WEBVTT 00:00:06.042 --> 00:00:09.740 Bu, 2007-ci ildə dizayn etdiyimiz uşaq bağçasıdır. 00:00:10.111 --> 00:00:14.036 Biz onu dairə formasında tikmişik. 00:00:14.036 --> 00:00:17.178 Binanın damında dayanmadan dövrə vurmaq olur. 00:00:17.179 --> 00:00:19.699 Valideynsinizsə yəqin bilirsiniz ki, 00:00:19.699 --> 00:00:23.663 uşaqlar fırlanmağı çox sevirlər. 00:00:24.793 --> 00:00:27.600 Binanın damı belə görünür. NOTE Paragraph 00:00:27.600 --> 00:00:29.858 Nəyə görə belə tikmişik? 00:00:29.858 --> 00:00:32.675 Bağça direktoru mənə: 00:00:32.675 --> 00:00:35.254 "Sürahilərin olmasını istəmirəm" dedi. 00:00:35.254 --> 00:00:37.483 Mən isə ona "Bunsuz mümkün deyil" dedim. 00:00:37.483 --> 00:00:43.777 Amma o, israr edirdi: "Damın kənarlarından tor assaq necə olar? 00:00:43.777 --> 00:00:45.986 Uşaqlar yıxılsalar üstünə düşsünlər." 00:00:45.986 --> 00:00:47.433 (Gülüş) 00:00:47.433 --> 00:00:49.509 Mən ona "Olmaz." dedim. NOTE Paragraph 00:00:49.970 --> 00:00:52.889 Təbii ki, dövlət işçiləri də, 00:00:52.889 --> 00:00:56.154 "Sürahilər mütləq olmalıdır" dedilər. 00:00:58.324 --> 00:01:01.843 Həmin tor ideyasını ancaq ağacların ətrafında tətbiq etdik. 00:01:01.843 --> 00:01:05.120 Binanın içində üç ağac var. 00:01:05.120 --> 00:01:10.745 Bu torları da sürahi adlandırmağımıza icazə verdilər. 00:01:10.745 --> 00:01:14.017 Ancaq tamam başqa məqsədlə istifadə edilir. 00:01:14.017 --> 00:01:16.503 Onlar torun üstünə yığılırlar. 00:01:17.304 --> 00:01:20.355 Uşaqlar da 00:01:20.355 --> 00:01:23.292 yığıldıqca 00:01:23.292 --> 00:01:24.502 yığılırlar. 00:01:24.502 --> 00:01:25.653 (Gülüş) 00:01:25.653 --> 00:01:29.203 Bəzən bir ağacın ətrafına 40-a yaxın uşaq yığışır. 00:01:31.733 --> 00:01:32.981 Budaqda gördüyünüz bu oğlan 00:01:32.981 --> 00:01:35.464 ağacı o qədər sevir ki, onu yeyir. 00:01:35.464 --> 00:01:37.964 (Gülüş) NOTE Paragraph 00:01:38.984 --> 00:01:40.785 Hər hansısa tədbir keçiriləndə, 00:01:40.785 --> 00:01:43.051 onlar damın kənarında otururlar. 00:01:44.191 --> 00:01:46.563 Aşağıdan bu çox şirin görünür. 00:01:46.563 --> 00:01:48.652 Lap zooparkı meymunlara oxşayırlar. 00:01:48.652 --> 00:01:52.552 (Gülüş) 00:01:52.552 --> 00:01:54.318 Yemləmə vaxtıdır. 00:01:54.318 --> 00:01:58.949 (Gülüş) (Alqışlar) NOTE Paragraph 00:02:00.784 --> 00:02:03.313 Damı mümkün qədər alçaq etmişik, 00:02:03.313 --> 00:02:07.757 çünkü biz uşaqları damın təkcə altında deyil, 00:02:07.757 --> 00:02:10.438 üstündə də görmək istəyirik. 00:02:10.438 --> 00:02:14.299 Dam çox yüksək olduqda ancaq tavanı görmək olur. NOTE Paragraph 00:02:15.699 --> 00:02:20.215 Bu da ayaq yumaq üçün yerdir - hər növ su kranı var. 00:02:20.656 --> 00:02:22.434 Gördüyünüz çevik borular 00:02:22.434 --> 00:02:25.329 uşaqlarda dostlarını sulamaq istəyi oyadır, 00:02:25.329 --> 00:02:27.044 çimmək də olar. 00:02:27.044 --> 00:02:29.541 Bu kran isə normaldır. 00:02:29.541 --> 00:02:31.087 Ancaq gördüyünüz oğlan 00:02:31.087 --> 00:02:32.917 kranla çəkmələrini yumur, 00:02:32.917 --> 00:02:34.591 onları su ilə doldurmaqla məşğuldur. 00:02:34.591 --> 00:02:36.531 (Gülüş) NOTE Paragraph 00:02:41.423 --> 00:02:46.499 Bağça ilin əksər vaxtı tamamilə açıq olur, 00:02:47.699 --> 00:02:51.339 içəridən və çöldən heç bir səddi yoxdur. 