WEBVTT 00:00:00.000 --> 00:00:04.000 Bütün həyatımı ya məktəbdə, 00:00:04.000 --> 00:00:08.000 ya məktəbə gedən yolda, 00:00:08.000 --> 00:00:12.000 ya da məktəbdə baş verənlər haqda danışaraq keçirmişəm. 00:00:12.000 --> 00:00:15.000 Valideynlərimin hər ikisi maarifçi olub, 00:00:15.000 --> 00:00:17.000 ana tərəfdən nənəm və babam maarifçi olublar, 00:00:17.000 --> 00:00:21.000 və mən də son 40 il ərzində eyni şeyi eləmişəm. 00:00:21.000 --> 00:00:24.000 Və, təbii ki, bütün bu illər ərzində 00:00:24.000 --> 00:00:28.000 təhsil islahatlarına müxtəlif bucaqlardan 00:00:28.000 --> 00:00:30.000 baxma imkanım olub. 00:00:30.000 --> 00:00:32.000 Bəziləri yaxşı nəticələr verib, 00:00:32.000 --> 00:00:34.000 Digərləri o qədər də yaxşı alınmayıb. 00:00:34.000 --> 00:00:36.000 Və biz bilirik niyə uşaqlarımızın məktəbi yarımçıq qoyduğunu. 00:00:36.000 --> 00:00:37.000 Niyə öyrənmədiklərini bilirik. 00:00:37.000 --> 00:00:40.000 Ya kasıblıqdan, ya davamsızlıqdan, 00:00:40.000 --> 00:00:44.000 ya da ətrafdakı yaşıdların mənfi təsirindən. Niyəsini bilirik. 00:00:44.000 --> 00:00:47.000 Ancaq heç haqqında danışmadığımız, 00:00:47.000 --> 00:00:49.000 ya da nadirən danışdığımız şeylərdən biri 00:00:49.000 --> 00:00:53.000 insani yaxınlıq və bağlara verməli olduğumuz 00:00:53.000 --> 00:00:56.000 dəyər və önəmdir. NOTE Paragraph 00:00:56.000 --> 00:00:59.000 Ceyms Komer deyib ki, heç bir tutarlı öyrənmə 00:00:59.000 --> 00:01:02.000 tutarlı bir yaxınlığın yoxluğunda baş verə bilməz. 00:01:02.000 --> 00:01:05.000 Corc Vaşinqton Karver isə, bütün öyrənmənin 00:01:05.000 --> 00:01:09.000 insani bağları anlamaqdan keçdiyini deyir. 00:01:09.000 --> 00:01:11.000 Bu zaldakı hər bir kəs bir müəllim və ya 00:01:11.000 --> 00:01:14.000 bir böyük tərəfindən təsir görmüşdür. 00:01:14.000 --> 00:01:19.000 Mən, illər boyu, təhsil prosesindəki fərdləri izləmişəm. 00:01:19.000 --> 00:01:22.000 Neçə ən yaxşılarını görmüş və bir neçə bərbad olanlarına da şahid olmuşam. NOTE Paragraph 00:01:22.000 --> 00:01:24.000 Bir həmkarım günün birində mənə dedi ki: 00:01:24.000 --> 00:01:26.000 "Mənə maaşı uşaqları bəyənməyim üçün vermirlər. 00:01:26.000 --> 00:01:29.000 Verirlər ki, dərsimi keçim. 00:01:29.000 --> 00:01:30.000 Uşaqlar öyrənsinlər. 00:01:30.000 --> 00:01:33.000 Mən öyrətməliyəm. Onlar öyrənməlidirlər. Vəssalam." NOTE Paragraph 00:01:33.000 --> 00:01:35.000 Deməli, qayıdıb dedim ki ona: 00:01:35.000 --> 00:01:39.000 "Bilirsən, uşaqlar xoşları gəlməyən adamlardan bir şey öyrənməzlər." NOTE Paragraph 00:01:39.000 --> 00:01:47.000 (Gülüş) (Alqış) NOTE Paragraph 00:01:47.000 --> 00:01:50.000 Dedi: "Əşi, cəfəngiyyatdır." NOTE Paragraph 00:01:50.000 --> 00:01:53.000 Mən də dedim ki: "Onda, əzizim, səni qarşıda çətin və 00:01:53.000 --> 00:01:56.000 gərgin bir il gözləyir." NOTE Paragraph 00:01:56.000 --> 00:01:58.000 Aydın məsələydi. Bəziləri düşünür ki, 00:01:58.000 --> 00:02:01.000 yaxınlıq qura bilmək təbii bacarığı ya içində var 00:02:01.000 --> 00:02:02.000 ya da yoxdur. 