kranla çəkmələrini yumur,
-
2:33 - 2:35onları su ilə doldurmaqla məşğuldur.
-
2:35 - 2:37(Gülüş)
-
2:41 - 2:46Bağça ilin əksər vaxtı tamamilə açıq olur,
-
2:48 - 2:51içəridən və çöldən heç bir səddi yoxdur.
-
2:51 - 2:56Və bu o deməkdir ki, arxitektura əsasən damdan ibarətdir.
-
2:56 - 2:59Siniflər arasında da səddlər yoxdur.
-
2:59 - 3:03Akustik maneələr də yoxdur.
-
3:04 - 3:09Uşaqların çoxu sakit məkanda
-
3:09 - 3:13əməlli əsəbləşməyə başlayırlar.
-
3:13 - 3:15Amma bu bağçada
-
3:15 - 3:18əsəbləşməyə heç bir səbəb yoxdur.
-
3:18 - 3:21Çünki burada heç bir sədd yoxdur.
-
3:21 - 3:23Bağça müdiri deyir ki,
-
3:23 - 3:27əgər küncdə duran oğlan otaqda
olmaq istəmirsə -
3:27 - 3:29çıxıb gedə bilər.
-
3:29 - 3:32Bağça dairəvidir, hara da getsə
geri qayıdacaq. -
3:32 - 3:34(Gülüş)
-
3:37 - 3:40Demək isyədiyim, belə hallarda
-
3:40 - 3:42uşaqlar adətən gizlənməyi xoşlayırlar.
-
3:42 - 3:47Burda isə onlar gedib yenidən geri dönürlər.
-
3:47 - 3:49Bu da təbii prosesdir.
-
3:49 - 3:54İkincisi, səs-küyün olmasını çox vacib
hesab edirik. -
3:56 - 4:02Bilirsiniz ki, uşaqlar səsdə daha yaxşı yatırlar.
-
4:02 - 4:06Sakit yerdə isə yatmırlar.
-
4:06 - 4:08Bizim bağçada
-
4:08 - 4:13uşaqlar sinifdə yüksək konsentrasiya nümayiş etdirirlər.
-
4:15 - 4:22Bilirsiniz ki, əcdadlarımız da səs-küylü cəngəllikdə böyüyüblər.
-
4:22 - 4:24Onlara səs lazımdır.
-
4:24 - 4:28Həmçinin bilirsiz ki, dostlarınızla asanlıqla
səs-küylü yerdə danışa bilərsiz. -
4:28 - 4:32Səssiz olmalı deyilsiniz.
-
4:32 - 4:34Bilirsiz ki, indiki zamanda
-
4:34 - 4:39biz hər şeyə nəzarət etməyə çalışırıq.
-
4:40 - 4:42Bura isə tamam açıqdır.
-
4:42 - 4:45Məlumdur ki, qışda
-
4:45 - 4:51-20 dərəcə soyuqda xizək sürməyə
gedə bilirik, -
4:51 - 4:54yayda isə üzməyə gedirik.
-
4:54 - 4:5650 dərəcə isinmiş qumda günəşlənirik.
-
4:57 - 5:00Su keçirmirik.
-
5:00 - 5:03Yağışda ərimirik.
-
5:03 - 5:07Yəni bayırda olmaq üçün
yaranmışıq. -
5:07 - 5:10Biz uşaqlarla da məhz bu cür davranmalıyıq.
-
5:10 - 5:13Burda da sinifi bölməyə çalışırlar.
-
5:13 - 5:15Müəllimlərinə kömək etməlidirlər əslində.
-
5:15 - 5:18Ancaq etmirlər.
-
5:18 - 5:19(Gülüş)
-
5:23 - 5:25Bu uşaq da özü girib ora.
-
5:28 - 5:30Sinif otağıdır bu da.
-
5:30 - 5:32Bu isə əl-üzyuyandır.
-
5:33 - 5:36Burda yaxşı söhbət edirlər.
-
5:37 - 5:41Otaqların çoxunda ağac var.
-
5:44 - 5:47Aşağıdakı meymun yuxarıdakı meymunu tutmağa çalışır.
-
5:47 - 5:49(Gülüş)
-
5:49 - 5:51Daha çox meymun.
-
5:51 - 5:52(Gülüş)
-
5:52 - 5:57Hər sinif otağının damında, heç olmasa
bir pəncərə var. -
5:57 - 6:01Santa Claus da miladda burdan gəlir.
-
6:07 - 6:10Bu isə əlavə tikilidir,
-
6:10 - 6:14dairəvi bağçanın düz yanında inşa edilib.
