Return to Video

Kristof Adami:Fərqli həyat axtarışında

  • 0:00 - 0:02
    Qəribə bir peşəm var.
  • 0:02 - 0:05
    Bundan əminəm, çünki iş yoldaşlarım da bəzən yanıma gəlir
  • 0:05 - 0:07
    və deyirlər,"Kris, qəribə işin var ".
  • 0:07 - 0:09
    (Gülüş)
  • 0:09 - 0:11
    Onları başa düşürəm ,
  • 0:11 - 0:13
    çünki nəzəri nüvə fiziki kimi
  • 0:13 - 0:15
    işləməyə başlamışdım.
  • 0:15 - 0:17
    Kvarklar və qlüonlar,
  • 0:17 - 0:19
    ağır ion toqquşmaları haqqında düşünürdüm,
  • 0:19 - 0:21
    və cəmi 14 yaşım var idi.
  • 0:21 - 0:24
    Yox,yox, 14 yaşda deyildim.
  • 0:25 - 0:27
    Ancaq bu işimlə birlikdə
  • 0:27 - 0:29
    nevrologiya ilə heç bir əlaqəm olmasa da
  • 0:29 - 0:31
    hesablama nevrologiya şöbəsində
  • 0:31 - 0:33
    şəxsi labaratoriyam oldu.
  • 0:33 - 0:36
    Sonra təkamül genetikası,
  • 0:36 - 0:38
    və sistematik biologiya sahəsində işləyəcəkdim.
  • 0:38 - 0:41
    Ancaq bugün tamamilə fərqli bir şey haqqında danışacam.
  • 0:41 - 0:43
    Sizə həyatla bağlı
  • 0:43 - 0:45
    yenilikləri necə öyrəndiyimdən danışacam.
  • 0:45 - 0:49
    Əslində mən raket mühəndisi idim.
  • 0:49 - 0:51
    Tam olaraq belə hesab etmək də olmaz,
  • 0:51 - 0:53
    yəni mən,
  • 0:53 - 0:55
    Reaktiv Hərəkət Laboratoriyasında çalışırdım.
  • 0:55 - 0:58
    Günəşli Kaliforniyada idi bu labaratoriya,
  • 0:58 - 1:00
    indi Orta Qərbdəyəm,
  • 1:00 - 1:02
    və donuram.
  • 1:02 - 1:05
    Lakin.bu maraqlıı bir təcrübə idi.
  • 1:05 - 1:08
    Bir gün NASA meneceri ofisimə gəldi,
  • 1:08 - 1:11
    əyləşdi və sual verdi,
  • 1:11 - 1:13
    "Yerdən kənarda heyatı necə tapa biləcəyimizi
  • 1:13 - 1:15
    bizə deyə bilərsiniz?"
  • 1:15 - 1:17
    Çox təəccübləndim,
  • 1:17 - 1:19
    çünki məni kvant hesablamalarını
  • 1:19 - 1:21
    araşdırmağım üçün işə götürmüşdülər.
  • 1:21 - 1:23
    Yenə də , cavabım hazır idi.
  • 1:23 - 1:26
    "Heç bir fikrim yoxdur."
  • 1:26 - 1:29
    O, "Biosignature,(biooloji izlər)
  • 1:29 - 1:31
    biz "biosigniture" axtarırıq." dedi.
  • 1:31 - 1:33
    Bunların nə olduğunu soruşanda,
  • 1:33 - 1:35
    O cavab verdi," 'Biosignature' bizə həyatın varlığını
  • 1:35 - 1:37
    göstərən hər hansısa
  • 1:37 - 1:39
    ölçüləbilən fenomendir."
  • 1:39 - 1:41
    "Doğurdan?" mən soruşdum,
  • 1:41 - 1:43
    Çünki bu o qədər də asan deyil.
  • 1:43 - 1:45
    Yəni,əgər həyat varsa,
  • 1:45 - 1:47
    biz onu ölçə, müəyyənləşdirə bilərik,
  • 1:47 - 1:51
    Məs:həyatın Ali Məhkəmə üsulu tərəfi." /Şəkildə: "Görürəmsə bilirəm."/
  • 1:51 - 1:53
    Bir az fikirləşib cavab verdim,
  • 1:53 - 1:55
    "Bu doğurdan da asan işdir?
  • 1:55 - 1:58
    Çünki, əgər buna bənzər bir şey görürsənsə,
  • 1:58 - 2:00
    bunu şübhəsiz
  • 2:00 - 2:02
    həyat adlandırmaq olar.
  • 2:02 - 2:04
    Bəs bu necə?"
  • 2:04 - 2:07
    O, davam edir,"Bu da həyatdır, bilirəm bunu."
