I wanted to just start
by asking everyone a question:
Neçəniz özünüzü rahatlıqla
lider adlandırırsınız?
Bu sualı ölkənin hər tərəfində soruşmuşam,
və
harada soruşmağımdan asılı olmayaraq
audutoriyada əksəriyyət əlini qaldırmır.
Beləliklə, bu qənaətə gəldim ki, biz liderliyi bizdən
böyük bir məfhuma çevirmişik.
Özümüzdən üstün görürük.
Bunu dünyanı dəyişmək kimi anlayırıq.
Liderlik statusunu bir gün bizim də
layiq olacağımız bir zirvə olaraq
qəbul edir,
özümüzü bu zirvəyə layiq görəndə isə,
bir növ bizə uyğun olmayan lovğalıq
və özündən razılıq hesab edirik.
Bəzən narahat oluram ki,
çox az adamın etdiyi
işlərə heyran olmağa çox vaxt sərf edirik.
Yalnız bu cür işlərin qeyd etməyə
dəyər olduğuna özümüzü o qədər inandırırıq ki,
gündəlik edə biləcəyimiz
dəyişikliklərin
dəyərini bilmir və həqiqi lider
ola bildiyimiz
bu anlara görə insanların bizi təqdir etməsinə
izn vermir, bu anlara görə sevinmirik.
Mən isə şanslıyam ki, son on ildə
liderlik anlayışına məni daha xoşbəxt
edən yeni bir tərif verməyimə kömək
edən möntəşəm insanlarla işləmişəm.
Bu qısa müddətdə isə bu anlayışımın
yaranmasında
ən böyük rol oynayan hekayəni sizinlə
paylaşmaq istəyirəm.
Mən New Brunswick ştatı, Sackville-də
Mount Allison Universitetində oxumuşam.
Orada son günümdə bir qız mənə yaxınlaşıb
dedi:"Səni ilk gördüyüm anı xatırlayıram."
Sonra 4 il əvvəl baş vermiş
bir hekayəni danışdı.
O deyirdi: "Universitetə başlamazdan
bir gün əvvəl
ana və atamla oteldə qalırdım.
Çox qorxmuşdum, hazırlıqsız idim və
oxuya bilməyəcəyimə
inanmışdım ki, gözyaşlarına boğulmuşdum.
Ana atam da qəribə olsa da,
mənə dəstək idilər, "Bilirik ki,
qorxursan, ancaq sabah gedək.
Birinci gün gedək, əgər nə vaxtsa
oxuya bilmədiyini görsən heç nə olmaz.
Bizə de,
qayıdaq evə. Nə olur olsun,
səni sevirik." deyirdilər.
O: "Beləcə növbəti gün,
qeydiyyat üçün sırada gözləyirdim.
Ətrafa baxdım, hiss edirdim ki, oxuya bilməyəcəm.
Hazır deyildim, geri qayıtmalıydım."
Və davam edir: "Bu qərara gəldiyim anda
inanılmaz bir rahatlıq hissinə qapıldım.
Valideynlərimə evə qayıtmalı olduğumuzu
demək üçün çevrildiyim anda
sən tələbə təşkilatı binasından çıxdın.
O günədək gördüyüm ən axmaq şlyapa
var idi başında."(Gülüş)
"Amma gözəl təsadüf idi.
Öd kisəsi fibrozu ilə mübarizə aparan
tələbələr birliyi Shinerama-nı dəstəkləyirdin."
-bu illərlə çalışdığım xeyriyyə işidir-
"və əlində bir qabdolu nabat var idi.
Sırada duranlara nabat paylayır və
Shinerama haqda danışırdın.
Birdən mənə çatanda dayandın,
gözümün içinə baxdın. Bu xoşagəlməz idi."(Gülüş)
Burdakı qız nə demək istədiyimi tam mənasıyla başa düşdü. (Gülüş)
"Və məndən sonrakı oğlana baxıb,
güldün, qabdan bir nabat çıxarıb
oğlana verdin, və dedin,
'Yanındakı belə gözəl bir qıza
mütləq bir nabat verməlisən.'"
Qız davam edir: "Həyatda heç kəsin
belə tez utandığını görməmişdim.
O qıp-qırmızı oldu, hətta mənə baxmadı da.
Beləcə başı-aşağı nabatı mənə uzatdı."
(Gülüş)
"Oğlan üçün elə pis oldum ki,
nabatı götürdüm.
Elə bu an sən üzündə ciddi ifadə
ana və atama baxdın, və belə dedin,
'Görün də, görün. Evdən uzaqda
ilk günüdür, və qızınız artıq tanımadığı
adamlardan
şirni alır?!"(Gülüş)
O deyir: "Hamı gülürdü. Dörd tərəfdən
gülüş səsləri ətrafı bürümüşdü.
Bir az ucuz səslənə bilər, bunu sənə
niyə dediyimi də bilmirəm.
