Return to Video

Dünyanı (ən azı özünüzü) pis görüşlərdən qorumağın yolu

  • 0:01 - 0:02
    Təsəvvür edin:
  • 0:02 - 0:04
    Bazar ertəsi sabahıdır,
  • 0:04 - 0:05
    siz ofisdəsiniz,
  • 0:05 - 0:07
    işləmək üçün hazırlanmaqdasınız,
  • 0:07 - 0:09
    və aşağıda gözünüzə dəyən bir kəs,
  • 0:09 - 0:11
    sizin otağınıza girərək
  • 0:11 - 0:13
    stulunuzu oğurlayır.
  • 0:13 - 0:14
    Heç bir şey demədən,
  • 0:14 - 0:15
    sadəcə götürüb gedir.
  • 0:15 - 0:18
    Digər bütün stullar arasından
    niyə sizin stulu
  • 0:18 - 0:20
    götürdüyü haqqında məlumat belə vermir.
  • 0:20 - 0:21
    Bugün işləmək üçün
  • 0:21 - 0:24
    stulunuza ehtiyacınız ola biləcəyini
    fikirləşmir.
  • 0:24 - 0:26
    Buna dözməzdiniz. Nə isə edərdiz.
  • 0:26 - 0:28
    Həmin şəxsi öz otağına qədər izləyər
  • 0:28 - 0:31
    və soruşardınız:
    "Niyə mənim stulum?"
  • 0:31 - 0:35
    Yaxşı, indi Çərşənbə axşamı günü sabahıdır
    və siz ofisdəsiniz.
  • 0:35 - 0:38
    Və birdən sizin kalendarınızda
    iclas dəvəti görünür.
  • 0:38 - 0:40
    (Gülüş səsləri)
  • 0:40 - 0:43
    Və bu dəvət sizə aşağı mərtəbədən
    tanış kimi olan bir qadındandır.
  • 0:43 - 0:47
    Mövzu sizin az məlumatınız olduğu
    proyekt haqqındadır.
  • 0:47 - 0:48
    Amma gündəlik yoxdur.
  • 0:48 - 0:52
    Sizin nə üçün iclasa çağırıldığınız
    haqqında heç bir məlumat yoxdur.
  • 0:52 - 0:56
    Ama nəticədə, dəvəti qəbul edər
    və gedərsiniz.
  • 0:56 - 0:59
    Bu səmərəsiz iclas bitdikdə
  • 0:59 - 1:00
    öz masanıza qayıdar,
  • 1:00 - 1:02
    bir qədər nəfəs alar və deyərsiniz:
  • 1:02 - 1:05
    "Bircə o iki saatı geri ala bilsəydim,
  • 1:05 - 1:07
    stulumu geri almaq istədiyim kimi."
  • 1:07 - 1:08
    (Gülüş səsləri)
  • 1:08 - 1:11
    Hər gün iş yoldaşlarımızın nə qədər
  • 1:11 - 1:13
    yaxşı insan olsalar da bizdən
  • 1:13 - 1:15
    oğurlamalarına icazə veririk.
  • 1:15 - 1:19
    Və mən ofis mebelindən
    çox daha dəyərli bir şeydən danışıram.
  • 1:19 - 1:22
    Zamandan, sizin zamanınızdan.
  • 1:22 - 1:24
    Əslində, inanıram ki,
  • 1:24 - 1:27
    dəhşətli yeni bir xəstəliyin səbəb olduğu
  • 1:27 - 1:32
    qloballaşmış epidemiyanın ortasındayıq.
    Bu DRS-dir.
  • 1:32 - 1:34
    Düşünmədən Razılaşma Sindromu.
  • 1:34 - 1:36
    (Gülüş səsləri)
  • 1:36 - 1:39
    Düşünmədən Razılaşma Sindromunun
    əsas əlaməti
  • 1:39 - 1:43
    iclas dəvətini kalendarda
    görən kimi qəbul etməkdir.
  • 1:43 - 1:44
    (Gülüş səsləri)
  • 1:44 - 1:48
    Qeyri-ixtiyari bir refleks
    - bip, klik, dit - kalendarınızdadır,
  • 1:48 - 1:51
    "Getməliyəm, iclasa gecikirəm."
    (Gülüş səsləri)
  • 1:51 - 1:53
    İclaslar vacibdir, elə deyilmi?
  • 1:53 - 1:56
    Əməkdaşlıq hər şirkətdə uğurun açarıdır.
  • 1:56 - 2:00
    Və yolunda gedən bir iclas
    həqiqətən müsbət nəticə verə bilər.
  • 2:00 - 2:01
    Lakin, son bir neçə ildə qloballaşma
  • 2:01 - 2:04
    və geniş yayılmış
    informasıya texnologiyaları arasında
  • 2:04 - 2:06
    bizim işləmə üsulumuz
  • 2:06 - 2:09
    kəskin şəkildə dəyişmişdir.
  • 2:09 - 2:12
    Ağlamalı haldayıq.
    (Gülüş səsləri)
  • 2:12 - 2:15
    Bunun səbəbi həmin adamın
