1 00:00:00,201 --> 00:00:01,893 Bu gün sizə "Elə indi bu dəqiqə 2 00:00:01,893 --> 00:00:05,101 incəsənətlə məşğul olaq!" çağırışı haqda danışacam. 3 00:00:05,101 --> 00:00:08,158 Adətən bu mövzuda danışmağa başlayanda insanlar 4 00:00:08,158 --> 00:00:10,784 təşvişə düşür, bu ideyaya qarşı çıxırlar. 5 00:00:10,784 --> 00:00:13,778 "İncəsənətlə qarın doymur, işimin bu qədər çox vaxtında nə incəsənət? 6 00:00:13,778 --> 00:00:16,154 Məktəbə də gedirəm axı, hələ iş də tapmalıyam. 7 00:00:16,154 --> 00:00:18,441 İşim çoxdur, axı uşaqları kursa da yazdırmaq lazımdı. 8 00:00:18,441 --> 00:00:23,976 Görüləsi bu qədər işin arasında elə bir incəsənətlə məşğul olmağım çatışmır." deyə fikirləşirlər. 9 00:00:23,976 --> 00:00:27,437 İncəsənətlə məşğul olamamaq üçün o dəqiqə yüzlərlə bəhanə uydururuq. 10 00:00:27,437 --> 00:00:28,992 Sizə də elə gəlmir? 11 00:00:28,992 --> 00:00:30,815 İncəsənətlə məşğul olmamaq üçün çoxlu səbəblər tapırıq, 12 00:00:30,815 --> 00:00:33,375 niyə məşğul olmalı olduğumuzdan isə əmin deyilik. 13 00:00:33,375 --> 00:00:35,068 İncəsənətlə məşğul olmamaq üçün bəhanələrimiz 14 00:00:35,068 --> 00:00:38,971 həddindən artıq çox, olmaq səbəbimiz isə yoxdur. 15 00:00:38,971 --> 00:00:43,346 Görəsən nəyə görə heç kəs artist olmaq haqda danışmaq istəmir? 16 00:00:43,346 --> 00:00:47,214 Bəlkə də bu insanların çoxu artist olmaq üçün xüsusi istedada 17 00:00:47,214 --> 00:00:52,266 malik olmağın, yaxud xüsusi təhsilin lazım olduğunu düşündüyünə görədir. 18 00:00:52,266 --> 00:00:56,609 Burada əyləşən insanların çoxu da, artist olmaq üçün yaşlarının keçdiyini düşünə bilərlər. 19 00:00:56,609 --> 00:01:01,227 Çox adam bu cür düşünsə də, mən bu fikirlərlərlə razılaşmıram. 20 00:01:01,227 --> 00:01:03,696 Və niyə razılaşmadığım haqda danışmaq istəyirəm. 21 00:01:03,696 --> 00:01:05,498 Birincisi, biz hamımız sənətçi olaraq dünyaya gəlirik. 22 00:01:05,498 --> 00:01:08,542 Yəqin ki evdə uşağı olanlar bilər. 23 00:01:08,542 --> 00:01:13,427 Uşaqların bütün hərəkətləri incəsənətdir. 24 00:01:13,427 --> 00:01:16,005 Divara rəngli karandaşla şəkil çəkmək, 25 00:01:16,005 --> 00:01:19,157 televizorda musiqi səslənən kimi özlərinin kəşf etdiyi 26 00:01:19,157 --> 00:01:23,015 rəqsləri ifa etmək kimi hərəkətlərin hamısı. 27 00:01:23,015 --> 00:01:28,301 Qəribə rəqs və mahnıları ilə hamını bezdirirlər. 28 00:01:28,301 --> 00:01:32,275 Ancaq öz uşağı olduğuna görə "artistliklərinə" dözən 29 00:01:32,275 --> 00:01:37,472 ev sakinləri də tez-tez uşaqların yorucu olduğundan 30 00:01:37,472 --> 00:01:40,751 şikayətlənirlər. 31 00:01:40,751 --> 00:01:43,906 Evin içində öz-özlərinə oynamaqlarını da 32 00:01:43,906 --> 00:01:47,452 incəsənət sahəsi - mono-tamaşa adlandırmaq olar. 33 00:01:47,452 --> 00:01:50,131 Bəzi uşaqlar da azca böyüyən kimi 34 00:01:50,131 --> 00:01:52,151 yalan danışmağa başlayırlar. 35 00:01:52,151 --> 00:01:57,242 Analar xüsusilə uşaqlarının ilk yalan danışdığı anı yaxşı xatırlayır, elə də 36 00:01:57,242 --> 00:01:58,587 xoş qarşılamırlar. 37 00:01:58,587 --> 00:02:02,155 "Axır ki uşağın əsl üzünü gördük, hə!" "Atan kimi yalan 38 00:02:02,155 --> 00:02:05,361 danışa-danışa axırın necə olacaq?" Deyinərək, uşaqları tənbeh edirlər. 