  • 2:07 - 2:09
    Bu nöqtədə, həyatı yalnız sonda ölən
  • 2:09 - 2:11
    obyekt kimi qəbul edirsinizsə,
  • 2:11 - 2:13
    demək bu sahədə kifayət qədər məlumatlı deyilsiniz,
  • 2:13 - 2:15
    çünki bu(şəkil) çox qəribə orqanizmdir.
  • 2:15 - 2:17
    Bu orqanizmin belə bir inkişaf yolu var,
  • 2:17 - 2:20
    sonra "Benjamin Button"(filmdən) kimi
  • 2:20 - 2:22
    yenidən kiçik rüşeym halını alana qədər
  • 2:22 - 2:24
    geriyə doğru təkamül edir,
  • 2:24 - 2:27
    yo-yo oyuncaqları kimi daimi olaraq böyüyür və kiçilir,
  • 2:27 - 2:29
    və heç vaxt ölmür.
  • 2:29 - 2:31
    Bu canlı olsa da,
  • 2:31 - 2:33
    əslində bizim
  • 2:33 - 2:36
    fikirləşdiyimiz kimi bir həyat deyil.
  • 2:36 - 2:38
    Sonra buna bənzər bir şey görürüsünüz.
  • 2:38 - 2:40
    Bunun necə bir həyat olduğu haqda fikirləşirsiniz.
  • 2:40 - 2:42
    Bilən var?
  • 2:42 - 2:45
    Əslində bu canlı varlıq deyil, kristaldır.
  • 2:45 - 2:47
    Çox daha kiçik obyektlərə
  • 2:47 - 2:49
    nəzər salarkən bu daha da çətinləşir--
  • 2:49 - 2:51
    Bu hörmətli şəxs,
  • 2:51 - 2:54
    böyük bir məqalə yazaraq "Bu bakteriyadır" dedi.
  • 2:54 - 2:56
    Ancaq daha yaxından baxsanız,
  • 2:56 - 2:59
    görəcəksiniz ki,bu obyekt bakteriya olmaq üçün olduqca kiçikdir.
  • 2:59 - 3:01
    Bu şəxs haqlı olduğuna əmin idi,
  • 3:01 - 3:03
    bir çox insan əmin olmasa da.
  • 3:03 - 3:05
    Sonrakı xəbər əlbəttə ki,
  • 3:05 - 3:07
    pr. Bill Klintonun ictimaiyyətlə paylaşdığı
  • 3:07 - 3:09
    NASAnın böyük tapıntısı,
  • 3:09 - 3:11
    Marsdan olan meteroitdəki
  • 3:11 - 3:14
    həyat izləri idi.
  • 3:14 - 3:18
    Bu tapıntı hələ də mübahisəlidir.
  • 3:18 - 3:21
    Bütün bu şəkillərdən də aydın olur ki,
  • 3:21 - 3:23
    həyatı tapmaq əslində elə də asan deyil.
  • 3:23 - 3:25
    Bəlkə də
  • 3:25 - 3:27
    həyata tərif vermək üçün
  • 3:27 - 3:29
    fərqli aspektlərdən yanaşmaq lazımdı.
  • 3:29 - 3:31
    Həyatın tərifini necə vermək olar?
  • 3:31 - 3:33
    Yaxşı,nədən başlamaq lazımdır?
  • 3:33 - 3:35
    Əlbəttə,
  • 3:35 - 3:37
    Britan ensiklopediyası,L(Life-həyat) hərfi.
  • 3:37 - 3:40
    Yox, yox, ən yaxşıdı Google-da axtarış verməkdir..
  • 3:40 - 3:43
    Nəsə tapmaq olar.
  • 3:43 - 3:45
    Tapacağımız nə olur olsun--
  • 3:45 - 3:47
    bütün təriflər kimi--
  • 3:47 - 3:49
    yadımızdan çıxacaq.
  • 3:49 - 3:51
    Özümüz buna bənzər bir tərif yarada bilərik bəlkə də.
  • 3:51 - 3:53
    Termin konseptlərlə dolu,
  • 3:53 - 3:55
    mürəkkəb bir tərifdir.
  • 3:55 - 3:57
    Görəsən kimdi belə çətin, qarışıq
  • 3:57 - 3:59
    və mənasız bir şey
  • 3:59 - 4:02
    yazan?
  • 4:02 - 4:06
    Əslində çox-çox vacib konsepsiyalar yığınıdır.
  • 4:06 - 4:09
    Bu konseptsiyalardan bəzilərini
  • 4:09 - 4:11
    ön plana çıxarsaq, bu tərifin
  • 4:11 - 4:13
    əvvələr öyrəndiyimiz asid turşusu və ya
  • 4:13 - 4:16
    yarpaqlar əsasında deyil,
  • 4:16 - 4:18
    məhz proseslər əsasında qurulduğunu
  • 4:18 - 4:20
    görə bilərik.
