0:00:00.000,0:00:04.000 Bütün həyatımı ya məktəbdə, 0:00:04.000,0:00:08.000 ya məktəbə gedən yolda, 0:00:08.000,0:00:12.000 ya da məktəbdə baş verənlər haqda danışaraq keçirmişəm. 0:00:12.000,0:00:15.000 Valideynlərimin hər ikisi maarifçi olub, 0:00:15.000,0:00:17.000 ana tərəfdən nənəm və babam maarifçi olublar, 0:00:17.000,0:00:21.000 və mən də son 40 il ərzində eyni şeyi eləmişəm. 0:00:21.000,0:00:24.000 Və, təbii ki, bütün bu illər ərzində 0:00:24.000,0:00:28.000 təhsil islahatlarına müxtəlif bucaqlardan 0:00:28.000,0:00:30.000 baxma imkanım olub. 0:00:30.000,0:00:32.000 Bəziləri yaxşı nəticələr verib, 0:00:32.000,0:00:34.000 Digərləri o qədər də yaxşı alınmayıb. 0:00:34.000,0:00:36.000 Və biz bilirik niyə uşaqlarımızın məktəbi yarımçıq qoyduğunu. 0:00:36.000,0:00:37.000 Niyə öyrənmədiklərini bilirik. 0:00:37.000,0:00:40.000 Ya kasıblıqdan, ya davamsızlıqdan, 0:00:40.000,0:00:44.000 ya da ətrafdakı yaşıdların mənfi təsirindən. Niyəsini bilirik. 0:00:44.000,0:00:47.000 Ancaq heç haqqında danışmadığımız, 0:00:47.000,0:00:49.000 ya da nadirən danışdığımız şeylərdən biri 0:00:49.000,0:00:53.000 insani yaxınlıq və bağlara verməli olduğumuz 0:00:53.000,0:00:56.000 dəyər və önəmdir. 0:00:56.000,0:00:59.000 Ceyms Komer deyib ki, heç bir tutarlı öyrənmə 0:00:59.000,0:01:02.000 tutarlı bir yaxınlığın yoxluğunda baş verə bilməz. 0:01:02.000,0:01:05.000 Corc Vaşinqton Karver isə, bütün öyrənmənin 0:01:05.000,0:01:09.000 insani bağları anlamaqdan keçdiyini deyir. 0:01:09.000,0:01:11.000 Bu zaldakı hər bir kəs bir müəllim və ya 0:01:11.000,0:01:14.000 bir böyük tərəfindən təsir görmüşdür. 0:01:14.000,0:01:19.000 Mən, illər boyu, təhsil prosesindəki fərdləri izləmişəm. 0:01:19.000,0:01:22.000 Neçə ən yaxşılarını görmüş və bir neçə bərbad olanlarına da şahid olmuşam. 0:01:22.000,0:01:24.000 Bir həmkarım günün birində mənə dedi ki: 0:01:24.000,0:01:26.000 "Mənə maaşı uşaqları bəyənməyim üçün vermirlər. 0:01:26.000,0:01:29.000 Verirlər ki, dərsimi keçim. 0:01:29.000,0:01:30.000 Uşaqlar öyrənsinlər. 0:01:30.000,0:01:33.000 Mən öyrətməliyəm. Onlar öyrənməlidirlər. Vəssalam." 0:01:33.000,0:01:35.000 Deməli, qayıdıb dedim ki ona: 0:01:35.000,0:01:39.000 "Bilirsən, uşaqlar xoşları gəlməyən adamlardan bir şey öyrənməzlər." 0:01:39.000,0:01:47.000 (Gülüş) (Alqış) 0:01:47.000,0:01:50.000 Dedi: "Əşi, cəfəngiyyatdır." 0:01:50.000,0:01:53.000 Mən də dedim ki: "Onda, əzizim, səni qarşıda çətin və 0:01:53.000,0:01:56.000 gərgin bir il gözləyir." 