Kitabların dünyaya baxışınızı dəyişməsi haqda
-
0:01 - 0:031970-ci illərdə Çinin Hunan şəhərində
-
0:03 - 0:07iki il müddətində gimnastika ilə məşğul olmuşdum.
-
0:07 - 0:10Birinci sinifdə oxuyanda atletika məktəbinə
-
0:10 - 0:12köçürülməyim üçün bütün xərclərin dövlət tərəfindən
-
0:12 - 0:14ödənəcəyi təklifini aldım.
-
0:14 - 0:17Ancaq aslan anam "Yox" dedi.
-
0:17 - 0:19Valideynlərim mənim də onlar kimi
-
0:19 - 0:21mühəndis olmağımı istəyirdilər.
-
0:21 - 0:23Mədəni İnqilabdan sonra yaranan bir
-
0:23 - 0:27inam idi ki, yaxşı gəlirli və təhlükəsiz iş xoşbəxtliyə
-
0:27 - 0:30gedən tək yoldur.
-
0:30 - 0:33İşimi sevib-sevməməyim elə də vacib deyil.
-
0:33 - 0:38Lakin mənim arzum Çin opera müğənnisi olmaq idi.
-
0:38 - 0:42Bu şəkildə xəyali pianinomu çalıram.
-
0:42 - 0:44Opera müğənnisi olmaq üçün gənc yaşlardan
-
0:44 - 0:45akrobatika ilə məşğul olmaq lazımdır.
-
0:45 - 0:48Mən də opera məktəbinə gedə bilmək üçün əlimdən gələni etdim.
-
0:48 - 0:51Hətta məktəb müdirimizə
-
0:51 - 0:53radio şou hazırlaması üçün məktub da yazdım.
-
0:53 - 0:57Ancaq böyüklər mənim fikrimi bəyənmədilər.
-
0:57 - 1:00Ciddi olduğuma heç kəs inanmadı.
-
1:00 - 1:03Ancaq dostlarım mənə dəstək olurdu ki, onlar da
-
1:03 - 1:06mənim kimi gücsüz uşaqlar idilər.
-
1:06 - 1:12Beləliklə, 15 yaşıma çatanda məşq etmək üçün gec olduğunu başa düşdüm.
-
1:12 - 1:15Arzum heç vaxt reallaşası deyildi.
-
1:15 - 1:18Həyatımın sonuna kimi ikinci sinif
-
1:18 - 1:20xoşbəxtliyin əldə edəcəyim tək
-
1:20 - 1:22xoşbəxtlik olacağından qorxurdum.
-
1:22 - 1:25Ancaq bu ədalətsizlik idi.
-
1:25 - 1:29Başqa bir yol tapmağa qərar vermişdim.
-
1:29 - 1:31Mənə yol göstərəcək heç kəs yoxdur? Eybi yox.
-
1:31 - 1:34Kitablara müraciət etdim.
-
1:34 - 1:37Valideyn məsləhətini əvəz etmək üçün
-
1:37 - 1:42musiqiçi ailəsi tərəfindən yazılan bu kitaba müraciət etdim.
["Fou Lei ailəsinin yazışmaları."] -
1:42 - 1:45Konfutsi ənənəsi qadından mütilik tələb etsə də
-
1:45 - 1:49azad qadın modelini bu əsərdən götürdüm. ["Jen Eyr."]
-
1:49 - 1:53Bu kitabdan bacarıqlı olmağı öyrəndim.[ "Düjünü daha ucuz" əsl adı: "Cheaper by the Dozen"]
-
1:53 - 1:57Bu kitablar məni xaricdə oxumağa həvəsləndirdi.
-
1:57 - 1:59["Sanmao-nın əsərləri toplusu" (digər adı Echo Chan)] ["Tarixdən çıxarılan dərslər" yazıçı: Nan Huaijin]
-
1:59 - 2:021995-ci ildə ABŞ-a gəldikdə
-
2:02 - 2:05ilk hansı kitabları oxudum?
