Return to Video

Rita Pierson: Hər uşağın bir qəhrəmana ehtiyacı var

  • 0:00 - 0:04
    Bütün həyatımı ya məktəbdə,
  • 0:04 - 0:08
    ya məktəbə gedən yolda,
  • 0:08 - 0:12
    ya da məktəbdə baş verənlər haqda danışaraq keçirmişəm.
  • 0:12 - 0:15
    Valideynlərimin hər ikisi maarifçi olub,
  • 0:15 - 0:17
    ana tərəfdən nənəm və babam maarifçi olublar,
  • 0:17 - 0:21
    və mən də son 40 il ərzində eyni şeyi eləmişəm.
  • 0:21 - 0:24
    Və, təbii ki, bütün bu illər ərzində
  • 0:24 - 0:28
    təhsil islahatlarına müxtəlif bucaqlardan
  • 0:28 - 0:30
    baxma imkanım olub.
  • 0:30 - 0:32
    Bəziləri yaxşı nəticələr verib,
  • 0:32 - 0:34
    Digərləri o qədər də yaxşı alınmayıb.
  • 0:34 - 0:36
    Və biz bilirik niyə uşaqlarımızın məktəbi yarımçıq qoyduğunu.
  • 0:36 - 0:37
    Niyə öyrənmədiklərini bilirik.
  • 0:37 - 0:40
    Ya kasıblıqdan, ya davamsızlıqdan,
  • 0:40 - 0:44
    ya da ətrafdakı yaşıdların mənfi təsirindən. Niyəsini bilirik.
  • 0:44 - 0:47
    Ancaq heç haqqında danışmadığımız,
  • 0:47 - 0:49
    ya da nadirən danışdığımız şeylərdən biri
  • 0:49 - 0:53
    insani yaxınlıq və bağlara verməli olduğumuz
  • 0:53 - 0:56
    dəyər və önəmdir.
  • 0:56 - 0:59
    Ceyms Komer deyib ki, heç bir tutarlı öyrənmə
  • 0:59 - 1:02
    tutarlı bir yaxınlığın yoxluğunda baş verə bilməz.
  • 1:02 - 1:05
    Corc Vaşinqton Karver isə, bütün öyrənmənin
  • 1:05 - 1:09
    insani bağları anlamaqdan keçdiyini deyir.
  • 1:09 - 1:11
    Bu zaldakı hər bir kəs bir müəllim və ya
  • 1:11 - 1:14
    bir böyük tərəfindən təsir görmüşdür.
  • 1:14 - 1:19
    Mən, illər boyu, təhsil prosesindəki fərdləri izləmişəm.
  • 1:19 - 1:22
    Neçə ən yaxşılarını görmüş və bir neçə bərbad olanlarına da şahid olmuşam.
  • 1:22 - 1:24
    Bir həmkarım günün birində mənə dedi ki:
  • 1:24 - 1:26
    "Mənə maaşı uşaqları bəyənməyim üçün vermirlər.
  • 1:26 - 1:29
    Verirlər ki, dərsimi keçim.
  • 1:29 - 1:30
    Uşaqlar öyrənsinlər.
  • 1:30 - 1:33
    Mən öyrətməliyəm. Onlar öyrənməlidirlər. Vəssalam."
  • 1:33 - 1:35
    Deməli, qayıdıb dedim ki ona:
  • 1:35 - 1:39
    "Bilirsən, uşaqlar xoşları gəlməyən adamlardan bir şey öyrənməzlər."
  • 1:39 - 1:47
    (Gülüş) (Alqış)
  • 1:47 - 1:50
    Dedi: "Əşi, cəfəngiyyatdır."
  • 1:50 - 1:53
    Mən də dedim ki: "Onda, əzizim, səni qarşıda çətin və
  • 1:53 - 1:56
    gərgin bir il gözləyir."
  • 1:56 - 1:58
    Aydın məsələydi. Bəziləri düşünür ki,
  • 1:58 - 2:01
    yaxınlıq qura bilmək təbii bacarığı ya içində var
  • 2:01 - 2:02
    ya da yoxdur.
