Return to Video

Qan təzyiqi nədir? - Wilfred Manzano

  • 0:07 - 0:09
    Bədəninizdəki qan damarları
  • 0:09 - 0:11
    bir cərgəyə düzülsə,
  • 0:11 - 0:18
    həmin cərgə 95000 km uzunluğunda olacaq.
  • 0:19 - 0:20
    Hər gün bədəndə
  • 0:20 - 0:23
    7500 litr qanın ekvivalenti hərəkət edir.
  • 0:23 - 0:25
    Əslində, damarlarınız eyni 4-5 litr qanı
  • 0:25 - 0:28
    gün ərzində dövr edərək
  • 0:28 - 0:34
    toxumalara oksigen, glükoza
    və amin turşularını çatdırır.
  • 0:35 - 0:40
    Qan damarların əzələ divarlarına
    təsir göstərir.
  • 0:40 - 0:43
    Bu təsir "qan təzyiqi" adlanır.
  • 0:43 - 0:47
    Qan təzyiqi ürək döyüntüləri ilə birgə
    qalxır və ya düşür.
  • 0:47 - 0:50
    "Sistola" fazasında təzyiq
    ən yuxarı səviyyə qalxır.
  • 0:50 - 0:53
    Bu zaman, ürək qanı arteriyalar üzrə qovur.
  • 0:53 - 0:55
    Bu, "sistolik" təzyiqdir.
  • 0:55 - 0:58
    Döyüntülər arasında ürək "dincəlir",
  • 0:58 - 1:00
    təzyiq minimal səviyyəyə düşür.
  • 1:00 - 1:03
    Bu, "diastolik" təzyiqdir.
  • 1:03 - 1:05
    Sağlam insanın sistolik təzyiqi
  • 1:06 - 1:11
    civə sütununun 90-120 mm,
  • 1:11 - 1:14
    diastolik təzyiqi isə 60-80 arasıdır
  • 1:17 - 1:20
    Beləliklə, normal təzyiq - 120/80 mm-dir.
  • 1:20 - 1:22
    Ürək-damar sistemi vasitəsilə
  • 1:22 - 1:25
    qan bədən üzrə hərəkət edir.
  • 1:25 - 1:27
    Hər bir hidravlik sistemdəki kimi,
  • 1:27 - 1:30
    borulardakı təzyiqi
    bir neçə amil artıra bilər:
  • 1:30 - 1:32
    mayenin parametrləri,
  • 1:32 - 1:33
    mayenin çox olması,
  • 1:33 - 1:35
    və ya boruların dar olması.
  • 1:35 - 1:37
    Beləliklə, qan qatı olduqda,
  • 1:37 - 1:39
    onu qovmaq üçün
    daha çox təzyiq tələb olunur,
  • 1:39 - 1:42
    ürək daha intensiv işləməlidir.
  • 1:42 - 1:45
    Duzlu qidanın qəbul edilməsi də
    eyni nəticələnir:
  • 1:45 - 1:47
    duz bədəndə suyun saxlanmasına təsir edir,
  • 1:47 - 1:48
    bədəndə artıq olan maye
  • 1:48 - 1:51
    qanın həcmini və təzyiqini artırır.
  • 1:52 - 1:54
    Stress nəticəsində, bədəndə
  • 1:54 - 1:56
    damarları sıxışdıran
    hormonlar əmələ gəlir:
  • 1:56 - 1:58
    epinefrin və ya norepinefrin.
  • 1:58 - 2:01
    Onlar qan dövranı üçün maneələr yaradır,
  • 2:01 - 2:05
    qan təzyiqi qalxır.
  • 2:05 - 2:07
    Bir qayda olaraq, damarlar
  • 2:07 - 2:09
    bu cür dəyişkənliyi normal keçirdir,
  • 2:09 - 2:14
    çünki onların divarları elastikdir.
  • 2:14 - 2:16
    Lakin, insanın qan təzyiqi
    mütəmadi 140/90-a kimi qalxıb
  • 2:16 - 2:19
    eyni səviyyədə qalırsa,
  • 2:19 - 2:21
    (bu vəziyyət hipertoniya adlanır)
  • 2:21 - 2:24
    sağlamlığında problem yarana bilər.
  • 2:24 - 2:26
    Səbəb-yüksək təzyiq nəticəsində
  • 2:26 - 2:29
    damar divarlarında yaranan
    yırtıqlardır.
  • 2:29 - 2:31
