1 00:00:00,564 --> 00:00:03,086 Mənim işim insanlarla ünsiyyət quran 2 00:00:03,086 --> 00:00:05,086 robotları modelləşdirmək, qurmaq və öyrənməkdir. 3 00:00:05,086 --> 00:00:06,639 Amma bu hekayə heç də robotlaşdırma ilə deyil, 4 00:00:06,639 --> 00:00:08,531 animasiya ilə başlayır. 5 00:00:08,531 --> 00:00:11,117 İlk dəfə Pixar-ın "Luxo Jr"-ini gördükdə 6 00:00:11,117 --> 00:00:13,103 məni stolüstü lampa kimi önəmsiz 7 00:00:13,103 --> 00:00:14,861 bir əşyaya bu qədər emosiya verməyin 8 00:00:14,861 --> 00:00:17,452 mümkün olması heyrətləndirdi. 9 00:00:17,452 --> 00:00:19,285 Bir onlara baxın -- bu filmin sonunda 10 00:00:19,285 --> 00:00:21,789 sən, həqiqətən də, iki mebel əşyası barədə nə isə hiss edirsən. 11 00:00:21,789 --> 00:00:23,617 (Gülüş) 12 00:00:23,617 --> 00:00:25,737 Və mən dedim: Bunu necə etdiklərini öyrənməliyəm. 13 00:00:25,737 --> 00:00:29,271 Beləliklə, mən, həqiqətən də, pis bir karyera qərarı qəbul etdim. 14 00:00:29,271 --> 00:00:31,675 Və bunu edəndə anam belə görünürdü. 15 00:00:31,675 --> 00:00:33,686 (Gülüş) 16 00:00:33,686 --> 00:00:35,866 Mən İsraildə xoş bir proqram təminatı şirkətində 17 00:00:35,866 --> 00:00:38,471 rahat texnik işimi tərk edərək animasiyanı öyrənmək üçün 18 00:00:38,471 --> 00:00:39,482 Nyu-Yorka köçdüm. 19 00:00:39,482 --> 00:00:40,639 Və orada mən 20 00:00:40,639 --> 00:00:43,635 Harlemdə, çökən bir binada otaq yoldaşlarımla birgə yaşadım. 21 00:00:43,635 --> 00:00:45,003 Mən bu ifadəni məcazi mənada işlətmirəm, 22 00:00:45,003 --> 00:00:46,963 oturduğumuz otaqda tavan, həqiqətən də, 23 00:00:46,963 --> 00:00:48,273 bir gün çökdü. 24 00:00:48,273 --> 00:00:50,939 Nyu-Yorkda tikinti pozuntuları barədə bütün reportajlar 25 00:00:50,939 --> 00:00:53,185 bizim binanın qarşısında çəkilirdi. 26 00:00:53,185 --> 00:00:56,783 Vəziyyətin necə pis olduğunu göstərən pərdə arxası kimi. 27 00:00:56,783 --> 00:00:58,729 Nə isə, gün boyu mən məktəbə gedirdim və gecələr 28 00:00:58,729 --> 00:01:02,251 oturur, karandaşla kadrbakadr animasiyalar çəkirdim. 29 00:01:02,251 --> 00:01:04,525 Və mən iki təəccüb doğuran nəticə çıxardım -- 30 00:01:04,525 --> 00:01:07,078 onlardan biri bu idi ki, 31 00:01:07,078 --> 00:01:09,038 sən hisləri oyatmaq istədikdə 32 00:01:09,038 --> 00:01:10,764 bir şeyin necə göründüyü elə də vacib deyil, 33 00:01:10,764 --> 00:01:13,110 bütün məsələ harəkətdə -- əşyanın necə hərəkət etməsinin 34 00:01:13,110 --> 00:01:14,717 zamanlanmasındadır. 35 00:01:14,717 --> 00:01:17,944 Və ikinci, bizə müəllimlərimizdən birinin dediyi bir şey idi. 36 00:01:17,944 --> 00:01:20,347 O, "Buz dövrü"-ndəki gəlinciyi hazırlamışdı. 37 00:01:20,347 --> 00:01:21,738 Və o demişdi: 38 00:01:21,738 --> 00:01:24,895 "Bir animator kimi siz, rejissor deyil, aktyorsunuz." 