Return to Video

Shawn Achor: Daha yaxşı işin uğurlu sirri

  • 0:00 - 0:04
    Mən yeddi, bacım isə 5 yaşında olarkən
  • 0:04 - 0:06
    ikiqat çarpayının üstündə oynayırdıq.
  • 0:06 - 0:09
    O vaxt bacımdan 2 yaş böyük idim;
  • 0:09 - 0:11
    təbii ki indi də 2 yaş böyüyəm,
  • 0:11 - 0:15
    amma o vaxt bu onun mənim etmək istədiyim hər şeyi etməli olduğu demək idi,
  • 0:15 - 0:16
    mən də müharibə oyunu oynamaq istədim.
  • 0:16 - 0:18
    Belə ki çarpayının üstünə çıxmışdıq.
  • 0:18 - 0:20
    Mən bütün G.I. Joe əsgərlərim və silahlarımı ,
  • 0:20 - 0:23
    çarpayının bir başına oymuşdum.
  • 0:23 - 0:26
    Bacım isə süvari olmağa hazır poniləri ilə
  • 0:26 - 0:27
    çarpayının o biri başında idi.
  • 0:27 - 0:31
    O gün nə baş verdiyi haqda fərqli hekayələmlahizələr var,
  • 0:31 - 0:33
    ancaq bu gün bacım burda olmadığına görə,
  • 0:33 - 0:35
    gəlin sizə həqiqəti danışım.--
  • 0:35 - 0:36
    --(Gülüş)
  • 0:36 - 0:38
    Bacım bir az əfəl idi əslində.
  • 0:38 - 0:41
    Böyük qardaşı tərəfindən heç bir təkan olmadan qəflətən
  • 0:42 - 0:44
    Amy çarpayıdan yox oldu və
  • 0:44 - 0:46
    qəza halında yerə endi.
  • 0:46 - 0:48
    Yerə düşən bacımın başına nə iş gəldiyini görə bilmək üçün
  • 0:48 - 0:50
    çarpayının kənarına diqqətlə baxdım və
  • 0:50 - 0:53
    onun ağrılar içində üzü üstə
  • 0:53 - 0:54
    yerə düşdüyünü gördüm.
  • 0:54 - 0:57
    Həyəcanlı idim,
  • 0:57 - 0:59
    çünki valideyinlərim mənə tapşırmışdılar ki, bacım və
  • 0:59 - 1:01
    mən rahat və sakitcə oynayaq.
  • 1:01 - 1:05
    Və bircə həftə əvvəl istəmədən bacımın qolunu
  • 1:05 - 1:06
    qırdığımı da nəzərə alsaq...
  • 1:06 - 1:08
    (Gülüş)
  • 1:10 - 1:11
    Ki, qarşıdan gələn uydurma snayper gülləsindən
  • 1:11 - 1:16
    qorumaq üçün onu qəhramancasına itələyərkən olmuşdu.
  • 1:16 - 1:18
    (Gülüş)
  • 1:18 - 1:22
    Bu qəhrəmanlığa görə hələ də təşəkkür almamışam.
  • 1:22 - 1:24
    Halbuki əlimdən gələn hər şeyi etmişdim--
  • 1:24 - 1:26
    o heç güllənin gəldiyini də görmürdü.
  • 1:26 - 1:27
    Buna görə özümü mümkün qədər yaxşı aparırdırdım.
  • 1:27 - 1:30
    Hər an ağzından çıxıb
  • 1:30 - 1:32
    uzun qış yuxusuna gedən valideyinlərimi oyandırmaq təhlükəsi
  • 1:32 - 1:35
    daşıyan üzündəki o ağrı, əziyyət və təəccüb
  • 1:35 - 1:36
    hisslərinin tüğyanını müşahidə etdim.
  • 1:36 - 1:40
    Faciənin qarşısını almaq üçün 7 yaşlı çılğın beynimin
  • 1:40 - 1:42
    düşünə bildiyi tək şeyi etdim.