00:02:51.339 --> 00:02:55.978 Və bu o deməkdir ki, arxitektura əsasən damdan ibarətdir. 00:02:55.978 --> 00:02:59.267 Siniflər arasında da səddlər yoxdur. 00:02:59.267 --> 00:03:02.861 Akustik maneələr də yoxdur. 00:03:03.590 --> 00:03:09.415 Uşaqların çoxu sakit məkanda 00:03:09.415 --> 00:03:12.733 əməlli əsəbləşməyə başlayırlar. 00:03:12.733 --> 00:03:14.985 Amma bu bağçada 00:03:14.985 --> 00:03:18.415 əsəbləşməyə heç bir səbəb yoxdur. 00:03:18.415 --> 00:03:21.225 Çünki burada heç bir sədd yoxdur. NOTE Paragraph 00:03:21.225 --> 00:03:23.422 Bağça müdiri deyir ki, 00:03:23.422 --> 00:03:27.425 əgər küncdə duran oğlan otaqda olmaq istəmirsə 00:03:27.425 --> 00:03:29.120 çıxıb gedə bilər. 00:03:29.120 --> 00:03:32.279 Bağça dairəvidir, hara da getsə geri qayıdacaq. 00:03:32.279 --> 00:03:34.241 (Gülüş) NOTE Paragraph 00:03:36.561 --> 00:03:39.556 Demək isyədiyim, belə hallarda 00:03:39.556 --> 00:03:42.407 uşaqlar adətən gizlənməyi xoşlayırlar. 00:03:42.407 --> 00:03:46.986 Burda isə onlar gedib yenidən geri dönürlər. 00:03:46.986 --> 00:03:48.836 Bu da təbii prosesdir. NOTE Paragraph 00:03:48.836 --> 00:03:53.859 İkincisi, səs-küyün olmasını çox vacib hesab edirik. 00:03:55.711 --> 00:04:02.142 Bilirsiniz ki, uşaqlar səsdə daha yaxşı yatırlar. 00:04:02.142 --> 00:04:05.986 Sakit yerdə isə yatmırlar. 00:04:05.986 --> 00:04:08.236 Bizim bağçada 00:04:08.236 --> 00:04:13.483 uşaqlar sinifdə yüksək konsentrasiya nümayiş etdirirlər. 00:04:15.193 --> 00:04:21.660 Bilirsiniz ki, əcdadlarımız da səs-küylü cəngəllikdə böyüyüblər. 00:04:21.660 --> 00:04:23.663 Onlara səs lazımdır. 00:04:23.663 --> 00:04:27.967 Həmçinin bilirsiz ki, dostlarınızla asanlıqla səs-küylü yerdə danışa bilərsiz. 00:04:27.967 --> 00:04:31.928 Səssiz olmalı deyilsiniz. NOTE Paragraph 00:04:31.928 --> 00:04:34.095 Bilirsiz ki, indiki zamanda 00:04:34.095 --> 00:04:38.569 biz hər şeyə nəzarət etməyə çalışırıq. 00:04:40.219 --> 00:04:42.021 Bura isə tamam açıqdır. 00:04:42.021 --> 00:04:45.033 Məlumdur ki, qışda 00:04:45.033 --> 00:04:50.818 -20 dərəcə soyuqda xizək sürməyə gedə bilirik, 00:04:50.818 --> 00:04:53.922 yayda isə üzməyə gedirik. 00:04:53.922 --> 00:04:55.766 50 dərəcə isinmiş qumda günəşlənirik. 00:04:56.636 --> 00:05:00.029 Su keçirmirik. 00:05:00.029 --> 00:05:03.181 Yağışda ərimirik. 00:05:03.181 --> 00:05:07.050 Yəni bayırda olmaq üçün yaranmışıq. 00:05:07.050 --> 00:05:10.251 Biz uşaqlarla da məhz bu cür davranmalıyıq. NOTE Paragraph 00:05:10.251 --> 00:05:12.923 Burda da sinifi bölməyə çalışırlar. 00:05:12.923 --> 00:05:15.426 Müəllimlərinə kömək etməlidirlər əslində. 00:05:15.426 --> 00:05:17.731 Ancaq etmirlər. 00:05:17.731 --> 00:05:19.346 (Gülüş) 00:05:23.226 --> 00:05:25.382 Bu uşaq da özü girib ora. 00:05:27.522 --> 00:05:29.706 Sinif otağıdır bu da. 00:05:30.196 --> 00:05:32.105 Bu isə əl-üzyuyandır. 00:05:32.655 --> 00:05:35.932 Burda yaxşı söhbət edirlər. 00:05:37.082 --> 00:05:40.819 Otaqların çoxunda ağac var. 00:05:43.969 --> 00:05:47.377 Aşağıdakı meymun yuxarıdakı meymunu tutmağa çalışır. 00:05:47.377 --> 00:05:49.225 (Gülüş) 00:05:49.225 --> 00:05:50.829 Daha çox meymun. 