  • 4:20 - 4:22
    Bu əslində mənim
  • 4:22 - 4:25
    süni həyat haqda yazdığım kitabdandır.
  • 4:25 - 4:27
    NASA menecerinin də
  • 4:27 - 4:30
    ofisimə gəlmə səbəbini də izah edir bu.
  • 4:30 - 4:33
    Fikirləşirdilər ki, bu konseptlərin köməyi ilə
  • 4:33 - 4:35
    bəlkə həqiqətən də həyat anlayışını
  • 4:35 - 4:37
    yarada bilərik.
  • 4:37 - 4:40
    "Yerdə süni həyat?" sualına
  • 4:40 - 4:42
    cavab axtarırsınızsa,
  • 4:42 - 4:44
    bu anlayışın necə yarandığına
  • 4:44 - 4:46
    mən cavab vermək istərdim.
  • 4:46 - 4:49
    Hər şey uzun zaman öncə
  • 4:49 - 4:51
    kiminsə ilk
  • 4:51 - 4:53
    uğurlu komputer virusu yaratması ilə başladı.
  • 4:53 - 4:56
    Yaşı az olanlar bu virusların disketlərlə
  • 4:56 - 4:59
    necə yayıldığını tam təsəvvür edə
  • 4:59 - 5:01
    bilməzlər yəqin ki.
  • 5:01 - 5:04
    Bu yoluxucu komputer viruslarının
  • 5:04 - 5:06
    maraqlı cəhəti budur ki,
  • 5:06 - 5:08
    olnarın yayılma sürəti və
  • 5:08 - 5:10
    cəldl hərəkətləri qrip virusu
  • 5:10 - 5:13
    ilə eynidir.
  • 5:13 - 5:15
    Haker və əməliyyat sistemi dizeynerləri arasındakı
  • 5:15 - 5:18
    mübarizədən asılı olaraq
  • 5:18 - 5:20
    bu sürət tez-tez dəyişir.
  • 5:20 - 5:22
    Nəticədə isə viruslarların
  • 5:22 - 5:24
    filongeliyaya adlandırılar
  • 5:24 - 5:27
    həyat ağacı meydana gəlir,
  • 5:27 - 5:30
    bu proses viruslar səviyyəsindəki həyat anlayışı ilə tam uyğun gəlir.
  • 5:30 - 5:33
    Bəs bunu həyat adlandırmaq olar? Məncə yox.
  • 5:33 - 5:36
    Çünki bu strukturlar özləri inkişaf edə(çoxala) bilmirlər.
  • 5:36 - 5:38
    Əslində,onlar hakerlər tərəfindən yazılır.
  • 5:38 - 5:42
    Ancaq bu ideya asanlıqla mənimsəndi və təkmilləşdirildi.
  • 5:42 - 5:45
    Elmi İnstitut işçiləri bu virusları komputerindəki süni mühitdə
  • 5:45 - 5:48
    yerləşdirib
  • 5:48 - 5:50
    öz-özünə törəmələrinə
  • 5:50 - 5:52
    şərait yaratdılar.
  • 5:52 - 5:54
    Bunu edən Stin Rasmusen idi.
  • 5:54 - 5:56
    O sistemi yaratdı, lakin
  • 5:56 - 5:59
    viruslar bir-birilərini məhv etdiklərinə görə işləmədi.
  • 5:59 - 6:02
    Ancaq, məsələylə maraqlanan ikinci bir ekoloq, alim də var idi.
  • 6:02 - 6:05
    Bir gün o evə gəlib, "Mən problemin nə olduğunu bilirəm" dedi.
  • 6:05 - 6:07
    Və "Tierra" sistemini yaratdı.
  • 6:07 - 6:10
    Kompleks inkişafa malik olmasalar da
  • 6:10 - 6:12
    bu sistem kitabımda da yazdığım kimi
  • 6:12 - 6:15
    ilk süni həyat sistemi idi.
  • 6:15 - 6:18
    İşlə tanış olduqdan sonra, bir qədər üzərində işlədim,
  • 6:18 - 6:20
    və bu da nəticə.
  • 6:20 - 6:22
    Daimi çoxalmaqda olan
  • 6:22 - 6:24
    mürəkkəb sistemlərin təkamülünü
  • 6:24 - 6:27
    asanlıqla müşahidə edə biləcəyim
  • 6:27 - 6:30
    bir sistem yaratmağa qərar verdim.
  • 6:30 - 6:33
    Kod yazmağı bacarmadığıma görə,təbii ki, köməkdən istifadə etdim.
  • 6:33 - 6:35
    Californiya Texnologiya İnstitutunda
  • 6:35 - 6:38
    birlikdə işlədiyim iki tələbə (bakalavr) var idi.
