Aktivist olmaq istəyirsiniz? Oyuncaqlarınızla başlayın
-
0:01 - 0:03Mənim adım MakKenna Poupdur. Mənim
14 yaşım var -
0:03 - 0:05və 13 yaşım olanda
-
0:05 - 0:07mən dünyada ən böyük
-
0:07 - 0:09oyuncaq hazırlayan şirkətlərdən birini,
-
0:09 - 0:11Hasbro-nu onların ən çox satılan
məhsullarından birinin -
0:11 - 0:13marketinq üsullarını dəyişməyə inandırmışam.
-
0:13 - 0:15İcazə verin sizə bu barədə danışım.
-
0:15 - 0:16Mənim Gevin adlı qardaşım var.
-
0:16 - 0:19Bütün bu əhvalat baş verəndə onun dörd yaşı var idi.
-
0:19 - 0:20O bişirməyi xoşlayırdı.
-
0:20 - 0:23O, həmişə soyuducudan inqredientlər
götürür -
0:23 - 0:25və onları, aydındır ki, yeyilməsi
mümkün olmayan -
0:25 - 0:26qarışıqlara əlavə edir və ya
-
0:26 - 0:29gözəgörünməz makaron və pendir hazırlayırdı.
-
0:29 - 0:32O, aşpaz olmağı çox istəyirdi.
-
0:32 - 0:36Və aşpaz olmaq istəyən uşağa
İzi-Beyk sobasından -
0:36 - 0:38daha yaxşı nə hədiyyə ola bilər?
-
0:38 - 0:40Uşaqlıqda hamımızın olub bunlardan.
-
0:40 - 0:42Və o da bu sobadan birini çox istəyirdi.
-
0:42 - 0:44Lakin sonra o, bir şeyi anlamağa başladı.
-
0:46 - 0:48Reklam və İzi-Beyk sobalarının qutularında
Hasbro -
0:48 - 0:51onları spesifik şəkildə qızlar üçün
təbliğ edirdi. -
0:51 - 0:53Və onlar bunu reklamlarda
-
0:53 - 0:56və qutuların üzərində yalnız qızların təsvir etməklə,
-
0:56 - 0:58sobaların üzərində hər yerdə gül rəsmləri
əlavə edib, -
0:58 - 1:01sobaları açıq-çəhrayı və bənövşəyi rənglərdə
istehsal etməklə edirdirdilər. -
1:01 - 1:05Qızlar üçün çox spesifik rənglər, elə deyilmi?
-
1:05 - 1:07Beləcə, bu, sanki bir mesaj göndərirdi ki,
-
1:07 - 1:10yalnız qızlar bişirməlidirlər; oğlanlar yox.
-
1:10 - 1:12Və bu, mənim qardaşımı çox
həvəsdən salırdı. -
1:12 - 1:15O düşünürdü ki, o, aşpaz olmamalıdır,
-
1:15 - 1:17çünki bu, qızlar üçündür.
-
1:17 - 1:19Qızlar bişirirdilər; oğlanlar yox.
-
1:19 - 1:21Ya da Hasbro-nun göndərdiyi mesaj
belə idi. -
1:21 - 1:23Və bu, məni düşünməyə vadar etdi:
-
1:23 - 1:25İlahi, kaş ki, mənim bunu dəyişmək üçün
edə biləcəyim bir şey olardı, -
1:25 - 1:28kaş ki, Hasbro mənim səsimi eşidərdi,
-
1:28 - 1:30beləcə, mən onlara nədə səhv etdiklərini
-
1:30 - 1:31deyə bilərdim və
-
1:31 - 1:33onlardan bunu dəyişmələrini istəyərdim.
-
1:33 - 1:35Və bu, məni o gündən bir neçə ay öncə
-
1:35 - 1:36haqqında öyrəndiyim Change.org saytı
-
1:36 - 1:38haqda düşünməyə vadar etdi.
-
1:38 - 1:41Change.org onlayn rica-paylaşma
platformasıdır. -
1:41 - 1:43Burada tələb yaratmaq və bunu bütün sosial-media şəbəkələri
-
1:43 - 1:46vasitəsilə paylaşmaq mümkündür.
-
1:46 - 1:47Facebook-la, Twitter-lə,
-
1:47 - 1:49YouTube-la, Reddit-lə, Tumblr-la,
-
1:49 - 1:51ağlınıza gələ biləcək hər şey vasitəsilə.