-
2:05 - 2:08Əlbəttə ki, Çində qadağan olunmuş kitabları.
-
2:08 - 2:12"Bərəkətli Torpaq" çinli kəndli həyatı haqdadır.
-
2:12 - 2:16Propaqanda üçün heç bir faydası yoxdur. Başa düşürəm.
-
2:16 - 2:20Bibliya maraqlıdır, bir az da qəribə.
-
2:20 - 2:22(Gülüş)
-
2:22 - 2:26Bu başqa günün mövzusudur.
-
2:26 - 2:29Ancaq beşinci ehkam mənə aydınlıq gətirdi. Ehkamda
-
2:29 - 2:32"Ata və anana hörmət edəcəksən." deyilir.
-
2:32 - 2:35Fikirləşdim ki, "Hörmət" " İtaətdən fərqli
-
2:35 - 2:37və daha yaxşıdr."
-
2:37 - 2:39Bu yolla mən Konfutsiçilikdəki
-
2:39 - 2:41günahkarlıq hissindən qurtulub
-
2:41 - 2:46valideynlərimlə münasibətimi yenidən qurmağıma şans qazandım.
-
2:46 - 2:49Yeni mədəniyyətlə üzləşməyim mənə oxuduqlarımı müqayisə
-
2:49 - 2:51etmək imkanı da verdi.
-
2:51 - 2:52Bu sizə çox şey öyrədə bilər.
-
2:52 - 2:57Məsələn, bu xəritə ilk başda mənə qəribə göründü,
-
2:57 - 3:02çünki Çində biz bu xəritəni öyrənərək böyüyürük.
-
3:02 - 3:04Heç vaxt fikirləşməmişdim ki,
-
3:04 - 3:07Çinin dünyanın mərkəzində olmağı şərt deyil.
-
3:07 - 3:11Əslində, xəritə dünyaya baxışı göstərir.
-
3:11 - 3:13Müqayisəli mütailə yeni bir şey deyil.
-
3:13 - 3:17Bu elm dünyasında standart bir praktikadır.
-
3:17 - 3:18Hətta, burada müqayisəli din və müqayisəli
-
3:18 - 3:22ədəbiyyat kimi elm sahələri də var.
-
3:22 - 3:24Müqayisə və qarşılaşdırma alimlərə
-
3:24 - 3:27mövzunun tam anlaşılmasında kömək edir.
-
3:27 - 3:29Mən də fikirləşdim ki, müqayisəli mütailə
-
3:29 - 3:33tədqiqat üçün işə yarayırsa, niyə də gündəlik həyatda yaramasın?
-
3:33 - 3:36Beləliklə, kitabları cütlüklər halında oxumağa başladım.
-
3:36 - 3:38Deyək ki, eyni hadisədə iştirak etmiş insanlar
-
3:38 - 3:38["Benjamin Franklin" yazıcı: Walter Isaacson]["John Adams" yazıçı: David McCullough]
-
3:38 - 3:41və yaxud eyni əhavalatın
-
3:41 - 3:44hissəsi olmuş dostlar haqda olsun.
-
3:44 - 3:45["Şəxsi Tarix" yazıçı: Katharine Graham] ["Qartopu: Warren Buffett və Həyat adlı İş" yazıçı: Alice Schroeder]
-
3:45 - 3:49Mən bir hekayəni bir neçə janrda müqayisəli oxumağı da sevirəm- (Gülüş)
-
3:49 - 3:51[Müqəddəs Bibliya: Kral James Versiyası] ["Qoyun" yazıçı: Christopher Moore]
-
3:51 - 3:55Yaxud Joseph Campbell-in öz gözəl əsərində etdiyi
-
3:55 - 3:58kimi eyni hekayələrin müxtəlif mədəniyyətlədə təsviri.["Mifin Gücü" yazıçı: Joseph Campbell]
-
3:58 - 4:01Misal üçün; İsa peyğəmbər və Budda hər ikisi
-
4:01 - 4:033 cazibədən boyun qaçırmışdılar.
