Bu gün sizə "Elə indi bu dəqiqə
incəsənətlə məşğul olaq!" çağırışı
haqda danışacam.
Adətən bu mövzuda danışmağa başlayanda
insanlar
təşvişə düşür, bu ideyaya qarşı çıxırlar.
"İncəsənətlə qarın doymur, işimin bu
qədər çox vaxtında nə incəsənət?
Məktəbə də gedirəm axı, hələ iş də tapmalıyam.
İşim çoxdur, axı uşaqları kursa da yazdırmaq
lazımdı.
Görüləsi bu qədər işin arasında elə bir incəsənətlə
məşğul olmağım çatışmır." deyə fikirləşirlər.
İncəsənətlə məşğul olamamaq üçün
o dəqiqə yüzlərlə bəhanə uydururuq.
Sizə də elə gəlmir?
İncəsənətlə məşğul olmamaq üçün
çoxlu səbəblər tapırıq,
niyə məşğul olmalı olduğumuzdan isə
əmin deyilik.
İncəsənətlə məşğul olmamaq üçün bəhanələrimiz
həddindən artıq çox, olmaq səbəbimiz isə yoxdur.
Görəsən nəyə görə heç kəs artist olmaq
haqda danışmaq istəmir?
Bəlkə də bu insanların çoxu artist
olmaq üçün xüsusi istedada
malik olmağın, yaxud xüsusi təhsilin
lazım olduğunu düşündüyünə görədir.
Burada əyləşən insanların çoxu da, artist olmaq üçün
yaşlarının keçdiyini düşünə bilərlər.
Çox adam bu cür düşünsə də, mən
bu fikirlərlərlə razılaşmıram.
Və niyə razılaşmadığım haqda danışmaq istəyirəm.
Birincisi, biz hamımız sənətçi olaraq
dünyaya gəlirik.
Yəqin ki evdə uşağı olanlar bilər.
Uşaqların bütün hərəkətləri incəsənətdir.
Divara rəngli karandaşla şəkil çəkmək,
televizorda musiqi səslənən kimi
özlərinin kəşf etdiyi
rəqsləri ifa etmək kimi hərəkətlərin hamısı.
Qəribə rəqs və mahnıları ilə hamını bezdirirlər.
Ancaq öz uşağı olduğuna görə
"artistliklərinə" dözən
ev sakinləri də tez-tez uşaqların
yorucu olduğundan
şikayətlənirlər.
Evin içində öz-özlərinə oynamaqlarını da
incəsənət sahəsi - mono-tamaşa
adlandırmaq olar.
Bəzi uşaqlar da azca böyüyən kimi
yalan danışmağa başlayırlar.
Analar xüsusilə uşaqlarının ilk yalan danışdığı anı
yaxşı xatırlayır, elə də
xoş qarşılamırlar.
"Axır ki uşağın əsl üzünü gördük, hə!"
"Atan kimi yalan
danışa-danışa axırın necə olacaq?" Deyinərək,
uşaqları tənbeh edirlər.
Əslində isə uşaqların
yalan danışmağa başlaması bədii ədəbiyyata
başlaması deməkdir. (Gülüş)
Bu, gözlə görə bilmədikləri şeylər
haqda danışmaqlarıdır.
Qeyri-adi, bir o qədər də sevindirici haldır.
Valideyinlər həmin anı bayram etməlidirlər.
(Gülüş) (Alqış)
"Bizim uşaq da axır ki yalan danışmağa başladı!"
- deyib bayram etməlidirlər.
Misal üçün uşaqları "Ana, bugün bağçadan evə gələndə
yadplanetli gördüm!"
deyəndə analar, "Boş-boş danışma." deyib
tənbeh edirlər.
Ancaq ideal valideyn belə cavab verməlidir:
"Hə? Yadplanetli? Nəyə oxşuyurdu?
Sənə nəsə dedi?
Harda gördün?" "Mağazanın qabağında?"
Uşaqlarla belə söhbət etməyə davam edəndə
uşaqlar əvvəl
elə-belə dedikləri yalanın davamını gətirməyə
məcbur olurlar.
Beləcə söhbət uzanıb hekayəyə çevrilir.
Bir az primitiv hekayə olsa da,
bir cümləni əsas götürüb başqa cümlə yaratmaq,
bütün əsl yazıçıların da yazı üsuludur.
Mahiyyətcə hər ikisi eyni işdir.
Rolan Bart bir dəfə Floberin romanı haqda
belə bir fikir bildirib:
"Flober əsər yazmayıb, sadəcə bir cümləni
digərinin ardına düzüb.