  • 6:38 - 6:41
    Soldakı Charles Offria,sağdakı isə Titus Browndur.
  • 6:41 - 6:44
    Hal hazırda onlar Miçiqan Dövlət Universitetinin
  • 6:44 - 6:46
    hörmətli müəllimlərindən biridirlər,
  • 6:46 - 6:48
    amma sizi əmin eləyə bilərəm ki,
  • 6:48 - 6:50
    o vaxt biz o qədər də hörmətli deyildik.
  • 6:50 - 6:52
    Və açığı çox şadam ki,heç yerdə
  • 6:52 - 6:55
    üçümüzün bir yerdə şəkilimiz yoxdur.
  • 6:55 - 6:57
    Bu sistemdən bir az danışım.
  • 6:57 - 7:00
    Detallara varmaq istəmirəm,
  • 7:00 - 7:02
    lakin sizin burda gördükləriniz daxili orqanlardır.
  • 7:02 - 7:04
    Əsas vurğulamaq istədiyim məsələ
  • 7:04 - 7:06
    artım sturukturudur.
  • 7:06 - 7:09
    Burda 10.000-ə yaxın proqram var.
  • 7:09 - 7:12
    Hər bir növ müxtəlif rənglərlə işarələnib.
  • 7:12 - 7:15
    Gördüyünüz kimi, yayılmaq yolu ilə biri digərinə üstün gələn
  • 7:15 - 7:17
    qruplar var.
  • 7:17 - 7:19
    Hər dəfə hasnısa mutasiya yolu ilə həyatda qalmağı
  • 7:19 - 7:21
    daha yaxşı bacaran proqramlar yaranır,
  • 7:21 - 7:23
    digərlərinə üstün gəlir və
  • 7:23 - 7:26
    yox olmalarına gətirib çıxarır.
  • 7:26 - 7:29
    İndi bu tip dinamik proseslərdən bəhs edən rolik göstərmək istərdim.
  • 7:29 - 7:32
    Bu tip eksperimentlər yaratdığımız
  • 7:32 - 7:34
    proqramlarla həyata keçirilir.
  • 7:34 - 7:36
    Özümüz yazır, kopyalayır,
  • 7:36 - 7:38
    və işimizlə fəxr edirik.
  • 7:38 - 7:41
    Gördüyünüz virusların sürətlə
  • 7:41 - 7:44
    dəyişim prosesidir.
  • 7:44 - 7:46
    Yeri gəlmişkən, bu saniyədə 1000-ə yaxın nəslin
  • 7:46 - 7:48
    törədiyi sürətləndirilmiş hərəkətidir.
  • 7:48 - 7:50
    Həmin anda sistem bu şəkildə işləyirdi,
  • 7:50 - 7:52
    "Bu nə səfeh kod parçası idi?
  • 7:52 - 7:54
    Bu sistemlər çox asanlıqla və sürətlə
  • 7:54 - 7:56
    təkamül etdirilir."
  • 7:56 - 7:58
    Beləliklə, digər növlərin yerini tutan
  • 7:58 - 8:00
    yeni növlərin dalğalarını görürsünüz.
  • 8:00 - 8:03
    Bu tipli fəaliyyət, proqramlar əsas prinsipləri
  • 8:03 - 8:07
    mənimsəyənə qədər müşahidə edilir.
  • 8:07 - 8:11
    Sonra durğunluq müşahidə edilir,
  • 8:11 - 8:13
    bir növ sistem
  • 8:13 - 8:16
    innovasiyanın yeni tipini gözləyirmiş kimi,
  • 8:16 - 8:18
    əvvəlki bütün innovasiyaların üzərindən
  • 8:18 - 8:20
    yayılmağa hazırlaşır,
  • 8:20 - 8:23
    özündən əvvəlki genləri silib
  • 8:23 - 8:27
    mürəkkəbləşmənin ən yüksək səviyyəsinə çatır.
  • 8:27 - 8:30
    Və bu proses durmadan davam edir.
  • 8:30 - 8:32
    Yəni bu sistem yaşayışı
  • 8:32 - 8:34
    bizim həyat[yaşayış]
  • 8:34 - 8:36
    anlayşımıza tam uyğundur.
  • 8:36 - 8:40
    Ancaq NASA-nın nümayəndələri məndən soruşdular ki,
  • 8:40 - 8:42
    həqiqətən,"Bu varlıqlar
  • 8:42 - 8:44
    'biosignature'-ə malikdir?
  • 8:44 - 8:46
    Biz həyatın bu tipini ölçə bilərik?
  • 8:46 - 8:48
    Belədirsə, demək ki həyatı
  • 8:48 - 8:51
    amin turşusu kimi maddələrə əsaslanmadan
  • 8:51 - 8:53
    başqa yerlərdə də tapmaq
  • 8:53 - 8:55
    şansımız var."