39 00:02:05,361 --> 00:02:06,932 Əslində isə uşaqların 40 00:02:06,932 --> 00:02:13,152 yalan danışmağa başlaması bədii ədəbiyyata başlaması deməkdir. (Gülüş) 41 00:02:13,152 --> 00:02:15,340 Bu, gözlə görə bilmədikləri şeylər haqda danışmaqlarıdır. 42 00:02:15,340 --> 00:02:17,131 Qeyri-adi, bir o qədər də sevindirici haldır. 43 00:02:17,131 --> 00:02:19,198 Valideyinlər həmin anı bayram etməlidirlər. (Gülüş) (Alqış) 44 00:02:19,198 --> 00:02:23,355 "Bizim uşaq da axır ki yalan danışmağa başladı!" 45 00:02:23,355 --> 00:02:25,584 - deyib bayram etməlidirlər. 46 00:02:25,584 --> 00:02:28,973 Misal üçün uşaqları "Ana, bugün bağçadan evə gələndə yadplanetli gördüm!" 47 00:02:28,973 --> 00:02:33,424 deyəndə analar, "Boş-boş danışma." deyib tənbeh edirlər. 48 00:02:33,424 --> 00:02:37,040 Ancaq ideal valideyn belə cavab verməlidir: 49 00:02:37,040 --> 00:02:40,112 "Hə? Yadplanetli? Nəyə oxşuyurdu? Sənə nəsə dedi? 50 00:02:40,112 --> 00:02:41,816 Harda gördün?" "Mağazanın qabağında?" 51 00:02:41,816 --> 00:02:44,138 Uşaqlarla belə söhbət etməyə davam edəndə uşaqlar əvvəl 52 00:02:44,138 --> 00:02:50,513 elə-belə dedikləri yalanın davamını gətirməyə məcbur olurlar. 53 00:02:50,513 --> 00:02:52,677 Beləcə söhbət uzanıb hekayəyə çevrilir. 54 00:02:52,677 --> 00:02:57,154 Bir az primitiv hekayə olsa da, 55 00:02:57,154 --> 00:03:00,970 bir cümləni əsas götürüb başqa cümlə yaratmaq, 56 00:03:00,970 --> 00:03:05,038 bütün əsl yazıçıların da yazı üsuludur. 57 00:03:05,038 --> 00:03:07,417 Mahiyyətcə hər ikisi eyni işdir. 58 00:03:07,417 --> 00:03:10,103 Rolan Bart bir dəfə Floberin romanı haqda belə bir fikir bildirib: 59 00:03:10,103 --> 00:03:12,709 "Flober əsər yazmayıb, sadəcə bir cümləni 60 00:03:12,709 --> 00:03:15,714 digərinin ardına düzüb. 61 00:03:15,714 --> 00:03:20,441 Floberin əsərinin məğzi isə həmin cümlələr arasındakı Erosdur." 62 00:03:20,441 --> 00:03:23,224 Və düz də deyib. Ədəbi əsər - birinci cümləni yazıb, 63 00:03:23,224 --> 00:03:26,683 o cümləyə zidd olmayan digər cümlələri 64 00:03:26,683 --> 00:03:28,388 yazmaqdır. 65 00:03:28,388 --> 00:03:29,897 Bu üsulla davam edərək bədii əsər yaranır. 66 00:03:29,897 --> 00:03:31,963 Bu cümləyə baxaq. (Cümlə): "Bir gün 67 00:03:31,963 --> 00:03:34,430 iztirablı yuxudan oyanan Qreqor Samsa, uzandığı yataqda çirkin iri böcəyə döndüyünü dərk edir." 68 00:03:34,430 --> 00:03:36,876 Bəli, Kafkanın "Metamorfoz" əsərinin ilk cümləsidir. 69 00:03:36,876 --> 00:03:40,044 Yola verməyin çətin olduğu belə bir cümlənin davamını (Gülüş) 70 00:03:40,044 --> 00:03:42,492 gətirə bilmək üçün də bütün bir kitab yazıb. 71 00:03:42,492 --> 00:03:46,921 Beləliklə müasir ədəbiyyatın şah əsəri sayılan "Metamorfoz" yaranıb. 72 00:03:46,921 --> 00:03:49,670 Bu cümləni yazıb, atasına göstərmiyib. 73 00:03:49,670 --> 00:03:51,994 Atası ilə arası elə də yaxşı deyilmiş. 74 00:03:51,994 --> 00:03:55,790 Özü cümlənin davamını gətirməyə çalışıb. Atasına göstərsəydi, 75 00:03:55,790 --> 00:03:59,053 atası yəqin, "Oğlum axır ki başını itirdi." deyərdi. 