Floberin əsərinin məğzi isə həmin cümlələr
arasındakı Erosdur."
Və düz də deyib. Ədəbi əsər - birinci cümləni
yazıb,
o cümləyə zidd olmayan digər cümlələri
yazmaqdır.
Bu üsulla davam edərək bədii əsər yaranır.
Bu cümləyə baxaq. (Cümlə): "Bir gün
iztirablı yuxudan oyanan Qreqor Samsa, uzandığı yataqda
çirkin iri böcəyə döndüyünü dərk edir."
Bəli, Kafkanın "Metamorfoz" əsərinin ilk cümləsidir.
Yola verməyin çətin olduğu belə bir cümlənin
davamını (Gülüş)
gətirə bilmək üçün də bütün bir kitab yazıb.
Beləliklə müasir ədəbiyyatın şah əsəri sayılan
"Metamorfoz" yaranıb.
Bu cümləni yazıb, atasına göstərmiyib.
Atası ilə arası elə də yaxşı deyilmiş.
Özü cümlənin davamını gətirməyə çalışıb.
Atasına göstərsəydi,
atası yəqin, "Oğlum axır ki başını itirdi."
deyərdi.
Əslində incəsənət bir qədər də
dəli olmağı tələb edir.
İkinci addım cümlələrin davamını gətirməkdir ki,
bu da uşaqların yalan danışmağından çox da
fərqlənmir.
Yalan danışmaq - uşaqların yaradıcılığa
doğru ilk addımlarıdır.
Uşaqlar bu yolla incəsənətlə məşğul olurlar.
Yorulmaq bilmədən etdiklərindən də
zövq alırlar.
Bir neçə gün əvvəl Cecu adasında idim,
Uşaqlar boş buraxılan kimi su ilə oynayırdılar,
uşaqların çoxu suyu xoşlayır.
Ancaq bəziləri sahildə oynayır, qumdan qala düzəldirdilər.
Gah dağ, gah dəniz, dəniz yox təbii...
gah adam, gah da it heykəli düzəldirdilər.
Valideyinlər də hey
"Dalğa gəlib hamısını yuyub aparacaq."
deyib uşaqları yayındırmağa çalışırdılar.
Boşuna vaxt itirmək olsa da
uşaqlar buna fikir vermirdilər.
Etdiklərindən zövq alırdılar.
Bütün vaxtı qumun içində idilər.
Belə oyunları da kimsə dediyinə görə etmirlər.
İş yerində müdirin əmri də deyil,
ancaq özləri üçün edirlər.
Yəqin ki, hamımızın uşaqlıqda belə primitiv
incəsənətdən
zövq aldığımız olub. Bəzən tələbələrimə ən xoşbəxt uşaqlıq xatirəniz haqda yazın - deyirəm.
Uşaqların çoxu bu primitiv sənət əsərləri haqda
danışmağı sevirlər.
Piano çalmağı öyrənib etdikləri ilk ifaları, məsələn.
Dostu ilə birlikdə oynadığı ilk qısa səhnəcik,
necə utanmaqları...
Yaxud analoq kamera ilə çəkib
çap etdiyi ilk şəkil...
Belə yaradıcılıqlarından danışmağı sevirlər.
Hamının belə anları olduğuna inanıram.
Bu mərhələyə qədər incəsənət xoşbəxtlik gətirir.
Bu, kiminsə əmr etdiyi iş olmadığına görədir.
İş isə elə də sevinc gətirən bir peşə deyil.
Fransız yazıçı Mişel Turnenin bir məhşur
ifadəsi var.
Bir az mübahisəli ifadə olsa da:
"İş insanın təbiətinə ziddir. İş görərkən yorulmağımız da
bunun sübutudur." Düz demiyib sizcə? (Gülüş)
Təbiidirsə, axı insan niyə yorulur?
Nə qədər gəzib kef etsək də yorulmuruq.
Bütün günü olsa belə.
Bircə gecə davamlı işlədikdə isə əlavə pul alırıq.
Niyə? Təbii ki, çətin olduğuna görə.
Uşaqlar isə zövq almaq və əylənmək üçün
incəsənətlə məşğul olurlar.
Şəkilləri satmaq üçün çəkmir, ailələrini
dolandırmaq
üçün pianino çalmırlar.
Bütün uşaqlar bunu pulsuz edir - demək də düz olmaz.
Bu şəxsi tanıdınız, hə?