00:02:02.000 --> 00:02:05.000 Məncə, Stefan Kovey haqlı deyib. 00:02:05.000 --> 00:02:08.000 Deyir ki, həyatda hərdən bir sıra bəsit şeylərə də yer ayırmaq lazımdır, 00:02:08.000 --> 00:02:11.000 ilk öncə anlaşılmağa deyil, 00:02:11.000 --> 00:02:13.000 anlamağa çalışmaq kimi, 00:02:13.000 --> 00:02:16.000 üzr istəmək kimi sadə şeylərə. 00:02:16.000 --> 00:02:17.000 Düşündünüzmü heç bu haqda? 00:02:17.000 --> 00:02:21.000 Bir uşaqdan üzr istəyin, məəttəl qalacaq. NOTE Paragraph 00:02:21.000 --> 00:02:23.000 Bir dəfə, nisbət bəhsindən bir dərs deyirdim. 00:02:23.000 --> 00:02:27.000 Riyaziyyatla aram elə də yaxşı olmasa da, üzərimdə çalışırdım. 00:02:27.000 --> 00:02:30.000 Sonra qayıdıb müəllim kitabçasına baxanda 00:02:30.000 --> 00:02:33.000 gördüm ki, bütün dərsi səhv başa salmışam. (Gülüş) NOTE Paragraph 00:02:33.000 --> 00:02:35.000 Sonra növbəti gün sinfə gəldim və dedim ki, 00:02:35.000 --> 00:02:38.000 "Uşaqlar, baxın, üzr istəməliyəm. 00:02:38.000 --> 00:02:42.000 Bütün dərsi səhv başa salmışam. Bağışlayın." NOTE Paragraph 00:02:42.000 --> 00:02:43.000 Dedilər: "Eybi yox, Xanım Pierson, 00:02:43.000 --> 00:02:45.000 Elə həvəslə başa salırdınız ki, biz də bir şey deyə bilmədik." 00:02:45.000 --> 00:02:50.000 (Gülüş) (Alqış) NOTE Paragraph 00:02:50.000 --> 00:02:54.000 Akademik cəhətdən elə zəif siniflərim olub ki, 00:02:54.000 --> 00:02:58.000 özümü tuta bilməyib ağlamışam. 00:02:58.000 --> 00:03:01.000 Bu qrupu doqquz ay içərisində olduqları yerdən 00:03:01.000 --> 00:03:03.000 olmalı olduqları yerə 00:03:03.000 --> 00:03:06.000 necə aparacağam deyə elə hey düşünmüşəm. 00:03:06.000 --> 00:03:09.000 Müşkül məsələydi. Həqiqətən çətin olurdu. 00:03:09.000 --> 00:03:12.000 Bir uşağın mənlik anlayışını və, eyni zamanda, 00:03:12.000 --> 00:03:15.000 akademik nailiyyətini necə artıra bilərəm? NOTE Paragraph 00:03:15.000 --> 00:03:17.000 İlin birində, parlaq bir fikir gəldi ağlıma. 00:03:17.000 --> 00:03:19.000 Bütün şagirdlərimə dedim ki: 00:03:19.000 --> 00:03:23.000 "Siz mənim sinfimdə olmaq üçün seçilmişlərsiniz, 00:03:23.000 --> 00:03:24.000 çünki mən ən yaxşı müəlliməm, 00:03:24.000 --> 00:03:26.000 sizsə ən yaxşı şagirdlərsiniz, 00:03:26.000 --> 00:03:27.000 və bizim hamımızı bir araya gətiriblər ki, 00:03:27.000 --> 00:03:30.000 bütün başqa hamıya bunu necə bacardığımızı göstərə bilək." NOTE Paragraph 00:03:30.000 --> 00:03:33.000 Şagirdlərdən biri qayıdıb: "Doğrudan?" - deyə soruşdu. 00:03:33.000 --> 00:03:35.000 (Gülüş) NOTE Paragraph 00:03:35.000 --> 00:03:38.000 "Bəli. Doğrudan." - dedim, - "Biz başqa siniflərə örnək 00:03:38.000 --> 00:03:40.000 olmalıyıq. Elə ki, biz dəhlizdən keçərkən 00:03:40.000 --> 00:03:43.000 hamı bizə diqqət yetirsin. Yəni, səs sala bilməzsiniz. 