76 00:03:59,053 --> 00:04:00,965 Əslində incəsənət bir qədər də dəli olmağı tələb edir. 77 00:04:00,965 --> 00:04:03,212 İkinci addım cümlələrin davamını gətirməkdir ki, 78 00:04:03,212 --> 00:04:06,473 bu da uşaqların yalan danışmağından çox da 79 00:04:06,473 --> 00:04:08,004 fərqlənmir. 80 00:04:08,004 --> 00:04:11,130 Yalan danışmaq - uşaqların yaradıcılığa doğru ilk addımlarıdır. 81 00:04:11,130 --> 00:04:13,691 Uşaqlar bu yolla incəsənətlə məşğul olurlar. 82 00:04:13,691 --> 00:04:15,116 Yorulmaq bilmədən etdiklərindən də zövq alırlar. 83 00:04:15,116 --> 00:04:16,877 Bir neçə gün əvvəl Cecu adasında idim, 84 00:04:16,877 --> 00:04:21,989 Uşaqlar boş buraxılan kimi su ilə oynayırdılar, uşaqların çoxu suyu xoşlayır. 85 00:04:21,989 --> 00:04:24,896 Ancaq bəziləri sahildə oynayır, qumdan qala düzəldirdilər. 86 00:04:24,896 --> 00:04:27,140 Gah dağ, gah dəniz, dəniz yox təbii... 87 00:04:27,140 --> 00:04:31,087 gah adam, gah da it heykəli düzəldirdilər. 88 00:04:31,087 --> 00:04:32,500 Valideyinlər də hey 89 00:04:32,500 --> 00:04:34,263 "Dalğa gəlib hamısını yuyub aparacaq." 90 00:04:34,263 --> 00:04:36,085 deyib uşaqları yayındırmağa çalışırdılar. 91 00:04:36,085 --> 00:04:37,229 Boşuna vaxt itirmək olsa da 92 00:04:37,229 --> 00:04:39,095 uşaqlar buna fikir vermirdilər. 93 00:04:39,095 --> 00:04:40,266 Etdiklərindən zövq alırdılar. 94 00:04:40,266 --> 00:04:42,432 Bütün vaxtı qumun içində idilər. 95 00:04:42,432 --> 00:04:44,698 Belə oyunları da kimsə dediyinə görə etmirlər. 96 00:04:44,698 --> 00:04:46,294 İş yerində müdirin əmri də deyil, 97 00:04:46,294 --> 00:04:49,219 ancaq özləri üçün edirlər. 98 00:04:49,219 --> 00:04:54,615 Yəqin ki, hamımızın uşaqlıqda belə primitiv incəsənətdən 99 00:04:54,615 --> 00:04:58,977 zövq aldığımız olub. Bəzən tələbələrimə ən xoşbəxt uşaqlıq xatirəniz haqda yazın - deyirəm. 100 00:04:58,977 --> 00:05:04,901 Uşaqların çoxu bu primitiv sənət əsərləri haqda danışmağı sevirlər. 101 00:05:04,901 --> 00:05:07,656 Piano çalmağı öyrənib etdikləri ilk ifaları, məsələn. 102 00:05:07,656 --> 00:05:12,672 Dostu ilə birlikdə oynadığı ilk qısa səhnəcik, necə utanmaqları... 103 00:05:12,672 --> 00:05:16,023 Yaxud analoq kamera ilə çəkib çap etdiyi ilk şəkil... 104 00:05:16,023 --> 00:05:18,346 Belə yaradıcılıqlarından danışmağı sevirlər. 105 00:05:18,346 --> 00:05:20,611 Hamının belə anları olduğuna inanıram. 106 00:05:20,611 --> 00:05:22,544 Bu mərhələyə qədər incəsənət xoşbəxtlik gətirir. 107 00:05:22,544 --> 00:05:24,221 Bu, kiminsə əmr etdiyi iş olmadığına görədir. 108 00:05:24,221 --> 00:05:26,754 İş isə elə də sevinc gətirən bir peşə deyil. 109 00:05:26,754 --> 00:05:29,855 Fransız yazıçı Mişel Turnenin bir məhşur ifadəsi var. 110 00:05:29,855 --> 00:05:31,545 Bir az mübahisəli ifadə olsa da: 111 00:05:31,545 --> 00:05:36,517 "İş insanın təbiətinə ziddir. İş görərkən yorulmağımız da bunun sübutudur." Düz demiyib sizcə? (Gülüş) 112 00:05:36,517 --> 00:05:38,002 Təbiidirsə, axı insan niyə yorulur? 113 00:05:38,002 --> 00:05:39,663 Nə qədər gəzib kef etsək də yorulmuruq. 114 00:05:39,663 --> 00:05:41,098 Bütün günü olsa belə. 115 00:05:41,098 --> 00:05:43,531 Bircə gecə davamlı işlədikdə isə əlavə pul alırıq. 