  • 1:42 - 1:45
    Uşaqlarınız varsa bunu çox görmüş olarsının.
  • 1:45 - 1:47
    Bacıma dedim: "Emi ağlama, ağlama.
  • 1:49 - 1:51
    Necə düşdüyünü gördün? Heç bir insan yerə
  • 1:51 - 1:54
    belə dörd ətrafı üstə düşmür.
  • 1:54 - 1:56
    Amy, məncə sən unikorn(təkbuynuzlu at)san.
  • 1:56 - 1:58
    (Gülüş)
  • 1:58 - 2:00
    Bax bu əsl aldatmaq idi, çünki bacımın bu vəziyyətdə
  • 2:00 - 2:02
    ən çox istəyəcəyi şey 5 yaşlı ağrılar içindəki kiçik Amy-dənsə
  • 2:02 - 2:04
    qeyri-adi unikorn olmaq idi.
  • 2:04 - 2:05
    Əlbəttə bu keçmişdə beyninin qəbul edə biləcəyi bir variant idi.
  • 2:05 - 2:08
    Və görməli idiniz, aldanmış bacımın
  • 2:08 - 2:11
    kiçik beyni ağrı, əziyyət və təəccübləməklə məşğul ikən,
  • 2:11 - 2:14
    eyni zamanda yeni ortaya çıxan kimliyi
  • 2:14 - 2:17
    haqda fikirləşməyə çalışaraq
  • 2:17 - 2:18
    necə də çaş-baş qalmışdı.
  • 2:18 - 2:20
    Və ikinci qalib gəldi.
  • 2:20 - 2:21
    Ağlamaq,oyunu dayandırmaq və
  • 2:21 - 2:23
    valideyinlərimizi oyatmağın əvəzinə,
  • 2:23 - 2:25
    və bunların mənə çevriləcək mümkün mənfi nəticələrin əvəzinə
  • 2:25 - 2:27
    onun üzündə təbəssüm oyandı,
  • 2:27 - 2:29
    o balaca unikornun zərifliyi ilə yerindən qalxdı və çarpayıya dırmaşdı.
  • 2:29 - 2:32
    (Gülüş)
  • 2:32 - 2:33
    bir ayağı sınsa da...
  • 2:33 - 2:35
    Heç birimiz bilmirdik ki,
  • 2:35 - 2:37
    bu zəif yaşımızda başımıza gələn
  • 2:37 - 2:38
    hadisə 20 il sonra baş verəcək
  • 2:38 - 2:42
    elmi inqilabın əsas
  • 2:42 - 2:45
    tapıntısı və mövzusu olacaq.
  • 2:45 - 2:48
    Bizim başımıza gələn,
  • 2:48 - 2:50
    həm də mənim burda olmağımın, hər səhər oyanmağımın
  • 2:50 - 2:52
    əsas səbəbi olan pozitiv psixologiya deyilən bir şeydir.
  • 2:52 - 2:54
    Bu tədqiqatım haqda ilk dəfə
  • 2:54 - 2:56
    akademiyadan kənarda, şirkətlər və məktəblərdə
  • 2:56 - 2:59
    danışmağa başlayanda, nitqimə heç vaxt qrafiklərlə
  • 2:59 - 3:02
    başlamamığımı məsləhət gördülər.
  • 3:02 - 3:03
    Mən isə nitqimdə qrafiklə başlamaq istəyirəm.
  • 3:03 - 3:06
    Bu qrafik maraqsız görünsə də hər səhər
  • 3:06 - 3:09
    oyanmağımın və həyəcanlanmağın səbəbidir.
  • 3:09 - 3:10
    Və bu qrafik heç nə ifadə etmir, yalandan qurulub.