00:03:43.000 --> 00:03:46.000 Sakit və farağat yeriməlisiniz." 00:03:46.000 --> 00:03:49.000 Və bu sözləri qulaqlarında sırğa etmələrini istədim: "Mən bir fərdəm. 00:03:49.000 --> 00:03:50.000 Bura gələndə bir fərd idim. 00:03:50.000 --> 00:03:52.000 Burdan daha yaxşı bir fərd olaraq çıxacağam. 00:03:52.000 --> 00:03:54.000 Güclü və qüvvətliyəm. 00:03:54.000 --> 00:03:57.000 Burda aldığım təhsil haqqımdır. 00:03:57.000 --> 00:03:59.000 Görəcək işlərim var, təsirləndirəcək insanlar, 00:03:59.000 --> 00:04:01.000 gəzməyə yerlər var qarşımda." NOTE Paragraph 00:04:01.000 --> 00:04:04.000 "Bəli!" - deyə cavab verdilər. NOTE Paragraph 00:04:04.000 --> 00:04:05.000 Nəyisə çox təkrarlayanda, 00:04:05.000 --> 00:04:09.000 sözlər artıq bir parçan olmağa başlayır. NOTE Paragraph 00:04:09.000 --> 00:04:15.000 Beləliklə, - (Alqış) 00:04:15.000 --> 00:04:19.000 20 sualdan ibarət bir test hazırladım. 00:04:19.000 --> 00:04:22.000 Bir şagird 18-ni səhv etdi. 00:04:22.000 --> 00:04:27.000 Mən də vərəqinə "+2" qoydum, yanında böyük bir gülər üz. NOTE Paragraph 00:04:27.000 --> 00:04:31.000 Dedi ki: "Xanım Pierson, "F" almışam?" NOTE Paragraph 00:04:31.000 --> 00:04:33.000 Dedim: "Bəli." NOTE Paragraph 00:04:33.000 --> 00:04:37.000 Dedi: "Bəs bu gülüş işarəsini niyə qoymusunuz?" NOTE Paragraph 00:04:37.000 --> 00:04:39.000 Dedim: "Çünki hələ öyrənirsən. 00:04:39.000 --> 00:04:43.000 İkisini ki düz yazmısan. Hamısını buraxmamısan." 00:04:43.000 --> 00:04:45.000 "Bu bəhsi təkrarlayanda, daha yaxşı 00:04:45.000 --> 00:04:46.000 yaza bilməzsənmi?" - dedim, NOTE Paragraph 00:04:46.000 --> 00:04:49.000 Dedi: "Bəli, müəllimə, daha yaxşı eləyə bilərəm." NOTE Paragraph 00:04:49.000 --> 00:04:52.000 Gördünüzmü, "-18" bütün həyat eşqinizi öldürür. 00:04:52.000 --> 00:04:55.000 "+2" amma: "O qədər də pis deyil ki." - deyir. 00:04:55.000 --> 00:05:00.000 (Gülüş) (Alqış) NOTE Paragraph 00:05:00.000 --> 00:05:03.000 İllər boyunca, anamın tənəffüs vaxtında 00:05:03.000 --> 00:05:06.000 şagird işlərini gözdən keçirdiyinin, 00:05:06.000 --> 00:05:09.000 günorta valideynləri ziyarətə evlərinə getdiyinin, 00:05:09.000 --> 00:05:12.000 daraq, fırça, və yeməyə ehtiyacı olan uşaqlar üçün fıstıq əzməsi 00:05:12.000 --> 00:05:15.000 və peçenye alıb siyirməsinə qoyduğunun, 00:05:15.000 --> 00:05:18.000 və yaxşı qoxumayan uşaqlar üçün əsgi və sabun aldığının şahidi olmuşam. 00:05:18.000 --> 00:05:22.000 Bilirsiniz ki, qoxusu gələn uşaqlara dərs demək asan iş deyil. 00:05:22.000 --> 00:05:24.000 Və uşaqlar da insafsız ola bilirlər. 00:05:24.000 --> 00:05:27.000 Ona görə də, bu şeyləri masasında hazır tuturdu, 00:05:27.000 --> 00:05:30.000 və illər sonra, təqaüdə çıxandan sonra, 00:05:30.000 --> 00:05:33.000 o uşaqlardan bəzilərinin gəlib ona: "Bilirsinizmi, xanım Volker, 00:05:33.000 --> 00:05:35.000 siz mənim həyatımı dəyişdirdiniz, 00:05:35.000 --> 00:05:37.000 Mənim yoluma işıq saldınız. 