Return to Video

Musiqi müasir kompyuterlərin ixtirasına necə gətirib çıxartdı?

  • 0:01 - 0:05
    (Musiqi)
  • 0:05 - 0:07
    Təxminən 43 min il əvvəl
  • 0:07 - 0:10
    bugünkü Sloveniyanın şimal-qərb
    sərhədindəki yumru təpələrdə
  • 0:10 - 0:14
    balaca bir mağara ayısı öldü.
  • 0:14 - 0:18
    Min illər sonra cənubi Almaniyada
    bir mamont öldü.
  • 0:18 - 0:21
    Bir neçə əsr sonra bu ərazilərdə
  • 0:21 - 0:22
    bir ağbaş kərkəs də öldü.
  • 0:23 - 0:27
    Biz bu heyvanların necə öldükləri barədə
    demək olar ki, heç nə bilmirik,
  • 0:27 - 0:31
    bu varlıqlar fərqli zaman və
    yerlərdə yaşamış olsalar da
  • 0:32 - 0:35
    eyni qəribə taleyi bölüşdülər.
  • 0:35 - 0:38
    Ölümlərindən sonra hər
    birinin skeletlərindən alınan
  • 0:38 - 0:41
    sümüklər insan əlləri ilə
  • 0:41 - 0:42
    fleytaya çevrildi.
  • 0:43 - 0:44
    Bu haqda bir saniyə düşünün.
  • 0:44 - 0:47
    Təsəvvür edin mağara adamısız,
    40 min il əvvəl.
  • 0:47 - 0:49
    Alova hökmranlıq edirsiniz.
  • 0:49 - 0:51
    Ovçuluq üçün sadə alətlər düzəltmisiniz.
  • 0:51 - 0:53
    Qışda sizi isti saxlamaq üçün
    heyvan dərisindən
  • 0:53 - 0:56
    necə paltar düzəltməyi öyrənmisiniz.
  • 0:56 - 0:58
    Növbəti kəşfiniz nə olardı?
  • 0:58 - 1:01
    Hava molekulları içində lazımsız
    dalğalar yaradan aləti
  • 1:01 - 1:05
    fleytanı kəşf edəcəyiniz inandırıcı
    görsənmir,
  • 1:05 - 1:08
    Amma əcdadlarımızın etdiyi elə eynilə bu
    oldu.
  • 1:09 - 1:13
    Təəccüblü görünsə də məlum oldu ki,
    bu ixtiralar tarixində
  • 1:13 - 1:14
    rast gəlinən bir şeydir.
  • 1:14 - 1:16
    Bəzən insanlar sağ qalmaq ,
  • 1:16 - 1:19
    uşaqlarını doyurmaq və ya yaxındakı
    kəndi işğal etmək üçün
  • 1:19 - 1:21
    yeni bir şey kəşf edirdilər
  • 1:21 - 1:23
    Lakin adətən yeni fikirlər
  • 1:23 - 1:25
    sadəcə əyləncəli olduqları üçün
  • 1:25 - 1:27
    ortaya çıxırlar.
  • 1:28 - 1:30
    Ən qəribəsi də odur ki:
  • 1:30 - 1:33
    bu əyləncəli, qeyri-ciddi
    görünən ixtiraların bir çoxu
  • 1:33 - 1:36
    elm, siyasət və cəmiyyətdə əlamətdar
  • 1:36 - 1:39
    dəyişikliklərə təkan verdi.
  • 1:39 - 1:43
    Götürək elə müasir dünyanın bəlkə də
    ən vacib ixtirası olan
  • 1:43 - 1:45
    proqramlaşdırıla bilən kompyuterləri.
  • 1:45 - 1:49
    Əksər ilkin kompyuterlər xüsusi olaraq
    müharibə zamanı şifrələri sındırmağa,
  • 1:49 - 1:52
    ya raket trayektoriyalarını hesablamağa
    uyğun qurulduğu üçün
  • 1:52 - 1:56
    kompyuterlərin hərbi texnologiyadan
    gəldiyinə inanılır.