-
1:51 - 1:52Beləliklə, mən öz ricamı
-
1:52 - 1:56YouTube videosu vasitəsilə yaratdım
-
1:56 - 1:58və Hasbro-dan
-
1:58 - 2:00oyuncağı təbliğ etmə tərzlərini dəyişməyi,
-
2:00 - 2:03reklamlarda və qutuların üzərində
oğlanların da təsvir olunmasını -
2:03 - 2:05və ən əsası, onları daha az
-
2:05 - 2:08gender-spesifik rənglərdə hazırlamalarını
xahiş etdim. -
2:08 - 2:11Bu rica populyarlıq qazanmağa başladı --
-
2:11 - 2:14təsəvvür edə bilməzsiniz necə sürətlə.
-
2:14 - 2:18Bir çox milli xəbər və mətbuat xidmətləri məndən
-
2:18 - 2:21müsahibə alırdılar. Bu, inanılmaz idi.
-
2:21 - 2:24Üç həftə sonra , bəlkə də, üç yarım
-
2:24 - 2:29mənim ricam 46,000 imza topladı.
-
2:29 - 2:31(Alqışlar)
-
2:31 - 2:33Təşəkkür edirəm.
-
2:33 - 2:35Aydındır ki, bu, çox həyəcanverici idi.
-
2:35 - 2:40Nəticədə, Hasbro şirkəti özləri məni öz baş ofislərinə dəvət etdilər ki,
-
2:40 - 2:41mənə qara, gümüşü və mavi rənglərdə
-
2:41 - 2:44olan yeni İzi-Beyk məhsulunu
-
2:44 - 2:46təntənəli şəkildə təqdim etsinlər.
-
2:46 - 2:48Bu, həqiqətən, mənim həyatımın ən yaxşı
anlarından biri idi. -
2:48 - 2:51Bu, "Villi Vonka və şokolad fabriki"-nə bənzəyirdi.
-
2:51 - 2:52Bu, valehedici idi.
-
2:52 - 2:54Lakin həmin vaxt mən bir aktivist olduğumu
-
2:54 - 2:56və nəyi isə dəyişə bildiyimi
-
2:56 - 2:58başa düşməmişdim.
-
2:58 - 3:01Anlamamışdım ki, hətta bir uşaq kimi, bəlkə də,
xüsusilə, bir uşaq kimi -
3:01 - 3:03mənim səsimin əhəmiyyəti var idi və
sizin səsinizin də əhəmiyyəti var. -
3:03 - 3:05Bilməyinizi istərdim ki, bu rahat olmayacaq,
-
3:05 - 3:06və bu, mənə də asan başa gəlmədi,
-
3:06 - 3:09çünki mən bir çox maneələrlə rastlaşdım.
-
3:09 - 3:13İnsanlar onlayn, hətta bəzən həqiqi həyatda
-
3:13 - 3:16mənə və ailəmə qarşı hörmətsizlik edir
-
3:16 - 3:19və bütün bu işin necə bir vaxt itkisi
olduğundan danışırdılar. -
3:19 - 3:20Və bu, məni, həqiqətən, ruhdan salırdı.
-
3:20 - 3:23Faktiki olaraq, mənim bir neçə misalım var.
Onların səfehliklərini -
3:23 - 3:26göstərməkdən daha yaxşı qisas ola bilər?
-
3:26 - 3:28Gəlin baxaq.
-
3:28 - 3:30Liquidsore29 adlı istifadəçidən --
-
3:30 - 3:32çox maqraqlı istifadəçi adları var --
-
3:32 - 3:38"Öz oğlanlarını geylərə döndərən iyrənc
liberal analar" -
3:38 - 3:41Liquidsore29, doğrudanmı? Doğrudanmı? Yaxşı.
-
3:41 - 3:45Bəs Whiteboy77AGS-dan mesaj necə?
-
3:45 - 3:49"İnsanların həmişə nə isə haqda ****yə
ehtiyacları var." -
3:49 - 3:51Ceffri Qutierrezdən:
-
3:51 - 3:54"OMQ, yum ağzını. Sənə sadəcə pul və diqqət lazımdır."
