Return to Video

Smartfonunuz bir insan haqları məsələsidi

  • 0:00 - 0:03
    2016-cı ilin baharında
  • 0:03 - 0:07
    Apple və Federal Tədqiqatlar Bürosu (FBI)
    arasındakı məhkəmə davası
  • 0:07 - 0:10
    bütün dünyanın diqqətini özünə çəkmişdi.
  • 0:10 - 0:13
    Apple mobil cihazlarına içindəki
    məlumatları sahibindən başqa
  • 0:13 - 0:17
    hər kəsdən qoruyan təhlükəsizlik
    özəllikləri gətirdi.
  • 0:17 - 0:21
    Bu o deməkdi ki, cinayətkarlar, xakerlər,
    və hətta hökümətlər belə
  • 0:22 - 0:23
    bu şifrələr qarşısında əlacsız qalırlar.
  • 0:24 - 0:26
    Apple müştəriləri üçün bu əla şeydir.
  • 0:27 - 0:29
    Amma hökümətlər elə də razı görsənmir.
  • 0:29 - 0:31
    Gördüyünüz kimi Apple şirkəti
    bu izlənmələrdən
  • 0:31 - 0:34
    kənarda qalmaq üçün ağıılı qərar veribdi.
  • 0:34 - 0:37
    Apple izlənməni hökümətlər və
    istənilən başqa biri üçün
  • 0:37 - 0:40
    bacardığı qədər əlçatmaz etməyə çalışdı.
  • 0:42 - 0:44
    Qlobal smartfon bazarında
  • 0:44 - 0:46
    2 əsas smartfon işlətmə sistemi var:
  • 0:46 - 0:47
    iOS və Android.
  • 0:48 - 0:51
    iOS Apple tərəfindən düzəldilir,
    Android isə Google tərəfindən.
  • 0:51 - 0:55
    Apple öz məhsullarının mümkün qədər
    təhlükəsiz olduğundan
  • 0:55 - 0:58
    əmin olmaq üçün çoxlu pul və
    zaman sərf edib.
  • 0:58 - 1:02
    Apple iPhone'larda olan bütün
    informasiyaları avtomatik olaraq
  • 1:02 - 1:06
    şifrələyir, və bir Apple müştərisindən
    digərinə göndərilmiş ismarıclar
  • 1:06 - 1:08
    istifadəçinin bir şey etməsinə
  • 1:08 - 1:10
    ehtiyac qalmadan öz-özünə şifrələnir.
  • 1:11 - 1:12
    Bu o deməkdir ki,
  • 1:12 - 1:16
    əgər polis şifrəsi olan bir iPhone
    ələ keçirirsə
  • 1:17 - 1:20
    ondan hər hansı məlumatı çıxarmaqları
    çox çətin məsələdi,
  • 1:20 - 1:22
    onu da hələ bacarsalar.
  • 1:22 - 1:27
    Əksinə, Android qurğularının təhlükəsizlik
    sistemi isə elə də yaxşı deyil.
  • 1:27 - 1:30
    Android telefonları, ən azından alıcılara
    satılmış
  • 1:30 - 1:31
    Android'lərin əksəriyyəti
  • 1:31 - 1:34
    yaddaşda saxlanılmış məlumatları öz-özünə
    şifrələmir,
  • 1:34 - 1:39
    və telefonlardakı mesajlaşma proqramı da
    şifrələmədən istifadə etmir.
  • 1:40 - 1:42
    Deməli, əgər polis Android telefonu ələ
    keçirsə
  • 1:42 - 1:46
    böyük ehtimalla, istədiyi bütün
    informasiyaları o cihazdan
  • 1:46 - 1:47
    götürə biləcək.
  • 1:48 - 1:50
    Dünyanın iki ən böyük şirkətindən
  • 1:50 - 1:52
    iki smartfon;
  • 1:52 - 1:54
    biri məlumatları avtomatik qoruyur,
  • 1:55 - 1:56
    digəri isə yox.