  • 8:55 - 8:58
    Mən cavab verdim,"Bəlkə də biz universal proses kimi
  • 8:58 - 9:00
    həyata əsaslanan
  • 9:00 - 9:03
    bir biosignature yarada bilərik.
  • 9:03 - 9:05
    Bəlkə də,bunun üçün
  • 9:05 - 9:07
    mənim müəyyən etdiyim
  • 9:07 - 9:09
    canlı həyat üçün zəruri olan
  • 9:09 - 9:11
    prinsiplərdən istifadə etmək olar."
  • 9:11 - 9:13
    Mənim təklifim isə--
  • 9:13 - 9:17
    Əvvəl bu fikrim haqda qısa məlumat verim,
  • 9:17 - 9:20
    bəlkə də bu həyat detektorundan daha çox,
  • 9:20 - 9:23
    məna detektoru olacaq.
  • 9:23 - 9:25
    Bu fikrimi izah etmək üçün--
  • 9:25 - 9:27
    hansısa meynum tərəfindən yazılmış məntlə
  • 9:27 - 9:29
    işlətdiyimiz adi kitablardakı yazını necə
  • 9:29 - 9:32
    fərqləndirə bildiyim haqda danışacam.
  • 9:32 - 9:34
    Bunu elə bir yolla etmək istəyərdim ki,
  • 9:34 - 9:36
    mən dili bilməyimə ehtiyac olmasın,
  • 9:36 - 9:38
    bilə də bilməzdim bütün dilləri.
  • 9:38 - 9:40
    Təkcə hansısa əlifba olduğunu bilmək kifayətdir.
  • 9:40 - 9:43
    Buradakı cədvəl hansısa meynum
  • 9:43 - 9:45
    tərəfindən yazılmış mətndə
  • 9:45 - 9:47
    əlifbadakı 26 hərfdən hər birinin
  • 9:47 - 9:50
    hansı tezliklə təkrarlanmasını göstərir.
  • 9:50 - 9:52
    Aydındır görünür ki ,hərflərdən hər biri
  • 9:52 - 9:54
    eyni tezlikdə təkrarlanır.
  • 9:54 - 9:58
    İngilis dilində olan hansısa mətndəki bölgüyə nəzər salsaq,
  • 9:58 - 10:00
    bunu müşahidə edərik.
  • 10:00 - 10:03
    Əlavə edim ki, bu bölgü İngiliscədə olan bütün mətnlərə uyğun gəlir.
  • 10:03 - 10:05
    Fransız dilində olan mətnlərdə bir qədər fərqlidir,
  • 10:05 - 10:07
    İtalyan və Alman dillərində də.
  • 10:07 - 10:10
    Hər dilin özünəməxsus hərf tezliyi olur,
  • 10:10 - 10:12
    və bu bölgü sabitdir.
  • 10:12 - 10:15
    Mətn siyasət və ya təbiət elmi haqda olsa da.
  • 10:15 - 10:18
    Şer ya da riyazi məqalə
  • 10:18 - 10:21
    olsa da.
  • 10:21 - 10:23
    Bu güclü (iz)qaydadır.
  • 10:23 - 10:25
    həmçinin sabitdir.
  • 10:25 - 10:27
    Nə qədər ki,kitablarımız İngilis dilində yazılır --
  • 10:27 - 10:30
    insanlar onları yenidən köçürdür və sürətini çıxardır--
  • 10:30 - 10:32
    heç nə dəyişilməyəcək.
  • 10:32 - 10:34
    Bu məni ruhlandırır və mən düşünürəm ki,
  • 10:34 - 10:37
    bu ideyadan yazıdakı
  • 10:37 - 10:39
    mənanı müəyyən etmək üçün deyil,
  • 10:39 - 10:41
    həyatı təşkil edən
  • 10:41 - 10:45
    biomolekullarda olan
  • 10:45 - 10:47
    məna(uyğunluq)nı tapmaq üçün istifadə etmək olur.
  • 10:47 - 10:49
    Lakin ilk növbədə soruşmalıyam:
  • 10:49 - 10:52
    Sizə göstərdiyim əlifbanın hərflərini kimi həyatın özülünü nə təşkil edir?
  • 10:52 - 10:55
    Belə aydın olur ki, həyatın əsasını təşkil edən material kimi
  • 10:55 - 10:57
    bir sıra alternativlərimiz var.
  • 10:57 - 10:59
    Aminturşularından,
  • 10:59 - 11:02
    nuklein, karboksil turşularından, yağlı turşularını götürək.
  • 11:02 - 11:05
    Bədəndə həddən artıq çox kimyavi maddələr var.