  • 1:56 - 1:59
    Amma əslində müasir kompyuterlərin
    mənşəyi
  • 1:59 - 2:01
    təsəvvür edə biləcəyinizdən
  • 2:01 - 2:02
    çox daha əyləncəlidi,
  • 2:02 - 2:03
    hətta musiqili.
  • 2:04 - 2:05
    Fleytadakı
  • 2:05 - 2:08
    səs çıxarmaq üçün deşiyə hava üfürmək
    fikri
  • 2:08 - 2:11
    zamanla dəyişdirilərək 2 min ilin
    sonunda ilk
  • 2:11 - 2:13
    orqan musiqi alətini yaratdı.
  • 2:13 - 2:16
    Kimsə barmaqlarımızla balaca dillərə
    basmaqla səs çıxarmaq və
  • 2:16 - 2:19
    ilk musiqi klaviaturası kimi
  • 2:19 - 2:21
    dahiyanə bir fikir irəli sürdü.
  • 2:21 - 2:25
    Klaviaturalar 19-cu əsrin ortalarına
    qədər orqanlardan klavikordlara,
  • 2:25 - 2:27
    klavesinlərə, pianoya doğru
  • 2:27 - 2:29
    təkamül etdilər,
  • 2:29 - 2:32
    Daha sonra bir qrup ixtiraçı
    klaviatura
  • 2:32 - 2:36
    istifadə etməklə hərflər yazmaq
    fikrini irəli sürdülər.
  • 2:36 - 2:38
    İlk yazı makinası da ilk vaxtlarda
  • 2:38 - 2:42
    "yazı klavesini" adlandırılmışdı.
  • 2:43 - 2:47
    Fleytalar və musiqi daha böyük
    ixtiralara gətirib çıxartdı.
  • 2:47 - 2:49
    Təxminən min il əvvəl,
  • 2:49 - 2:51
    İslam İntibahı dövrünün zirvəsində
  • 2:51 - 2:54
    Bağdaddan olan 3 qardaş
    avtomatlaşdırılmış orqan
  • 2:54 - 2:56
    musiqi qurğusunu düzəltdilər.
  • 2:56 - 2:59
    Onlar buna "öz-özünə çalan
    alət" adı verdilər.
  • 3:00 - 3:03
    Cihaz əslində nəhəng musiqi
    qutusu idi.
  • 3:03 - 3:07
    Fırlanan silindrin üzərinə iynələr
    yerləşdirib şifrələnmiş göstərişləri
  • 3:07 - 3:11
    istifadə etməklə orqan müxtəlif musiqilər
    ifa etməyə qurula bilirdi.
  • 3:11 - 3:14
    Əgər makinanın başqa bir musiqi
    çalmasını istəsəydiniz,
  • 3:14 - 3:18
    üzərində başqa şifrə olan yeni silindri
    içinə yerləşdirməyiniz bəs edirdi.
  • 3:18 - 3:21
    Bu cihaz bu tip qurğuların ilki oldu.
  • 3:21 - 3:23
    Proqramlaşdırılması mümkündü.
  • 3:23 - 3:26
    Bu çox böyük bir irəliləyiş idi.
  • 3:26 - 3:29
    Avadanlıq və proqram təminatı anlayışları
  • 3:30 - 3:33
    ilk dəfə bu ixtira ilə düşünüldü.
  • 3:33 - 3:35
    Bu inanılmaz güclü olan anlayış
    bizə
  • 3:35 - 3:38
    müharibə, istila etmə qurğusu kimi və ya
    zərurətdən
  • 3:38 - 3:40
    gəlib çıxmadı.
  • 3:40 - 3:45
    Mexanizmin öz-özünə musiqi çalmasını
    izləməyin verdiyi qəribə həzzdən yarandı.
  • 3:45 - 3:49
    Hətta proqramlaşdırıla bilən
    mexanizm fikri
  • 3:49 - 3:53
    700 il sadəcə musiqi sahəsində mövcudluğunu qorudu.
  • 3:53 - 3:56
    1700-ci illərdə musiqi yaradan makinalar
  • 3:56 - 3:59
    Paris elitasının əyləncə üçün istifadə
    etdiyi bir əşyaya çevrildi.