116 00:05:43,531 --> 00:05:46,815 Niyə? Təbii ki, çətin olduğuna görə. 117 00:05:46,815 --> 00:05:51,497 Uşaqlar isə zövq almaq və əylənmək üçün incəsənətlə məşğul olurlar. 118 00:05:51,497 --> 00:05:54,231 Şəkilləri satmaq üçün çəkmir, ailələrini dolandırmaq 119 00:05:54,231 --> 00:05:57,256 üçün pianino çalmırlar. 120 00:05:57,256 --> 00:06:00,032 Bütün uşaqlar bunu pulsuz edir - demək də düz olmaz. 121 00:06:00,032 --> 00:06:01,334 Bu şəxsi tanıdınız, hə? 122 00:06:01,334 --> 00:06:05,420 Bu, ailəsini dolandıra bilmək üçün Avropanı gəzib 123 00:06:05,420 --> 00:06:07,310 konsertlər vermiş Volfqanq Amadey Motsartdır. 124 00:06:07,310 --> 00:06:10,273 Bu uşaq isə bir neçə əsr əvvəl yaşadığından, əsas fikrimə istinad olaraq qəbul edək. 125 00:06:10,273 --> 00:06:14,138 Hansısa bir yaşdan sonra isə sevimli oyunumuz olan incəsənət sona çatır. 126 00:06:14,138 --> 00:06:17,528 Uşaqlar kursa, dərsə getməli olur, ev tapşırığı etməli, 127 00:06:17,528 --> 00:06:21,046 pianino, balet kimi dərslərə də getməli olurlar. 128 00:06:21,046 --> 00:06:22,815 Ancaq hamısı maraqsız olur. 129 00:06:22,815 --> 00:06:26,147 Etməli olduqları və başqaları ilə rəqabət aparmalı olduqlarına görədir. 130 00:06:26,147 --> 00:06:31,739 İbtidai sinifdə oxuya-oxuya evdə divarları yazsa, 131 00:06:31,739 --> 00:06:35,654 uşaq anası tərəfindən yaxşıca məzəmmət olunar. 132 00:06:35,654 --> 00:06:39,521 Ancaq bu tərəf də deyil. 133 00:06:39,521 --> 00:06:42,101 Yaş artıb incəsənətlə məşğul olduqda özümüz də 134 00:06:42,101 --> 00:06:45,769 bizi kiminsə yoxladığı hissinə qapılırıq. 135 00:06:45,769 --> 00:06:51,824 Yaradıcılığımız məhdudlanır, daimi hərəkətlərimizə nəzarət etməli oluruq. 136 00:06:51,824 --> 00:06:58,011 Bu da mənim hekayəm: 8-ci sinifdə oxuyurdum. Kyonqbuk sarayında rəsm yarışına getmişdik. 137 00:06:58,011 --> 00:07:00,918 Ürəkdən rəsim çəkirdim. 138 00:07:00,918 --> 00:07:04,506 Bu zaman müəllimim yaxınlaşıb, "Neyniyirsən sən?" soruşdu. 139 00:07:04,506 --> 00:07:06,320 "Ürəyimdən keçəni çəkirəm." 140 00:07:06,320 --> 00:07:08,223 "Bəs niyə tünd rənglər işlədirsən?" 141 00:07:08,223 --> 00:07:10,603 Rəsmimi ancaq tünd rənglə boyayırdım. 142 00:07:10,603 --> 00:07:13,672 Mən də cavab verdim, 143 00:07:13,672 --> 00:07:16,919 "Qaranlıq gecədə ağaca qonan qarğa çəkirəm." 144 00:07:16,919 --> 00:07:17,917 Müəllimim də, 145 00:07:17,917 --> 00:07:23,239 "Hə düz deyirsən, şəkil çəkmək bacarığın olmasa da 146 00:07:23,239 --> 00:07:25,974 hekayə danışmaqda yaxşısan." desəydi nə vardı ki. 147 00:07:25,974 --> 00:07:28,742 "Bir bura gəl." deyib (Gülüş) 148 00:07:28,742 --> 00:07:30,346 "Tez çıx bura!" qışqırıb 149 00:07:30,346 --> 00:07:33,028 "Burda sarayı, sarayın bağçasını çəkmək 150 00:07:33,028 --> 00:07:35,463 əvəzinə təkcə qara quş çəkirsən?" deyə-deyə 151 00:07:35,463 --> 00:07:37,147 mənimlə birlikdə bayıra çıxdı. 152 00:07:37,147 --> 00:07:39,167 Şagirdlərin içində qızlar da çox idi, 153 00:07:39,167 --> 00:07:40,718 bir sözlə, biabır olmuşdum. 154 00:07:40,718 --> 00:07:45,170 Uşaq vaxtı belə tənbeh, nəsihətlərin heç birindən nəticə çıxarmadığıma görə 155 00:07:45,170 --> 00:07:48,383 tez-tez danlanırdım. 