  • 1:57 - 2:00
    Apple dəbdəbəli məhsulların
    satıcısıdı.
  • 2:00 - 2:02
    Bazarın yuxarı təbəqəsində hökmranlıq
    edir.
  • 2:03 - 2:07
    Belə cihazlar satan istehsalçının
    məhsullarında normal olaraq daha çox
  • 2:07 - 2:09
    funksiya olmağını gözləyərdik.
  • 2:10 - 2:12
    Amma hər kəsin iPhone'a gücü
    çatmır.
  • 2:12 - 2:15
    Bu hissədə Android həqiqətən də
    hökmranlıq edir:
  • 2:15 - 2:17
    bazarın orta və aşağı təbəqəsində,
  • 2:17 - 2:20
    telefon üçün 600 dollar xərcləyə bilməyən
  • 2:20 - 2:23
    və ya xərcləməyən bir milyard yarım
  • 2:23 - 2:25
    insan üçün smartfonlar.
  • 2:29 - 2:35
    Amma Android'in hökmranlığı
    "rəqəmsal təhlükəsizlik bölgüsü"
  • 2:35 - 2:37
    dediyim yerə gətirib çıxarıb.
  • 2:37 - 2:41
    Yəni ki, informasiyaları avtomatik qoruyan
    cihazları ala bilən varlılar ilə,
  • 2:41 - 2:44
    cihazları informasiyaları öz-özünə
    qorumaq baxımından çox az
  • 2:45 - 2:48
    iş görən kasıbların təhlükəsizliyi və
    gizliliyi arasında
  • 2:49 - 2:51
    böyüyən
  • 2:51 - 2:55
    bir fərq mövcuddur.
  • 2:56 - 3:00
    Adi bir Apple müştərisi düşünün:
  • 3:00 - 3:05
    bankir, hüquqşünas, həkim,
    siyasətçi.
  • 3:05 - 3:11
    Bu adamların indi, get-gedə daha da çox,
    ciblərində onların zənglərini,
  • 3:11 - 3:14
    ismarıclarını, cihazdakı bütün
    məlumatlarını
  • 3:14 - 3:16
    özləri heç bir şey etməmiş
  • 3:16 - 3:20
    şifrələyən smartfonları var.
  • 3:21 - 3:25
    Bunun əksinə, kasıblar və cəmiyyətdəki
    ən zəif təbəqələr
  • 3:25 - 3:30
    onları üstün nəzarətə qarşı tamam məğlub
    buraxacaq cihazlardan istifadə edirlər.
  • 3:31 - 3:33
    Birləşmiş Ştatlarda, yaşadığım yerdə,
  • 3:33 - 3:37
    Afrikan Amerikanlarının şübhəli, təhdid
    kimi görünməkləri ehtimalı, və ya
  • 3:37 - 3:39
    hökümət müşahidəsində hədəfə tuş
    gəlməkləri
  • 3:40 - 3:43
    ehtimalı daha çoxdu.
  • 3:44 - 3:47
    Elə adətən bu Afrikan Amerikanlarıdır ki,
    da onları
  • 3:47 - 3:50
    bu nəzarətdən qorumaq üçün heç bir
    şey etməyən
  • 3:50 - 3:52
    Android cihazlarını istifadə edirlər.
  • 3:53 - 3:54
    Bu problemdir.
  • 3:56 - 3:58
    Bu nəzarətin bir alət olduğunu
    unutmamalıyıq.
  • 3:59 - 4:01
    Əlində güc olanların gücsüzlərə
    qarşı istifadə etdiyi
  • 4:02 - 4:04
    bir alətdir bu.
