Return to Video

Uğurun 8 sirri. Riçard Con

  • 0:00 - 0:03
    Bu əslində məktəblərdə təqdim etdiyim 2 saatlıq prezentasiyanın
  • 0:03 - 0:04
    3 dəqiqəlik versiyasıdır.
  • 0:04 - 0:07
    Hər şey 7 il əvvəl bir gün
  • 0:07 - 0:08
    TED ə gələrkən təyyarədə başladı.
  • 0:08 - 0:09
    Yanımda kasıb bir ailədən olan
  • 0:09 - 0:13
    gənc məktəbli
  • 0:13 - 0:15
    otururdu.
  • 0:15 - 0:18
    Həyatının mənalı olmasını istəyirdi və
  • 0:18 - 0:19
    mənə bir sual verdi.
  • 0:19 - 0:21
    O dedi: "Uğura yol açan nədir?"
  • 0:21 - 0:23
    Özümü həqiqətən çox pis hiss etdim
  • 0:23 - 0:25
    çünki ona yaxşı bir cavab verə bilmədim.
  • 0:25 - 0:28
    Beləcə təyyarədən endim və TED ə gəldim
  • 0:28 - 0:31
    Və düşündüm, uğur qazanmış insanlarla dolu bir yerdeyəm
  • 0:31 - 0:34
    Yaxşı onları uğura aparan sirrləri niyə öyrənib
  • 0:34 - 0:36
    bunu gənclərlə paylaşmıyım?
  • 0:36 - 0:40
    7 il ərzində apardığım 500 intervyudan sonra
  • 0:40 - 0:43
    burdayam və sizə nəyin uğura apardığını
  • 0:43 - 0:45
    və TEDçiləri hərəkətə gətirdiyindən danışacam.
  • 0:45 - 0:47
    Birinci məsələ işə olan ehtiras və sevgidir.
  • 0:47 - 0:50
    Freeman Thomas deyir, "Mən işə olan sevgim tərəfindən yönləndirilirəm"
  • 0:50 - 0:53
    TEDçilər sevdiyi üçün nəyisə edərlər, pul üçün yox
  • 0:53 - 0:56
    Carol Coletta deyir, "Elədiyim işi başqasının eləməsi üçün pul verərdim"
  • 0:56 - 0:58
    Və maraqlı olan cəhət budur ki,
  • 0:58 - 1:00
    əgər bir işi sevərək edirsinizsə o zaman pul özü gəlib səni tapır.
  • 1:00 - 1:04
    İşləmək! Rupert Murdoch deyir ki, "Əsas məsələ çox çalışmaqdır.
  • 1:04 - 1:06
    Heçnə asan deyil. Amma çox əyləncəlidir."
  • 1:06 - 1:10
    Rupert belə deyir. Bəli məhz əylənmək.
  • 1:10 - 1:14
    Bəli, TEDçilər iş gördükləri zaman əylənillər və çox çalışırlar.
  • 1:14 - 1:17
    Mən anladım ki, onlar işə canyandıran deyillər, onlar işə komik baxanlardırlar.
  • 1:18 - 1:24
    Yaxşı! Alex Garden deyir, "Uğuru əldə etmək istəyirsənsə burnunu bir işə sox
  • 1:24 - 1:25
    və o işdə kamil ol"
  • 1:25 - 1:28
    Burda bir möcüzə yoxdur, məsələ təcrübə, təcrübə, və yenədə təcrübədir.
  • 1:28 - 1:31
    Digər məqam isə, bir işi diqqət mərkəzində saxlamaq və ona fokuslaşmaqdır . Norman Jewison belə deyir,
  • 1:31 - 1:34
    "Mən düşünürəm ki, hərşey bir işi diqqət mərkəzində saxlamaqdan asılıdır"
  • 1:34 - 1:38
    Və nəyisə etmək üçün özünü itələmək! David Golla deyir,"Özünü məcbur elə, nəyisə etmək üçün özünü itələ"