156 00:07:48,383 --> 00:07:52,901 İdeal müəllim olsaydı, indicə dediyim kimi, 157 00:07:52,901 --> 00:07:55,214 "Şəkil çəkmək bacarığın olmasa da, 158 00:07:55,214 --> 00:07:58,589 yaxşı hekayə yaratmaq bacarığın var" deyib məni ruhlandırardı. 159 00:07:58,589 --> 00:08:02,041 Ancaq belə müəllimlər çox az tapılır. 160 00:08:02,041 --> 00:08:05,004 Sonralar universitetə başlayıb müasir Avropa muzeylərinə 161 00:08:05,004 --> 00:08:06,905 gedəndə, o hadisəni ədalətsizlik olaraq qəbul etdim. 162 00:08:06,905 --> 00:08:12,303 Orda belə şəkillər də var idi. (Gülüş) (Alqış) 163 00:08:12,303 --> 00:08:16,628 Mən cəza olaraq şəklim ağzımda sarayın önündə durarkən, 164 00:08:16,628 --> 00:08:22,021 belə şəkillər Basel kimi muzeylərdə asılır. 165 00:08:22,021 --> 00:08:25,027 Bax, bu adicə divar kağızına oxşayır. 166 00:08:25,027 --> 00:08:26,943 Sonralar öyrənirəm ki, müasir incəsənətçilər 167 00:08:26,943 --> 00:08:30,888 bu kimi əsərlərini mənim kimi təsvir də etmirlər. 168 00:08:30,888 --> 00:08:34,221 Çoxu da "adsız"dırlar (untitled). 169 00:08:34,221 --> 00:08:37,322 Qısası 20-ci əsr müasir incəsənət deyilən şey, 170 00:08:37,322 --> 00:08:42,691 qəribə bir şey düzəldib, boşluğu izah etmək və mülahizələrlə 171 00:08:42,691 --> 00:08:44,170 doldurmaqdan ibarətdir. 172 00:08:44,170 --> 00:08:46,918 Mənim səviyyəm çox aşağı da olsa, 173 00:08:46,918 --> 00:08:50,207 bir az daha tanınmış nümunələrə baxaq; 174 00:08:50,207 --> 00:08:52,808 Bu əsər Pablo Pikassonundur, 175 00:08:52,808 --> 00:08:58,609 velosipedin oturacağı ilə rolunu birləşdirib, "öküz başı" adlandırıb. 176 00:08:58,609 --> 00:09:03,253 Başqa bir nümunə; Düşan, çanağı 177 00:09:03,253 --> 00:09:04,847 belə yerləşdirib, "Fəvvarə" adlandırıb. 178 00:09:04,847 --> 00:09:09,297 Bu misallarda olduğu kimi, müasir incəsənət qəribə 179 00:09:09,297 --> 00:09:13,424 nə isə yaradıb, ona hekayə ilə həyat qazandırmaqdan ibarətdir. 180 00:09:13,424 --> 00:09:14,812 Pikasso belə deyib: 181 00:09:14,812 --> 00:09:18,989 "Mən gördüyümü deyil, düşündüyümü çəkirəm." 182 00:09:18,989 --> 00:09:21,506 Bunu o vaxt bilsəydim, bağçanı çəkməyimin 183 00:09:21,506 --> 00:09:25,577 şərt olmadığını müəllimə deyərdim. 184 00:09:25,577 --> 00:09:29,379 Bədbəxtlikdən, incəsənətin qoruyucularına qarşı qoyub, 185 00:09:29,379 --> 00:09:34,866 savaşmağa başlamazdan əvvəl içimizdəki yaradıcı uşaq ölür. 186 00:09:34,866 --> 00:09:36,471 Bu uşaq özünə qapanır, 187 00:09:36,471 --> 00:09:37,554 bu da bizim faciəmizdir. 188 00:09:37,554 --> 00:09:42,814 Bu içimizdəki yaradıcı uşaq yox olanda necə olur? 189 00:09:42,814 --> 00:09:44,197 Arzularımız tam da yox olmur. 190 00:09:44,197 --> 00:09:47,294 Özümüzü ifadə etmək, göstərmək istəyirik, 191 00:09:47,294 --> 00:09:52,532 ancaq içimizdəki ölü sənətkar özünü ancaq qaranlıqda göstərir. 192 00:09:52,532 --> 00:09:55,499 Belələri karaokedə "She is Gone", 193 00:09:55,499 --> 00:09:58,041 "Hotel California" oxuyur, 194 00:09:58,041 --> 00:10:00,361 xəlayı gitarlarını çalırlar. 195 00:10:00,361 --> 00:10:02,603 Çox pis oxuyurlar, həqiqətən. 196 00:10:02,603 --> 00:10:05,082 Bir gecəlik roker olurlar. 197 00:10:05,082 --> 00:10:07,155 Ya da klublarda rəqs edir, 198 00:10:07,155 --> 00:10:10,557 hekayə yazacaq insanların gecə 199 00:10:10,557 --> 00:10:13,567 səhərə qədər internetdə 200 00:10:13,567 --> 00:10:16,962 qaranlıq yerlərdə yazıları çıxır. 