  • 3:10 - 3:13
    Araşdırmalarımıza görə
  • 3:13 - 3:16
    (Gülüş)
  • 3:16 - 3:18
    Qrafiki burda əyləşənlər haqdakı araşdırmamın nəticəsi olsaydı
  • 3:18 - 3:20
    çox həyəcanlandırardı bu məni, çünki bu zalda aydın bir tendensiya var ki,
  • 3:20 - 3:22
    bununla tədqiqatım hətta çap oluna da bilər,
  • 3:22 - 3:24
    əsas olan da budur.
  • 3:24 - 3:27
    Yuxarıdakı o qəribə qırmızı nöqtəyə baxın,
  • 3:27 - 3:30
    əyri xəttin üzərində
  • 3:30 - 3:31
    kim olduğunu bilirəm, səni bir az əvvəl gördüm--
  • 3:31 - 3:35
    amma heç bir problem yoxdur.
  • 3:35 - 3:38
    Çoxunuza məlum olduğu kimi, bu nöqtəni silib yox edə bilərəm.
  • 3:38 - 3:41
    O nöqtə böyük ehtimal ki hesablama xətasıdır, ona görə də silə bilərəm.
  • 3:42 - 3:43
    (Gülüş)
  • 3:43 - 3:45
    Və bilirik ki bu hesablama xətasıdır,
  • 3:45 - 3:48
    çünki əlimdəki məlumatı korlayır.
  • 3:48 - 3:51
    İqtisadiyyat, stastistika, biznes və psixologiya
  • 3:51 - 3:54
    dərslərində ilk olaraq statistik yolla insanlara
  • 3:54 - 3:56
    qəribəliklərin necə yox edilməsini öyrədirik.
  • 3:56 - 3:59
    İdeal statistikanı yaratmaq üçün
  • 3:59 - 4:02
    xəttən kənarları necə yox etmək lazımdır?
  • 4:02 - 4:05
    Normal insanın neçə advil həbi
  • 4:05 - 4:08
    qəbul etməli olduğunu araşdırıramsa, bu aydındır-- 2 .
  • 4:08 - 4:09
    Ancaq sizin xoşbəxtlik, məhsuldarlıq,
  • 4:09 - 4:12
    enerji və yaxud yaradıcılıq
  • 4:12 - 4:13
    potensialınızla maraqlanıramsa,
  • 4:13 - 4:17
    elmi sahədə ortalamaları ilahi səviyyəyə qaldırırıq.
  • 4:17 - 4:18
    Əgər belə bir sual versəm ki,
  • 4:19 - 4:20
    "Bir uşaq sinifdə oxumağı nə qədər vaxta öyrənə bilər?"
  • 4:20 - 4:22
    alimlər bu sualı dəyişib, " Normal bir uşaq sinifdə oxumağı
  • 4:22 - 4:25
    nə qədər vaxta öyrənə bilər?" kimi dəyişdirirlər.
  • 4:25 - 4:26
    Biz də sinifi normala uyğunlaşdırırıq.
  • 4:26 - 4:28
    Sizdən biri də bu qrafikdə kənarda qalırsınızsa
  • 4:28 - 4:31
    bu psixoloqları həyəcanlandırır,
  • 4:31 - 4:33
    çünki siz ya depresiyadasınız, ya da xəstəsiniz,
  • 4:34 - 4:35
    yaxud ümidvarıq ki hər ikisi olsun.
  • 4:35 - 4:37
    Buna ümid edirik, çünki bizim biznes modelimizə
  • 4:37 - 4:39
    görə terapiyaya 1 problemlə gəlirsənsə
  • 4:39 - 4:41
    terapidən çıxanda 10 problemin olmasından əmin olmalıyıq.
  • 4:41 - 4:44
    Beləcə sən hey gəlib gedirsən.
  • 4:44 - 4:46
    Uşaqlıq vaxtınıza da qayıda bilərik,
  • 4:46 - 4:49
    istədiyimiz tək şey sizi "normallaşdırmaqdır".
  • 4:49 - 4:52
    Ancaq normal olmaq təkcə adi olmaq deməkdir.