-
4:03 - 4:05İsa peyğəmbər üçün bunlar
-
4:05 - 4:09iqtisadi, siyasi və ruhi idi.
-
4:09 - 4:13Budda üçün maraqlıdır ki, bunlar hamısı psixoloji idi:
-
4:13 - 4:21ehtiras, qorxu və sosial öhdəlik.
-
4:21 - 4:24Xarici dil bilirsinizsə sevdiyiniz kitabları iki dildə
-
4:24 - 4:26oxumaq da maraqlıdır.
-
4:26 - 4:27["Chuang Tzu Yolu" yazıçı: Thomas Merton]["Tao: Su axarı" yazıçı: Alan Watts]
-
4:27 - 4:31Tərcümədə mənanın itməsini deyil, başqa maraqlı faktları aşkar etdim.
-
4:31 - 4:35Məsələn, tərcümələrin köməyi ilə başa düşdüm ki,
-
4:35 - 4:41Çin dilində xoşbəxtlik hərfi mənada "sürətli sevinc" deməkdir.
-
4:41 - 4:46Çin dilində gəlin sözü "yeni ana" kimi ifadə edilir. Bəli!
-
4:46 - 4:49(Gülüş)
-
4:49 - 4:55Kitablar keçmiş və indiki zamandakı insanlarla əlaqə saxlaya
-
4:55 - 4:57bildiyim sehrli portal rolunu oynayır.
-
4:57 - 5:02Bir daha heç vaxt yalnız yaxud gücsüz olmayacağımı bilirəm.
-
5:02 - 5:04Arzunuzun reallaşmaması digər insanların çətinlikləri
-
5:04 - 5:07ilə müqayisədə heçnədir.
-
5:07 - 5:10İnanmağa başlamışam ki, arzunun tək məqsədi
-
5:10 - 5:13reallaşmaq deyil.
-
5:13 - 5:17Arzunun əsas məqsədi arzuların, həvəsin
-
5:17 - 5:19və xoşbəxtliyin yarandığı nöqtə ilə
-
5:19 - 5:22əlaqə saxlamağımızı təmin etməsidir.
-
5:22 - 5:26Reallaşmamış arzu da bunu etməyə qadirdir.
-
5:26 - 5:29Kitablara görədir ki, bu gün mən buradayam və
-
5:29 - 5:32xoşbəxtəm. Və çox vaxt da aydın bir məqsədlə
-
5:32 - 5:34yaşayıram.
-
5:34 - 5:38Sizə də "Kitablar həmişə sizinlə olsun!" deyirəm.
-
5:38 - 5:39Sağ olun.
-
5:39 - 5:41(Alqış)
-
5:41 - 5:44Sağ olun. (Alqış)
-
5:44 - 5:50Sağ olun. (Alqış)
- Title:
- Kitabların dünyaya baxışınızı dəyişməsi haqda
- Speaker:
- Lisa Bu
- Description:
-
Uşaqlıq arzunuz reallaşmadıqda nə olur? Lisa Bu ABŞ-dakı yeni həyatına uyğunlaşarkən, kitabların köməyi ilə dünyaya baxışını genişləndirib özü üçün yeni yol tapmağa nail oldu. Lisa Bu kitabların sehri ilə bağlı öz gözəl, şəxsi hekayəsində kitab oxumağa qeyri-adi yanaşmasından da bəhs edir.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 06:16
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for How books can open your mind | ||
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for How books can open your mind | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for How books can open your mind | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for How books can open your mind | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for How books can open your mind | ||
Ziyaddin Sadigov accepted Azerbaijani subtitles for How books can open your mind | ||
Ziyaddin Sadigov accepted Azerbaijani subtitles for How books can open your mind | ||
Ziyaddin Sadigov commented on Azerbaijani subtitles for How books can open your mind |
Ziyaddin Sadigov
bəzi düzəlişlər etdim.
Ziyaddin Sadigov
bəzi düzəlişlər etdim.