201 00:10:16,962 --> 00:10:20,915 Ya da uşaqlarıyla oynayarkən özü oyuna qapılan atalar var. 202 00:10:20,915 --> 00:10:23,900 Uşaqları ilə Leqo bloku, robot modeli düzəldirlər. (Gülüş) 203 00:10:23,900 --> 00:10:25,633 "Sakit otur, mən düzəldərəm."deyirlər, 204 00:10:25,633 --> 00:10:27,268 uşaqlar həvəsdən düşüb başqa oyuna başlasalar da, 205 00:10:27,268 --> 00:10:31,277 ataları təkcə qala tikir. 206 00:10:31,277 --> 00:10:35,755 İçimizdəki yaratmaq hissi məhdudlanır, amma yox olmur. 207 00:10:35,755 --> 00:10:39,547 Çox vaxt bu hiss neqativ formada, qibtə halında üzə çıxır. 208 00:10:39,547 --> 00:10:44,841 Bilirsiniz də, "Məni televizorda göstərsəydilər gözəl olardı." kimi mahnı var. 209 00:10:44,841 --> 00:10:48,669 Niyə gözəl olardı? Çünki televizorda bizim etmək, 210 00:10:48,669 --> 00:10:50,609 olmaq istədiyimiz, ancaq ola bilmədiyimiz adamlar çox olur. 211 00:10:50,609 --> 00:10:56,738 Mahnı oxuyur, rəqs edir, rollar ifa edir və buna görə alqışlanırlar da. 212 00:10:56,738 --> 00:10:59,888 Buna görə də, onlara qibtə edirik. 213 00:10:59,888 --> 00:11:03,982 Pultu götürüb, deyinməyə başlayırıq. 214 00:11:03,982 --> 00:11:09,835 "Buna aktyorluq deyirsən? Belə oxumaq olar? Səsi yoxdu bunun." 215 00:11:09,835 --> 00:11:12,125 Belə ifadələr işlədirik. 216 00:11:12,125 --> 00:11:15,068 İçimizdəki qısqanclıq bəd əməlimiz deyil, 217 00:11:15,068 --> 00:11:19,605 mənim fikrimcə, içimizdə qapalı qalmış 218 00:11:19,605 --> 00:11:23,191 yaradıcı uşağın varlığındandır. 219 00:11:23,191 --> 00:11:25,029 Bəs nə etməli? 220 00:11:25,029 --> 00:11:25,806 İndi deyim: 221 00:11:25,806 --> 00:11:29,000 Bu dəqiqə öz yaradıcılığımızı işə salmalıyıq. 222 00:11:29,000 --> 00:11:30,009 Televizoru söndürüb, 223 00:11:30,009 --> 00:11:32,458 internetdən çıxıb, 224 00:11:32,458 --> 00:11:35,158 nəyəsə başlamaq lazımdır. 225 00:11:35,158 --> 00:11:36,893 Teatr məktəbində dərs deyərkən 226 00:11:36,893 --> 00:11:39,627 mən keçməsəm də teatr elmi adlı bir dərs var idi. 227 00:11:39,627 --> 00:11:43,817 Bu dərsi götürən hər tələbə bir pyes hazırlamalı idi. 228 00:11:43,817 --> 00:11:47,929 Ancaq yaxşı rol ifa etmək bacarığı olana rol verilmirdi. 229 00:11:47,929 --> 00:11:49,949 O, misal üçün, dramaturq olurdu. Dramaturq olaraq 230 00:11:49,949 --> 00:11:52,673 məktəbə başlayana isə səhnə dekorasiyası tapşırılır, 231 00:11:52,673 --> 00:11:54,969 birlikdə tamaşa ərsəyə gəlirdi. 232 00:11:54,984 --> 00:11:58,732 Əvvəl tələbələr edə biləcəklərindən əmin olmasalar da, 233 00:11:58,732 --> 00:12:03,295 vaxt keçdikcə bu işi sevirdilər. Tamaşa tapşırığını sevməyən adam demək olar görməmişəm. 234 00:12:03,295 --> 00:12:07,457 Məktəb, ordu, hətta dispanserlərdə də bu tapşırıq sevinclə qarşılanır. 235 00:12:07,457 --> 00:12:12,353 Əsgərlikdə olarkən, ondan sonra da bir neçə yerdə buna şahid olmuşam. 236 00:12:12,353 --> 00:12:15,285 Mənim başıma da belə bir iş gəlib: 237 00:12:15,285 --> 00:12:18,919 Yazıçılıq dərsində tələbələrə bir tapşırıq vermişdim. 238 00:12:18,919 --> 00:12:24,819 Tələbələrin çoxunun ixtisası yazıçılıq deyildi. 