  • 3:59 - 4:03
    Əyləncə hazırlayan şəxslər eyni şifrəli
    silindrlərdən istifadə etməklə
  • 4:03 - 4:06
    "Automata" adlandırılan ilk robot tipli
    qurğuların hərəkətlərini
  • 4:07 - 4:09
    idarə edirdilər.
  • 4:09 - 4:10
    Bu robotların ən məşhurlarından biri də
  • 4:11 - 4:14
    dahi fransız ixtiraçısı Jacques de
    Vaucanson'ın yaratdığı,
  • 4:14 - 4:16
    bəli, ağlınıza gəldiyi kimi,
  • 4:16 - 4:18
    avtomatlaşdırılmış fleyta çalıcısı idi.
  • 4:18 - 4:22
    De Vaucanson robot musiqiçisini
    yaradarkən
  • 4:22 - 4:24
    ağlında başqa bir fikir də var idi.
  • 4:24 - 4:28
    Əgər mexanizmi xoşagələn səslər
    yaratmağa proqramlaşdırmaq mümkündürsə,
  • 4:28 - 4:32
    niyə bunu parçada füsunkar rəng çalarları
    toxusun deyə proqramlaşdırmayasan?
  • 4:33 - 4:37
    Silindrdəki musiqi notlarını
    yaratan iynələri
  • 4:37 - 4:40
    bu dəfə rəngli sapları ifadə
    etsin deyə quraşdırmaq olardı.
  • 4:40 - 4:43
    Parçan üçün yeni naxış istədikdə
    sadəcə
  • 4:43 - 4:45
    yeni silindr proqramlaşdırırsan.
  • 4:45 - 4:48
    Beləliklə ilk proqramlaşdırılan toxucu
    dəzgahı ixtira edildi.
  • 4:49 - 4:53
    Silindrləri hazırlamaq isə çox bahalı
    və vaxt aparan bir iş idi,
  • 4:53 - 4:54
    amma yarım əsr sonra
  • 4:54 - 4:57
    başqa bir fransız ixtiraçısı Jacquard
  • 4:57 - 5:02
    metal silindrlər əvəzinə deşilmiş
    kağız kartlardan istifadə etmək
  • 5:02 - 5:03
    fikrini irəli sürdü.
  • 5:03 - 5:07
    Cihazı proqramlaşdırmaq üçün
    kağız daha ucuz
  • 5:07 - 5:09
    və daha əyilgən (elastik) idi.
  • 5:09 - 5:13
    Həmin deşilmiş kart sistemi Viktoriya
    dövrü ixtiraçısı Charles Babbage'in
  • 5:13 - 5:16
    ilk həqiqi proqramlaşdırıla bilən
    kompyuter olan
  • 5:16 - 5:18
    hesablama aləti yaratmasına
  • 5:18 - 5:20
    ilham verdi.
  • 5:20 - 5:22
    Dəlikli kartlar 1970-ci illərdə beləin sonuna qədər
  • 5:22 - 5:25
    kompyuter proqramçıları tərəfindən
    istifadə olunurdu.
  • 5:25 - 5:28
    Özünüzə belə bir sual verin:
  • 5:28 - 5:31
    müasir kompyuteri əlçatan edən
    əslində nə idi?
  • 5:31 - 5:35
    Düzdür, hərbi inkişafın burda mühüm
    rolu olub,
  • 5:35 - 5:39
    amma kompyuteri kəşf edilməsini mümkün edən
    "təməl daşları" :
  • 5:39 - 5:40
    musiqi qutuları,
  • 5:40 - 5:42
    oyuncaq robot fleyta çalıcılar,
  • 5:42 - 5:44
    klavesin klavyaturaları,
  • 5:44 - 5:46
    parçaya toxunmuş rəngarəng naxışlar idi
  • 5:47 - 5:49
    və bunlar bütün əhvalatın sadəcə kiçik bir
    hissəsidir.
  • 5:49 - 5:52
    Dünyanı dəyişən əksər ideyalar
    və texnologiyalar
  • 5:52 - 5:54
    Oyunlardan yaranmışdır:
  • 5:54 - 5:56
    dövlət muzeyləri, rezin,
  • 5:56 - 5:58
    ehtimal nəzəriyyəsi, sığorta biznesi
  • 5:58 - 6:00
    və daha bir çoxu.