  • 2:02 - 2:05
    Məncə, Stefan Kovey haqlı deyib.
  • 2:05 - 2:08
    Deyir ki, həyatda hərdən bir sıra bəsit şeylərə də yer ayırmaq lazımdır,
  • 2:08 - 2:11
    ilk öncə anlaşılmağa deyil,
  • 2:11 - 2:13
    anlamağa çalışmaq kimi,
  • 2:13 - 2:16
    üzr istəmək kimi sadə şeylərə.
  • 2:16 - 2:17
    Düşündünüzmü heç bu haqda?
  • 2:17 - 2:21
    Bir uşaqdan üzr istəyin, məəttəl qalacaq.
  • 2:21 - 2:23
    Bir dəfə, nisbət bəhsindən bir dərs deyirdim.
  • 2:23 - 2:27
    Riyaziyyatla aram elə də yaxşı olmasa da, üzərimdə çalışırdım.
  • 2:27 - 2:30
    Sonra qayıdıb müəllim kitabçasına baxanda
  • 2:30 - 2:33
    gördüm ki, bütün dərsi səhv başa salmışam. (Gülüş)
  • 2:33 - 2:35
    Sonra növbəti gün sinfə gəldim və dedim ki,
  • 2:35 - 2:38
    "Uşaqlar, baxın, üzr istəməliyəm.
  • 2:38 - 2:42
    Bütün dərsi səhv başa salmışam. Bağışlayın."
  • 2:42 - 2:43
    Dedilər: "Eybi yox, Xanım Pierson,
  • 2:43 - 2:45
    Elə həvəslə başa salırdınız ki, biz də bir şey deyə bilmədik."
  • 2:45 - 2:50
    (Gülüş) (Alqış)
  • 2:50 - 2:54
    Akademik cəhətdən elə zəif siniflərim olub ki,
  • 2:54 - 2:58
    özümü tuta bilməyib ağlamışam.
  • 2:58 - 3:01
    Bu qrupu doqquz ay içərisində olduqları yerdən
  • 3:01 - 3:03
    olmalı olduqları yerə
  • 3:03 - 3:06
    necə aparacağam deyə elə hey düşünmüşəm.
  • 3:06 - 3:09
    Müşkül məsələydi. Həqiqətən çətin olurdu.
  • 3:09 - 3:12
    Bir uşağın mənlik anlayışını və, eyni zamanda,
  • 3:12 - 3:15
    akademik nailiyyətini necə artıra bilərəm?
  • 3:15 - 3:17
    İlin birində, parlaq bir fikir gəldi ağlıma.
  • 3:17 - 3:19
    Bütün şagirdlərimə dedim ki:
  • 3:19 - 3:23
    "Siz mənim sinfimdə olmaq üçün seçilmişlərsiniz,
  • 3:23 - 3:24
    çünki mən ən yaxşı müəlliməm,
  • 3:24 - 3:26
    sizsə ən yaxşı şagirdlərsiniz,
  • 3:26 - 3:27
    və bizim hamımızı bir araya gətiriblər ki,
  • 3:27 - 3:30
    bütün başqa hamıya bunu necə bacardığımızı göstərə bilək."
  • 3:30 - 3:33
    Şagirdlərdən biri qayıdıb: "Doğrudan?" - deyə soruşdu.
  • 3:33 - 3:35
    (Gülüş)
  • 3:35 - 3:38
    "Bəli. Doğrudan." - dedim, - "Biz başqa siniflərə örnək
  • 3:38 - 3:40
    olmalıyıq. Elə ki, biz dəhlizdən keçərkən
  • 3:40 - 3:43
    hamı bizə diqqət yetirsin. Yəni, səs sala bilməzsiniz.
  • 3:43 - 3:46
    Sakit və farağat yeriməlisiniz."
  • 3:46 - 3:49
    Və bu sözləri qulaqlarında sırğa etmələrini istədim: "Mən bir fərdəm.
  • 3:49 - 3:50
    Bura gələndə bir fərd idim.
  • 3:50 - 3:52
    Burdan daha yaxşı bir fərd olaraq çıxacağam.