  • 11:05 - 11:08
    Bu ideyanı test etmək üçün
  • 11:08 - 11:11
    ilk növbədə amintuşuları və bəzi karboksil turşularına nəzər yetirək.
  • 11:11 - 11:13
    Və bu da nəticə.
  • 11:13 - 11:16
    Bu, komet, və ya cisim,
  • 11:16 - 11:19
    hətta labaratoriya şəraitində yaradılmış
  • 11:19 - 11:22
    primordial soup(blyon)--yəni
  • 11:22 - 11:24
    hansısa cansız varlığın
  • 11:24 - 11:26
    tərkibinəki amin turşularının
  • 11:26 - 11:28
    bölgüsüdür.
  • 11:28 - 11:31
    Siz,ancaq,qlisin və ananin tapacaqsınız,
  • 11:31 - 11:34
    bir qədər də digər elementlərin izlərini.
  • 11:34 - 11:37
    Amin turşuları mövcud olsa da
  • 11:37 - 11:40
    həyat olmayan Yer kürəsində bənzər
  • 11:40 - 11:42
    sistemlərdə bu göstərici
  • 11:42 - 11:44
    eynidir.
  • 11:44 - 11:46
    Yerdən torpaq parçasını,
  • 11:46 - 11:48
    yaxud hardansa
  • 11:48 - 11:51
    azacıq su götürsək və spektrometrə
  • 11:51 - 11:53
    yerləşdirsək, enyi analizi etsək
  • 11:53 - 11:55
    spektrum(göstərici) tamamilə
  • 11:55 - 11:57
    fərqli olacaq.
  • 11:57 - 11:59
    Çünki hər iki material
  • 11:59 - 12:01
    həyatın mövcud olduğu Yerdən götürülüb.
  • 12:01 - 12:05
    Qlisin və alanin kimi maddələr də
  • 12:05 - 12:08
    həyatın əsasını təşkil etsə də, ağır amin turşularının
  • 12:08 - 12:10
    daha çox mövcudluğu
  • 12:10 - 12:12
    organizm üçün daha vacib olduqlarındandır.
  • 12:12 - 12:14
    Və başqaları
  • 12:14 - 12:16
    ilk iyirmiliyə düşməyənlər,
  • 12:16 - 12:18
    onlar demək olar ki,
  • 12:18 - 12:20
    heç bir cəmləşmədə yoxdurlar.
  • 12:20 - 12:22
    Bu bölgü də sabitdir.
  • 12:22 - 12:25
    Hansı canlını, istər bakteriya istər bitki və ya heyvanı
  • 12:25 - 12:28
    analiz etmənizdən asılı olmayaraq.
  • 12:28 - 12:30
    Həyatın olduğu
  • 12:30 - 12:32
    hər yerdə bu bölgü
  • 12:32 - 12:34
    mövcuddur.
  • 12:34 - 12:37
    Və bu təkcə aminturşularında müəyyən edilmir.
  • 12:37 - 12:39
    Sual olunsa ki:
  • 12:39 - 12:41
    yaxşı,bu Avidianlar necə?
  • 12:41 - 12:45
    Avidianlar kompyuter dünyasının törəmələridir,
  • 12:45 - 12:48
    burda onlar asanlıqla çoxalır və mürəkkəbləşirlər.
  • 12:48 - 12:51
    Həyatın olmadığı
  • 12:51 - 12:53
    göstərici budur.
  • 12:53 - 12:56
    Burada 28-ə yaxın əsas təlimatlar var.
  • 12:56 - 12:59
    Cansız sistemdə bir-birini əvəz edən bu təlimatlar,
  • 12:59 - 13:01
    yazı makinasında yazan meymunları xatırladır.
  • 13:01 - 13:04
    Təlimatların hər biri eyni
  • 13:04 - 13:07
    tezlikdə müşahidə olunur.
  • 13:07 - 13:11
    Əgər əvvəlki videodakı bir-birirni əvəz edən virusları
  • 13:11 - 13:13
    götürsəniz belə bir
  • 13:13 - 13:15
    bölgü alınır.
  • 13:15 - 13:17
    Bu orqanizmlər üçün vacib olan
  • 13:17 - 13:19
    təlimatlar daha tez-tez müşahidə
  • 13:19 - 13:22
    olunur.
  • 13:22 - 13:24
    Bəzi təlimatlar isə
  • 13:24 - 13:26
    bircə dəfə istifadə edilir.
  • 13:26 - 13:28
    Onlar ya ziyanlı,
  • 13:28 - 13:32
    ya da çox nadir halda istifadə edilməli olduğu üçündür.
  • 13:32 - 13:35
    Bu təlimatların tezliyi aşağıdır.
  • 13:35 - 13:38
    Bu göstəriciləri sağlam imza(sübut) hesab etmək olarmı?