239 00:12:24,819 --> 00:12:29,396 Ən çox rəssam ya da musiqi ixtisaslı tələbələr var idi. Yazıçılıqda özlərinə inamları isə yox idi. 240 00:12:29,396 --> 00:12:33,123 Buna görə, ağ kağızı paylayıb belə tapşırıq verdim: 241 00:12:33,123 --> 00:12:34,737 Asan bir mövzuda, məsələn, uşaqlıqda 242 00:12:34,737 --> 00:12:37,251 ən pis xatirəniz haqda yazın - deyirdim. 243 00:12:37,251 --> 00:12:41,164 Ancaq dəli kimi yazın deyirdim, ağlınıza gələni. 244 00:12:41,164 --> 00:12:43,897 Partaların arası ilə gəzir, 245 00:12:43,897 --> 00:12:47,641 onları ruhlandırırdım, "Tez olun, yazın." Bir-iki saat beləcə yazırdılar. 246 00:12:47,641 --> 00:12:50,849 Əvvəl 5 dəqiqə fikirləşib sonra hey yazırdılar. 247 00:12:50,849 --> 00:12:54,071 Belə dəli kimi yazmalarını istəməkdə səbəbim, 248 00:12:54,071 --> 00:12:56,829 yavaş-yavaş yazanda çox fikirləşmələridir, 249 00:12:56,829 --> 00:12:59,276 artistin şeytan üzü ortaya çıxır. 250 00:12:59,276 --> 00:13:03,308 Bu şeytan yazmamağımız üçün 251 00:13:03,308 --> 00:13:06,238 yüzlərlə səbəb ortaya atır, bizə 252 00:13:06,238 --> 00:13:09,073 "Başqalarınə gülüş yeri olacaqsan. Bu yazdığın yazı deyil. 253 00:13:09,073 --> 00:13:10,623 Cümlədi bu? Xəttinə bax!" 254 00:13:10,623 --> 00:13:12,200 kimi şeylər deyir. 255 00:13:12,200 --> 00:13:14,704 Bu şeytan bizə çatmamış tez-tez yazmalıyıq. 256 00:13:14,704 --> 00:13:18,776 Gördüyüm ən yaxşı yazılar, vaxt azadlığı verdiyim 257 00:13:18,776 --> 00:13:21,449 tapşırıqların içindən deyil, 40 dəqiqə ya bir saat içində 258 00:13:21,449 --> 00:13:24,933 qarşımda əyləşib qələmlə yazılmış 259 00:13:24,933 --> 00:13:28,335 yazıların içindən çıxırdı. 260 00:13:28,335 --> 00:13:30,174 Uşaqlar trans halında olurlar. 261 00:13:30,174 --> 00:13:34,636 30-40 dəqiqədən sonra nə yazdıqlarını bilmirlər. 262 00:13:34,636 --> 00:13:37,601 Bu anlarda arxalarınca düşən şeytan onlardan əl çəkir. 263 00:13:37,601 --> 00:13:39,310 Belə nəticəyə gəlirəm: 264 00:13:39,310 --> 00:13:43,325 Sənətkar olmamağımız üçün yüzlərlə səbəb deyil, 265 00:13:43,325 --> 00:13:47,575 bircə özümüzün olmalı olduğumuz səbəbi bizi sənətkar edir. 266 00:13:47,575 --> 00:13:49,284 Ola bilməmək səbəblərimiz önəmli deyil. 267 00:13:49,284 --> 00:13:52,434 Sənətkarların çoxu ancaq bu bircə səbəbdən sənətkar olublar. 268 00:13:52,434 --> 00:13:56,104 İndicə içimizdəki şeytana qarşı çıxıb sənətimizə başlamağın vaxtıdır. 269 00:13:56,104 --> 00:13:58,438 Düşmənlərimiz də bu anda ortaya çıxır. 270 00:13:58,438 --> 00:14:01,294 Çoxu valideynlərimiz cildinə girirlər. (Gülüş) 271 00:14:01,294 --> 00:14:04,395 Ya da həyat yoldaşımızın cildinə. 272 00:14:04,395 --> 00:14:06,163 Onlar sizin ailəniz, həyat yoldaşınız deyil. 273 00:14:06,163 --> 00:14:09,057 Onlar şeytanlardır. (Gülüş) 274 00:14:09,057 --> 00:14:11,001 Qısa müddətlik göydən yerə eniblər ki, 275 00:14:11,001 --> 00:14:14,947 bizi incəsənətlə məşğul olmaqdan yayındırsınlar. 276 00:14:14,947 --> 00:14:16,869 Onların sehrli sualları var. 277 00:14:16,869 --> 00:14:23,027 Biz "Aktyorluğu öyrənmək istəyirəm, teatr məktəbinə yazılmaq istəyirəm," yaxud 278 00:14:23,027 --> 00:14:27,504 "İtalyan mahnıları öyrənmək istəyirəm."deyəndə "Hə, teatr? Onunla neyləyəcəksən ki?" 279 00:14:27,504 --> 00:14:31,166 sualını verirlər. Bu "Onunla neyləyəcəksən ki?" sehrli sualıdır. 