1 00:00:06,042 --> 00:00:09,740 Bu, 2007-ci ildə dizayn etdiyimiz uşaq bağçasıdır. 2 00:00:10,111 --> 00:00:14,036 Biz onu dairə formasında tikmişik. 3 00:00:14,036 --> 00:00:17,178 Binanın damında dayanmadan dövrə vurmaq olur. 4 00:00:17,179 --> 00:00:19,699 Valideynsinizsə yəqin bilirsiniz ki, 5 00:00:19,699 --> 00:00:23,663 uşaqlar fırlanmağı çox sevirlər. 6 00:00:24,793 --> 00:00:27,600 Binanın damı belə görünür. 7 00:00:27,600 --> 00:00:29,858 Nəyə görə belə tikmişik? 8 00:00:29,858 --> 00:00:32,675 Bağça direktoru mənə: 9 00:00:32,675 --> 00:00:35,254 "Sürahilərin olmasını istəmirəm" dedi. 10 00:00:35,254 --> 00:00:37,483 Mən isə ona "Bunsuz mümkün deyil" dedim. 11 00:00:37,483 --> 00:00:43,777 Amma o, israr edirdi: "Damın kənarlarından tor assaq necə olar? 12 00:00:43,777 --> 00:00:45,986 Uşaqlar yıxılsalar üstünə düşsünlər." 13 00:00:45,986 --> 00:00:47,433 (Gülüş) 14 00:00:47,433 --> 00:00:49,509 Mən ona "Olmaz." dedim. 15 00:00:49,970 --> 00:00:52,889 Təbii ki, dövlət işçiləri də, 16 00:00:52,889 --> 00:00:56,154 "Sürahilər mütləq olmalıdır" dedilər. 17 00:00:58,324 --> 00:01:01,843 Həmin tor ideyasını ancaq ağacların ətrafında tətbiq etdik. 18 00:01:01,843 --> 00:01:05,120 Binanın içində üç ağac var. 19 00:01:05,120 --> 00:01:10,745 Bu torları da sürahi adlandırmağımıza icazə verdilər. 20 00:01:10,745 --> 00:01:14,017 Ancaq tamam başqa məqsədlə istifadə edilir. 21 00:01:14,017 --> 00:01:16,503 Onlar torun üstünə yığılırlar. 22 00:01:17,304 --> 00:01:20,355 Uşaqlar da 23 00:01:20,355 --> 00:01:23,292 yığıldıqca 24 00:01:23,292 --> 00:01:24,502 yığılırlar. 25 00:01:24,502 --> 00:01:25,653 (Gülüş) 26 00:01:25,653 --> 00:01:29,203 Bəzən bir ağacın ətrafına 40-a yaxın uşaq yığışır. 27 00:01:31,733 --> 00:01:32,981 Budaqda gördüyünüz bu oğlan 28 00:01:32,981 --> 00:01:35,464 ağacı o qədər sevir ki, onu yeyir. 29 00:01:35,464 --> 00:01:37,964 (Gülüş) 30 00:01:38,984 --> 00:01:40,785 Hər hansısa tədbir keçiriləndə, 31 00:01:40,785 --> 00:01:43,051 onlar damın kənarında otururlar. 32 00:01:44,191 --> 00:01:46,563 Aşağıdan bu çox şirin görünür. 33 00:01:46,563 --> 00:01:48,652 Lap zooparkı meymunlara oxşayırlar. 34 00:01:48,652 --> 00:01:52,552 (Gülüş) 35 00:01:52,552 --> 00:01:54,318 Yemləmə vaxtıdır. 36 00:01:54,318 --> 00:01:58,949 (Gülüş) (Alqışlar) 37 00:02:00,784 --> 00:02:03,313 Damı mümkün qədər alçaq etmişik, 38 00:02:03,313 --> 00:02:07,757 çünkü biz uşaqları damın təkcə altında deyil, 39 00:02:07,757 --> 00:02:10,438 üstündə də görmək istəyirik. 