39 00:01:24,895 --> 00:01:27,876 Beləliklə, əgər siz personaj üçün düzgün hərəkəti tapmaq istəyirsinizsə, 40 00:01:27,876 --> 00:01:30,227 bu barədə fikirləşməyin, onu tapmaq üçün öz vücudunuzdan istifadə edin -- 41 00:01:30,227 --> 00:01:31,863 güzgü qarşısında durun, bunu kamera 42 00:01:31,863 --> 00:01:33,565 qarşısında oynayın -- hər nə lazımdırsa edin. 43 00:01:33,565 --> 00:01:36,459 Və sonra bunu öz personajınıza geri verin. 44 00:01:36,459 --> 00:01:38,619 Bir il sonra mən MİT-də 45 00:01:38,619 --> 00:01:40,769 robotlaşdırılmış həyat qrupunda idim, hansı ki, insanlarla robotlar 46 00:01:40,769 --> 00:01:43,414 arasında münasibəti öyrənən ilk qruplardan biri idi. 47 00:01:43,414 --> 00:01:45,347 Və mən hələ də həqiqi, fiziki mövcud 48 00:01:45,347 --> 00:01:48,064 Luxo Jr. lampası hazırlamağı arzulayırdım. 49 00:01:48,064 --> 00:01:49,631 Amma mən bu nəticəyə gəldim ki, robotlar heç də 50 00:01:49,631 --> 00:01:50,909 mənim animasiyanı öyrənərkən öyrəşdiyim cəlbedici 51 00:01:50,909 --> 00:01:52,544 tərzdə hərəkət etmirlər. 52 00:01:52,544 --> 00:01:54,761 Əvəzində, onlar hamısı -- 53 00:01:54,761 --> 00:01:57,255 necə deyə bilərəm, onlar hamısı "robot kimi" idilər. 54 00:01:57,255 --> 00:01:59,152 (Gülüş) 55 00:01:59,152 --> 00:02:02,787 Və mən fikirləşdim ki, görəsən, mən animasiya məktəbində öyrəndiyim hər şeyi götürsəm 56 00:02:02,787 --> 00:02:05,455 və bunları öz robotik stolüstü lampamı hazırlamağa tətbiq etsəm necə olar? 57 00:02:05,455 --> 00:02:07,539 Beləliklə, mən bu robotu 58 00:02:07,539 --> 00:02:09,393 mümkün olduqca incə və cəlbedici etmək 59 00:02:09,393 --> 00:02:12,050 üçün hissəbəhissə tərtib etdim. 60 00:02:12,050 --> 00:02:14,092 Və burada siz məni robotla iş masası üzərində 61 00:02:14,092 --> 00:02:15,723 ünsiyyət qurarkən görürsünüz. 62 00:02:15,723 --> 00:02:17,934 Və mən, həqiqətən də, robotu özünün xəbəri olmadan 63 00:02:17,934 --> 00:02:19,731 yenidən layihələşdirirəm. 64 00:02:19,731 --> 00:02:22,419 Beləcə, o, mənə kömək etməklə öz qəbrini qazır. 65 00:02:22,419 --> 00:02:24,449 (Gülüş) 66 00:02:24,449 --> 00:02:26,418 Mən bunun mənə işıq verən 67 00:02:26,418 --> 00:02:27,712 mexaniki strukturdan 68 00:02:27,712 --> 00:02:30,754 daha faydalı olmasını istəyirdim; sənə lazım olduqda 69 00:02:30,754 --> 00:02:33,948 burada olan və çox da müdaxilə etməyən bir əlaltı kimi. 70 00:02:33,948 --> 00:02:35,625 Məsələn, mən tapa bilmədiyim 71 00:02:35,625 --> 00:02:37,158 batareyanı axtaranda, 72 00:02:37,158 --> 00:02:41,753 o, mənə batareyanın harada olduğunu hiss edilməyən bir tərzdə göstərsin. 73 00:02:41,753 --> 00:02:44,319 Siz burada mənim çaşqınlığımı görə bilərsiniz. 74 00:02:44,319 --> 00:02:48,578 Mən aktyorluq etmirəm. 75 00:02:48,578 --> 00:02:50,026 Və mən qeyd etmək istərdim ki, 76 00:02:50,026 --> 00:02:52,000 eyni mexaniki struktur hərəkət tərzindən asılı olaraq, 77 00:02:52,000 --> 00:02:55,004 kübar və şəfqətli gründüyü kimi, 78 00:02:55,004 --> 00:02:58,237 sərt və antoqonistcə də görünə bilər. 