  • 13:38 - 13:40
    Məncə hə, kitablarda
  • 13:40 - 13:43
    və amin turşularında olduğu kimi, ətraf mühitin dəyişməsindən
  • 13:43 - 13:45
    asılı olmayaraq, bu göstəricilər sabitdir,
  • 13:45 - 13:48
    həyat olduğunun aydın
  • 13:48 - 13:50
    sübutudur.
  • 13:50 - 13:52
    İndi kiçik bir təcrübəmizi göstərmək istəyirəm.
  • 13:52 - 13:54
    Bu qrafik bir az
  • 13:54 - 13:56
    əvvəl danışdığım
  • 13:56 - 13:59
    tezlik bölgüsüdür.
  • 13:59 - 14:02
    Birinci cansız mühitdir,
  • 14:02 - 14:04
    hər təlimat eyni
  • 14:04 - 14:06
    tezlikdə müşahidə edilir.
  • 14:06 - 14:09
    Aşağıdakı isə,
  • 14:09 - 14:12
    mühitdəki mutasiya ölçüsüdür.
  • 14:12 - 14:15
    Asanlıqla bütün dünyaya yayıla biləcək sadə
  • 14:15 - 14:17
    kopyalama prqramının
  • 14:17 - 14:19
    daxil edildikdə asanlıqla
  • 14:19 - 14:21
    mütasiyaya uğrayıb yox olacağı
  • 14:21 - 14:23
    mutasiyanın çox
  • 14:23 - 14:27
    yüksək olduğu mühitdən başlayıram.
  • 14:27 - 14:29
    Belə yüksək mutasiyada
  • 14:29 - 14:32
    həyat olmur.
  • 14:32 - 14:36
    Sonra, tədricən hərarəti azaldıram və
  • 14:36 - 14:38
    replikator proqramın yaşaya biləcəyi
  • 14:38 - 14:40
    mühit
  • 14:40 - 14:42
    yaranır.
  • 14:42 - 14:45
    Hərarət(mutasiya) azaldarkən bu proqramları mühitə-blyona-
  • 14:45 - 14:47
    daxil etməyə davam edirəm.
  • 14:47 - 14:49
    Göstəricinin necə dəyişdiyinə baxaq.
  • 14:49 - 14:52
    Əvvəl heç nə yoxdur,
  • 14:52 - 14:54
    hərarət yüksəkdir.
  • 14:54 - 14:57
    İndi isə həyatın mümkün olduğu həddir,
  • 14:57 - 14:59
    və tezlik bölgüsündə
  • 14:59 - 15:02
    dəyişiklik var, əslində bölgü sabitləşib.
  • 15:02 - 15:04
    Sonra dinc durmayıb yenidən
  • 15:04 - 15:07
    hərarəti artırıram,
  • 15:07 - 15:10
    hərarət artdıqca bölgü də dəyişir.
  • 15:10 - 15:13
    Maraqlı olduğu üçün ikinci dəfə göstərim.
  • 15:13 - 15:15
    Həyatın mümkün olduğu həddə
  • 15:15 - 15:17
    çatanda tezlik bölgüsü "canlı"dır!
  • 15:17 - 15:20
    Yenidən bu həddi aşaraq mutasiyanın
  • 15:20 - 15:22
    yeksək olduğu mühitdə
  • 15:22 - 15:24
    səhv etmədən informasiya yaratmaq,
  • 15:24 - 15:27
    ötürmək
  • 15:27 - 15:29
    qabiliyyətlərini
  • 15:29 - 15:31
    itirib, replikator
  • 15:31 - 15:34
    funksiyasını yerinə yetirə bilmir.
  • 15:34 - 15:37
    Və həyat izi yox olur.
  • 15:37 - 15:39
    Bütün bunlardan nə öyrənirik?
  • 15:39 - 15:43
    Məncə, bir çox şey öyrənirik.
  • 15:43 - 15:45
    Onlardan biri də budur ki,
  • 15:45 - 15:48
    həyatı mücərrəd məfhum
  • 15:48 - 15:50
    kimi qəbul edib,
  • 15:50 - 15:52
    həyat dedikdə nə bitki
  • 15:52 - 15:54
    nə amin turşusu,
  • 15:54 - 15:56
    nə də bakteriya deyil,
  • 15:56 - 15:58
    hansısa prosesi nəzərdə tuturuqsa,
  • 15:58 - 16:01
    həyatı yalnız Yer kürəsinə məxsus
  • 16:01 - 16:03
    məhfum kimi qəbul etmiriksə,
  • 16:03 - 16:06
    başqa yerdə də həyat tapmaq olar.