40 00:02:10,438 --> 00:02:14,299 Dam çox yüksək olduqda ancaq tavanı görmək olur. 41 00:02:15,699 --> 00:02:20,215 Bu da ayaq yumaq üçün yerdir - hər növ su kranı var. 42 00:02:20,656 --> 00:02:22,434 Gördüyünüz çevik borular 43 00:02:22,434 --> 00:02:25,329 uşaqlarda dostlarını sulamaq istəyi oyadır, 44 00:02:25,329 --> 00:02:27,044 çimmək də olar. 45 00:02:27,044 --> 00:02:29,541 Bu kran isə normaldır. 46 00:02:29,541 --> 00:02:31,087 Ancaq gördüyünüz oğlan 47 00:02:31,087 --> 00:02:32,917 kranla çəkmələrini yumur, 48 00:02:32,917 --> 00:02:34,591 onları su ilə doldurmaqla məşğuldur. 49 00:02:34,591 --> 00:02:36,531 (Gülüş) 50 00:02:41,423 --> 00:02:46,499 Bağça ilin əksər vaxtı tamamilə açıq olur, 51 00:02:47,699 --> 00:02:51,339 içəridən və çöldən heç bir səddi yoxdur. 52 00:02:51,339 --> 00:02:55,978 Və bu o deməkdir ki, arxitektura əsasən damdan ibarətdir. 53 00:02:55,978 --> 00:02:59,267 Siniflər arasında da səddlər yoxdur. 54 00:02:59,267 --> 00:03:02,861 Akustik maneələr də yoxdur. 55 00:03:03,590 --> 00:03:09,415 Uşaqların çoxu sakit məkanda 56 00:03:09,415 --> 00:03:12,733 əməlli əsəbləşməyə başlayırlar. 57 00:03:12,733 --> 00:03:14,985 Amma bu bağçada 58 00:03:14,985 --> 00:03:18,415 əsəbləşməyə heç bir səbəb yoxdur. 59 00:03:18,415 --> 00:03:21,225 Çünki burada heç bir sədd yoxdur. 60 00:03:21,225 --> 00:03:23,422 Bağça müdiri deyir ki, 61 00:03:23,422 --> 00:03:27,425 əgər küncdə duran oğlan otaqda olmaq istəmirsə 62 00:03:27,425 --> 00:03:29,120 çıxıb gedə bilər. 63 00:03:29,120 --> 00:03:32,279 Bağça dairəvidir, hara da getsə geri qayıdacaq. 64 00:03:32,279 --> 00:03:34,241 (Gülüş) 65 00:03:36,561 --> 00:03:39,556 Demək isyədiyim, belə hallarda 66 00:03:39,556 --> 00:03:42,407 uşaqlar adətən gizlənməyi xoşlayırlar. 67 00:03:42,407 --> 00:03:46,986 Burda isə onlar gedib yenidən geri dönürlər. 68 00:03:46,986 --> 00:03:48,836 Bu da təbii prosesdir. 69 00:03:48,836 --> 00:03:53,859 İkincisi, səs-küyün olmasını çox vacib hesab edirik. 70 00:03:55,711 --> 00:04:02,142 Bilirsiniz ki, uşaqlar səsdə daha yaxşı yatırlar. 71 00:04:02,142 --> 00:04:05,986 Sakit yerdə isə yatmırlar. 72 00:04:05,986 --> 00:04:08,236 Bizim bağçada 73 00:04:08,236 --> 00:04:13,483 uşaqlar sinifdə yüksək konsentrasiya nümayiş etdirirlər. 74 00:04:15,193 --> 00:04:21,660 Bilirsiniz ki, əcdadlarımız da səs-küylü cəngəllikdə böyüyüblər. 75 00:04:21,660 --> 00:04:23,663 Onlara səs lazımdır. 