Return to Video

Aktivist olmaq istəyirsiniz? Oyuncaqlarınızla başlayın

  • 0:01 - 0:03
    Mənim adım MakKenna Poupdur. Mənim
    14 yaşım var
  • 0:03 - 0:05
    və 13 yaşım olanda
  • 0:05 - 0:07
    mən dünyada ən böyük
  • 0:07 - 0:09
    oyuncaq hazırlayan şirkətlərdən birini,
  • 0:09 - 0:11
    Hasbro-nu onların ən çox satılan
    məhsullarından birinin
  • 0:11 - 0:13
    marketinq üsullarını dəyişməyə inandırmışam.
  • 0:13 - 0:15
    İcazə verin sizə bu barədə danışım.
  • 0:15 - 0:16
    Mənim Gevin adlı qardaşım var.
  • 0:16 - 0:19
    Bütün bu əhvalat baş verəndə onun dörd yaşı var idi.
  • 0:19 - 0:20
    O bişirməyi xoşlayırdı.
  • 0:20 - 0:23
    O, həmişə soyuducudan inqredientlər
    götürür
  • 0:23 - 0:25
    və onları, aydındır ki, yeyilməsi
    mümkün olmayan
  • 0:25 - 0:26
    qarışıqlara əlavə edir və ya
  • 0:26 - 0:29
    gözəgörünməz makaron və pendir hazırlayırdı.
  • 0:29 - 0:32
    O, aşpaz olmağı çox istəyirdi.
  • 0:32 - 0:36
    Və aşpaz olmaq istəyən uşağa
    İzi-Beyk sobasından
  • 0:36 - 0:38
    daha yaxşı nə hədiyyə ola bilər?
  • 0:38 - 0:40
    Uşaqlıqda hamımızın olub bunlardan.
  • 0:40 - 0:42
    Və o da bu sobadan birini çox istəyirdi.
  • 0:42 - 0:44
    Lakin sonra o, bir şeyi anlamağa başladı.
  • 0:46 - 0:48
    Reklam və İzi-Beyk sobalarının qutularında
    Hasbro
  • 0:48 - 0:51
    onları spesifik şəkildə qızlar üçün
    təbliğ edirdi.
  • 0:51 - 0:53
    Və onlar bunu reklamlarda
  • 0:53 - 0:56
    və qutuların üzərində yalnız qızların təsvir etməklə,
  • 0:56 - 0:58
    sobaların üzərində hər yerdə gül rəsmləri
    əlavə edib,
  • 0:58 - 1:01
    sobaları açıq-çəhrayı və bənövşəyi rənglərdə
    istehsal etməklə edirdirdilər.
  • 1:01 - 1:05
    Qızlar üçün çox spesifik rənglər, elə deyilmi?
  • 1:05 - 1:07
    Beləcə, bu, sanki bir mesaj göndərirdi ki,
  • 1:07 - 1:10
    yalnız qızlar bişirməlidirlər; oğlanlar yox.
  • 1:10 - 1:12
    Və bu, mənim qardaşımı çox
    həvəsdən salırdı.
  • 1:12 - 1:15
    O düşünürdü ki, o, aşpaz olmamalıdır,
  • 1:15 - 1:17
    çünki bu, qızlar üçündür.
  • 1:17 - 1:19
    Qızlar bişirirdilər; oğlanlar yox.
  • 1:19 - 1:21
    Ya da Hasbro-nun göndərdiyi mesaj
    belə idi.
  • 1:21 - 1:23
    Və bu, məni düşünməyə vadar etdi:
  • 1:23 - 1:25
    İlahi, kaş ki, mənim bunu dəyişmək üçün
    edə biləcəyim bir şey olardı,
  • 1:25 - 1:28
    kaş ki, Hasbro mənim səsimi eşidərdi,
  • 1:28 - 1:30
    beləcə, mən onlara nədə səhv etdiklərini
  • 1:30 - 1:31
    deyə bilərdim və
  • 1:31 - 1:33
    onlardan bunu dəyişmələrini istəyərdim.
  • 1:33 - 1:35
    Və bu, məni o gündən bir neçə ay öncə
  • 1:35 - 1:36
    haqqında öyrəndiyim Change.org saytı
  • 1:36 - 1:38
    haqda düşünməyə vadar etdi.
  • 1:38 - 1:41
    Change.org onlayn rica-paylaşma
    platformasıdır.
  • 1:41 - 1:43