  • 4:05 - 4:10
    Baxmayaraq ki, Apple kimi şirkətlərin
    şifrələməni insanlar üçün asanlaşdırması
  • 4:10 - 4:13
    mənim fikrimcə çox əla bir şeydir,
  • 4:14 - 4:18
    əgər özlərini hökümətin nəzərindən
    qoruya bilən insanlar ancaq
  • 4:18 - 4:20
    varlı və güclülərdirsə,
  • 4:20 - 4:21
    onda
  • 4:22 - 4:23
    bu problemdir.
  • 4:24 - 4:27
    Və təkcə gizlilik və ya
    kibertəhlükəsizlik problemi deyil.
  • 4:28 - 4:29
    Bu vətəndaş haqları məsələsidi.
  • 4:31 - 4:34
    Yəni ki, Android qurğularındakı bu
    yetərsiz təhlükəsizlik
  • 4:34 - 4:39
    təkcə bu cihazlardan asılı olan kasıb və
    zəif təbəqə istifadəçiləri üçün
  • 4:39 - 4:41
    problem deyil.
  • 4:41 - 4:44
    Bu əslində bizim demokratiya üçün
    problemdir.
  • 4:44 - 4:46
    İzah edəcəm nə demək istədiyimi.
  • 4:47 - 4:49
    Müasir sosial hərəkatlar texnologiyaya
    etibar edirlər --
  • 4:49 - 4:55
    "Black Lives Matter"dən, Ərəb Baharı'dan
    tutmuş "Occupy Wall Street"ə qədər.
  • 4:55 - 4:59
    Bu hərəkatların təşkilatçıları və
    iştirakçıları get-gedə daha da çox
  • 4:59 - 5:03
    smartfonlarla əlaqə qurur və bir araya
    toplaşırlar.
  • 5:04 - 5:08
    Təbii olaraq bu hərəkatlardan çəkinən
    hökümətlər də təşkilatçıları
  • 5:08 - 5:12
    və onların smartfonlarını hədəf altına
    alacaqlar.
  • 5:13 - 5:16
    Tamamilə mümkündü ki, gələcək
    Martin Luther King,
  • 5:16 - 5:20
    Mandela və ya Gandhi'nin iPhone'u olacaq
    və bununla hökümət nəzarətindən
  • 5:20 - 5:24
    qoruna biləcək.
  • 5:24 - 5:26
    Amma yəqin ki,
  • 5:26 - 5:30
    ciblərində ucuz 20 dollarlıq Android
    telefonları olacaq. Elə buna görə
  • 5:31 - 5:34
    əgər biz rəqəmsal təhlükəsizlik
    bölgüsünü həll edəcək bir şey etməsək,
  • 5:35 - 5:38
    cəmiyyətimizdəki hər kəsin şifrələmədən
    eyni cür faydalandığından və özlərini
  • 5:39 - 5:41
    dövlətin nəzarətindən eyni qədər qoruya
  • 5:41 - 5:45
    bildiklərindən əmin olmaq üçün heç bir
    şey etməsək,
  • 5:45 - 5:50
    təkcə kasıb və zəif təbəqələr dövlətin
    hədəfinə tuş gəlməyəcək,
  • 5:50 - 5:53
    həm də gələcək insan haqları hərəkatları
    tam güclərini
  • 5:53 - 5:56
    əldə etməmişdən öncə məhv edilə
    bilərlər.
  • 5:56 - 5:57
    Təşəkkürlər.
  • 5:57 - 6:00
    (Alqış)
  • 6:04 - 6:06
    Helen Walters: Chris, çox sağol.
  • 6:06 - 6:08
    Sənə bir sualım var.
  • 6:08 - 6:10
    Son zamanlar mətbuatda Facebook'dan
  • 6:10 - 6:15
    Mark Zuckerberg'in kamerasının üzərini
    örtdüyünü və qulaqcığının mikrofon başlığı
  • 6:15 - 6:18
    ilə nəsə etdiyini gördük.
  • 6:18 - 6:21
    Mən də səndən bir şəxsi sual soruşmaq
    istəyirdim,
  • 6:21 - 6:22
    Sən də bunu edirsən?