76 00:04:23,663 --> 00:04:27,967 Həmçinin bilirsiz ki, dostlarınızla asanlıqla səs-küylü yerdə danışa bilərsiz. 77 00:04:27,967 --> 00:04:31,928 Səssiz olmalı deyilsiniz. 78 00:04:31,928 --> 00:04:34,095 Bilirsiz ki, indiki zamanda 79 00:04:34,095 --> 00:04:38,569 biz hər şeyə nəzarət etməyə çalışırıq. 80 00:04:40,219 --> 00:04:42,021 Bura isə tamam açıqdır. 81 00:04:42,021 --> 00:04:45,033 Məlumdur ki, qışda 82 00:04:45,033 --> 00:04:50,818 -20 dərəcə soyuqda xizək sürməyə gedə bilirik, 83 00:04:50,818 --> 00:04:53,922 yayda isə üzməyə gedirik. 84 00:04:53,922 --> 00:04:55,766 50 dərəcə isinmiş qumda günəşlənirik. 85 00:04:56,636 --> 00:05:00,029 Su keçirmirik. 86 00:05:00,029 --> 00:05:03,181 Yağışda ərimirik. 87 00:05:03,181 --> 00:05:07,050 Yəni bayırda olmaq üçün yaranmışıq. 88 00:05:07,050 --> 00:05:10,251 Biz uşaqlarla da məhz bu cür davranmalıyıq. 89 00:05:10,251 --> 00:05:12,923 Burda da sinifi bölməyə çalışırlar. 90 00:05:12,923 --> 00:05:15,426 Müəllimlərinə kömək etməlidirlər əslində. 91 00:05:15,426 --> 00:05:17,731 Ancaq etmirlər. 92 00:05:17,731 --> 00:05:19,346 (Gülüş) 93 00:05:23,226 --> 00:05:25,382 Bu uşaq da özü girib ora. 94 00:05:27,522 --> 00:05:29,706 Sinif otağıdır bu da. 95 00:05:30,196 --> 00:05:32,105 Bu isə əl-üzyuyandır. 96 00:05:32,655 --> 00:05:35,932 Burda yaxşı söhbət edirlər. 97 00:05:37,082 --> 00:05:40,819 Otaqların çoxunda ağac var. 98 00:05:43,969 --> 00:05:47,377 Aşağıdakı meymun yuxarıdakı meymunu tutmağa çalışır. 99 00:05:47,377 --> 00:05:49,225 (Gülüş) 100 00:05:49,225 --> 00:05:50,829 Daha çox meymun. 101 00:05:50,829 --> 00:05:52,283 (Gülüş) 102 00:05:52,283 --> 00:05:56,698 Hər sinif otağının damında, heç olmasa bir pəncərə var. 103 00:05:57,468 --> 00:06:01,465 Santa Claus da miladda burdan gəlir. 104 00:06:07,255 --> 00:06:09,682 Bu isə əlavə tikilidir, 105 00:06:09,682 --> 00:06:14,151 dairəvi bağçanın düz yanında inşa edilib. 106 00:06:14,151 --> 00:06:19,810 Cəmi 5 metr hündürlüyü var və 7 mərtəbəlidir. 107 00:06:19,810 --> 00:06:21,971 Tavan çox alçaq olduğundan 108 00:06:21,971 --> 00:06:26,036 təhlükəsizliyə fikir verməliyik. 109 00:06:26,036 --> 00:06:30,417 Sınaq üçün bir qız bir oğlana icazə veririk. 110 00:06:31,707 --> 00:06:34,241 İçəri girməyə çalışırlar. 111 00:06:35,731 --> 00:06:38,353 Başı dəyir. 112 00:06:39,343 --> 00:06:43,312 Yaxşıdır amma, kəlləsi möhkəmdir. 113 00:06:43,312 --> 00:06:46,400 Müqaviməti güclüdür. O, mənim oğlumdur. 