0:01:56.000,0:01:58.000 Aydın məsələydi. Bəziləri düşünür ki, 0:01:58.000,0:02:01.000 yaxınlıq qura bilmək təbii bacarığı ya içində var 0:02:01.000,0:02:02.000 ya da yoxdur. 0:02:02.000,0:02:05.000 Məncə, Stefan Kovey haqlı deyib. 0:02:05.000,0:02:08.000 Deyir ki, həyatda hərdən bir sıra bəsit şeylərə də yer ayırmaq lazımdır, 0:02:08.000,0:02:11.000 ilk öncə anlaşılmağa deyil, 0:02:11.000,0:02:13.000 anlamağa çalışmaq kimi, 0:02:13.000,0:02:16.000 üzr istəmək kimi sadə şeylərə. 0:02:16.000,0:02:17.000 Düşündünüzmü heç bu haqda? 0:02:17.000,0:02:21.000 Bir uşaqdan üzr istəyin, məəttəl qalacaq. 0:02:21.000,0:02:23.000 Bir dəfə, nisbət bəhsindən bir dərs deyirdim. 0:02:23.000,0:02:27.000 Riyaziyyatla aram elə də yaxşı olmasa da, üzərimdə çalışırdım. 0:02:27.000,0:02:30.000 Sonra qayıdıb müəllim kitabçasına baxanda 0:02:30.000,0:02:33.000 gördüm ki, bütün dərsi səhv başa salmışam. (Gülüş) 0:02:33.000,0:02:35.000 Sonra növbəti gün sinfə gəldim və dedim ki, 0:02:35.000,0:02:38.000 "Uşaqlar, baxın, üzr istəməliyəm. 0:02:38.000,0:02:42.000 Bütün dərsi səhv başa salmışam. Bağışlayın." 0:02:42.000,0:02:43.000 Dedilər: "Eybi yox, Xanım Pierson, 0:02:43.000,0:02:45.000 Elə həvəslə başa salırdınız ki, biz də bir şey deyə bilmədik." 0:02:45.000,0:02:50.000 (Gülüş) (Alqış) 0:02:50.000,0:02:54.000 Akademik cəhətdən elə zəif siniflərim olub ki, 0:02:54.000,0:02:58.000 özümü tuta bilməyib ağlamışam. 0:02:58.000,0:03:01.000 Bu qrupu doqquz ay içərisində olduqları yerdən 0:03:01.000,0:03:03.000 olmalı olduqları yerə 0:03:03.000,0:03:06.000 necə aparacağam deyə elə hey düşünmüşəm. 0:03:06.000,0:03:09.000 Müşkül məsələydi. Həqiqətən çətin olurdu. 0:03:09.000,0:03:12.000 Bir uşağın mənlik anlayışını və, eyni zamanda, 0:03:12.000,0:03:15.000 akademik nailiyyətini necə artıra bilərəm? 0:03:15.000,0:03:17.000 İlin birində, parlaq bir fikir gəldi ağlıma. 0:03:17.000,0:03:19.000 Bütün şagirdlərimə dedim ki: 0:03:19.000,0:03:23.000 "Siz mənim sinfimdə olmaq üçün seçilmişlərsiniz, 0:03:23.000,0:03:24.000 çünki mən ən yaxşı müəlliməm, 0:03:24.000,0:03:26.000 sizsə ən yaxşı şagirdlərsiniz, 0:03:26.000,0:03:27.000 və bizim hamımızı bir araya gətiriblər ki, 0:03:27.000,0:03:30.000 bütün başqa hamıya bunu necə bacardığımızı göstərə bilək." 0:03:30.000,0:03:33.000 Şagirdlərdən biri qayıdıb: "Doğrudan?" - deyə soruşdu. 0:03:33.000,0:03:35.000 (Gülüş) 0:03:35.000,0:03:38.000 "Bəli. Doğrudan." - dedim, - "Biz başqa siniflərə örnək 0:03:38.000,0:03:40.000 olmalıyıq. Elə ki, biz dəhlizdən keçərkən 0:03:40.000,0:03:43.000 hamı bizə diqqət yetirsin. Yəni, səs sala bilməzsiniz. 