  • 4:52 - 4:53
    Ancaq pozitiv psixologiyanın mühakiməsinə görə
  • 4:53 - 4:55
    orta insanın necə olduğunu öyrənməyə davam etsək,
  • 4:55 - 4:57
    özümüz də orta insan olaraq qalarıq.
  • 4:57 - 4:59
    Və o qrafikdən kənar pozitiv fərqliləri silməyin əvəzinə
  • 4:59 - 5:01
    qəsdən bu kimi insanların içində olur və
  • 5:01 - 5:05
    "niyə axı?" sualını verirəm.
  • 5:05 - 5:07
    Niyə bəziləriniz intellekt, atletik , musiqi
  • 5:07 - 5:09
    yaradıcılıq qabiliyyətinizə, enerjinizə və
  • 5:09 - 5:12
    yenilik etmək qabiliyyətinizə görə
  • 5:12 - 5:14
    həmin o qrafikdə fərqlənir, başqalarından öndə olursunuz?
  • 5:14 - 5:17
    Mən sizi silmək yox, araşdırmaq istəyirəm.
  • 5:17 - 5:18
    Bəlkə də əldə etdiyim məlumatla
  • 5:18 - 5:22
    sadəcə insanları normallaşdırmaq deyil,
  • 5:22 - 5:24
    bütün dünyadakı məktəb və şirkətlərdə qəbul edilmiş
  • 5:24 - 5:27
    orta hessabı, normalı yüksəldə bilərik.
  • 5:27 - 5:29
    Bu qrafiki ona görə sevirəm ki,
  • 5:29 - 5:32
    televizoru açarkən bütün xəbərlər
  • 5:32 - 5:35
    neqativ olur.
  • 5:35 - 5:37
    Xəbərlərin çoxu cinayət, korrupsiya, xəstəlik, təbii fəlakətlər haqdadır.
  • 5:37 - 5:38
    Və beynim düşünməyə başlayır ki, bu dünyadakı mənfi
  • 5:38 - 5:41
    və müsbət hadisələrin dəqiq nisbətidir.
  • 5:41 - 5:43
    Bu xəbərlər insanda "tibb məktəbi sindromu" yaradır;
  • 5:43 - 5:45
    tibbdə oxuyanların çoxuna tanışdır bu sindrom,
  • 5:45 - 5:47
    tibbi təhsilinizin ilk ilində
  • 5:47 - 5:49
    xəstəlik və simptomların listini oxuyarkən
  • 5:49 - 5:51
    onların hamısının sizdə
  • 5:51 - 5:53
    müşahidə olunduğu qənaətinə glirsiniz.
  • 5:53 - 5:56
    Bobo adlı yeznəm var, ki adının da başqa hekayəsi var.
  • 5:56 - 5:58
    Bobo unikorn Emi ilə evləndi.
  • 5:58 - 6:01
    Və bir gün Yeil Tibb Məktəbindən
  • 6:01 - 6:02
    mənə zəng edib,
  • 6:02 - 6:05
    "Şoun, deyəsən cüzam xəstəliyim var." dedi.
  • 6:05 - 6:09
    (Gülüş)
  • 6:09 - 6:12
    Yeildə belə çox nadir rastlanan hal idi.
  • 6:12 - 6:16
    Bircə həftə bundan əvvələ qədər menopoz olduğuna
  • 6:16 - 6:17
    inanan yazıq Boboya necə kömək edəcəyimi bilmirdim.
  • 6:17 - 6:20
    (Gülüş)
  • 6:20 - 6:24
    Bu halda müşahidə edirik ki, bizi biz edən ətrafdakı
  • 6:24 - 6:26
    həqiqət deyil, beynimizin dünyaya baxış bucağının yaratdığı bizim həqiqətimizidir.
  • 6:26 - 6:29
    Bu baxış bucağını dəyişməklə də təkcə öz xoşbəxtliyimizi deyil,
  • 6:30 - 6:31
    həm də təhsil və iqtisadi sahələrdəki bütün nəticələri dəyişə bilərik.