    yaxşı iclas keçirə bilməməsi deyil,
  • 2:15 - 2:18
    DRS, Düşünmədən Razılaşma Sindromu,
  • 2:18 - 2:22
    öz yaratdığımız yaradır.
  • 2:22 - 2:27
    Əslində DRS-in qlobal epidemiya
    olduğuna dair sübutum var.
  • 2:27 - 2:29
    İcazənizlə danışım.
  • 2:29 - 2:33
    Bir neçə il əvvəl
    Youtube-da bir video qoydum.
  • 2:33 - 2:36
    Bu videoda ola biləcəyiniz
    hər cür pis konfransı canlandırdım.
  • 2:36 - 2:38
    Bu təxmini 5 dəqiqəlik video
  • 2:38 - 2:41
    pis iclaslar haqqında nifrət etdiyimiz
    hər şeyi özündə birləşdirir.
  • 2:41 - 2:44
    İclası idarə etməyi bacarmayan
    iclas nəzarətçisi, burada
  • 2:44 - 2:47
    nə üçün olduqlarını
    bilməyən iştirakçılar.
  • 2:49 - 2:51
    Hər şey dağılmış bir xarabalıq kimi idi.
  • 2:51 - 2:53
    Və hamı buranı hirsli şəkildə tərk edirdi.
  • 2:53 - 2:55
    Gülməli vəziyyətdir.
  • 2:55 - 2:56
    (Gülüş səsləri)
  • 2:56 - 2:59
    Gəlin sürətli şəkildə nəzər salaq.
  • 2:59 - 3:02
    (Video) Bugünki məqsədimiz
    çox vacib bir məsələdə razılığa gəlməkdir.
  • 3:02 - 3:04
    Bir qrup olaraq
  • 3:04 - 3:07
    - ding dong-
  • 3:07 - 3:11
    Salam, kim qoşuldu?
  • 3:11 - 3:14
    Salam, Joe-dir. Mən bugün evdən işləyirəm.
  • 3:14 - 3:16
    (Gülüş səsləri)
  • 3:16 - 3:19
    Salam Joe. Qoşulduğun üçün təşəkkürlər.
  • 3:19 - 3:22
    Deyirdim ki,
    adın çəkmək istədiyimiz çox insan var,
  • 3:22 - 3:24
    belə ki, gəlin hamısını adbaad çağırmayaq
  • 3:24 - 3:26
    və keçək əsas məsələyə.
  • 3:26 - 3:30
    Bugünki məqsədimiz
    çox vacib bir məsələdə razılığa gəlməkdir.
  • 3:30 - 3:32
    Bir qrup olaraq
  • 3:32 - 3:34
    - ding dong -
  • 3:34 - 3:35
    (Gülüş səsləri)
  • 3:35 - 3:37
    Salam, kim qoşuldu?
  • 3:37 - 3:42
    Yox? Mənə elə gəlib deyəsən.
    (Gülüş səsləri)
  • 3:42 - 3:44
    Tanış gəlir?
  • 3:44 - 3:46
    Hə, mənə də tanış gəlir.
  • 3:46 - 3:48
    Bunu Youtube-e qoyandan
    bir neçə həftə sonra
  • 3:48 - 3:50
    onlarca ölkədən 500,000 insan,
  • 3:50 - 3:52
    həqiqətən onlarca ölkədən,
  • 3:52 - 3:53
    bu videoya baxdı.
  • 3:53 - 3:57
    Və 3 il sonra da bu video hər ay
    minlərcə baxış alır.
  • 3:57 - 3:59
    Hal-hazırda
    baxış sayı bir milyona yaxındır.
  • 3:59 - 4:01
    Və, əslində, haqqında eşitdiyiniz
  • 4:01 - 4:03
    və adını çəkməyəcəyim
    dünyanın bəzi ən böyük şirkətləri
  • 4:03 - 4:07
    bu videonu yeni işçilərinə təlimlərində
    "necə iclas keçirmək olmaz" adlı təlimi
  • 4:07 - 4:11
    həyata keçirmək üçün istifade etməyə görə
    mənim icazəmi alıblar.
  • 4:11 - 4:15
    Əgər bu rəqəmlər-milyonlarca baxış və
    videonun şirkətlər tərəfindən istifadəsi-
  • 4:15 - 4:18
    iclaslarla bağlı qlobal problemimizin
    olduğuna yetərli sübut deyilsə,
  • 4:18 - 4:21
    videonun altında
  • 4:21 - 4:24
    milyonlarca şərhlər sübutdur.
  • 4:24 - 4:26
    Milyonlarca insan
    bunlara bənzər şeylər yazdı.
  • 4:26 - 4:28
    "Aman Allahım, bugünüm belə keçib!"
  • 4:28 - 4:29
    "Mənim hər günüm belədi!"
  • 4:29 - 4:31
    "Mənim həyatım belədi"
  • 4:31 - 4:32
    Bir oğlan belə yazıb,
  • 4:32 - 4:34
    "Gülməlidi, çünki həqiqətdir.
  • 4:34 - 4:36
    Qorxulu və dəhşətli dərəcədə həqiqət.
