Mən uşaq ikən,
hədsiz dərəcədə "nerd" idim.
Düşünürəm ki, elə bəziləriniz də.
(Gülüş)
Və siz, yüksəkdən gülən cənab, böyük ehtimal
hələ də eləsiniz.
(Gülüş)
Mən Teksasın şimalında tozlu düzənliklərdə
yerləşən kiçik qəsəbədə böyümüşəm.
Babam keşiş, atam isə şerif idi.
Başıma dərd açmaq kimi bir seçimim yox idi.
Ona görə də məzə üçün riyaziyyat kitablarını oxumağa başladım.
(Gülüş)
Siz də elə etmisiniz.
Bu mənim lazer, kompüter və raket modelləri düzəltməyimə gətirib çıxardı.
Ona gətirib çıxardı ki, mən öz yataq otağımda raket yanacağı düzəltdim.
İndi, elmi nöqteyi-nəzərdən
biz bunu "pis fikir" adlandırırıq.
(Gülüş)
Təxminən həmin zaman,
Stenli Kubrik-in "2001: Kosmik Odissey" filmi
kinoteatr ekranlarına gəldi
və mənim həyatım həmişəlik dəyişdi.
Mən filmdəki hər şeyi sevdim,
xüsusilə də HAL 9000-i.
Deməli, HAL ağıllı kompüter idi.
Discovery kosmik gəmisinə
Yerdən Yupiterə qədər bələdçilik üçün dizayn olunmuşdu.
HAL həmçinin qüsurlu bir personaj idi.
Məqsəd üçün o öz missiyasını insan
həyatından daha üstün tutdu.
HAL uydurma bir personaj olsa da,
bizim qorxularımızdan bəhs edir.
Hansısa hissiyyatı olmayan süni intellektə
tabe edilmə qorxularımızdan bəhs edir.
O bizim insanlığa yad biridir.
Bu qorxuların əsassız olduğu qənaətindəyəm.
Biz insanlıq tarixinin gözəl bir
zamanındayıq.
Öz vücud və ağlımızın məhdudiyyətlərini
qəbul etməyərək
maşınlar düzəldirik.
İncə, gözəl və qəliz maşınlar
insanın imkanlarını düşündüyümüzdən də
artıq genişləndirir.
Hava Qüvvələri Akademiyasındakı
Kosmik Əməliyyatlar fəaliyyətindən sonra
Mən sistem mühəndisi oldum.
Bu yaxınlarda yeni bir mühəndislik
layihəsinə qoşuldum ki,
NASA-nın Mars missiyası ilə əlaqəlidir.
Beləliklə, Aya uçuş üçün
biz Hyustondakı uçuşa nəzarət
məntəqəsinə arxayın ola bilərik,
uçuşun bütün aspektlərini
izləyə bilərik.
Lakin, Mars 200 dəfə daha uzaqdır
və nəticə etibarilə bir siqnalın
Yerdən Marsa çatması üçün
orta hesabla 13 dəqiqə
vaxt lazımdır.
Hər hansı bir problem olarsa,
zaman bəs etməz.
Ona görə də uyğun bir mühəndis
həlli tələb edir ki,
Orion kosmik gəmisində
nəzarət məntəqəsi yerləşdirək.
Uçuş missiyasındakı başqa
bir maraqlı ideya də odur ki,
Marsın səthinə humanoid robotları
göndərilsin ki,
insanların özlərinin oraya
gəlib çatmasından
öncə şərait qursunlar
və sonra tədqiqat komandasının
üzvləri kimi çalışsınlar.
Beləliklə, bu məsələyə
mühəndis gözü ilə baxdıqda
aydın oldu ki, mən elə bir
sistem inşa etməliyəm ki,
ağıllı, əməkdaşlıq edən,
sosial məsuliyyətli süni intellekt olsun.
Başqa sözlə, mən HAL-a bənzər
bir şey qurmalıyam, amma
adam öldürməyə meyli olmayan birini.
(Gülüş)
Bir qədər fasilə verək.
Həqiqətən belə bir süni intellekt yaratmaq mükündürmü?
Əslində, mümkündür.
Ümumiyyətlə, bu qəliz
bir mühəndislik problemidir ki,
süni intellekt elementlərinə malikdir.
Heç də qurulması bəsit bir
süni intellekt məsələsi deyil.