  • 6:31 - 6:34
    Harvarda sənəd verərkən baxtə-xuda vermişdim.
  • 6:34 - 6:36
    Qəbul olacağıma inanmırdım, ailəmin də mənə təhsil haqqı ödəməyə pulu yox idi.
  • 6:36 - 6:39
    İki həftə sonra hərbi təqaüd aldıqdan sonra isə getməyimə icazə verdilər.
  • 6:39 - 6:41
    Bir anda qeyri-mümkün hesab etdiyim həqiqətə dönmüşdü.
  • 6:41 - 6:44
    Universitetə gedəndə hamının orda olmağı böyük üstünlük hesab edəcəyini sandım.
  • 6:44 - 6:46
    Orda olmalarına görə şad olmalı idilər.
  • 6:46 - 6:48
    Hamısı səndən ağıllı olan insanların içində olsan belə
  • 6:48 - 6:51
    sadəcə o sinifdə olduğuna görə sevinməlisən, mən də sevinirdim.
  • 6:51 - 6:53
    Ancaq universitetdə oxuduğum 4 il və
  • 6:53 - 6:56
    sonra universitet yataqxanasında keçirdiyim 8 il
  • 6:56 - 6:59
    ərzində bəzi insanların o qədər də
  • 6:59 - 7:02
    xoşbəxt olmadığını görürdüm.
  • 7:02 - 7:04
    Yeri gəlmişkən yataqxanada qalmağımı universitetdən istəyirdilər.
  • 7:04 - 7:06
    (Gülüş)
  • 7:06 - 7:08
    Çox çətin keçən 4 il ərzində tələbə konsulluğunda işlədim.
  • 7:08 - 7:11
    Araşdırmalarım və dərslərimdə öyrəndim ki,
  • 7:11 - 7:14
    universitetə qəbul olduqlarına nə qədər xoşbəxt olsalar da,
  • 7:14 - 7:16
    ikicə həftə sonra beyinləri nə burda olmağın
  • 7:16 - 7:18
    üstünlükləri, nə də psixologiya və yaxud
  • 7:18 - 7:21
    fizika dərsləri haqda fikirləşməklə məşğul idi.
  • 7:21 - 7:23
    Fikirləri yarış, dərslərin çoxluğu, problemləri,
  • 7:24 - 7:25
    stres və şikayətə yönəlmişdi.
  • 7:25 - 7:28
    Harvarda gələndə ilk dəfə gələndə sonralar böyüdüyüm yer olan
  • 7:28 - 7:31
    Teksan, Waco-dan olan dostlarımın da arabir gəldiyi
  • 7:31 - 7:33
    yeməlxanaya getmişdim.
  • 7:33 - 7:35
    Onlar yeməkxanaya gələndə hər dəfə deyirdilər ki,
  • 7:35 - 7:37
    " Bu birinci kursların yeməkxanası 'Herri Potter'dakı
  • 7:37 - 7:40
    Hoqvart(məktəbi)ın yeməkxanasına oxşayır."
  • 7:40 - 7:43
    Və həqiqətən də oxşayır, bu Hoqvartın idi, bu da Harvarddır.
  • 7:43 - 7:46
    Bunu görəndə onlar soruşurdular ki,
  • 7:46 - 7:49
    "Şoun, Harvardda xoşbəxtliyi öyrənməyə çalışaraq niyə vaxtını itirirsən?
  • 7:49 - 7:52
    Harvard tələbəsinin özünü qəmgin hiss eləyəcəyi heç bir səbəb
  • 7:52 - 7:53
    yoxdur axı."
  • 7:53 - 7:55
    Xoşbəxtlik elmini başa düşmək üçün bu suala diqqət
  • 7:55 - 7:58
    yetirmək lazımdır.
  • 7:58 - 8:02
    Bu sualdan belə çıxır ki, insanı əhatə edən həqiqəti öyrənməklə
  • 8:02 - 8:04
    onun nə qədər xoşbəxt olduğunu bilmək olar.