-
6:14 - 6:20Cəmi 5 metr hündürlüyü var və 7 mərtəbəlidir.
-
6:20 - 6:22Tavan çox alçaq olduğundan
-
6:22 - 6:26təhlükəsizliyə fikir verməliyik.
-
6:26 - 6:30Sınaq üçün bir qız bir oğlana icazə veririk.
-
6:32 - 6:34İçəri girməyə çalışırlar.
-
6:36 - 6:38Başı dəyir.
-
6:39 - 6:43Yaxşıdır amma, kəlləsi möhkəmdir.
-
6:43 - 6:46Müqaviməti güclüdür.
O, mənim oğlumdur. -
6:46 - 6:48(Gülüş)
-
6:49 - 6:52Burada o, ağacdan tullanmağın nə qədər təhlükəsiz
olduğuna baxır. -
6:53 - 6:56Sonra digər uşaqları da içəri buraxdıq.
-
7:01 - 7:03Bilirsiniz ki, Tokioda çox tıxac olur.
-
7:03 - 7:05(Gülüş)
-
7:05 - 7:09Qabaqdakı sürücü necə sürəcəyini
öyrənməyə çalışır. -
7:09 - 7:12İndiki dövrdə
-
7:12 - 7:17uşaqlara azca da olsa təhlükə lazımdır.
-
7:19 - 7:21Belə vəziyyətlərdə
-
7:21 - 7:25onlar bir-birinə kömək etməyi öyrənirlər.
-
7:25 - 7:30Bu bir cəmiyyətdir və biz bu cür imkanları əldən veririk.
-
7:36 - 7:43Bu çertyoj saat 9.10-dan 9.30-a qədər bir
-
7:43 - 7:49oğlan uşağının hərəkət istiqamətini göstərir.
-
7:49 - 7:56Bağçanın dövrəsi 183 metrdir,
-
7:56 - 7:59elə də balaca deyil.
-
7:59 - 8:04Deməli, bu balaca səhər 6 min metr yol qət edib.
-
8:04 - 8:08Amma maraqlısı hələ qabaqdadır.
-
8:08 - 8:14Bu bağçada uşaqlar gündə orta hesabla 4000 metr hərəkət edirlər.
-
8:15 - 8:22Burdakı uşaqlar bağçalar arasında ən yüksək
-
8:22 - 8:26atletik göstəriciyə malikdirlər.
-
8:31 - 8:33Bağça müdiri həmişə deyir:
-
8:33 - 8:39"Mən onları məşq elətdirmirəm. Onları ancaq quzu sürüsü kimi
-
8:39 - 8:41damın üstünə buraxırıq."
-
8:41 - 8:42(Gülüş)
-
8:42 - 8:44Özləri üçün qaçırlar.
-
8:44 - 8:46(Gülüş)
-
8:47 - 8:52Mənim fikrimcə, onlara nəzarət etmək
-
8:52 - 8:55və həddindən artıq qorumaq lazım deyil,
-
8:55 - 8:59onlar hərdən yıxılmalıdırlar da.
-
8:59 - 9:02Azacıq xəsarət də almalıdırlar.
-
9:02 - 9:06Çünki bu onlara
-
9:06 - 9:09həyatda necə yaşamağı öyrədəcək.
-
9:12 - 9:19Düşünürəm ki, memarlıq dünyanı və insanların
-
9:19 - 9:21yaşayışını dəyişməyə qadirdir.
-
9:22 - 9:28Bu bina da uşaqların həyatını dəyişmək üçün atılmış
belə addımlardan biridir. -
9:28 - 9:30Təşəkkür edirəm.
-
9:30 - 9:32(Alqışlar)
- Title:
- Dünyanın ən gözəl bağçası
- Speaker:
- Takaharu Tezuka
- Description:
-
Tokioda yerləşən bu bağçada 5 yaşlı uşaqlar tıxac yaradırlar, pəncərələr isə Santa Claus üçündür. Arxitektor Takaharu Tezuka tərəfindən inşa edilmiş dünyanın ən şirin bağçası ilə tanış olun. Öz ecazkar nitqində axritektor Tezuka uşaqlara öz uşaqlıqlarını yaşamağa icazə verən bu binanın dizaynı ilə bizi tanış edir.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 09:47
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The best kindergarten you’ve ever seen | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The best kindergarten you’ve ever seen | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The best kindergarten you’ve ever seen | ||
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for The best kindergarten you’ve ever seen | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The best kindergarten you’ve ever seen | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The best kindergarten you’ve ever seen | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The best kindergarten you’ve ever seen | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for The best kindergarten you’ve ever seen |