Alan Türinqdən sitat gətirsək,
Hissiyatlı bir maşın düzəltmək
fikrində deyiləm.
Mən HAL robotu yaratmıram.
İstədiyim yalnız sadə bir beyindir,
nə cürsə intellektin illüziyalarını
yaratsın.
HAL ekranlara çıxandan bəri
İnformatika elmi uzun
bir yol keçmişdir.
Təsəvvür edin onun ixtiraçısı
Dr. Çandra burada olsaydı
bizə çoxlu suallar verərdi.
Həqiqətən də mümkündürmü ki,
milyonlarla qurğudan ibarət
bir sistem quraq və
məlumatları oxuyaraq
xətaları müəyyən etsin və
öncədən tədbir görsün?
Bəli.
Elə bir sistem qura bilərik ki,
insanların dilində danışsın?
Bəli.
Elə sistem qura bilərik ki,
obyektləri tanısın, hisləri anlasın,
öz emosiyalarını ifadə etsin, oyun
oynasın və hətta dodaqlarımızı oxusun?
Bəli.
Elə sistem qura bilərik ki,
özünə hədəflər
qoyub onlara çatmaq üçün plan qursun
və öyrənsin?
Bəli.
Şüuru olan sistem qura bilərik?
Hazırda bunu öyrənirik.
Etik və mənəvi əsasları anlayan
sistem qura bilərik?
Bunu necə edəcəyimizi öyrənməliyik.
Bir anlığa qəbul edək ki,
belə bir süni intellektin
bu kimi missiyalar üçün
yaradılması mümkündür.
Özünüzə verəcəyiniz növbəti
sual belədir ki,
biz bundan qorxmalıyıqmı?
Ümumiyyətlə, hər bir yeni texnologiya
özü ilə müəyyən qədər narahatlıq gətirir.
İlk dəfə avtomobilləri görəndə
insanlar narahatçılıq keçirdilər ki,
ailələr dağılacaq.
Biz ilk dəfə telefonları görəndə insanlar
narahat oldular ki, bütün
insan müzakirələrini məhv edəcək.
Nə vaxtsa gördük ki, yazı kəşf edildi
insanlar hafizələrinin
itəcəyini düşündülər.
Bütün bunlar müəyyən dərəcədə həqiqətdir,
amma eyni zamanda,
bu texnologiyalar
özləri ilə müəyyən mənada imkanlarımızı
genişləndirən şeylərə gətirib çıxardı.
Bir az da irəli gedək.
Mən bu cür Sİ yaradılmasından
qorxmuram,
çünki zamanla bizim bəzi
dəyərlərimizi təcəssüm etdirəcək.
Bunu düşünün: süni intellekt sistemi
yaratmaq fundamental olaraq
ənənəvi proqram təminatı sistemləri
yaratmaqdan fərqlidir.
Biz onları proqramlaşdırmırıq.
Onları öyrədirik.
Sistemin çiçəkləri tanıması üçün
ona xoşladığım minlərlə
çiçək göstərməliyəm.
Sistemə oyun oynamağı öyrətmək üçün --
Bəli, edərdim. Elə siz də edərdiniz.
Mən gülləri sevirəm. Yaxşı görək.
Sistemi Go oyununu oynamağı
öyrətmək üçün
mən min dəfələrlə Go oyunu oynamalıyam.
Eyni zamanda öyrənmə vaxtı
izah etməliyəm ki, yaxşı və pis oyunu
necə ayırsın.
Əgər mən süni intellektli
hüquq məsləhətçisi yaratmaq istəsəm,
mən ona qanunvericiliyi öyrədəcəm.
Eyni zamanda öyrədəcəyim həm də
mərhəmət və ədalətdir ki,
bu da hüququn bir hissəsidir.
Elmi olaraq,
buna əsas istinad həqiqətləri deyirik.
Burada əsas məqam odur ki:
onları yaradan zaman
biz onlara öz dəyərlərimizi də
aşılayırıq.
Bu səbəbdən mən süni
intellektə inanıram.
Çox da yox, amma
yaxşı öyrədilmiş bir insan kimi.
Soruşa bilərsiniz ki,
bəs yaramaz casuslar,
maliyyələşdirilmiş bəzi
qeyri-hökumət təşkilatları necə?