  • 8:04 - 8:07
    Həqiqətdə isə, xarici aləmi insanın xoşbəxtliyində ancaq 10%
  • 8:07 - 8:10
    rol oynayır.
  • 8:10 - 8:14
    İnsanın daimi xoşbəxtliyinin 90%-i
  • 8:14 - 8:16
    xarici aləmdən deyil,
  • 8:16 - 8:19
    beynimizin bu aləmi necə qəbul etməsindən asılıdır.
  • 8:20 - 8:23
    Beynimizin qavrama tərzini dəyişməklə,
  • 8:23 - 8:25
    xoşbəxtlik və müvəffəqiyyət formulamızı dəyişə,
  • 8:25 - 8:27
    bununla da ətrafımızdakı həqiqətləri
  • 8:27 - 8:29
    dəyişə bilərik.
  • 8:29 - 8:30
    Araşdırmamıza görə işdə uğur qazanacağınızı
  • 8:30 - 8:34
    yalnız 25% zəka səviyyəniz (İQ) təyin edə bilər.
  • 8:34 - 8:35
    Uğurun 75%-i isə, insanın optimistlik səviyyəsi,
  • 8:35 - 8:37
    soaial dəstəkdən, stresdən qaçmaq əvəzinə
  • 8:37 - 8:40
    onunla mübarizə aparmaq bacarığından asılıdır.
  • 8:40 - 8:43
    İngiltərədə təxminən ən nüfuzlu yatılı məktəblə telefonla əlaqə yaradarkən
  • 8:43 - 8:46
    mənə dedilər ki, " Biz artıq bilirik siz dediklərinizi.
  • 8:46 - 8:47
    Buna görə də tələbələrimizi hər il təhsil verməklə bərabər sağlamlıq həftəsi keçiririk.
  • 8:47 - 8:50
    Bir az da sevincliyik. Bu həftənin bazar ertəsi məşhur bir ekspert
  • 8:50 - 8:53
    yeniyetməlik çağı depresiyası haqda danışacaq.
  • 8:53 - 8:56
    Çərşənbə axşamının mövzusu məktəbdə zorakılıq olacaq.
  • 8:56 - 8:57
    Çərşənbə gününün mövzusu yemək problemləridir.
  • 8:57 - 8:59
    Cümə axşamı təsirli maddə qəbuludur, mövzu.
  • 8:59 - 9:01
    Cümə günü üçün isə, riskli cinsi əlaqə və ya xoşbəxtlik mövzuları arasında qalmışıq.
  • 9:01 - 9:03
    (Gülüş)
  • 9:03 - 9:06
    Mən də, " Çox insanın cümə gecəsi bu mövzuda olur" dedim.
  • 9:06 - 9:10
    (Gülüş)
  • 9:10 - 9:12
    (Alqış)
  • 9:12 - 9:14
    Zarafatımı sevdiyinizə sevindim, çünki onlar heç sevmədilər.
  • 9:14 - 9:16
    Telefona səssizlik çökdü.
  • 9:16 - 9:18
    Səssizliyi pozmaq üçün dedim ki, " Sizin məktəbdə danışmağa şad olardım,
  • 9:18 - 9:21
    ancaq siz sağlamlıq həftəsi deyil, xəstəlik həftəsi keçirirsiniz.
  • 9:21 - 9:23
    Siz bütün mümkün neqativ məsələlərə toxunubsunuz,
  • 9:23 - 9:27
    pozitiv mövzu isə heç yoxdur.
  • 9:27 - 9:28
    Xəstəliyin yoxluğu tam sağlamlıq deyil.
  • 9:28 - 9:31
    Sağlam olmaq üçün lazım olan :
  • 9:31 - 9:34
    xoşbəxtlik və müvəffəqiyyətin düsturunu tapmaqdır.
  • 9:34 - 9:37
    Son 3 il ərzində 45 fərqli ölkədə iqtisadi tənəzzüllə üzləşən
  • 9:37 - 9:39
    müxtəlif məktəb və şirkətlərlə
  • 9:39 - 9:42
    işləmişəm.