114 00:06:46,400 --> 00:06:48,068 (Gülüş) 115 00:06:49,038 --> 00:06:51,898 Burada o, ağacdan tullanmağın nə qədər təhlükəsiz olduğuna baxır. 116 00:06:53,038 --> 00:06:55,705 Sonra digər uşaqları da içəri buraxdıq. 117 00:07:00,835 --> 00:07:03,376 Bilirsiniz ki, Tokioda çox tıxac olur. 118 00:07:03,376 --> 00:07:04,528 (Gülüş) 119 00:07:04,528 --> 00:07:09,379 Qabaqdakı sürücü necə sürəcəyini öyrənməyə çalışır. 120 00:07:09,379 --> 00:07:11,910 İndiki dövrdə 121 00:07:11,910 --> 00:07:16,530 uşaqlara azca da olsa təhlükə lazımdır. 122 00:07:18,970 --> 00:07:21,375 Belə vəziyyətlərdə 123 00:07:21,375 --> 00:07:25,300 onlar bir-birinə kömək etməyi öyrənirlər. 124 00:07:25,300 --> 00:07:29,735 Bu bir cəmiyyətdir və biz bu cür imkanları əldən veririk. 125 00:07:36,065 --> 00:07:42,976 Bu çertyoj saat 9.10-dan 9.30-a qədər bir 126 00:07:42,976 --> 00:07:49,300 oğlan uşağının hərəkət istiqamətini göstərir. 127 00:07:49,300 --> 00:07:55,501 Bağçanın dövrəsi 183 metrdir, 128 00:07:55,501 --> 00:07:59,353 elə də balaca deyil. 129 00:07:59,353 --> 00:08:03,959 Deməli, bu balaca səhər 6 min metr yol qət edib. 130 00:08:03,959 --> 00:08:07,551 Amma maraqlısı hələ qabaqdadır. 131 00:08:07,551 --> 00:08:14,248 Bu bağçada uşaqlar gündə orta hesabla 4000 metr hərəkət edirlər. 132 00:08:15,455 --> 00:08:22,435 Burdakı uşaqlar bağçalar arasında ən yüksək 133 00:08:22,435 --> 00:08:25,590 atletik göstəriciyə malikdirlər. 134 00:08:31,390 --> 00:08:33,016 Bağça müdiri həmişə deyir: 135 00:08:33,016 --> 00:08:38,743 "Mən onları məşq elətdirmirəm. Onları ancaq quzu sürüsü kimi 136 00:08:39,353 --> 00:08:40,972 damın üstünə buraxırıq." 137 00:08:40,972 --> 00:08:42,401 (Gülüş) 138 00:08:42,401 --> 00:08:44,230 Özləri üçün qaçırlar. 139 00:08:44,230 --> 00:08:46,259 (Gülüş) 140 00:08:46,779 --> 00:08:51,838 Mənim fikrimcə, onlara nəzarət etmək 141 00:08:51,838 --> 00:08:55,060 və həddindən artıq qorumaq lazım deyil, 142 00:08:55,060 --> 00:08:58,687 onlar hərdən yıxılmalıdırlar da. 143 00:08:58,687 --> 00:09:02,473 Azacıq xəsarət də almalıdırlar. 144 00:09:02,473 --> 00:09:05,892 Çünki bu onlara 145 00:09:05,892 --> 00:09:09,028 həyatda necə yaşamağı öyrədəcək. 146 00:09:11,848 --> 00:09:19,057 Düşünürəm ki, memarlıq dünyanı və insanların 147 00:09:19,057 --> 00:09:20,899 yaşayışını dəyişməyə qadirdir. 148 00:09:21,909 --> 00:09:27,991 Bu bina da uşaqların həyatını dəyişmək üçün atılmış belə addımlardan biridir. 149 00:09:28,481 --> 00:09:30,133 Təşəkkür edirəm. 150 00:09:30,158 --> 00:09:32,152 (Alqışlar)