00:05:50.829 --> 00:05:52.283 (Gülüş) 00:05:52.283 --> 00:05:56.698 Hər sinif otağının damında, heç olmasa bir pəncərə var. 00:05:57.468 --> 00:06:01.465 Santa Claus da miladda burdan gəlir. NOTE Paragraph 00:06:07.255 --> 00:06:09.682 Bu isə əlavə tikilidir, 00:06:09.682 --> 00:06:14.151 dairəvi bağçanın düz yanında inşa edilib. 00:06:14.151 --> 00:06:19.810 Cəmi 5 metr hündürlüyü var və 7 mərtəbəlidir. 00:06:19.810 --> 00:06:21.971 Tavan çox alçaq olduğundan 00:06:21.971 --> 00:06:26.036 təhlükəsizliyə fikir verməliyik. 00:06:26.036 --> 00:06:30.417 Sınaq üçün bir qız bir oğlana icazə veririk. 00:06:31.707 --> 00:06:34.241 İçəri girməyə çalışırlar. 00:06:35.731 --> 00:06:38.353 Başı dəyir. 00:06:39.343 --> 00:06:43.312 Yaxşıdır amma, kəlləsi möhkəmdir. 00:06:43.312 --> 00:06:46.400 Müqaviməti güclüdür. O, mənim oğlumdur. 00:06:46.400 --> 00:06:48.068 (Gülüş) 00:06:49.038 --> 00:06:51.898 Burada o, ağacdan tullanmağın nə qədər təhlükəsiz olduğuna baxır. 00:06:53.038 --> 00:06:55.705 Sonra digər uşaqları da içəri buraxdıq. NOTE Paragraph 00:07:00.835 --> 00:07:03.376 Bilirsiniz ki, Tokioda çox tıxac olur. 00:07:03.376 --> 00:07:04.528 (Gülüş) 00:07:04.528 --> 00:07:09.379 Qabaqdakı sürücü necə sürəcəyini öyrənməyə çalışır. 00:07:09.379 --> 00:07:11.910 İndiki dövrdə 00:07:11.910 --> 00:07:16.530 uşaqlara azca da olsa təhlükə lazımdır. 00:07:18.970 --> 00:07:21.375 Belə vəziyyətlərdə 00:07:21.375 --> 00:07:25.300 onlar bir-birinə kömək etməyi öyrənirlər. 00:07:25.300 --> 00:07:29.735 Bu bir cəmiyyətdir və biz bu cür imkanları əldən veririk. NOTE Paragraph 00:07:36.065 --> 00:07:42.976 Bu çertyoj saat 9.10-dan 9.30-a qədər bir 00:07:42.976 --> 00:07:49.300 oğlan uşağının hərəkət istiqamətini göstərir. 00:07:49.300 --> 00:07:55.501 Bağçanın dövrəsi 183 metrdir, 00:07:55.501 --> 00:07:59.353 elə də balaca deyil. 00:07:59.353 --> 00:08:03.959 Deməli, bu balaca səhər 6 min metr yol qət edib. 00:08:03.959 --> 00:08:07.551 Amma maraqlısı hələ qabaqdadır. 00:08:07.551 --> 00:08:14.248 Bu bağçada uşaqlar gündə orta hesabla 4000 metr hərəkət edirlər. 00:08:15.455 --> 00:08:22.435 Burdakı uşaqlar bağçalar arasında ən yüksək 00:08:22.435 --> 00:08:25.590 atletik göstəriciyə malikdirlər. 00:08:31.390 --> 00:08:33.016 Bağça müdiri həmişə deyir: 00:08:33.016 --> 00:08:38.743 "Mən onları məşq elətdirmirəm. Onları ancaq quzu sürüsü kimi 00:08:39.353 --> 00:08:40.972 damın üstünə buraxırıq." 00:08:40.972 --> 00:08:42.401 (Gülüş) 00:08:42.401 --> 00:08:44.230 Özləri üçün qaçırlar. 00:08:44.230 --> 00:08:46.259 (Gülüş) NOTE Paragraph 00:08:46.779 --> 00:08:51.838 Mənim fikrimcə, onlara nəzarət etmək 00:08:51.838 --> 00:08:55.060 və həddindən artıq qorumaq lazım deyil, 00:08:55.060 --> 00:08:58.687 onlar hərdən yıxılmalıdırlar da. 00:08:58.687 --> 00:09:02.473 Azacıq xəsarət də almalıdırlar. 00:09:02.473 --> 00:09:05.892 Çünki bu onlara 00:09:05.892 --> 00:09:09.028 həyatda necə yaşamağı öyrədəcək. 00:09:11.848 --> 00:09:19.057 Düşünürəm ki, memarlıq dünyanı və insanların 00:09:19.057 --> 00:09:20.899 yaşayışını dəyişməyə qadirdir. 00:09:21.909 --> 00:09:27.991 Bu bina da uşaqların həyatını dəyişmək üçün atılmış belə addımlardan biridir. NOTE Paragraph 00:09:28.481 --> 00:09:30.133 Təşəkkür edirəm. NOTE Paragraph 00:09:30.158 --> 00:09:32.152 (Alqışlar)