  • 9:42 - 9:46
    Müşahidələrimə görə bu şirkət və məktəblərin çoxu
  • 9:46 - 9:49
    müvəffəqiyyət üçün aşağıdakı düsturdan istifadə edirlər;
  • 9:49 - 9:52
    Nə dəqər çox çalışsam, o qədər müvəffəqiyytə qazanacam.
  • 9:52 - 9:53
    Daha çox müvəffəqiyyətlə də daha xoşbəxt olacam.
  • 9:53 - 9:55
    Bu düstur davranışı motivasiya edən,
  • 9:55 - 9:58
    valideyinlik, idarəetmə üslublarının əsasını təşkil edir.
  • 9:58 - 10:01
    Problem isə budur ki, iki səbəbə görə bu üslub elmi cəhətdən uğursuz və köhnədir.
  • 10:01 - 10:04
    Birinci səbəb budur ki, hər dəfə uğur qazandıqdan sonra
  • 10:04 - 10:06
    beynimizi daha yeni uğura can atır.
  • 10:06 - 10:09
    Yaxşı qiymət aldıqdan sonra daha yaxşısına,
  • 10:09 - 10:13
    yaxşı məktəbə daxil olduqdan sonra daha yaxşısına,
  • 10:13 - 10:15
    yaxşı iş tapdıqdan sonra daha da yaxşısına can atır,
  • 10:15 - 10:17
    satış hədəfimizə çatdıqdan sonra həddi artırırıq.
  • 10:17 - 10:18
    Və xoşbəxtlik uğurla əlaqəlidirsə, heç vaxt xoşbəxt ola bilmirik.
  • 10:18 - 10:21
    Artıq cəmiyyət olaraq xoşbəxtliyi mənəvi/ idraki bir məfhum
  • 10:21 - 10:22
    olaraq qəbul etmirik.
  • 10:22 - 10:25
    Çünki uğur qazandıqdan sonra xoşbəxt olacağımıza
  • 10:25 - 10:27
    inanırıq.
  • 10:27 - 10:30
    Həqiqətdə isə beynimiz tam əksinə işləyir.
  • 10:30 - 10:32
    Əgər insan reallığa dair müsbət fikirləşirsə,
  • 10:32 - 10:35
    beyni xoşbəxliyik üstünlüyü adlı bir halda olur,
  • 10:35 - 10:37
    yəni beyin mənfi, neytral və yaxud
  • 10:37 - 10:40
    stresli olmağın əksinə
  • 10:40 - 10:43
    müsbət fikirləşdikcə daha yaxşı işləyir.
  • 10:43 - 10:44
    İnsanın zəkası, yaradıclıq hissi və enerjisi artır.
  • 10:44 - 10:46
    Bütün biznes fəaliyyətləri
  • 10:46 - 10:49
    bu faktın doğruluğunu sübut edib.
  • 10:49 - 10:52
    Pozitiv beyin, neqativ, neytral və
  • 10:52 - 10:54
    stresli beyindən 31% daha yaradıcı olur.
  • 10:54 - 10:56
    Satışlar 37% daha yaxşı olur.
  • 10:56 - 10:59
    Həkimlər 19% daha sürətli və düzgün
  • 10:59 - 11:01
    diaqnoz qoya bilmək üçün
  • 11:01 - 11:05
    daha dəqiq olurlar.
  • 11:05 - 11:06
    Yəni əvvəl bəhs etdiyim ənənəvi düsturun əksidir.
  • 11:06 - 11:08
    Hazırki vəziyyətdə pozitiv olmağı bacarsaq,
  • 11:08 - 11:12
    biz daha çox, sürətli və ağıllı işləyər,
  • 11:12 - 11:14
    bununla da uğur qazana bilərik.
  • 11:14 - 11:15
    Bizə lazım olan da bu köhnə düsturu dəyişməkdir.
