Bədəninizdəki qan damarları
bir cərgəyə düzülsə,
həmin cərgə 95000 km uzunluğunda olacaq.
Hər gün bədəndə
7500 litr qanın ekvivalenti hərəkət edir.
Əslində, damarlarınız eyni 4-5 litr qanı
gün ərzində dövr edərək
toxumalara oksigen, glükoza
və amin turşularını çatdırır.
Qan damarların əzələ divarlarına
təsir göstərir.
Bu təsir "qan təzyiqi" adlanır.
Qan təzyiqi ürək döyüntüləri ilə birgə
qalxır və ya düşür.
"Sistola" fazasında təzyiq
ən yuxarı səviyyə qalxır.
Bu zaman, ürək qanı arteriyalar üzrə qovur.
Bu, "sistolik" təzyiqdir.
Döyüntülər arasında ürək "dincəlir",
təzyiq minimal səviyyəyə düşür.
Bu, "diastolik" təzyiqdir.
Sağlam insanın sistolik təzyiqi
civə sütununun 90-120 mm,
diastolik təzyiqi isə 60-80 arasıdır
Beləliklə, normal təzyiq - 120/80 mm-dir.
Ürək-damar sistemi vasitəsilə
qan bədən üzrə hərəkət edir.
Hər bir hidravlik sistemdəki kimi,
borulardakı təzyiqi
bir neçə amil artıra bilər:
mayenin parametrləri,
mayenin çox olması,
və ya boruların dar olması.
Beləliklə, qan qatı olduqda,
onu qovmaq üçün
daha çox təzyiq tələb olunur,
ürək daha intensiv işləməlidir.
Duzlu qidanın qəbul edilməsi də
eyni nəticələnir:
duz bədəndə suyun saxlanmasına təsir edir,
bədəndə artıq olan maye
qanın həcmini və təzyiqini artırır.
Stress nəticəsində, bədəndə
damarları sıxışdıran
hormonlar əmələ gəlir:
epinefrin və ya norepinefrin.
Onlar qan dövranı üçün maneələr yaradır,
qan təzyiqi qalxır.
Bir qayda olaraq, damarlar
bu cür dəyişkənliyi normal keçirdir,
çünki onların divarları elastikdir.
Lakin, insanın qan təzyiqi
mütəmadi 140/90-a kimi qalxıb
eyni səviyyədə qalırsa,
(bu vəziyyət hipertoniya adlanır)
sağlamlığında problem yarana bilər.
Səbəb-yüksək təzyiq nəticəsində
damar divarlarında yaranan
yırtıqlardır.
Zədələnmiş toxumalar şişdikdə
iltihabı aradan qaldırmalı olan
ağ qan hüceyrələri
yırtığın ətrafında toplanır,
qanda olan piy və xolesterol
yırtığın üzərinə yapışır,
arterianın divarını daraldan
kiçik lövhə əmələ gəlir.
İnsanın sağlamlığı üçün təhlükəli ola bilən
bu xəstəlik
"ateroskleroz" adlanır
Lövhə partlasa, yırtığın yerində
tromb əmələ gələ bilər.
Tromb böyükdürsə,
o, hüceyrələri qidalandıran oksigen
və digər maddələrin axınını
tamamilə kəsə bilər.
Bu hal ürəyə gedən damarda baş versə,
infarkt,
yəni ürək əzələsi hüceyrələrinin
oksigen çatışmazlığından ölümü
başlaya bilər.
Tromb beyin tərəfə qan axınını bağlasa,
insult əmələ gələ bilər.
Təhlükəli şəkildə daralmış damarlar
"angioplastika"
əməliyyatı vasitəsilə genişləndirilə bilər.
Əməliyyat zamanı damarın
zədələnmiş hissəsində tel keçirilir,
tel üzərinə balon kateteri keçirilir,
balon kateteri şişirdilir,
qan üçün keçid boşaldılır.
Bəzən, damarı geniş saxlamaq üçün
onun içinə bərk boru - "stent" keçirilir.
Bu qan axınını bərpa etmək və hüceyrələri
normal qidalandırmaq üçün vasitədir.
Təzyiq altında çevik qalmaq -
damarlar üçün ağır vəzifədir.
Çünki qanda olan maddələr
yapışqan
və trombların əmələ gəlməsinə meyllidir.
İnsanın ürəyi dəqiqə ərzində 70 dəfə
həyat boyu isə -
2.5 milliard dəfə döyülür.
Bu dözülməz yük kimi görünə bilər.
Narahat olmayın,
damarlarınız bu vəzifəni uğurla yerinə yetirir.