Bu, ailəsini dolandıra bilmək üçün
Avropanı gəzib
konsertlər vermiş Volfqanq Amadey Motsartdır.
Bu uşaq isə bir neçə əsr əvvəl yaşadığından, əsas fikrimə
istinad olaraq qəbul edək.
Hansısa bir yaşdan sonra isə sevimli
oyunumuz olan incəsənət sona çatır.
Uşaqlar kursa, dərsə getməli olur, ev tapşırığı etməli,
pianino, balet kimi dərslərə də
getməli olurlar.
Ancaq hamısı maraqsız olur.
Etməli olduqları və başqaları ilə rəqabət aparmalı
olduqlarına görədir.
İbtidai sinifdə oxuya-oxuya evdə divarları yazsa,
uşaq anası tərəfindən yaxşıca məzəmmət olunar.
Ancaq bu tərəf də deyil.
Yaş artıb incəsənətlə məşğul olduqda özümüz də
bizi kiminsə yoxladığı hissinə qapılırıq.
Yaradıcılığımız məhdudlanır, daimi
hərəkətlərimizə nəzarət etməli oluruq.
Bu da mənim hekayəm: 8-ci sinifdə oxuyurdum. Kyonqbuk sarayında rəsm yarışına getmişdik.
Ürəkdən rəsim çəkirdim.
Bu zaman müəllimim yaxınlaşıb,
"Neyniyirsən sən?" soruşdu.
"Ürəyimdən keçəni çəkirəm."
"Bəs niyə tünd rənglər işlədirsən?"
Rəsmimi ancaq tünd rənglə boyayırdım.
Mən də cavab verdim,
"Qaranlıq gecədə ağaca qonan qarğa çəkirəm."
Müəllimim də,
"Hə düz deyirsən, şəkil çəkmək bacarığın
olmasa da
hekayə danışmaqda yaxşısan." desəydi nə vardı ki.
"Bir bura gəl." deyib (Gülüş)
"Tez çıx bura!" qışqırıb
"Burda sarayı, sarayın bağçasını çəkmək
əvəzinə təkcə qara quş çəkirsən?" deyə-deyə
mənimlə birlikdə bayıra çıxdı.
Şagirdlərin içində qızlar da çox idi,
bir sözlə, biabır olmuşdum.
Uşaq vaxtı belə tənbeh, nəsihətlərin heç birindən
nəticə çıxarmadığıma görə
tez-tez danlanırdım.
İdeal müəllim olsaydı, indicə dediyim kimi,
"Şəkil çəkmək bacarığın olmasa da,
yaxşı hekayə yaratmaq bacarığın var"
deyib məni ruhlandırardı.
Ancaq belə müəllimlər çox az tapılır.
Sonralar universitetə başlayıb müasir
Avropa muzeylərinə
gedəndə, o hadisəni ədalətsizlik
olaraq qəbul etdim.
Orda belə şəkillər də var idi. (Gülüş) (Alqış)
Mən cəza olaraq şəklim ağzımda sarayın
önündə durarkən,
belə şəkillər Basel kimi muzeylərdə asılır.
Bax, bu adicə divar kağızına oxşayır.
Sonralar öyrənirəm ki, müasir incəsənətçilər
bu kimi əsərlərini mənim kimi təsvir də etmirlər.
Çoxu da "adsız"dırlar (untitled).
Qısası 20-ci əsr müasir incəsənət deyilən şey,
qəribə bir şey düzəldib, boşluğu izah
etmək və mülahizələrlə
doldurmaqdan ibarətdir.
Mənim səviyyəm çox aşağı da olsa,
bir az daha tanınmış nümunələrə baxaq;
Bu əsər Pablo Pikassonundur,
velosipedin oturacağı ilə rolunu birləşdirib,
"öküz başı" adlandırıb.
Başqa bir nümunə; Düşan, çanağı
belə yerləşdirib, "Fəvvarə" adlandırıb.
Bu misallarda olduğu kimi, müasir incəsənət qəribə
nə isə yaradıb, ona hekayə ilə həyat
qazandırmaqdan ibarətdir.
Pikasso belə deyib:
"Mən gördüyümü deyil, düşündüyümü
çəkirəm."
Bunu o vaxt bilsəydim, bağçanı çəkməyimin
şərt olmadığını müəllimə deyərdim.
Bədbəxtlikdən, incəsənətin qoruyucularına
qarşı qoyub,
savaşmağa başlamazdan əvvəl içimizdəki
yaradıcı uşaq ölür.
Bu uşaq özünə qapanır,
bu da bizim faciəmizdir.