  • 11:15 - 11:17
    Bununla beynimizin edə biləcəklərini aşkar edə bilərik.
  • 11:17 - 11:21
    Pozitiv olarkən bədənimizdə yaranan dapominin
  • 11:21 - 11:24
    iki funksiyası var.
  • 11:24 - 11:26
    Bu maddə yalnız bizi xoşbəxt etmir,
  • 11:26 - 11:29
    həm də beynimizidəki bütün qavrayış mərkəzlərini
  • 11:29 - 11:31
    işə salır və dünyaya başqa cür uyğunlaşmağımıza kömək edir.
  • 11:31 - 11:33
    Beynimizi mübət fikirləşdirə bilmək üçün bəzi
  • 11:33 - 11:35
    üsullar aşkar emtişik.
  • 11:35 - 11:38
    21 gün ərzində gündə ikicə dəqiqə ayırmaqla
  • 11:38 - 11:41
    beynimizi yeniləyə bilər,
  • 11:41 - 11:43
    beynimizin daha optimist və
  • 11:43 - 11:44
    daha uğurlu işləməsini təmin edə bilərik.
  • 11:44 - 11:47
    Əməkdaşlıq etdiyim bütün şirkətlərdə belə bir
  • 11:47 - 11:49
    araşdırma aparmışam.
  • 11:49 - 11:51
    İşçilərə 21 gün ərzində hər gün varlığına minnətdar olduqları
  • 11:51 - 11:55
    3 yeni şeyin adını yazmalarını tapşırdım.
  • 11:55 - 11:57
    Bu 21 günün sonunda onların beyni
  • 11:57 - 11:59
    yalnız neqativ şeyləri deyil, ilk olaraq pozitiv şeyləri də
  • 11:59 - 12:00
    nəzərə alacaq xüsusiyyət qazanır.
  • 12:00 - 12:01
    24 saat ərzində yaşadığın pozitiv bir hadisəni
  • Not Synced
    xatırlamaqla, beyniniz bu hadisəni təkrar yaşayır.
  • Not Synced
    Beyniniz hərəkərlətinizin vacibliyini qavrayır.
  • Not Synced
    Həm də aşkar etmişik ki, bu təcrübə bir neçə işi bir vaxtda
  • Not Synced
    etməyimiz üçün yaratdığımız diqqətin fərqli yönlərə dağılması
  • Not Synced
    probleminin də qarşısını alır və
  • Not Synced
    beynimizin bir işə diqqətini toplamasına kömək edir.
  • Not Synced
    Və nəhayət, təsadüfi xeyirxahlıq əslində şüurlu(instinktiv) xeyirxahlıqdır.
  • Not Synced
    Biz insanlara, hər dəfə e-maillərini yoxlayarkən
  • Not Synced
    əhatələrində olan kiməsə təşəkkür və ya
  • Not Synced
    tərif məqsədli pozitiv e-mail yazmalarını məsləhət görürük.
  • Not Synced
    Bu işləri etməklə bədənimizi nəyəsə alışdırdığımız kimi
  • Not Synced
    beynimizi də nəyəsə alışdırırıq.
  • Not Synced
    Belə nəticəyə gəlmişik ki xoşbəxlik və uğur formulasını
  • Not Synced
    dəyişməklə yalnız pozitivlik dalğası yaratmır,
  • Not Synced
    həm də əsl çeviriliş etmiş oluruq.
  • Not Synced
    Çox sağ olun.
  • Not Synced
    (Alqış)
Title:
Shawn Achor: Daha yaxşı işin uğurlu sirri
Speaker:
Shawn Achor
Description:

Həmişə xoşbəxt olmaq üçün çalışırıq, bəs tərsini etmək necə? TEDxBloomington-dakı əyləncəli və sürətli nitqində Psixoloq Shawn Achor irəli sürür ki, tərsinə, xoşbəxtlik çalışqanlığı və məhsuldarlığı artırır.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
12:00

Azerbaijani subtitles

Revisions