  • 6:00 - 6:02
    Zərurət həmişə ixtiranın əsas səbəbi
    olmayıb.
  • 6:03 - 6:07
    Əyləncəylə dolu ağıl
    daim araşdırmağa can atır və
  • 6:07 - 6:10
    dünya üzərində yeni imkanlar
    axtarışındadır.
  • 6:11 - 6:14
    Bu axtarışlar - sevinc və
    əyləncəylə başlamış
  • 6:14 - 6:17
    bir çox təcrübəninin əhəmiyyətli ixtiralara
  • 6:17 - 6:20
    çevrilməsinə səbəb olmuşlar.
  • 6:21 - 6:25
    Məncə, bu, uşaqlarımızı məktəbdə necə
    öyrətməyimiz və iş yerində yeniliyi
  • 6:25 - 6:28
    necə dəstəkləməyimizin nəticəsi ilə
    bağlıdır
  • 6:29 - 6:32
    amma əyləncə və oyunlara
    bu cür baxmağımız
  • 6:32 - 6:35
    növbəti yeniliyin nə olacağını tapmağa
    kömək edər.
  • 6:35 - 6:38
    Təsəvvür edin: 1750-ci ildə oturub
    19-cu, 20-ci əsrlərdə
  • 6:38 - 6:41
    cəmiyyətdə baş verəcək böyük
    dəyişiklikləri müəyyən etməyə
  • 6:41 - 6:43
    çalışsaydınız,
  • 6:43 - 6:45
    avtomatlaşdırılmış mexanizmlər,
    kompyuterlər
  • 6:45 - 6:47
    süni intellekt ,
  • 6:47 - 6:49
    Paris elitasını əyləndirən
  • 6:49 - 6:51
    proqramlaşdırılmış fleyta
  • 6:51 - 6:55
    o dövrdəki bir çox başqa şey kimi çox
    güclü işarətlər vermiş ola bilərdi.
  • 6:56 - 6:58
    Əvvəllər əyləncə məqsədli və
  • 6:58 - 7:01
    ciddi bir şey üçün yararsız görünsədə
  • 7:01 - 7:05
    müəyyən zaman sonra dünyanı dəyişəcək
  • 7:05 - 7:07
    texnologiya inqilabının başlanğıcı
    oldu.
  • 7:07 - 7:09
    Gələcək insanların ən çox
  • 7:09 - 7:11
    əyləndiyi yerlərdə olacaq.
Title:
Musiqi müasir kompyuterlərin ixtirasına necə gətirib çıxartdı?
Speaker:
Steven Johnson
Description:

Zərurət ixtiranın əsas səbəbidir, deyilmi? Hmm, həmişə yox. Steven Johnson biz göstərir ki, dünyanı ən çox dəyişmiş ideyaların və texnologiyaların bəziləri, məsələn kompyuter, heç də zərurətdən yaranmadı, daha çox əyləncənin verdiyi qəribə həzzdən yarandı. Bu valehedici, ixtiralar tarixi araşdırmasını bölüşməklə görəcəksiniz ki, gələcək insanların ən çox əyləndiyi yerlərdədi.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
07:25
TED Translators admin approved Azerbaijani subtitles for Steven Johnson at TED Studio
Gülnar Khalilova Akdish accepted Azerbaijani subtitles for Steven Johnson at TED Studio
Gülnar Khalilova Akdish edited Azerbaijani subtitles for Steven Johnson at TED Studio
Gülnar Khalilova Akdish edited Azerbaijani subtitles for Steven Johnson at TED Studio
Gülnar Khalilova Akdish edited Azerbaijani subtitles for Steven Johnson at TED Studio
Gülnar Khalilova Akdish edited Azerbaijani subtitles for Steven Johnson at TED Studio
Jeyhun Babashov edited Azerbaijani subtitles for Steven Johnson at TED Studio
Jeyhun Babashov edited Azerbaijani subtitles for Steven Johnson at TED Studio
Show all

Azerbaijani subtitles

Revisions