Return to Video

Tolerantlığa gedən yol.. turizmdən keçir?

  • 0:01 - 0:04
    Mən turizm biznesindəyəm və
    sülh yaradıcısıyam,
  • 0:04 - 0:07
    amma belə başlamamışam.
  • 0:07 - 0:10
    7 yaşımdaykən televizora baxdığımı
  • 0:10 - 0:12
    və insanların daş atdıqlarını xatırlayıram
  • 0:12 - 0:16
    və bunun əyləncəli olduğunu düşünürdüm.
  • 0:16 - 0:18
    Mən də kücəyə çıxdım və daş atmağa başladım,
  • 0:18 - 0:23
    amma daşları İsraillilərin maşınlarına
    atmalı olduğumu bilmirdim.
  • 0:23 - 0:27
    Onun yerinə qonşularızın maşınlarını
    daşlamışdım. (Gülüş)
  • 0:27 - 0:31
    Vətənpərvərliyimdən şübhə etmişdilər.
  • 0:31 - 0:33
    Bu qardaşımla olan şəklimdir.
  • 0:33 - 0:36
    Balaca olan mənəm və bilirəm nə düşünürsünzüz:
  • 0:36 - 0:39
    "Çox şirin olmusan, sənə nə olub indi belə?"
  • 0:39 - 0:41
    Amma məndən böyük qardaşım
  • 0:41 - 0:43
    18 yaşındaykən daş atdığına görə
  • 0:43 - 0:46
    həbs olundu.
  • 0:46 - 0:50
    O, daşları atıb
    üzr istəmədiyi üçün döyülmüş və
  • 0:50 - 0:52
    aldığı daxili zədələrdən
  • 0:52 - 0:57
    həbsdən çıxandan bir az sonra ölmüşdü.
  • 0:57 - 1:00
    Mən qəzəbli və hirsli idim
  • 1:00 - 1:04
    və tək istədiyim intiqam idi.
  • 1:04 - 1:07
    Amma 18 yaşımda bu dəyişdi.
  • 1:07 - 1:10
    Mən qərara gəldim ki, iş tapmaq üçün
    yəhudi dilini öyrənməliyəm.
  • 1:10 - 1:13
    Və əsgər olmayan yəhudilərlə ilk dəfə tanışacağım
  • 1:13 - 1:18
    o sinif otağında yəhudi dili
    öyrənməyə başladım.
  • 1:18 - 1:23
    Bir birimizə çox incə bir bağ ilə
    bağlı idik, məsələn mən də
  • 1:23 - 1:27
    fələstinlilər üçün yad olan
    country musiqi janrını sevirdim.
  • 1:27 - 1:31
    Amma bir şeyin də fərqinə vardım ki,
    bizim aramızda həmçinin
  • 1:31 - 1:37
    bizi ayıran əsəb, nifrət və amansızlıq
    divarları mövcuddur.
  • 1:37 - 1:41
    Başa düşdüm ki, başıma nə iş gəlməsinin önəmi yoxdur.
  • 1:41 - 1:44
    Əsas məsələ onunla necə başa çıxmağımdır.
  • 1:44 - 1:47
    Və buna görə də bütün həyatımı insanları ayıran
  • 1:47 - 1:52
    divarları yıxmağa həsr elədim.
  • 1:52 - 1:54
    Bunu bir çox yolla edirəm.
  • 1:54 - 1:57
    Turizm bunlardan biridir;
    mətbuat və təhsil də digərləri.
  • 1:57 - 2:01
    Sual verə bilərsiniz ki, turizm hər şeyi
    necə dəyişə bilər?
  • 2:01 - 2:02
    Turizm divarları yıxa bilər? Bəli.
  • 2:02 - 2:07
    Turizm divarları yıxmaq və insanları bir-birinə
  • 2:07 - 2:11
    bağlayaraq dostluqlar yaratmaq üçün
  • 2:11 - 2:14
    ən yaxşı vasitədir.
  • 2:14 - 2:18
    2009-cu ildə insanları birləşdirmək məqsədilə Mejdi Turlarını
  • 2:18 - 2:21
    iki yəhudi dostumla şərikli yaratdıq.
  • 2:21 - 2:24
    Bizim metodumuz ondan ibarət idi ki,
  • 2:24 - 2:26
    məsələn Qüdsdə tarixi,
  • 2:26 - 2:30
    hekayələri, arxeologiyanı və münaqişəni
  • 2:30 - 2:33
    tamamilə fərqli iki perspektivdən danışmaq üçün
  • 2:33 - 2:36
    iki bələdçi olacaq idi.
  • 2:36 - 2:39
    Onlardan biri İsrailli, biri isə