  • 6:22 - 6:25
    Burdakı hər kəsin əvəzinə, xüsusilə
    özümçün, soruşuram
  • 6:25 - 6:26
    Bunu biz də etməliyikmi?
  • 6:26 - 6:28
    Biz də bu şeyləri örtməliyikmi?
  • 6:28 - 6:32
    Christopher Soghoian: yapışqan yapışdırmaq
    -- əslində mən yara bandlarını xoşlayıram,
  • 6:32 - 6:34
    çünki adi zəng və ya Skype zəngi etmək
    istəyəndə
  • 6:34 - 6:36
    onları çıxarıb təzədən geriyə
    taxa bilərsən.
  • 6:36 - 6:38
    Web kameranızın üzərinə yapışqan
  • 6:38 - 6:41
    vurmaq gizliliyiniz üçün edə biləcəyiniz,
    yəqin ki
  • 6:41 - 6:42
    ən yaxşı şeydi, etməyə dəyər.
  • 6:42 - 6:46
    Həqiqətən də web kameranızı ələ
    keçirə biləcək pis məqsədli,
  • 6:46 - 6:48
    bədniyyətli proqramlar mövcuddur,
  • 6:48 - 6:50
    hətta işığı sönülü olanda belə.
  • 6:50 - 6:53
    Cinayətkarlar tərəfindən,sizi izləyənlər
    tərəfindən istifadə olunur
  • 6:53 - 6:58
    "Köhnə sevgilini pusmaq" proqramını
    təkcə 19.99 dollara onlayn almaq mümkündü.
  • 6:58 - 6:59
    Bu həqiqətən dəhşətlidi.
  • 6:59 - 7:02
    Və bu əlbəttə ki, hökümətlər
    tərəfindən istifadə olunur.
  • 7:02 - 7:05
    Burda təbii ki, cinsi təcavüz məsələsi də
    var,
  • 7:05 - 7:09
    ən çox da qadınlara və cəmiyyətimizdə
    utandırıla bilən insanlara qarşı
  • 7:09 - 7:16
    istifadə olunan növ müşahidə sistemidi.
  • 7:16 - 7:19
    Hətta düşünürsünüz ki, gizlətməyə bir
    şeyiniz yoxdur,
  • 7:19 - 7:22
    ən azından uşağınız varsa,
    yeniyetmə gənclər varsa həyatınızda,
  • 7:22 - 7:26
    onların kameralarının üzərinə yapışqan
    vurub onları qoruduğunuzdan əmin olun.
  • 7:26 - 7:28
    HW: Wow. Çox təşəkkürlər.
    CS: Sağolun.
  • 7:28 - 7:29
    HW: Təşəkkürlər, Chris.
  • 7:29 - 7:32
    (Alqış)
    Tərcümə - Ceyhun Babaşov
Title:
Smartfonunuz bir insan haqları məsələsidi
Speaker:
Christopher Soghoian
Description:

İstifadə etdiyiniz smartfon sizin şəxsi zövqünüzdən daha artığını göstərir...eyni zamanda nə qədər yaxından izlənə bildiyinizi də müəyyən edə bilir. Gizlilik eksperti və TED Üzvü Christopher Soghoian Apple'da və Android cihazlarında istifadə olunan şifrələmələr arasındakı ciddi fərqi izah edir və get-gedə böyüyən rəqəmsal təhlükəsizlik bölgüsünə diqqət etməyimizə çalışır. "Hökümətin hədəfindən qoruna bilən insanlar təkcə varlılar və güclü insanlardısa, bu təkcə kibertəhlükəsizlik problemi deyil -- insan haqları məsələsidi" deyir Chris.

more » « less
Video Language:
English
Team:
closed TED
Project:
TEDTalks
Duration:
07:44

Azerbaijani subtitles

Revisions