  • 16:06 - 16:08
    Həyat dedikdə,
  • 16:08 - 16:10
    informasıyanın toplanma
  • 16:10 - 16:12
    anlayışı-
  • 16:12 - 16:14
    fiziki mənada hər cür informasiya--
  • 16:14 - 16:16
    bit(ölçü vahidi),nuklein turşuları,
  • 16:16 - 16:18
    əlifbaya bənzər hər şeyi --
  • 16:18 - 16:20
    bu informasiyanın toplanması və
  • 16:20 - 16:22
    yox olacağı müəyyən müddətə qədər
  • 16:22 - 16:24
    saxlanılacağı proses
  • 16:24 - 16:28
    nəzərdə tutulur.
  • 16:28 - 16:30
    Bunu edə bilən bütün varlıqlar
  • 16:30 - 16:32
    canlıdır.
  • 16:32 - 16:34
    Yəni öyrəndiyimiz ilk şey,
  • 16:34 - 16:37
    həyatı Yer kürəsində
  • 16:37 - 16:40
    mövcud olan həyata
  • 16:40 - 16:42
    əsaslanmadan yalnız
  • 16:42 - 16:44
    proses kimi qəbul etmək
  • 16:44 - 16:47
    mümkündür.
  • 16:47 - 16:50
    Bu da digər bütün elmi kəşflər kimi
  • 16:50 - 16:53
    canlı olduğumuz üçün ali varlıq olduğumuz
  • 16:53 - 16:55
    fikrini təkzib edib, insan həyatını
  • 16:55 - 16:58
    ucuzlaşdırır.
  • 16:58 - 17:01
    Biz həyat yarada bilərik, bunu computerdə edirik.
  • 17:01 - 17:03
    Sözsüz, bu həyat məhduddur.
  • 17:03 - 17:06
    ancaq həyatı necə yaratmaq
  • 17:06 - 17:08
    lazım olduğunu bilirik.
  • 17:08 - 17:11
    Bu həyatın əsasını təşkil edən fundamental prosesi başa düşürüksə,
  • 17:11 - 17:14
    təşkil edən bu fundamental prosesi
  • 17:14 - 17:18
    başa düşürüksə, bu prosesi istənilən mühitdə
  • 17:18 - 17:21
    müşahidə edə bilərik.
  • 17:21 - 17:23
    Yeni dünyaları kəşf edə,
  • 17:23 - 17:25
    bu dünyada
  • 17:25 - 17:29
    hansı növ kimyavi maddələrin olduğunu,
  • 17:29 - 17:31
    normal kimyəvi tərkibini,
  • 17:31 - 17:34
    bu yeni planetin geokimyəvi quruluşunu
  • 17:34 - 17:36
    canlı həyat mühitində hansı növ bölgünün
  • 17:36 - 17:38
    mümkün olduğunu
  • 17:38 - 17:41
    öyrənə bilər, bu bölgüdən kənar hallara
  • 17:41 - 17:44
    nəzər salıb:"Bu kimyəvi element
  • 17:44 - 17:46
    burda olmalı deyil" deyə bilərik.
  • 17:46 - 17:48
    Həyat olub olmadığından
  • 17:48 - 17:50
    əmin olmasaq da
  • 17:50 - 17:53
    "Ən azından bu maddəni araşdırıb bura hardan gəldiyini bilməliyəm."
  • 17:53 - 17:55
    deyə bilərik.
  • 17:55 - 17:57
    Bu görə bilmədiyimiz
  • 17:57 - 17:59
    həyatı tapmağımıza
  • 17:59 - 18:01
    kömək edə bilər.
  • 18:01 - 18:04
    Yadda saxlamağınızı istədyim
  • 18:04 - 18:06
    fikir də budur.
  • 18:06 - 18:08
    Başqa planetlərdə həyat
  • 18:08 - 18:10
    təsəvvür etdiyimiz kimi
  • 18:10 - 18:14
    çox da sirli deyil.
  • 18:14 - 18:17
    Bu sirli pərdəni götürsək
  • 18:17 - 18:20
    necə yaşadığımız və
  • 18:20 - 18:22
    fikirləşdiyimiz kimi
  • 18:22 - 18:25
    xüsusi varlıq olmadığımızı görmək daha asan olar.
  • 18:25 - 18:27
    Nitqimi burda yekunlaşdırıram,
  • 18:27 - 18:29
    və hər kəsə təşəkkür edirəm.
  • 18:29 - 18:31
    (Alqışlar)
Title:
Kristof Adami:Fərqli həyat axtarışında
Speaker:
Christoph Adami
Description:

Biz necə yad planetlərdə həyat axtara bilərik,əgər orda hər şey Yer kürəsindən fərqlidirsə. Kristof Adami TEDxUIUC-də süni həyat -- öz-özünü kopyalayan kompyuter proqramları ,"biomarker"-lə bağlı tədqiqatlarından danışır.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
18:31
Gulya Narimanova added a translation

Azerbaijani subtitles

Revisions