79 00:02:58,237 --> 00:03:01,548 Və bu, eyni strukturdur, sadəcə hərəkət fərqlidir. 80 00:03:07,026 --> 00:03:12,900 Aktyor: "Sən bilmək istəyirsən? Sən nə isə bilmək istəyirsən? 81 00:03:12,900 --> 00:03:13,837 O, artıq ölü idi! 82 00:03:13,837 --> 00:03:17,854 Gözləri tutqun, hərəkətsiz uzanmısdı!" 83 00:03:17,854 --> 00:03:18,857 (Gülüş) 84 00:03:18,857 --> 00:03:22,755 Lakin cazibədar tərzdə hərəkət etmək insan-robot ünsiyyəti 85 00:03:22,755 --> 00:03:24,339 adlanan vahid bir sistemin sadəcə bir parçasıdır. 86 00:03:24,339 --> 00:03:25,828 Mən Ph.D. işimi hazırlayarkən 87 00:03:25,828 --> 00:03:27,998 insanla robotların bir qrup kimi işləmələri üzərində çalışırdım. 88 00:03:27,998 --> 00:03:30,000 Burada insanlar və robotlardan ibarət komandalar birlikdə işləyirdilər. 89 00:03:30,000 --> 00:03:31,334 Mən komanda işinin mühəndislik, 90 00:03:31,334 --> 00:03:34,116 psixoloji və fəlsəfi tərəflərini öyrənirdim. 91 00:03:34,116 --> 00:03:35,583 Eyni zamanda mən özüm də 92 00:03:35,583 --> 00:03:37,438 yaxşı bir dostum ilə bir komandada işləyirdim, 93 00:03:37,438 --> 00:03:39,659 kim ki, hal-hazırda buradadır. 94 00:03:39,659 --> 00:03:42,273 Və o vəziyyətdə biz asanlıqla robotların 95 00:03:42,273 --> 00:03:44,366 yaxın gələcəkdə orada, bizimlə birgə təsəvvür edə bilərik. 96 00:03:44,366 --> 00:03:46,213 Pasxa naharından sonra 97 00:03:46,213 --> 00:03:48,053 biz çoxlu qatlanabilən stulları yerbəyer edirdik 98 00:03:48,053 --> 00:03:50,986 və bizim necə tez öz ritmimizi tapmamız məni təəccübləndirdi. 99 00:03:50,986 --> 00:03:52,553 Hər kəs öz işini görürdü. 100 00:03:52,553 --> 00:03:54,182 Biz öz tapşırıqlarımızı bölməli olmadıq. 101 00:03:54,182 --> 00:03:56,278 Biz bu barədə nitqlə ünsiyyət qurmalı da olmadıq. 102 00:03:56,278 --> 00:03:57,889 Hər şey öz-özünə baş verirdi. 103 00:03:57,889 --> 00:03:58,783 Və mən fikirləşdim: 104 00:03:58,783 --> 00:04:00,632 İnsanlar və robotlar heç də belə görünmürlər. 105 00:04:00,632 --> 00:04:02,297 İnsanlar və robotların qarşılıqlı əlaqəsi 106 00:04:02,297 --> 00:04:03,495 daha çox şahmat oyununu xatırladır. 107 00:04:03,495 --> 00:04:04,758 İnsan ilk addım atır, 108 00:04:04,758 --> 00:04:06,638 robot insanın nə etdiyini analiz edir, 109 00:04:06,638 --> 00:04:08,168 daha sonra nə edəcəyini qərara alır, 110 00:04:08,168 --> 00:04:09,344 bunu planlaşdırır və edir. 111 00:04:09,344 --> 00:04:11,475 Daha sonra insan öz növbəsi çatana qədər gözləyir. 112 00:04:11,475 --> 00:04:12,665 Beləlklə, bu daha çox şahmat oyununu xatırladır və 113 00:04:12,665 --> 00:04:14,875 bu barədə danışmağa dəyər, çünki şahmat 114 00:04:14,875 --> 00:04:16,396 riyaziyyatçılaar və kompyuter mühəndislərinə üçün əla oyundur. 