Bu, 2007-ci ildə dizayn etdiyimiz uşaq bağçasıdır.
Biz onu dairə formasında tikmişik.
Binanın damında dayanmadan dövrə vurmaq olur.
Valideynsinizsə yəqin bilirsiniz ki,
uşaqlar fırlanmağı çox sevirlər.
Binanın damı belə görünür.
Nəyə görə belə tikmişik?
Bağça direktoru mənə:
"Sürahilərin olmasını istəmirəm" dedi.
Mən isə ona "Bunsuz mümkün deyil" dedim.
Amma o, israr edirdi: "Damın kənarlarından tor assaq necə olar?
Uşaqlar yıxılsalar üstünə düşsünlər."
(Gülüş)
Mən ona "Olmaz." dedim.
Təbii ki, dövlət işçiləri də,
"Sürahilər mütləq olmalıdır" dedilər.
Həmin tor ideyasını ancaq ağacların
ətrafında tətbiq etdik.
Binanın içində üç ağac var.
Bu torları da sürahi adlandırmağımıza
icazə verdilər.
Ancaq tamam başqa məqsədlə
istifadə edilir.
Onlar torun üstünə yığılırlar.
Uşaqlar da
yığıldıqca
yığılırlar.
(Gülüş)
Bəzən bir ağacın ətrafına 40-a yaxın
uşaq yığışır.
Budaqda gördüyünüz bu oğlan
ağacı o qədər sevir ki, onu yeyir.
(Gülüş)
Hər hansısa tədbir keçiriləndə,
onlar damın kənarında otururlar.
Aşağıdan bu çox şirin görünür.
Lap zooparkı meymunlara oxşayırlar.
(Gülüş)
Yemləmə vaxtıdır.
(Gülüş)
(Alqışlar)
Damı mümkün qədər alçaq etmişik,
çünkü biz uşaqları damın təkcə altında deyil,
üstündə də görmək istəyirik.
Dam çox yüksək olduqda ancaq tavanı görmək olur.
Bu da ayaq yumaq üçün yerdir - hər növ
su kranı var.
Gördüyünüz çevik borular
uşaqlarda dostlarını sulamaq istəyi oyadır,
çimmək də olar.
Bu kran isə normaldır.
Ancaq gördüyünüz oğlan
kranla çəkmələrini yumur,
onları su ilə doldurmaqla məşğuldur.
(Gülüş)
Bağça ilin əksər vaxtı tamamilə açıq olur,
içəridən və çöldən heç bir səddi yoxdur.
Və bu o deməkdir ki, arxitektura əsasən damdan ibarətdir.
Siniflər arasında da səddlər yoxdur.
Akustik maneələr də yoxdur.
Uşaqların çoxu sakit məkanda
əməlli əsəbləşməyə başlayırlar.
Amma bu bağçada
əsəbləşməyə heç bir səbəb yoxdur.
Çünki burada heç bir sədd yoxdur.
Bağça müdiri deyir ki,
əgər küncdə duran oğlan otaqda
olmaq istəmirsə
çıxıb gedə bilər.
Bağça dairəvidir, hara da getsə
geri qayıdacaq.
(Gülüş)
Demək isyədiyim, belə hallarda
uşaqlar adətən gizlənməyi xoşlayırlar.
Burda isə onlar gedib yenidən geri dönürlər.
Bu da təbii prosesdir.
İkincisi, səs-küyün olmasını çox vacib
hesab edirik.
Bilirsiniz ki, uşaqlar səsdə daha yaxşı yatırlar.
Sakit yerdə isə yatmırlar.
Bizim bağçada
uşaqlar sinifdə yüksək konsentrasiya nümayiş etdirirlər.
Bilirsiniz ki, əcdadlarımız da səs-küylü cəngəllikdə böyüyüblər.
Onlara səs lazımdır.
Həmçinin bilirsiz ki, dostlarınızla asanlıqla
səs-küylü yerdə danışa bilərsiz.
Səssiz olmalı deyilsiniz.
Bilirsiz ki, indiki zamanda
biz hər şeyə nəzarət etməyə çalışırıq.
Bura isə tamam açıqdır.
Məlumdur ki, qışda
-20 dərəcə soyuqda xizək sürməyə
gedə bilirik,
yayda isə üzməyə gedirik.
50 dərəcə isinmiş qumda günəşlənirik.
Su keçirmirik.
Yağışda ərimirik.
Yəni bayırda olmaq üçün
yaranmışıq.
Biz uşaqlarla da məhz bu cür davranmalıyıq.
Burda da sinifi bölməyə çalışırlar.
Müəllimlərinə kömək etməlidirlər əslində.
Ancaq etmirlər.
(Gülüş)
Bu uşaq da özü girib ora.
Sinif otağıdır bu da.
Bu isə əl-üzyuyandır.
Burda yaxşı söhbət edirlər.
Otaqların çoxunda ağac var.
Aşağıdakı meymun yuxarıdakı meymunu tutmağa çalışır.
(Gülüş)
Daha çox meymun.
(Gülüş)
Hər sinif otağının damında, heç olmasa
bir pəncərə var.
Santa Claus da miladda burdan gəlir.
Bu isə əlavə tikilidir,
dairəvi bağçanın düz yanında inşa edilib.
Cəmi 5 metr hündürlüyü var və 7 mərtəbəlidir.
Tavan çox alçaq olduğundan
təhlükəsizliyə fikir verməliyik.
Sınaq üçün bir qız bir oğlana icazə veririk.
İçəri girməyə çalışırlar.
Başı dəyir.
Yaxşıdır amma, kəlləsi möhkəmdir.
Müqaviməti güclüdür.
O, mənim oğlumdur.
(Gülüş)
Burada o, ağacdan tullanmağın nə qədər təhlükəsiz
olduğuna baxır.
Sonra digər uşaqları da içəri buraxdıq.
Bilirsiniz ki, Tokioda çox tıxac olur.
(Gülüş)
Qabaqdakı sürücü necə sürəcəyini
öyrənməyə çalışır.
İndiki dövrdə
uşaqlara azca da olsa təhlükə lazımdır.
Belə vəziyyətlərdə
onlar bir-birinə kömək etməyi öyrənirlər.
Bu bir cəmiyyətdir və biz bu cür imkanları əldən veririk.
Bu çertyoj saat 9.10-dan 9.30-a qədər bir
oğlan uşağının hərəkət istiqamətini göstərir.
Bağçanın dövrəsi 183 metrdir,
elə də balaca deyil.
Deməli, bu balaca səhər 6 min metr yol qət edib.
Amma maraqlısı hələ qabaqdadır.
Bu bağçada uşaqlar gündə orta hesabla 4000 metr hərəkət edirlər.
Burdakı uşaqlar bağçalar arasında ən yüksək
atletik göstəriciyə malikdirlər.
Bağça müdiri həmişə deyir:
"Mən onları məşq elətdirmirəm. Onları ancaq quzu sürüsü kimi
damın üstünə buraxırıq."
(Gülüş)
Özləri üçün qaçırlar.
(Gülüş)
Mənim fikrimcə, onlara nəzarət etmək
və həddindən artıq qorumaq lazım deyil,
onlar hərdən yıxılmalıdırlar da.
Azacıq xəsarət də almalıdırlar.
Çünki bu onlara
həyatda necə yaşamağı öyrədəcək.
Düşünürəm ki, memarlıq dünyanı və insanların
yaşayışını dəyişməyə qadirdir.
Bu bina da uşaqların həyatını dəyişmək üçün atılmış
belə addımlardan biridir.
Təşəkkür edirəm.
(Alqışlar)