    Zədələnmiş toxumalar şişdikdə
  • 2:31 - 2:34
    iltihabı aradan qaldırmalı olan
    ağ qan hüceyrələri
  • 2:34 - 2:37
    yırtığın ətrafında toplanır,
  • 2:37 - 2:40
    qanda olan piy və xolesterol
  • 2:40 - 2:41
    yırtığın üzərinə yapışır,
  • 2:41 - 2:44
    arterianın divarını daraldan
  • 2:44 - 2:46
    kiçik lövhə əmələ gəlir.
  • 2:48 - 2:50
    İnsanın sağlamlığı üçün təhlükəli ola bilən
  • 2:50 - 2:53
    bu xəstəlik
    "ateroskleroz" adlanır
  • 2:53 - 2:58
    Lövhə partlasa, yırtığın yerində
    tromb əmələ gələ bilər.
  • 2:59 - 3:02
    Tromb böyükdürsə,
  • 3:02 - 3:04
    o, hüceyrələri qidalandıran oksigen
  • 3:04 - 3:07
    və digər maddələrin axınını
    tamamilə kəsə bilər.
  • 3:07 - 3:08
    Bu hal ürəyə gedən damarda baş versə,
  • 3:08 - 3:10
    infarkt,
    yəni ürək əzələsi hüceyrələrinin
  • 3:10 - 3:15
    oksigen çatışmazlığından ölümü
    başlaya bilər.
  • 3:15 - 3:18
    Tromb beyin tərəfə qan axınını bağlasa,
  • 3:18 - 3:20
    insult əmələ gələ bilər.
  • 3:20 - 3:23
    Təhlükəli şəkildə daralmış damarlar
  • 3:23 - 3:26
    "angioplastika"
    əməliyyatı vasitəsilə genişləndirilə bilər.
  • 3:26 - 3:28
    Əməliyyat zamanı damarın
  • 3:28 - 3:31
    zədələnmiş hissəsində tel keçirilir,
  • 3:31 - 3:34
    tel üzərinə balon kateteri keçirilir,
  • 3:35 - 3:37
    balon kateteri şişirdilir,
  • 3:37 - 3:39
    qan üçün keçid boşaldılır.
  • 3:39 - 3:42
    Bəzən, damarı geniş saxlamaq üçün
  • 3:42 - 3:44
    onun içinə bərk boru - "stent" keçirilir.
  • 3:44 - 3:46
    Bu qan axınını bərpa etmək və hüceyrələri
  • 3:46 - 3:48
    normal qidalandırmaq üçün vasitədir.
  • 3:50 - 3:52
    Təzyiq altında çevik qalmaq -
  • 3:52 - 3:54
    damarlar üçün ağır vəzifədir.
  • 3:54 - 3:56
    Çünki qanda olan maddələr
    yapışqan
  • 3:57 - 3:59
    və trombların əmələ gəlməsinə meyllidir.
  • 3:59 - 4:03
    İnsanın ürəyi dəqiqə ərzində 70 dəfə
  • 4:03 - 4:08
    həyat boyu isə -
    2.5 milliard dəfə döyülür.
  • 4:08 - 4:10
    Bu dözülməz yük kimi görünə bilər.
  • 4:10 - 4:11
    Narahat olmayın,
  • 4:12 - 4:15
    damarlarınız bu vəzifəni uğurla yerinə yetirir.
Title:
Qan təzyiqi nədir? - Wilfred Manzano
Description:

Bütöv dərsi görmək üçün: http://ed.ted.com/lessons/how-blood-pressure-works-wilfred-manzano

Bədəninizdəki qan damarları bir cərgəyə düzülsə, həmin cərgə 95000 km uzunluğunda olacaq. Hər gün damarlarınız 7500 litr qanın ekvivalentini hərəkətə gətirir və bədəndəki toxumalara aparır. Qan təzyiqi damarların divarlarına hansı təsir göstərir? Wilfred Manzano qan təzyiqi ilə bağlı faktları Sizinlə paylaşır.

Dərsin müəllifi: Wilfred Manzano, vizual çarxın müəllifi: Fox Animation Domination High-Def.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TED-Ed
Duration:
04:32

Azerbaijani subtitles

Revisions