280 00:14:31,166 --> 00:14:34,878 Ancaq incəsənət nəsə etmək üçün edilən bir şey deyil. 281 00:14:34,878 --> 00:14:37,132 İncəsənət maraqdan yaranır. 282 00:14:37,132 --> 00:14:41,272 O bizim ruhumuzu azad edib, xoşbəxt yaşamağımıza gətirib çıxarır. 283 00:14:41,272 --> 00:14:46,778 İçki və narkotik maddəsiz xoşbəxt olub, özümüzü ifadə etməyimizə kömək edir. 284 00:14:46,778 --> 00:14:51,103 Buna görə də, praqmatik insanların bu sualına 285 00:14:51,118 --> 00:14:53,537 aydın cavab vermək lazımdır. 286 00:14:53,537 --> 00:14:57,981 "Xoşuma gəldiyi, maraqlı olduğuna görə edirəm. Bağışla ki, maraqlanıram." 287 00:14:57,981 --> 00:15:02,006 "Mən birinci başlayacam." deməyi bacaran insan olmaq lazımdır. 288 00:15:02,006 --> 00:15:07,106 Mənim arzuladığım gələcək, hamının ən azından 289 00:15:07,106 --> 00:15:10,887 bircə sahədə yaradıcı olacağı bir gələcəkdir. 290 00:15:10,887 --> 00:15:14,056 Nyu Yorkda taksiyə minmişdim. Arxa oturacaqda oturmuşdum. 291 00:15:14,056 --> 00:15:18,213 Taksinin ön oturacağında teatrla bağlı nə isə yazı asılmışdı. 292 00:15:18,213 --> 00:15:19,350 Nə olduğunu soruşdum. 293 00:15:19,350 --> 00:15:23,395 Sürücü, öz profilimdir - dedi. "Sən nəçisən ki?" sualıma, aktyoram - deyə cavab verdi. 294 00:15:23,395 --> 00:15:26,818 Sürücü olsa da teatrda aktyorluq edirdi. "Hansı rolu oynayırsan?" 295 00:15:26,818 --> 00:15:28,844 soruşanda fəxrlə "Kral Lir." deyə cavab verdi. 296 00:15:28,844 --> 00:15:30,289 "Kral Lir" 297 00:15:30,289 --> 00:15:31,915 "Kim deyə bilər ki, mən kiməm?" Kral Lir pyesindən məşhur cümlədir. 298 00:15:31,915 --> 00:15:35,306 Mən də belə dünya arzulayıram. 299 00:15:35,306 --> 00:15:39,241 Kimsə günorta qolfla məşğuldur, gecələrisə yazıçıdır. 300 00:15:39,241 --> 00:15:41,760 Yaxud həm taksiçi, həm aktyordur, həm bank işçisi, həm rəssamdır. 301 00:15:41,760 --> 00:15:47,336 Gizli ya açıq-aşkar, öz sənətləri ilə məşğuldurlar. 302 00:15:47,336 --> 00:15:52,207 1990-ci ildə modern rəqs əfsanəsi Marta Qraham Koreyaya gəldi. 303 00:15:52,207 --> 00:15:57,963 90 yaşlarındakı böyük sənətkar Kimpo Hava limanına çatanda, 304 00:15:57,979 --> 00:16:01,044 bir jurnalist ona tipik bir sual verdi: 305 00:16:01,044 --> 00:16:03,651 "Böyük rəqqas olmaq üçün nə etmək lazımdır? 306 00:16:03,651 --> 00:16:06,231 Koreyalı rəqqaslara məsləhətiniz nədir?" 307 00:16:06,231 --> 00:16:11,226 Şəklin çəkildiyi 48-ci ildə artıq dahi sənətkar sayılan şəxsə 308 00:16:11,226 --> 00:16:13,417 90-ci ildə belə bir sual verdi. 309 00:16:13,417 --> 00:16:16,101 O da belə cavab verdi: 310 00:16:16,101 --> 00:16:20,018 "Just do it."[Sadəcə et.](Gülüş) 311 00:16:20,018 --> 00:16:21,536 Təsirli cavab idi. 312 00:16:21,536 --> 00:16:25,628 Bu üç sözü deyib, gəliş zalını tərk etdi. 313 00:16:25,628 --> 00:16:28,859 İndi bizə lazım olan nədir? 314 00:16:28,859 --> 00:16:32,585 Elə bu dəqiqə incəsənətlə məşğul olmaq. Necə? 315 00:16:32,585 --> 00:16:33,577 Just do it. 316 00:16:33,577 --> 00:16:35,191 Çox sağ olun. 317 00:16:35,191 --> 00:16:36,995 (Alqış)