115 00:04:16,396 --> 00:04:18,654 Bu, tamamilə, informasiyanın analizi, 116 00:04:18,654 --> 00:04:21,503 qərar qəbul etmə və planlaşdırma ilə bağlıdır. 117 00:04:21,503 --> 00:04:25,191 Lakin mən öz robotumun şahmat oyunçusundan daha çox 118 00:04:25,191 --> 00:04:27,152 sadəcə çıqqıldadan və digərləri ilə birlikdə çalışan 119 00:04:27,152 --> 00:04:29,177 bir "edən" olmasını istəyirdim. 120 00:04:29,177 --> 00:04:32,570 Beləcə, mən ikinci qorxunc karyera seçimimi etdim: 121 00:04:32,570 --> 00:04:35,230 Mən yarım il aktyorluğu öyrənməyi qərara aldım. 122 00:04:35,230 --> 00:04:38,090 Mən Ph.D.-ni kənara qoydum və aktyorluq dərsləri almağa getdim 123 00:04:38,090 --> 00:04:40,550 Mən hətta pyesdə də iştirak etmişəm. 124 00:04:40,550 --> 00:04:43,342 Ümid edirəm ki, ətrafda hələ də bunun videosu yoxdur. 125 00:04:43,342 --> 00:04:45,969 Və mən aktyorluq haqda tapa biləcəyim bütün kitabları əldə etdim, 126 00:04:45,969 --> 00:04:47,945 o cümlədən kitabxanadan götürdüyüm 127 00:04:47,945 --> 00:04:49,012 və 19-cu əsrə aid olan birini. 128 00:04:49,012 --> 00:04:52,470 Və mən, həqiqətən də, təəccüblənmişdim, çünki mənim adım siyahıda ikinci idi -- 129 00:04:52,470 --> 00:04:55,286 öncəki ad 1889-cu ilə idi. (Gülüş) 130 00:04:55,286 --> 00:04:57,000 Sanki bu kitab robotlaşdırma üçün yenidən kəşf olunmasını 131 00:04:57,000 --> 00:05:00,191 100 il gözləmişdi. 132 00:05:00,191 --> 00:05:01,669 Və bu kitab aktyorlara 133 00:05:01,669 --> 00:05:04,034 ifadə etmək istədikləri hər cür emosiyanı almaq üçün 134 00:05:04,034 --> 00:05:06,742 bədənin hər bir əzələsini necə hərəkət etdirmək lazım olduğunu göstərirdi. 135 00:05:06,742 --> 00:05:08,574 Lakin əsas məsələ 136 00:05:08,574 --> 00:05:09,910 mənim "method acting" barədə öyrənməyim idi. 137 00:05:09,910 --> 00:05:12,186 Bu, 20-ci əsrdə çox məşhur olmağa başlamışdı. 138 00:05:12,186 --> 00:05:14,830 Və "method acting" bundan ibarət idi ki, sən bədəninin hər əzələsi üçün plan qurmağa məcbur deyilsən. 139 00:05:14,830 --> 00:05:17,503 Əvəzində sən düzgün hərəkəti tapmaq üçün öz vücudundan istifadə etməlisən. 140 00:05:17,503 --> 00:05:19,683 Sən öz hiss yaddaşından 141 00:05:19,683 --> 00:05:21,539 emosiayaları rekonstruksiya etmək üçün istifadə etməli 142 00:05:21,539 --> 00:05:24,440 və, sanki düzgün ifadəni tapmaq üçün vücudunla fikirləşməlisən. 143 00:05:24,440 --> 00:05:26,460 İmprovizasiya et, öz səhnə yoldaşının rolunu oyna. 144 00:05:26,460 --> 00:05:29,708 Və mən bununla eyni zamanda psixologiyada "bədənlə dərketmə" 145 00:05:29,708 --> 00:05:32,804 adlanan tendensiya barədə oxuyarkən də qarşılaşdım. 146 00:05:32,804 --> 00:05:34,478 Hansı ki, eyni ideyalar haqdadır: 147 00:05:34,478 --> 00:05:35,987 Biz sadəcə beynimizlə fikirləşir və hərəkət etmir, 148 00:05:35,987 --> 00:05:38,212 öz vücudumuzu düşünmək üçün istifadə edirik, 149 00:05:38,212 --> 00:05:40,621 Bizim bədənimiz beyinlə əlaqə quraraq 150 00:05:40,621 --> 00:05:42,838 bizim davranışımızı yaradır. 