    Burada tələb yaratmaq və bunu bütün sosial-media şəbəkələri
  • 1:43 - 1:46
    vasitəsilə paylaşmaq mümkündür.
  • 1:46 - 1:47
    Facebook-la, Twitter-lə,
  • 1:47 - 1:49
    YouTube-la, Reddit-lə, Tumblr-la,
  • 1:49 - 1:51
    ağlınıza gələ biləcək hər şey vasitəsilə.
  • 1:51 - 1:52
    Beləliklə, mən öz ricamı
  • 1:52 - 1:56
    YouTube videosu vasitəsilə yaratdım
  • 1:56 - 1:58
    və Hasbro-dan
  • 1:58 - 2:00
    oyuncağı təbliğ etmə tərzlərini dəyişməyi,
  • 2:00 - 2:03
    reklamlarda və qutuların üzərində
    oğlanların da təsvir olunmasını
  • 2:03 - 2:05
    və ən əsası, onları daha az
  • 2:05 - 2:08
    gender-spesifik rənglərdə hazırlamalarını
    xahiş etdim.
  • 2:08 - 2:11
    Bu rica populyarlıq qazanmağa başladı --
  • 2:11 - 2:14
    təsəvvür edə bilməzsiniz necə sürətlə.
  • 2:14 - 2:18
    Bir çox milli xəbər və mətbuat xidmətləri məndən
  • 2:18 - 2:21
    müsahibə alırdılar. Bu, inanılmaz idi.
  • 2:21 - 2:24
    Üç həftə sonra , bəlkə də, üç yarım
  • 2:24 - 2:29
    mənim ricam 46,000 imza topladı.
  • 2:29 - 2:31
    (Alqışlar)
  • 2:31 - 2:33
    Təşəkkür edirəm.
  • 2:33 - 2:35
    Aydındır ki, bu, çox həyəcanverici idi.
  • 2:35 - 2:40
    Nəticədə, Hasbro şirkəti özləri məni öz baş ofislərinə dəvət etdilər ki,
  • 2:40 - 2:41
    mənə qara, gümüşü və mavi rənglərdə
  • 2:41 - 2:44
    olan yeni İzi-Beyk məhsulunu
  • 2:44 - 2:46
    təntənəli şəkildə təqdim etsinlər.
  • 2:46 - 2:48
    Bu, həqiqətən, mənim həyatımın ən yaxşı
    anlarından biri idi.
  • 2:48 - 2:51
    Bu, "Villi Vonka və şokolad fabriki"-nə bənzəyirdi.
  • 2:51 - 2:52
    Bu, valehedici idi.
  • 2:52 - 2:54
    Lakin həmin vaxt mən bir aktivist olduğumu
  • 2:54 - 2:56
    və nəyi isə dəyişə bildiyimi
  • 2:56 - 2:58
    başa düşməmişdim.
  • 2:58 - 3:01
    Anlamamışdım ki, hətta bir uşaq kimi, bəlkə də,
    xüsusilə, bir uşaq kimi
  • 3:01 - 3:03
    mənim səsimin əhəmiyyəti var idi və
    sizin səsinizin də əhəmiyyəti var.
  • 3:03 - 3:05
    Bilməyinizi istərdim ki, bu rahat olmayacaq,
  • 3:05 - 3:06
    və bu, mənə də asan başa gəlmədi,
  • 3:06 - 3:09
    çünki mən bir çox maneələrlə rastlaşdım.
  • 3:09 - 3:13
    İnsanlar onlayn, hətta bəzən həqiqi həyatda
  • 3:13 - 3:16
    mənə və ailəmə qarşı hörmətsizlik edir
  • 3:16 - 3:19
    və bütün bu işin necə bir vaxt itkisi
    olduğundan danışırdılar.
  • 3:19 - 3:20
    Və bu, məni, həqiqətən, ruhdan salırdı.
  • 3:20 - 3:23
    Faktiki olaraq, mənim bir neçə misalım var.
    Onların səfehliklərini
  • 3:23 - 3:26
    göstərməkdən daha yaxşı qisas ola bilər?
  • 3:26 - 3:28
    Gəlin baxaq.
  • 3:28 - 3:30
    Liquidsore29 adlı istifadəçidən --
  • 3:30 - 3:32
    çox maqraqlı istifadəçi adları var --
  • 3:32 - 3:38
    "Öz oğlanlarını geylərə döndərən iyrənc
    liberal analar"
  • 3:38 - 3:41
    Liquidsore29, doğrudanmı? Doğrudanmı? Yaxşı.
  • 3:41 - 3:45