  • 1:38 - 1:40
    Fiziki və mənəvi olaraq lazım olan tək şey özünü itələməkdir!
  • 1:40 - 1:43
    Untancaqlıq və özünə inamsızlığı aradan qaldırmaq üçün özünü itələ.
  • 1:43 - 1:46
    Goldie Hawn deyir: "Həmişə özümdən şübhə edirdim.
  • 1:46 - 1:48
    Lazımınca yaxşı deyiləm, lazımınca ağıllı deyiləm.
  • 1:48 - 1:50
    Bacaracağıma inanmırdım"
  • 1:50 - 1:52
    Həmişə nəyisə etməyə özünü məcbur etmək və itələmək mümkün olmur,
  • 1:52 - 1:57
    buna görədə Analarımız var. ( Gülüş)
  • 1:57 - 2:00
    Frank Gehry deyir,
  • 2:00 - 2:01
    "Məni Anam itələdi"
  • 2:02 - 2:07
    Xidmət! Sherwin Nuland deyir, "Həkim olaraq xidmət etmək bir üstünlükdür"
  • 2:07 - 2:10
    İndi bir çox uşaqlar mənə milyonçu olmaq istədiklərini söyləyirlər.
  • 2:10 - 2:11
    Mənimsə onlara dediyim ilk söz,
  • 2:11 - 2:13
    "Özünə xidmət edə bilməsən də, başqalarına dəyəri olan
  • 2:13 - 2:15
    nəsə təqdim etməlisən.
  • 2:15 - 2:18
    Çünki əslində insanlar yalnız belə zəngin olur"
  • 2:19 - 2:23
    Fikirlər! TEDçi Bill Gates deyir, " Bir fikrim var idi:
  • 2:23 - 2:26
    ilk mikro komputer proqram təminatını yaratmaq"
  • 2:26 - 2:28
    Mən bunun çox gözəl bir fikir olduğunu deyə bilərəm.
  • 2:28 - 2:31
    Əslində yeni bir fikirlər gətirən yaradıcılıq sehirli bir iş deyil,
  • 2:31 - 2:33
    yaradıcılıq bəzi sadə işləri görməkdən ibarətdir.
  • 2:33 - 2:35
    Daha çox sübut göstərə bilərəm.
  • 2:35 - 2:37
    İsrarlı ol. Joe Kraus deyir,
  • 2:37 - 2:40
    "İsrarlı olmaq uğurun birinci səbəbdir"
  • 2:40 - 2:44
    Uğursuzluga qarşı israrlı olmalısınız. Sizə deyilən mənasız sözlərə qarşı israrlı olmalısınız.
  • 2:44 - 2:47
    Mənasız söz, yəni " Təzyiq, Tənqid, Rədd edilmək və Əclaf"
  • 2:47 - 2:49
    (Gülüş)
  • 2:50 - 2:54
    Nəticəmiz: Bu sualın cavabı çox sadədir 4.000 dollar ver və TED ə gəl.
  • 2:54 - 2:57
    Əgər bunu etmirsinizsə, bu 8 işi gör
  • 2:57 - 3:00
    və inan ki bunlar
  • 3:00 - 3:04
    səni uğura aparacaq ən önəmli amillərdir.
  • 3:04 - 3:06
    Əziz TEDçilər bütün bu müsahibələr üçün çox minnətdaram sizə!
Title:
Uğurun 8 sirri. Riçard Con
Speaker:
Richard St. John
Description:

İnsanlar niyə uğur qazanır? Ağıllı olduqlarına görəmi? Yoxsa sadəcə bəxtləri mi gətirir? Heçbiri. Təhlilçi Richard St. John, illərlə uğurun sirrlərini araşdırdırmaq üçün götürdüyü intervyuları 3 dəqiqəlik bir təqdimatda birləşdirib.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
03:13
Kanan Karimzada added a translation

Azerbaijani subtitles

Revisions