Təsəvvür edin: Bazar ertəsi sabahıdır, siz ofisdəsiniz, işləmək üçün hazırlanmaqdasınız, və aşağıda gözünüzə dəyən bir kəs, sizin otağınıza girərək stulunuzu oğurlayır. Heç bir şey demədən, sadəcə götürüb gedir. Digər bütün stullar arasından niyə sizin stulu götürdüyü haqqında məlumat belə vermir. Bugün işləmək üçün stulunuza ehtiyacınız ola biləcəyini fikirləşmir. Buna dözməzdiniz. Nə isə edərdiz. Həmin şəxsi öz otağına qədər izləyər və soruşardınız: "Niyə mənim stulum?" Yaxşı, indi Çərşənbə axşamı günü sabahıdır və siz ofisdəsiniz. Və birdən sizin kalendarınızda iclas dəvəti görünür. (Gülüş səsləri) Və bu dəvət sizə aşağı mərtəbədən tanış kimi olan bir qadındandır. Mövzu sizin az məlumatınız olduğu proyekt haqqındadır. Amma gündəlik yoxdur. Sizin nə üçün iclasa çağırıldığınız haqqında heç bir məlumat yoxdur. Ama nəticədə, dəvəti qəbul edər və gedərsiniz. Bu səmərəsiz iclas bitdikdə öz masanıza qayıdar, bir qədər nəfəs alar və deyərsiniz: "Bircə o iki saatı geri ala bilsəydim, stulumu geri almaq istədiyim kimi." (Gülüş səsləri) Hər gün iş yoldaşlarımızın nə qədər yaxşı insan olsalar da bizdən oğurlamalarına icazə veririk. Və mən ofis mebelindən çox daha dəyərli bir şeydən danışıram. Zamandan, sizin zamanınızdan. Əslində, inanıram ki, dəhşətli yeni bir xəstəliyin səbəb olduğu qloballaşmış epidemiyanın ortasındayıq. Bu DRS-dir. Düşünmədən Razılaşma Sindromu. (Gülüş səsləri) Düşünmədən Razılaşma Sindromunun əsas əlaməti iclas dəvətini kalendarda görən kimi qəbul etməkdir. (Gülüş səsləri) Qeyri-ixtiyari bir refleks - bip, klik, dit - kalendarınızdadır, "Getməliyəm, iclasa gecikirəm." (Gülüş səsləri) İclaslar vacibdir, elə deyilmi? Əməkdaşlıq hər şirkətdə uğurun açarıdır. Və yolunda gedən bir iclas həqiqətən müsbət nəticə verə bilər. Lakin, son bir neçə ildə qloballaşma və geniş yayılmış informasıya texnologiyaları arasında bizim işləmə üsulumuz kəskin şəkildə dəyişmişdir. Ağlamalı haldayıq. (Gülüş səsləri) Bunun səbəbi həmin adamın yaxşı iclas keçirə bilməməsi deyil, DRS, Düşünmədən Razılaşma Sindromu, öz yaratdığımız yaradır. Əslində DRS-in qlobal epidemiya olduğuna dair sübutum var. İcazənizlə danışım. Bir neçə il əvvəl Youtube-da bir video qoydum. Bu videoda ola biləcəyiniz hər cür pis konfransı canlandırdım. Bu təxmini 5 dəqiqəlik video pis iclaslar haqqında nifrət etdiyimiz hər şeyi özündə birləşdirir. İclası idarə etməyi bacarmayan iclas nəzarətçisi, burada nə üçün olduqlarını bilməyən iştirakçılar. Hər şey dağılmış bir xarabalıq kimi idi. Və hamı buranı hirsli şəkildə tərk edirdi. Gülməli vəziyyətdir. (Gülüş səsləri) Gəlin sürətli şəkildə nəzər salaq. (Video) Bugünki məqsədimiz çox vacib bir məsələdə razılığa gəlməkdir. Bir qrup olaraq - ding dong- Salam, kim qoşuldu? Salam, Joe-dir. Mən bugün evdən işləyirəm. (Gülüş səsləri) Salam Joe. Qoşulduğun üçün təşəkkürlər. Deyirdim ki, adın çəkmək istədiyimiz çox insan var, belə ki, gəlin hamısını adbaad çağırmayaq və keçək əsas