Bu içimizdəki yaradıcı uşaq yox olanda
necə olur?
Arzularımız tam da yox olmur.
Özümüzü ifadə etmək, göstərmək istəyirik,
ancaq içimizdəki ölü sənətkar özünü ancaq
qaranlıqda göstərir.
Belələri karaokedə "She is Gone",
"Hotel California" oxuyur,
xəlayı gitarlarını çalırlar.
Çox pis oxuyurlar, həqiqətən.
Bir gecəlik roker olurlar.
Ya da klublarda rəqs edir,
hekayə yazacaq insanların gecə
səhərə qədər internetdə
qaranlıq yerlərdə yazıları çıxır.
Ya da uşaqlarıyla oynayarkən özü oyuna qapılan
atalar var.
Uşaqları ilə Leqo bloku, robot modeli düzəldirlər. (Gülüş)
"Sakit otur, mən düzəldərəm."deyirlər,
uşaqlar həvəsdən düşüb başqa oyuna
başlasalar da,
ataları təkcə qala tikir.
İçimizdəki yaratmaq hissi məhdudlanır,
amma yox olmur.
Çox vaxt bu hiss neqativ formada, qibtə halında üzə çıxır.
Bilirsiniz də, "Məni televizorda göstərsəydilər gözəl olardı."
kimi mahnı var.
Niyə gözəl olardı? Çünki televizorda bizim etmək,
olmaq istədiyimiz, ancaq ola bilmədiyimiz
adamlar çox olur.
Mahnı oxuyur, rəqs edir, rollar ifa edir
və buna görə alqışlanırlar da.
Buna görə də, onlara qibtə edirik.
Pultu götürüb, deyinməyə başlayırıq.
"Buna aktyorluq deyirsən? Belə oxumaq olar? Səsi yoxdu bunun."
Belə ifadələr işlədirik.
İçimizdəki qısqanclıq bəd əməlimiz deyil,
mənim fikrimcə, içimizdə qapalı qalmış
yaradıcı uşağın varlığındandır.
Bəs nə etməli?
İndi deyim:
Bu dəqiqə öz yaradıcılığımızı işə salmalıyıq.
Televizoru söndürüb,
internetdən çıxıb,
nəyəsə başlamaq lazımdır.
Teatr məktəbində dərs deyərkən
mən keçməsəm də teatr elmi adlı
bir dərs var idi.
Bu dərsi götürən hər tələbə bir pyes hazırlamalı idi.
Ancaq yaxşı rol ifa etmək bacarığı olana rol verilmirdi.
O, misal üçün, dramaturq olurdu. Dramaturq olaraq
məktəbə başlayana isə səhnə dekorasiyası tapşırılır,
birlikdə tamaşa ərsəyə gəlirdi.
Əvvəl tələbələr edə biləcəklərindən əmin olmasalar da,
vaxt keçdikcə bu işi sevirdilər. Tamaşa tapşırığını sevməyən adam demək olar görməmişəm.
Məktəb, ordu, hətta dispanserlərdə də bu tapşırıq
sevinclə qarşılanır.
Əsgərlikdə olarkən, ondan sonra da bir neçə yerdə
buna şahid olmuşam.
Mənim başıma da belə bir iş gəlib:
Yazıçılıq dərsində tələbələrə bir tapşırıq vermişdim.
Tələbələrin çoxunun ixtisası yazıçılıq deyildi.
Ən çox rəssam ya da musiqi ixtisaslı tələbələr var idi.
Yazıçılıqda özlərinə inamları isə yox idi.
Buna görə, ağ kağızı paylayıb belə tapşırıq verdim:
Asan bir mövzuda, məsələn, uşaqlıqda
ən pis xatirəniz haqda yazın - deyirdim.
Ancaq dəli kimi yazın deyirdim, ağlınıza gələni.
Partaların arası ilə gəzir,
onları ruhlandırırdım, "Tez olun, yazın." Bir-iki saat
beləcə yazırdılar.
Əvvəl 5 dəqiqə fikirləşib sonra hey yazırdılar.
Belə dəli kimi yazmalarını istəməkdə səbəbim,
yavaş-yavaş yazanda çox fikirləşmələridir,
artistin şeytan üzü ortaya çıxır.
Bu şeytan yazmamağımız üçün
yüzlərlə səbəb ortaya atır, bizə
"Başqalarınə gülüş yeri olacaqsan.
Bu yazdığın yazı deyil.
Cümlədi bu? Xəttinə bax!"
kimi şeylər deyir.