Belə tənhaların əlində olan
süni intellektdən qorxmuram.
Daha dəqiq desək, biz özümüzü bütün
təsadüfi zorakılıqlardan qoruya bilmərik.
Həqiqət ondan ibarətdir ki,
belə bir sistem
fərdi resurslardan qat-qat artıq olan
əsaslı təlim və ciddi hazırlıq tələb edir.
Həm də bu,
dünyaya bir internet virusunu
yoluxdurmağa oxşar bir şey deyil.
Necə ki, bir düyməyə basmaqla
milyonlarla yerə yayılsın
və laptoplar hər yerdə
partlamağa başlasın.
Bu cür şeylər daha qlobaldır
və zamanla biz onlarla
tanış olacağıq.
Elə bir süni intellektdən
qorxurammı ki,
o insanlığa təhlükə yarada bilər?
"Matrix", "Metropolis", "Terminator" kimi
filmlərdə və ya
"Westworld" kimi seriallarda bu kimi
qorxudan bəhs edilir.
Təbii ki, filosof Nik Bostromun
"Superinellekt" kitabında
bunlardan bəhs edilir
və o, superintellektin yalnız
təhlükəli olduğunu deyil,
hətta insan varlığına böyük
təhlükə gətirə biləcəyini qeyd edir.
Dr. Bostrumun əsas arqumenti odur ki,
bu cür sistemlərdə zamanla
elə informasiyalara hərislik yaranacaq ki,
onlar öyrənməyi də öyrənəcəklər
və zamanla anlayacaqlar ki,
onların hədəfləri
insanların əleyhinə ola bilər.
Dr. Bostromun çoxlu izləyiciləri var.
Onu Elon Musk və Stiven Haukinq kimi
şəxslər də izləyir.
Bu şəxslərə dərin hörmətim var.
Buna baxmayaraq inanıram ki,
onlar fundamental
olaraq səhv edirlər.
Dr. Bostromun bir çox arqumentlərini
sadalamaq olardı,
amma buna mənim indi vaxtım çatmaz.
Ümumi olaraq onu deyim ki:
super bilik və super bacarıq tamam
fərqli şeylərdir.
HAL Discovery heyəti üçün təhlükə idi
çünki HAL Discoverinin bütün idarəsinə
məsul idi.
Superintellekt ilə də belədir.
Bütün dünyanı nəzarətinə götürməli idi.
Bu eynilə "Terminator" filmindəki
Skynetdir.
O superintellekt
insanları idarə edirdi,
bütün dünyada olan hər bir
qurğunu idarə edirdi.
Praktiki baxımdan,
bu baş verməyəcək.
Biz elə bir Sİ yaratmırıq ki,
havanı idarə etsin,
axınları yönləndirsin,
bizim kimi, nazlı, xaotik
insanları idarə etsin.
Hətta, əgər belə bir Sİ olsaydı,
o, insan iqtisadiyyatı ilə
rəqabətə girməli olardı
və bizimlə resurslar uğrunda yarışardı.
Sonda onu deyim ki, --
bunu Siri-yə söyləməyin --
biz hər zaman onları
söndürə bilərik.
(Gülüş)
Biz öz maşınlarımızla birgə
həyəcanlı bir səyahətdəyik.
Bu günkü insanlar
gələcəkdəkilər kimi deyil.
Superintellektin yüksəlişi barədə
hazırda narahat olmaq
təhlükəli bir fikir dağınıqlığıdır.
Çünki kompüterləşmənin yüksəlişi
özü ilə ilə birgə çoxlu fərdi və sosial
suallar gətirir ki,
biz onları indi həll etməliyik.
İnsan əməyinə tələbat azaldığı halda
cəmiyyəti necə idarə edəcəyik?
Anlayışı və təhsili bütün dünyaya necə
aşılayaq və eyni zamanda
fərqliliklərimizə də hörmət edək?
Zehni səhiyyə ilə insan həyatını
necə uzadaq və yaxşılaşdıraq?
İnformatikanı necə istifadə edək ki,
bizi ulduzlara aparsın?
Bu çox həyəcanvericidir.
İnformatikanın insan həyatını
yaxşılaşdırmaq üçün imkanları
bizim əlimizdədir.
Bu gün və burada.
Biz hələ başlanğıcdayıq.
Təşəkkür edirəm.
(Alqışlar)