  • 4:36 - 4:37
    Ağlayana qədər güldüm.
  • 4:37 - 4:39
    Ağladım və bir qədər də ağladım."
  • 4:39 - 4:41
    (Gülüş səsləri)
  • 4:41 - 4:43
    Bu biçarə oğlan yazır,
  • 4:43 - 4:47
    "Təqaüdə və ölənə qədərki həyatım, Ufff."
  • 4:47 - 4:50
    Bunların hamısı real həyatdan götürülmüş
    şərhlərdir
  • 4:50 - 4:51
    və həqiqətən çox kədərlidirlər.
  • 4:51 - 4:53
    Bu şəhlərin ortaq nöqtəsi
  • 4:53 - 4:55
    bizim bu iclaslara getməkdən
  • 4:55 - 4:58
    və bu zəif idarə olunan iclaslarda
    əziyyət çəkməkdən
  • 4:58 - 5:01
    başqa yolumuzun olmadığına dair
    köklü bir inancımızın olması
  • 5:01 - 5:03
    və növbəti günü də
    eyni cür yaşamağımızdır.
  • 5:03 - 5:05
    Lakin doğrusu budur ki,
    biz heç də çarəsiz deyilik.
  • 5:05 - 5:09
    Əslində DRS-in müalicəsi əlimizdədir.
  • 5:09 - 5:11
    Hərfi olaraq, barmaqlarımızın ucundadır.
  • 5:11 - 5:14
    Bunu belə adlandırıram; DRS-ə Son!
  • 5:14 - 5:17
    (Gülüş səsləri)
  • 5:17 - 5:20
    Məktəbdə keçdiyim ispan dili
    dərsindən xatırlayıram
  • 5:20 - 5:22
    (No mas!) "Artıq bəsdir, saxlayın!"
    mənasını verirdi.
  • 5:22 - 5:24
    Və budur DRS-ə Son necə işləyir.
  • 5:24 - 5:25
    Çox sadədir.
  • 5:25 - 5:28
    Hər şeydən əvvəl,
    bir daha içində heç bir məlumat
  • 5:28 - 5:31
    və ya gündəlik olmayan
    iclas dəvəti aldıqda
  • 5:31 - 5:32
    "Bilinməyən" düyməsini basın.
  • 5:32 - 5:34
    Bu normaldır. Buna icazə verilir.
  • 5:34 - 5:35
    Ona görə də o düymə oradadır.
  • 5:35 - 5:37
    Düz "Qəbul et" düyməsinin yanındadır.
  • 5:37 - 5:41
    Ya da "Bəlkə" düyməsi və ya həmin dəqiqə
    qəbul etməyəcəyiniz hər hansı bir düymə.
  • 5:41 - 5:43
    Sonra iclasa çağıran şəxslə təmasa keçin.
  • 5:43 - 5:45
    İşlərini dəstəkləməyə can atdığınızı deyin
  • 5:45 - 5:49
    iclasın məqsədinin nə olduğunu,
  • 5:49 - 5:53
    və onlara məqsədlərinə nail olmaq üçün
    necə kömək ola biləcəyinizi soruşun.
  • 5:53 - 5:55
    Əgər bunu hörmət göstərmək şərti ilə
  • 5:55 - 5:56
    kifayət qədər sıxlıqla etsək,
  • 5:56 - 5:59
    insanlar iclas dəvətlərini
    kimlərə göndərdikləri haqqında
  • 5:59 - 6:01
    bir qədər daha diqqətli
    və qayğıkeş davranarlar.
  • 6:01 - 6:04
    Və siz də onları qəbul etmək haqqında
    daha düşüncəli qərarlar verərsiniz.
  • 6:04 - 6:08
    Hətta insanlar gündəlik göndərməyə
    belə başlayarlar. Təsəvvür edə bilirsiz?!
  • 6:08 - 6:10
    Bəlkə də qısa bir email ilə
    məsələni həll edər
  • 6:10 - 6:13
    və 12 nəfərlə telefon konransı
    təşkil etməzlər.
  • 6:13 - 6:17
    Bəlkə də insanlar siz davranışınızı
    dəyişdiniz deyə özlərinkini də dəyişər.
  • 6:17 - 6:20
    Hətta bəlkə də stulunuzu belə
    geri gətirərlər.
  • 6:20 - 6:24
    DRS-ə Yox!
  • 6:24 - 6:25
    Təşəkkürlər.
  • 6:25 - 6:27
    (Alqışlar)
Title:
Dünyanı (ən azı özünüzü) pis görüşlərdən qorumağın yolu
Speaker:
David Grady
Description:

Pis, keyfiyyətsizvə qarışıq görüş epidemiyası bütün dünyadakı bizneslərə yayılıb- işçilərə əziyyət verir. Devid Qreidinin bunun qarşısını almaq haqda ideyaları var.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
06:34

Azerbaijani subtitles

Revisions