Ancaq hamı gülərkən
geri qayıtmamalı olduğumu hiss etdim.
Burada olmalı olduğumu hiss etdim.
Özümü evimdə hiss etdim. Ondan bəri 4 ildə
səninlə danışmamışam da.
Ancaq eşitdim ki, gedirsən.
Gəldim sənə deyim ki, sən həyatımda
çox mühüm bir insan olmusan.
Sənin üçün darıxacam. Uğurlar.
O çıxıb gedir, mən də qürurlanırdım.
Bir neçə addım uzaqlaşdıqdan sonra
o, geri çevrilib deyir,
"Bunu da bilməlisən yəqin ki.
Həmin oğlanla hələ də görüşürəm."(Gülüş)
Torontoya köçdükdən bir il yarım sonra
onların toyuna dəvətnamə aldım.
Əsas məsələ isə budur ki,
mən bu hadisəni xatırlamıram.
O an haqda heç bir xatirəm yoxdur.
Bütün xatirələrimi geri qaytarmışam,
gülməli bir
hadisə olub, xatırlamalıyam,
ancaq xatırlamıram.
Bu, mənim üçün o qədər göz açıcı və
transformativ bir an olub, kiminsə həyatında
ən böyük təsirim hesab etdiyim an,
4 il sonra hansısa qadının tanımadığı birinə
"Sən həyatımda çox mühüm bir insan olmusan,"
deməyinə səbəb olmuş o anı mən heç xatırlamıram.
Aranızda neçə insanın belə nabat anları olub?
Elə an ki, kiminsə dediyi bir söz ya
etdiyi bir şey
həyatınızda təməl pozitiv
dəyişiklik etsin?
Bəs, neçəniz həmin insana bu
haqda danışmısınız?
Niyə də yox? Biz ad günlərini qeyd edirik.
Bunun üçün sadəcə 365 gün ölmüyüb sağ qalmalıyıq. (Gülüş)
Və həyatımızı yaxşıya doğru dəyişən
insanlar bundan bixəbər yaşayırlar.
İçinizdən hər biriniz belə bir
"nabat anı"nın
səbəbkarı olmusunuz.
Kiminsə həyatını dəyişəcək bir
söz və ya hərəkət
etmədiyinizi fikirləşirsinizsə,
ilk sualımı verəndə əlini qaldırmayan
o insanları düşünün.
Siz də yəqin ki, bunu etdiyinizdən bixəbərsiniz.
Ancaq özümüzü bu qədər güclü saymaq
qorxuludur.
Başqa insanlara belə böyük əhəmiyyət
kəsb etdiyimizi
düşünmək qorxuludur, çünki liderliyi özümüzdən böyük bir şey
hesab etdiyimiz, onu dünyanı dəyişmək kimi
qəbul etdiyimiz müddətcə,
liderliyi özümüzdən və bir-birimizdən
gözləməmək üçün bəhanəmiz olur.
Marianne Williamson deyirdi: "Bizim ən böyük
qorxumuz
özümüzü qeyri-qənaətbəxş saymağımız deyil,
biz əslində hədsiz güclüyük.
Qaranlıq tərəfimiz deyil, işıq tərəfimiz
bizi qorxudur."
Bu gün sizə çağırışım bu qorxunu məğlub etmək üçündür.
Bir-birimizin həyatına necə böyük ölçüdə
təsir edə biləcəyimiz qorxusunu yenməliyik.
Bu qorxuya qalib gəlib, irəli getməliyik ki,
balaca bacı-qardaşlarımız, gələcək
və ya hazırkı uşaqlarımız bizə baxıb
insanların bir-birinin həyatına təsirini pul, güc, titul
və vəzifədən daha yüksək
qiymətləndirsinlər.
Liderlik anlayışını nabat anları ilə bağlamalı,
neçəmizin belə anlara səbəb olduğumuzu,
qeyd etdiyimizi,
neçəsini başqasına ötürdüyümüzü,
neçəsinə görə təşəkkür etdiyimizi düşünməliyik.
Çünki liderliyi dünyanı dəyişməklə əlaqələndiririk,
ancaq dünya dediyimiz şey 6 milyard insanın qavrayışının
məhsuludur və bu insanlardan ancaq birinin anlayışını dəyişə bilsək,
nəyə qadir olduqları fikrini dəyişə bilsək,
bircə insana başqalarının onun üçün necə qayğı göstərdiyini aşılaya bilsək,
bu dünyada dəyişiklik daşıyıcısı olma potensialını bircə adama
çatdıra bilsək, bütün dünyanı dəyişmiş olarıq.
Liderliyi də belə qəbul etsək,
liderlik anlayışını bu yöndə dəyişəcəyimizi
fikirləşsək,
məncə, hər şeyi dəyişə bilərik.
Və məncə, bu, sadə ancaq kiçik olmayan
bir ideyadır.
Bu ideyanı paylaşmağıma icazə verdiyiniz üçün sizə də çox sağolun demək istəyirəm.