0:03:43.000,0:03:46.000 Sakit və farağat yeriməlisiniz." 0:03:46.000,0:03:49.000 Və bu sözləri qulaqlarında sırğa etmələrini istədim: "Mən bir fərdəm. 0:03:49.000,0:03:50.000 Bura gələndə bir fərd idim. 0:03:50.000,0:03:52.000 Burdan daha yaxşı bir fərd olaraq çıxacağam. 0:03:52.000,0:03:54.000 Güclü və qüvvətliyəm. 0:03:54.000,0:03:57.000 Burda aldığım təhsil haqqımdır. 0:03:57.000,0:03:59.000 Görəcək işlərim var, təsirləndirəcək insanlar, 0:03:59.000,0:04:01.000 gəzməyə yerlər var qarşımda." 0:04:01.000,0:04:04.000 "Bəli!" - deyə cavab verdilər. 0:04:04.000,0:04:05.000 Nəyisə çox təkrarlayanda, 0:04:05.000,0:04:09.000 sözlər artıq bir parçan olmağa başlayır. 0:04:09.000,0:04:15.000 Beləliklə, - (Alqış) 0:04:15.000,0:04:19.000 20 sualdan ibarət bir test hazırladım. 0:04:19.000,0:04:22.000 Bir şagird 18-ni səhv etdi. 0:04:22.000,0:04:27.000 Mən də vərəqinə "+2" qoydum, yanında böyük bir gülər üz. 0:04:27.000,0:04:31.000 Dedi ki: "Xanım Pierson, "F" almışam?" 0:04:31.000,0:04:33.000 Dedim: "Bəli." 0:04:33.000,0:04:37.000 Dedi: "Bəs bu gülüş işarəsini niyə qoymusunuz?" 0:04:37.000,0:04:39.000 Dedim: "Çünki hələ öyrənirsən. 0:04:39.000,0:04:43.000 İkisini ki düz yazmısan. Hamısını buraxmamısan." 0:04:43.000,0:04:45.000 "Bu bəhsi təkrarlayanda, daha yaxşı 0:04:45.000,0:04:46.000 yaza bilməzsənmi?" - dedim, 0:04:46.000,0:04:49.000 Dedi: "Bəli, müəllimə, daha yaxşı eləyə bilərəm." 0:04:49.000,0:04:52.000 Gördünüzmü, "-18" bütün həyat eşqinizi öldürür. 0:04:52.000,0:04:55.000 "+2" amma: "O qədər də pis deyil ki." - deyir. 0:04:55.000,0:05:00.000 (Gülüş) (Alqış) 0:05:00.000,0:05:03.000 İllər boyunca, anamın tənəffüs vaxtında 0:05:03.000,0:05:06.000 şagird işlərini gözdən keçirdiyinin, 0:05:06.000,0:05:09.000 günorta valideynləri ziyarətə evlərinə getdiyinin, 0:05:09.000,0:05:12.000 daraq, fırça, və yeməyə ehtiyacı olan uşaqlar üçün fıstıq əzməsi 0:05:12.000,0:05:15.000 və peçenye alıb siyirməsinə qoyduğunun, 0:05:15.000,0:05:18.000 və yaxşı qoxumayan uşaqlar üçün əsgi və sabun aldığının şahidi olmuşam. 0:05:18.000,0:05:22.000 Bilirsiniz ki, qoxusu gələn uşaqlara dərs demək asan iş deyil. 0:05:22.000,0:05:24.000 Və uşaqlar da insafsız ola bilirlər. 0:05:24.000,0:05:27.000 Ona görə də, bu şeyləri masasında hazır tuturdu, 0:05:27.000,0:05:30.000 və illər sonra, təqaüdə çıxandan sonra, 0:05:30.000,0:05:33.000 o uşaqlardan bəzilərinin gəlib ona: "Bilirsinizmi, xanım Volker, 0:05:33.000,0:05:35.000 siz mənim həyatımı dəyişdirdiniz, 0:05:35.000,0:05:37.000 Mənim yoluma işıq saldınız. 