Bu şeytan bizə çatmamış tez-tez yazmalıyıq.
Gördüyüm ən yaxşı yazılar, vaxt azadlığı verdiyim
tapşırıqların içindən deyil, 40 dəqiqə ya bir saat içində
qarşımda əyləşib qələmlə yazılmış
yazıların içindən çıxırdı.
Uşaqlar trans halında olurlar.
30-40 dəqiqədən sonra nə yazdıqlarını bilmirlər.
Bu anlarda arxalarınca düşən şeytan
onlardan əl çəkir.
Belə nəticəyə gəlirəm:
Sənətkar olmamağımız üçün yüzlərlə səbəb deyil,
bircə özümüzün olmalı olduğumuz səbəbi bizi sənətkar edir.
Ola bilməmək səbəblərimiz önəmli deyil.
Sənətkarların çoxu ancaq bu bircə səbəbdən
sənətkar olublar.
İndicə içimizdəki şeytana qarşı çıxıb sənətimizə
başlamağın vaxtıdır.
Düşmənlərimiz də bu anda ortaya çıxır.
Çoxu valideynlərimiz cildinə girirlər. (Gülüş)
Ya da həyat yoldaşımızın cildinə.
Onlar sizin ailəniz, həyat yoldaşınız deyil.
Onlar şeytanlardır. (Gülüş)
Qısa müddətlik göydən yerə eniblər ki,
bizi incəsənətlə məşğul olmaqdan yayındırsınlar.
Onların sehrli sualları var.
Biz "Aktyorluğu öyrənmək istəyirəm, teatr
məktəbinə yazılmaq istəyirəm," yaxud
"İtalyan mahnıları öyrənmək istəyirəm."deyəndə
"Hə, teatr? Onunla neyləyəcəksən ki?"
sualını verirlər. Bu "Onunla neyləyəcəksən ki?"
sehrli sualıdır.
Ancaq incəsənət nəsə etmək üçün
edilən bir şey deyil.
İncəsənət maraqdan yaranır.
O bizim ruhumuzu azad edib, xoşbəxt
yaşamağımıza gətirib çıxarır.
İçki və narkotik maddəsiz xoşbəxt olub,
özümüzü ifadə etməyimizə kömək edir.
Buna görə də, praqmatik insanların bu sualına
aydın cavab vermək lazımdır.
"Xoşuma gəldiyi, maraqlı olduğuna görə edirəm. Bağışla ki,
maraqlanıram."
"Mən birinci başlayacam." deməyi bacaran
insan olmaq lazımdır.
Mənim arzuladığım gələcək, hamının ən azından
bircə sahədə yaradıcı olacağı bir gələcəkdir.
Nyu Yorkda taksiyə minmişdim. Arxa oturacaqda
oturmuşdum.
Taksinin ön oturacağında teatrla bağlı
nə isə yazı asılmışdı.
Nə olduğunu soruşdum.
Sürücü, öz profilimdir - dedi. "Sən nəçisən ki?" sualıma,
aktyoram - deyə cavab verdi.
Sürücü olsa da teatrda aktyorluq edirdi. "Hansı rolu oynayırsan?"
soruşanda fəxrlə "Kral Lir." deyə cavab verdi.
"Kral Lir"
"Kim deyə bilər ki, mən kiməm?" Kral Lir pyesindən məşhur cümlədir.
Mən də belə dünya arzulayıram.
Kimsə günorta qolfla məşğuldur, gecələrisə yazıçıdır.
Yaxud həm taksiçi, həm aktyordur,
həm bank işçisi, həm rəssamdır.
Gizli ya açıq-aşkar, öz sənətləri ilə məşğuldurlar.
1990-ci ildə modern rəqs əfsanəsi Marta Qraham
Koreyaya gəldi.
90 yaşlarındakı böyük sənətkar Kimpo Hava
limanına çatanda,
bir jurnalist ona tipik bir sual verdi:
"Böyük rəqqas olmaq üçün nə etmək lazımdır?
Koreyalı rəqqaslara məsləhətiniz nədir?"
Şəklin çəkildiyi 48-ci ildə artıq dahi sənətkar sayılan şəxsə
90-ci ildə belə bir sual verdi.
O da belə cavab verdi:
"Just do it."[Sadəcə et.](Gülüş)
Təsirli cavab idi.
Bu üç sözü deyib, gəliş zalını tərk etdi.
İndi bizə lazım olan nədir?
Elə bu dəqiqə incəsənətlə məşğul olmaq. Necə?
Just do it.
Çox sağ olun.
(Alqış)