məsələyə. Bugünki məqsədimiz çox vacib bir məsələdə razılığa gəlməkdir. Bir qrup olaraq - ding dong - (Gülüş səsləri) Salam, kim qoşuldu? Yox? Mənə elə gəlib deyəsən. (Gülüş səsləri) Tanış gəlir? Hə, mənə də tanış gəlir. Bunu Youtube-e qoyandan bir neçə həftə sonra onlarca ölkədən 500,000 insan, həqiqətən onlarca ölkədən, bu videoya baxdı. Və 3 il sonra da bu video hər ay minlərcə baxış alır. Hal-hazırda baxış sayı bir milyona yaxındır. Və, əslində, haqqında eşitdiyiniz və adını çəkməyəcəyim dünyanın bəzi ən böyük şirkətləri bu videonu yeni işçilərinə təlimlərində "necə iclas keçirmək olmaz" adlı təlimi həyata keçirmək üçün istifade etməyə görə mənim icazəmi alıblar. Əgər bu rəqəmlər-milyonlarca baxış və videonun şirkətlər tərəfindən istifadəsi- iclaslarla bağlı qlobal problemimizin olduğuna yetərli sübut deyilsə, videonun altında milyonlarca şərhlər sübutdur. Milyonlarca insan bunlara bənzər şeylər yazdı. "Aman Allahım, bugünüm belə keçib!" "Mənim hər günüm belədi!" "Mənim həyatım belədi" Bir oğlan belə yazıb, "Gülməlidi, çünki həqiqətdir. Qorxulu və dəhşətli dərəcədə həqiqət. Ağlayana qədər güldüm. Ağladım və bir qədər də ağladım." (Gülüş səsləri) Bu biçarə oğlan yazır, "Təqaüdə və ölənə qədərki həyatım, Ufff." Bunların hamısı real həyatdan götürülmüş şərhlərdir və həqiqətən çox kədərlidirlər. Bu şəhlərin ortaq nöqtəsi bizim bu iclaslara getməkdən və bu zəif idarə olunan iclaslarda əziyyət çəkməkdən başqa yolumuzun olmadığına dair köklü bir inancımızın olması və növbəti günü də eyni cür yaşamağımızdır. Lakin doğrusu budur ki, biz heç də çarəsiz deyilik. Əslində DRS-in müalicəsi əlimizdədir. Hərfi olaraq, barmaqlarımızın ucundadır. Bunu belə adlandırıram; DRS-ə Son! (Gülüş səsləri) Məktəbdə keçdiyim ispan dili dərsindən xatırlayıram (No mas!) "Artıq bəsdir, saxlayın!" mənasını verirdi. Və budur DRS-ə Son necə işləyir. Çox sadədir. Hər şeydən əvvəl, bir daha içində heç bir məlumat və ya gündəlik olmayan iclas dəvəti aldıqda "Bilinməyən" düyməsini basın. Bu normaldır. Buna icazə verilir. Ona görə də o düymə oradadır. Düz "Qəbul et" düyməsinin yanındadır. Ya da "Bəlkə" düyməsi və ya həmin dəqiqə qəbul etməyəcəyiniz hər hansı bir düymə. Sonra iclasa çağıran şəxslə təmasa keçin. İşlərini dəstəkləməyə can atdığınızı deyin iclasın məqsədinin nə olduğunu, və onlara məqsədlərinə nail olmaq üçün necə kömək ola biləcəyinizi soruşun. Əgər bunu hörmət göstərmək şərti ilə kifayət qədər sıxlıqla etsək, insanlar iclas dəvətlərini kimlərə göndərdikləri haqqında bir qədər daha diqqətli və qayğıkeş davranarlar. Və siz də onları qəbul etmək haqqında daha düşüncəli qərarlar verərsiniz. Hətta insanlar gündəlik göndərməyə belə başlayarlar. Təsəvvür edə bilirsiz?! Bəlkə də qısa bir email ilə məsələni həll edər və 12 nəfərlə telefon konransı təşkil etməzlər. Bəlkə də insanlar siz davranışınızı dəyişdiniz deyə özlərinkini də dəyişər. Hətta bəlkə də stulunuzu belə geri gətirərlər. DRS-ə Yox! Təşəkkürlər. (Alqışlar)