  • 3:52 - 3:54
    Güclü və qüvvətliyəm.
  • 3:54 - 3:57
    Burda aldığım təhsil haqqımdır.
  • 3:57 - 3:59
    Görəcək işlərim var, təsirləndirəcək insanlar,
  • 3:59 - 4:01
    gəzməyə yerlər var qarşımda."
  • 4:01 - 4:04
    "Bəli!" - deyə cavab verdilər.
  • 4:04 - 4:05
    Nəyisə çox təkrarlayanda,
  • 4:05 - 4:09
    sözlər artıq bir parçan olmağa başlayır.
  • 4:09 - 4:15
    Beləliklə, - (Alqış)
  • 4:15 - 4:19
    20 sualdan ibarət bir test hazırladım.
  • 4:19 - 4:22
    Bir şagird 18-ni səhv etdi.
  • 4:22 - 4:27
    Mən də vərəqinə "+2" qoydum, yanında böyük bir gülər üz.
  • 4:27 - 4:31
    Dedi ki: "Xanım Pierson, "F" almışam?"
  • 4:31 - 4:33
    Dedim: "Bəli."
  • 4:33 - 4:37
    Dedi: "Bəs bu gülüş işarəsini niyə qoymusunuz?"
  • 4:37 - 4:39
    Dedim: "Çünki hələ öyrənirsən.
  • 4:39 - 4:43
    İkisini ki düz yazmısan. Hamısını buraxmamısan."
  • 4:43 - 4:45
    "Bu bəhsi təkrarlayanda, daha yaxşı
  • 4:45 - 4:46
    yaza bilməzsənmi?" - dedim,
  • 4:46 - 4:49
    Dedi: "Bəli, müəllimə, daha yaxşı eləyə bilərəm."
  • 4:49 - 4:52
    Gördünüzmü, "-18" bütün həyat eşqinizi öldürür.
  • 4:52 - 4:55
    "+2" amma: "O qədər də pis deyil ki." - deyir.
  • 4:55 - 5:00
    (Gülüş) (Alqış)
  • 5:00 - 5:03
    İllər boyunca, anamın tənəffüs vaxtında
  • 5:03 - 5:06
    şagird işlərini gözdən keçirdiyinin,
  • 5:06 - 5:09
    günorta valideynləri ziyarətə evlərinə getdiyinin,
  • 5:09 - 5:12
    daraq, fırça, və yeməyə ehtiyacı olan uşaqlar üçün fıstıq əzməsi
  • 5:12 - 5:15
    və peçenye alıb siyirməsinə qoyduğunun,
  • 5:15 - 5:18
    və yaxşı qoxumayan uşaqlar üçün əsgi və sabun aldığının şahidi olmuşam.
  • 5:18 - 5:22
    Bilirsiniz ki, qoxusu gələn uşaqlara dərs demək asan iş deyil.
  • 5:22 - 5:24
    Və uşaqlar da insafsız ola bilirlər.
  • 5:24 - 5:27
    Ona görə də, bu şeyləri masasında hazır tuturdu,
  • 5:27 - 5:30
    və illər sonra, təqaüdə çıxandan sonra,
  • 5:30 - 5:33
    o uşaqlardan bəzilərinin gəlib ona: "Bilirsinizmi, xanım Volker,
  • 5:33 - 5:35
    siz mənim həyatımı dəyişdirdiniz,
  • 5:35 - 5:37
    Mənim yoluma işıq saldınız.
  • 5:37 - 5:39
    Heç bir kimsə olmadığımı bildiyim vaxtlarda belə,
  • 5:39 - 5:41
    bir fərd kimi hiss etdirdiniz siz mənə.
  • 5:41 - 5:44
    Və indi, sadəcə, kim olduğumu görmənizi istəyirəm." -
  • 5:44 - 5:46
    - dediklərinin şahidi oldum.
  • 5:46 - 5:49
    Və anam iki il əvvəl 92 yaşında vəfat edəndə,
  • 5:49 - 5:52
    dəfnində o qədər köhnə şagirdləri vardı ki,
  • 5:52 - 5:55
    köçüb getdiyi üçün deyil, sadəcə geridə heç bir zaman
  • 5:55 - 5:59
    itməyəcək böyük bir bağ buraxdığı üçün
  • 5:59 - 6:01
    gözlərim yaşla doldu.