00:05:37.000 --> 00:05:39.000 Heç bir kimsə olmadığımı bildiyim vaxtlarda belə, 00:05:39.000 --> 00:05:41.000 bir fərd kimi hiss etdirdiniz siz mənə. 00:05:41.000 --> 00:05:44.000 Və indi, sadəcə, kim olduğumu görmənizi istəyirəm." - 00:05:44.000 --> 00:05:46.000 - dediklərinin şahidi oldum. NOTE Paragraph 00:05:46.000 --> 00:05:49.000 Və anam iki il əvvəl 92 yaşında vəfat edəndə, 00:05:49.000 --> 00:05:52.000 dəfnində o qədər köhnə şagirdləri vardı ki, 00:05:52.000 --> 00:05:55.000 köçüb getdiyi üçün deyil, sadəcə geridə heç bir zaman 00:05:55.000 --> 00:05:59.000 itməyəcək böyük bir bağ buraxdığı üçün 00:05:59.000 --> 00:06:01.000 gözlərim yaşla doldu. NOTE Paragraph 00:06:01.000 --> 00:06:06.000 Daha artıq bağlar qura bilərikmi? Əlbəttə. 00:06:06.000 --> 00:06:10.000 Şagirlərinizin hamısını sevəcəksinizmi? Təbii ki, yox. 00:06:10.000 --> 00:06:15.000 Və də bilirsiniz ki, ən dələduz uşaqlar heç dərs buraxmazlar. 00:06:15.000 --> 00:06:17.000 (Gülüş) 00:06:17.000 --> 00:06:20.000 Heç vaxt. Hamısını sevməyəcəksiniz, 00:06:20.000 --> 00:06:23.000 və o nadinc olanları həmişə dərsə gətirən bir səbəb var. 00:06:23.000 --> 00:06:26.000 Bu, bağdır. Qayğıdır.Yaxınlıqdır. 00:06:26.000 --> 00:06:28.000 Və ən əsası, siz hamısını sevməsəniz belə, 00:06:28.000 --> 00:06:32.000 onlar bunu heç bir zaman sezməyəcəklər. 00:06:32.000 --> 00:06:36.000 Yəni, müəllimlər aktyor və aktrisalar cildinə girirlər, 00:06:36.000 --> 00:06:38.000 və heç kefimiz yoxkən belə dərsə gəlirik, 00:06:38.000 --> 00:06:41.000 mənasız yerə olsa da, təlimatları dinləyirik, 00:06:41.000 --> 00:06:44.000 və yenə də öyrədirik. 00:06:44.000 --> 00:06:48.000 Yenə də öyrədirik, çünki bizim işimiz budur. NOTE Paragraph 00:06:48.000 --> 00:06:51.000 Öyrətmə və öyrənmə əyləncəyə bağlanmalıdır. 00:06:51.000 --> 00:06:54.000 Risk almaqdan qorxmayan, 00:06:54.000 --> 00:06:58.000 düşünməkdən çəkinməyən, 00:06:58.000 --> 00:06:59.000 və bir qəhrəmanı olan uşaqlarımız olsaydı 00:06:59.000 --> 00:07:00.000 nə qədər güclü bir dünyamız olardı! 00:07:00.000 --> 00:07:03.000 Hər bir uşağın haqqıdır bir qəhrəmanının olması; 00:07:03.000 --> 00:07:05.000 onlardan heç ümidini üzməyəcək, 00:07:05.000 --> 00:07:08.000 yaxınlığın gücünü və dəyərini anlayan, 00:07:08.000 --> 00:07:12.000 və ola biləcəklərinin ən yaxşısı olmalarına onları sövq edən bir böyük. NOTE Paragraph 00:07:12.000 --> 00:07:16.000 Çətindirmi bu iş? Həm də necə. Həm də necə, Allahım. 00:07:16.000 --> 00:07:20.000 Ancaq mümkünsüz də deyil. 00:07:20.000 --> 00:07:21.000 Biz bunu bacararıq. Biz maarifçilərik. 00:07:21.000 --> 00:07:24.000 Fərq yaratmaq üçün doğulmuşlarıq biz. NOTE Paragraph 00:07:24.000 --> 00:07:25.000 Çox təşəkkür edirəm. NOTE Paragraph 00:07:25.000 --> 00:07:30.000 (Alqış)