0:05:37.000,0:05:39.000 Heç bir kimsə olmadığımı bildiyim vaxtlarda belə, 0:05:39.000,0:05:41.000 bir fərd kimi hiss etdirdiniz siz mənə. 0:05:41.000,0:05:44.000 Və indi, sadəcə, kim olduğumu görmənizi istəyirəm." - 0:05:44.000,0:05:46.000 - dediklərinin şahidi oldum. 0:05:46.000,0:05:49.000 Və anam iki il əvvəl 92 yaşında vəfat edəndə, 0:05:49.000,0:05:52.000 dəfnində o qədər köhnə şagirdləri vardı ki, 0:05:52.000,0:05:55.000 köçüb getdiyi üçün deyil, sadəcə geridə heç bir zaman 0:05:55.000,0:05:59.000 itməyəcək böyük bir bağ buraxdığı üçün 0:05:59.000,0:06:01.000 gözlərim yaşla doldu. 0:06:01.000,0:06:06.000 Daha artıq bağlar qura bilərikmi? Əlbəttə. 0:06:06.000,0:06:10.000 Şagirlərinizin hamısını sevəcəksinizmi? Təbii ki, yox. 0:06:10.000,0:06:15.000 Və də bilirsiniz ki, ən dələduz uşaqlar heç dərs buraxmazlar. 0:06:15.000,0:06:17.000 (Gülüş) 0:06:17.000,0:06:20.000 Heç vaxt. Hamısını sevməyəcəksiniz, 0:06:20.000,0:06:23.000 və o nadinc olanları həmişə dərsə gətirən bir səbəb var. 0:06:23.000,0:06:26.000 Bu, bağdır. Qayğıdır.Yaxınlıqdır. 0:06:26.000,0:06:28.000 Və ən əsası, siz hamısını sevməsəniz belə, 0:06:28.000,0:06:32.000 onlar bunu heç bir zaman sezməyəcəklər. 0:06:32.000,0:06:36.000 Yəni, müəllimlər aktyor və aktrisalar cildinə girirlər, 0:06:36.000,0:06:38.000 və heç kefimiz yoxkən belə dərsə gəlirik, 0:06:38.000,0:06:41.000 mənasız yerə olsa da, təlimatları dinləyirik, 0:06:41.000,0:06:44.000 və yenə də öyrədirik. 0:06:44.000,0:06:48.000 Yenə də öyrədirik, çünki bizim işimiz budur. 0:06:48.000,0:06:51.000 Öyrətmə və öyrənmə əyləncəyə bağlanmalıdır. 0:06:51.000,0:06:54.000 Risk almaqdan qorxmayan, 0:06:54.000,0:06:58.000 düşünməkdən çəkinməyən, 0:06:58.000,0:06:59.000 və bir qəhrəmanı olan uşaqlarımız olsaydı 0:06:59.000,0:07:00.000 nə qədər güclü bir dünyamız olardı! 0:07:00.000,0:07:03.000 Hər bir uşağın haqqıdır bir qəhrəmanının olması; 0:07:03.000,0:07:05.000 onlardan heç ümidini üzməyəcək, 0:07:05.000,0:07:08.000 yaxınlığın gücünü və dəyərini anlayan, 0:07:08.000,0:07:12.000 və ola biləcəklərinin ən yaxşısı olmalarına onları sövq edən bir böyük. 0:07:12.000,0:07:16.000 Çətindirmi bu iş? Həm də necə. Həm də necə, Allahım. 0:07:16.000,0:07:20.000 Ancaq mümkünsüz də deyil. 0:07:20.000,0:07:21.000 Biz bunu bacararıq. Biz maarifçilərik. 0:07:21.000,0:07:24.000 Fərq yaratmaq üçün doğulmuşlarıq biz. 0:07:24.000,0:07:25.000 Çox təşəkkür edirəm. 0:07:25.000,0:07:30.000 (Alqış)