    Bəs Whiteboy77AGS-dan mesaj necə?
  • 3:45 - 3:49
    "İnsanların həmişə nə isə haqda ****yə
    ehtiyacları var."
  • 3:49 - 3:51
    Ceffri Qutierrezdən:
  • 3:51 - 3:54
    "OMQ, yum ağzını. Sənə sadəcə pul və diqqət lazımdır."
  • 3:54 - 3:56
    Məni gələcəkdə dəyişikliklər etməyə
  • 3:56 - 3:59
    ruhdan salan belə şərhlər idi,
  • 3:59 - 4:02
    çünki mənə elə gəlirdi ki, insanların
    vecinə deyil,
  • 4:02 - 4:04
    onlar düşünürlər ki, bu, boşuna vaxt itkisidir,
  • 4:04 - 4:08
    mənə və ailəmə qarşı hörmətsizlik edəcəklər.
  • 4:08 - 4:10
    Bu məni incidir və düşünməyə vadar edirdi ki,
  • 4:10 - 4:13
    görəsən, gələcəkdə dəyişiklik etməyin
    mənası varmı?
  • 4:13 - 4:15
    Lakin sonra mən bir şeyi dərk etməyə
    başladım.
  • 4:15 - 4:18
    Kim ki nifrət edir, nifrət etməyə davam edəcək.
  • 4:18 - 4:20
    Gəlin bunu birlikdə söyləyək. Bir, iki, üç:
  • 4:20 - 4:22
    Kim ki nifrət edir, nifrət etməyə davam edəcək.
  • 4:22 - 4:24
    Qoy nifrət edənlər etsinlər,
  • 4:24 - 4:26
    siz isə öz dəyişikliyinizi edin,
  • 4:26 - 4:28
    çünki mən bilirəm ki, siz buna qadirsiniz.
  • 4:28 - 4:29
    Mən bu izdihama baxır və
  • 4:29 - 4:31
    buraya dəyişiklikləri
  • 4:31 - 4:34
    necə edə biləcəklərini öyrənməyə gələn
    400 nəfər görürəm,
  • 4:34 - 4:37
    Mən bilirəm ki, siz, o cümlədən evdən izləyənlər də
    bunu bacararsınız,
  • 4:37 - 4:41
    çünki sizin inandığınız və etməyə
    qadir olduğunuz çox şey var.
  • 4:41 - 4:44
    Siz onları sosial şəbəkələr vasitəsilə
    yaya bilərsiniz.
  • 4:44 - 4:46
    Facebook-la, Twitter-lə, YouTube-la,
    Reddit-lə, Tumblr-la,
  • 4:46 - 4:48
    ağlınıza gələ biləcək hər şeylə.
  • 4:48 - 4:50
    Və siz dəyişiklik edə bilərsiniz.
  • 4:50 - 4:51
    Siz inandığınız bir şeyi götürə,
  • 4:51 - 4:54
    onu həll tələb edən suala çevirə
    və dəyişə bilərsiniz.
  • 4:54 - 4:57
    Bu, sizin bu gün bütün günü haqqında eşitdiyiniz
    qığılcımdır,
  • 4:57 - 4:59
    siz öz içinizdə olan bu qığılcımdan
    istifadə edərək
  • 4:59 - 5:01
    onu oda döndərə bilərsiniz.
  • 5:01 - 5:03
    Təşəkkür edirəm.
  • 5:03 - 5:05
    (Alqışlar),
Title:
Aktivist olmaq istəyirsiniz? Oyuncaqlarınızla başlayın
Speaker:
MakKenna Pop
Description:

MakKenna Pop-un balaca qardaşı bişirməyi sevirdi, amma o İzi-Beyk sobasından istifadə etməyə ehtiyat edirdi -- çünki soba qızlar üçün hazırlanmışdı. Beləliklə, 13 yaşında, Pop Amerikan oyuncaq şirkəti olan Hazbrodan çəhrayı-qırmızı rəngli bu sobanın rəngini dəyişməyi və oğlanlar üçün də yararlı hala salmağını rica edən onlayn imzatoplama başlatdı. Bu cəsarətləndirici çıxışında, Pop gender-neytral oyuncaqlar barədə danışır və özünü gücsüz hesab edən uşaqlara hərəkətə keçməyə çağırış edir.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
05:22

Azerbaijani subtitles

Revisions