  • 6:01 - 6:06
    Daha artıq bağlar qura bilərikmi? Əlbəttə.
  • 6:06 - 6:10
    Şagirlərinizin hamısını sevəcəksinizmi? Təbii ki, yox.
  • 6:10 - 6:15
    Və də bilirsiniz ki, ən dələduz uşaqlar heç dərs buraxmazlar.
  • 6:15 - 6:17
    (Gülüş)
  • 6:17 - 6:20
    Heç vaxt. Hamısını sevməyəcəksiniz,
  • 6:20 - 6:23
    və o nadinc olanları həmişə dərsə gətirən bir səbəb var.
  • 6:23 - 6:26
    Bu, bağdır. Qayğıdır.Yaxınlıqdır.
  • 6:26 - 6:28
    Və ən əsası, siz hamısını sevməsəniz belə,
  • 6:28 - 6:32
    onlar bunu heç bir zaman sezməyəcəklər.
  • 6:32 - 6:36
    Yəni, müəllimlər aktyor və aktrisalar cildinə girirlər,
  • 6:36 - 6:38
    və heç kefimiz yoxkən belə dərsə gəlirik,
  • 6:38 - 6:41
    mənasız yerə olsa da, təlimatları dinləyirik,
  • 6:41 - 6:44
    və yenə də öyrədirik.
  • 6:44 - 6:48
    Yenə də öyrədirik, çünki bizim işimiz budur.
  • 6:48 - 6:51
    Öyrətmə və öyrənmə əyləncəyə bağlanmalıdır.
  • 6:51 - 6:54
    Risk almaqdan qorxmayan,
  • 6:54 - 6:58
    düşünməkdən çəkinməyən,
  • 6:58 - 6:59
    və bir qəhrəmanı olan uşaqlarımız olsaydı
  • 6:59 - 7:00
    nə qədər güclü bir dünyamız olardı!
  • 7:00 - 7:03
    Hər bir uşağın haqqıdır bir qəhrəmanının olması;
  • 7:03 - 7:05
    onlardan heç ümidini üzməyəcək,
  • 7:05 - 7:08
    yaxınlığın gücünü və dəyərini anlayan,
  • 7:08 - 7:12
    və ola biləcəklərinin ən yaxşısı olmalarına onları sövq edən bir böyük.
  • 7:12 - 7:16
    Çətindirmi bu iş? Həm də necə. Həm də necə, Allahım.
  • 7:16 - 7:20
    Ancaq mümkünsüz də deyil.
  • 7:20 - 7:21
    Biz bunu bacararıq. Biz maarifçilərik.
  • 7:21 - 7:24
    Fərq yaratmaq üçün doğulmuşlarıq biz.
  • 7:24 - 7:25
    Çox təşəkkür edirəm.
  • 7:25 - 7:30
    (Alqış)
Title:
Rita Pierson: Hər uşağın bir qəhrəmana ehtiyacı var
Speaker:
Rita Pierson
Description:

Rita Pierson, 40 ilin müəllimi, bir dəfə bir həmkarının "Mənə maaşı uşaqları bəyənməyim üçün vermirlər." dediyini eşidib. Onun cavabı isə belə olub: "Uşaqlar xoşları gəlməyən insanlardan bir şey öyrənməzlər.” Maarifçilərə, şagirdlərinə inanmaları və onlarla gerçək, insani və fərdi səviyyədə bağ qurmaları üçün ilhamverici bir səsləniş.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
07:48
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for Every kid needs a champion
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Every kid needs a champion
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Every kid needs a champion
Gulchin Taghiyeva accepted Azerbaijani subtitles for Every kid needs a champion
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Every kid needs a champion
Fəxri Xanlarzadə edited Azerbaijani subtitles for Every kid needs a champion
Fəxri Xanlarzadə edited Azerbaijani subtitles for Every kid needs a champion

Azerbaijani subtitles

Revisions