    Fələstinli olacaqdı.
  • 2:39 - 2:43
    Çikaqoda gələn yəhudi camaatından olan
    dostum Kobi ilə
  • 2:43 - 2:46
    səyahətə birlikdə bələdçilik etdiyimizi
    xatırlayıram.
  • 2:46 - 2:49
    Biz onları qaçqın düşərgəsinə apardıq,
    Fələstinin qaçqın düşərgəsinə,
  • 2:49 - 2:51
    və orada bu heyranedici yeməyi yedik.
  • 2:51 - 2:54
    Bu arada bu mənim anamdır.
    O çox təmkinlidir.
  • 2:54 - 2:56
    Və bu isə "maqluba" adlandırılan
    Fələstin yeməyidir.
  • 2:56 - 2:58
    "Tərsinə çevrilmiş" deməkdir.
  • 2:58 - 3:01
    Bu düyü və toyuq əti ilə bişirilir və tərsinə çevrilir.
  • 3:01 - 3:02
    Çox dadlıdır.
  • 3:02 - 3:04
    Bu yeməyin dadına baxdıq.
  • 3:04 - 3:07
    Sonra isə İsrailli və Fələstinli
    musiqiçilərə qulaq asdıq,
  • 3:07 - 3:08
    bir az da göbək rəqsi oynadıq.
  • 3:08 - 3:12
    Əgər bilmirsinizsə sonra sizə
    öyrədə bilərəm.
  • 3:12 - 3:15
    Amma biz gedəndə hər iki tərəf ağlayırdı,
  • 3:15 - 3:17
    çünki getmək istəmirdilər.
  • 3:17 - 3:21
    Üç il keçməsinə baxmayaraq
    həmin əlaqəqlər hələ də mövcuddur.
  • 3:21 - 3:24
    Gəlin təsəvvür edək əgər hər il
    1 milyard insan
  • 3:24 - 3:28
    belə səyahət edir, avtobusla bir yerdən
    başqa yerə,
  • 3:28 - 3:31
    bir oteldən başqasına aparılır.
  • 3:31 - 3:33
    Ancaq aparılarkən avtobusun pəcərəsindən
  • 3:33 - 3:37
    yerli xalqın və mədəniyyətin
  • 3:37 - 3:40
    şəklini çəkmək yerinə
    onlarla qaynayıb qarışır.
  • 3:40 - 3:44
    İngiltərədən gələn müsəlman qrup ilə
    provaslav yəhudilərin evinə getməyimizi
  • 3:44 - 3:47
    və onlarla yəhudilərin ilk Cümə axşamı yeməyi;
  • 3:47 - 3:51
    Sabbath yeməyimizi, buğda bişirilmiş
    ət və tərəvəzdən
  • 3:51 - 3:55
    hazırlanan yəhudi yeməyi hamin yeməyimizi
  • 3:55 - 3:58
    və az sonra aramızda bir bağ olduğunu,
  • 3:58 - 4:01
    onlarında ailələrinin də
    yüz illər əvvəl eyni yerdən;
  • 4:01 - 4:04
    Şimali Afrikadan gəldiyini
    qəbul etdiyimizi xatırlayıram.
  • 4:04 - 4:07
    Bu Facebook profili üçün şəkil deyil.
  • 4:07 - 4:09
    Bu fəlakət turizmi deyil.
  • 4:09 - 4:11
    Bu səyahət etmənin gələcəyidir
  • 4:11 - 4:14
    və sizi də bu gələcəyə səyahətimə
    qoşulmağa dəvət edirəm.
  • 4:14 - 4:16
    Biz bunu bu gün dünyanın hər yerinə;
  • 4:16 - 4:19
    İrlandiyadan İrana və Türkiyəyə kimi edirik
  • 4:19 - 4:21
    və bu işlə dünyanı dəyişəcəyimizə inanırıq.
  • 4:21 - 4:23
    Təşəkkür edirəm.
  • 4:23 - 4:25
    (Alqış)
Title:
Tolerantlığa gedən yol.. turizmdən keçir?
Speaker:
Aziz Abu Sarah
Description:

Aziz Abu Salah sülhməramlılığa fərqli bir baxışı olan Fələstinlidir: O, bizi turist olmağa çağırır. Natiq fərqli mədəniyyətlərdən olan insanların sadə münasibət və əlaqələrinin uzun illərin nifrət hissini necə yox edə biləcəyini göstərir. O Fələstinlilərin İsraillilərə qonaq getməsi ilə başlayıb daha da uzağa gedir.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
04:37

Azerbaijani subtitles

Revisions