-
3:54 - 3:56Məni gələcəkdə dəyişikliklər etməyə
-
3:56 - 3:59ruhdan salan belə şərhlər idi,
-
3:59 - 4:02çünki mənə elə gəlirdi ki, insanların
vecinə deyil, -
4:02 - 4:04onlar düşünürlər ki, bu, boşuna vaxt itkisidir,
-
4:04 - 4:08mənə və ailəmə qarşı hörmətsizlik edəcəklər.
-
4:08 - 4:10Bu məni incidir və düşünməyə vadar edirdi ki,
-
4:10 - 4:13görəsən, gələcəkdə dəyişiklik etməyin
mənası varmı? -
4:13 - 4:15Lakin sonra mən bir şeyi dərk etməyə
başladım. -
4:15 - 4:18Kim ki nifrət edir, nifrət etməyə davam edəcək.
-
4:18 - 4:20Gəlin bunu birlikdə söyləyək. Bir, iki, üç:
-
4:20 - 4:22Kim ki nifrət edir, nifrət etməyə davam edəcək.
-
4:22 - 4:24Qoy nifrət edənlər etsinlər,
-
4:24 - 4:26siz isə öz dəyişikliyinizi edin,
-
4:26 - 4:28çünki mən bilirəm ki, siz buna qadirsiniz.
-
4:28 - 4:29Mən bu izdihama baxır və
-
4:29 - 4:31buraya dəyişiklikləri
-
4:31 - 4:34necə edə biləcəklərini öyrənməyə gələn
400 nəfər görürəm, -
4:34 - 4:37Mən bilirəm ki, siz, o cümlədən evdən izləyənlər də
bunu bacararsınız, -
4:37 - 4:41çünki sizin inandığınız və etməyə
qadir olduğunuz çox şey var. -
4:41 - 4:44Siz onları sosial şəbəkələr vasitəsilə
yaya bilərsiniz. -
4:44 - 4:46Facebook-la, Twitter-lə, YouTube-la,
Reddit-lə, Tumblr-la, -
4:46 - 4:48ağlınıza gələ biləcək hər şeylə.
-
4:48 - 4:50Və siz dəyişiklik edə bilərsiniz.
-
4:50 - 4:51Siz inandığınız bir şeyi götürə,
-
4:51 - 4:54onu həll tələb edən suala çevirə
və dəyişə bilərsiniz. -
4:54 - 4:57Bu, sizin bu gün bütün günü haqqında eşitdiyiniz
qığılcımdır, -
4:57 - 4:59siz öz içinizdə olan bu qığılcımdan
istifadə edərək -
4:59 - 5:01onu oda döndərə bilərsiniz.
-
5:01 - 5:03Təşəkkür edirəm.
-
5:03 - 5:05(Alqışlar),
- Title:
- Aktivist olmaq istəyirsiniz? Oyuncaqlarınızla başlayın
- Speaker:
- MakKenna Pop
- Description:
-
MakKenna Pop-un balaca qardaşı bişirməyi sevirdi, amma o İzi-Beyk sobasından istifadə etməyə ehtiyat edirdi -- çünki soba qızlar üçün hazırlanmışdı. Beləliklə, 13 yaşında, Pop Amerikan oyuncaq şirkəti olan Hazbrodan çəhrayı-qırmızı rəngli bu sobanın rəngini dəyişməyi və oğlanlar üçün də yararlı hala salmağını rica edən onlayn imzatoplama başlatdı. Bu cəsarətləndirici çıxışında, Pop gender-neytral oyuncaqlar barədə danışır və özünü gücsüz hesab edən uşaqlara hərəkətə keçməyə çağırış edir.
- Video Language:
- English
- Team:
- closed TED
- Project:
- TEDTalks
- Duration:
- 05:22
Gulchin Taghiyeva approved Azerbaijani subtitles for Want to be an activist? Start with your toys | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Want to be an activist? Start with your toys | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Want to be an activist? Start with your toys | ||
Gulchin Taghiyeva edited Azerbaijani subtitles for Want to be an activist? Start with your toys | ||
Ziyaddin Sadigov accepted Azerbaijani subtitles for Want to be an activist? Start with your toys | ||
Ziyaddin Sadigov edited Azerbaijani subtitles for Want to be an activist? Start with your toys | ||
Ziyaddin Sadigov edited Azerbaijani subtitles for Want to be an activist? Start with your toys | ||
Toghrul Karimov edited Azerbaijani subtitles for Want to be an activist? Start with your toys |