151 00:05:42,838 --> 00:05:44,209 Və sanki məni ildırım vurdu. 152 00:05:44,209 --> 00:05:45,571 Mən öz ofisimə qayıtdım. 153 00:05:45,571 --> 00:05:48,470 Heç vaxt çap etdirmədiyim və 154 00:05:48,470 --> 00:05:50,836 "Süni intellekt üçün aktyorluq dərsləri" adlanan məqalə yazdım. 155 00:05:50,836 --> 00:05:52,233 Və mən hətta daha bir ay 156 00:05:52,233 --> 00:05:54,844 insanla robotun birlikdə oynadığı 157 00:05:54,844 --> 00:05:56,696 ilk səhnəni hazırlamaqla məşğul oldum. 158 00:05:56,696 --> 00:06:00,263 Bunu siz bir az öncə aktyorlarla birlikdə gördünüz. 159 00:06:00,263 --> 00:06:01,692 Və mən fikirləşdim: 160 00:06:01,692 --> 00:06:04,599 İmprovizasiya, riskə getmə, 161 00:06:04,599 --> 00:06:06,460 şansdan istifadə etmə və hətta səhv etmə kimi 162 00:06:06,460 --> 00:06:08,784 bəzi ideyaları modelləşdirən 163 00:06:08,784 --> 00:06:10,941 süni intellekti -- kompyuter modelini 164 00:06:10,941 --> 00:06:12,508 necə yaratmaq olar? 165 00:06:12,508 --> 00:06:15,280 Bəlkə də, bu, daha yaxşı robotik komanda yoldaşı olardı. 166 00:06:15,280 --> 00:06:17,908 Və mən kifayət qədər uzun müddət bu modellər üzərində işlədim 167 00:06:17,908 --> 00:06:20,257 və onları bir sıra robotlara tətbiq etdim. 168 00:06:20,257 --> 00:06:22,272 Burada siz ilk nümunələrdən birini görürsünüz, 169 00:06:22,272 --> 00:06:25,984 hansında ki, robot bu vücudda təcəssüm etdirilmiş süni intellektdən 170 00:06:25,984 --> 00:06:28,742 istifadə edərək mənim hərəkətlərimə mümkün olduqca uyğunlaşmağa çalışır, 171 00:06:28,742 --> 00:06:30,229 sanki bir oyun kimi. 172 00:06:30,229 --> 00:06:32,086 Gəlin buna baxaq. 173 00:06:35,594 --> 00:06:39,698 Siz görə bilərsiniz ki, mən kəskin hərəkət edəndə o aldanır. 174 00:06:39,698 --> 00:06:41,899 Və bu, bir qədər aktyorların 175 00:06:41,899 --> 00:06:43,786 öz aralarında uyğun sinxronizasiyanı tapmaq üçün 176 00:06:43,786 --> 00:06:46,304 bir-birilərini təqlid etməsinə bənzəyir. 177 00:06:46,304 --> 00:06:48,220 Daha sonra mən başqa bir təcrübə apardım 178 00:06:48,220 --> 00:06:52,303 və burada təsadüfi adamlar robotik stolüstü lampanı 179 00:06:52,303 --> 00:06:56,257 istifadə edir və bədəndə təcəssüm edilmiş süni intellekt ideyasını sınaqdan keçirirdilər. 180 00:06:56,257 --> 00:07:00,543 Mən eyni robot üçün iki cür beyindən istifadə etdim. 181 00:07:00,543 --> 00:07:01,863 Robot sizin gördüyünüz həmin lampa idi 182 00:07:01,863 --> 00:07:03,793 və mən ona iki cür beyin yerləşdirdim. 183 00:07:03,793 --> 00:07:05,633 İnsanların yarısı üçün 184 00:07:05,633 --> 00:07:08,457 mən ənənəvi - hesablanmış 185 00:07:08,457 --> 00:07:09,711 robot beyni yerləşdirdim. 186 00:07:09,711 --> 00:07:12,265 Bu, öz növbəsini gözləyir, hər şeyi analiz edir, planlaşdırırdı. 187 00:07:12,265 --> 00:07:13,921 Gəlin bunu hesablanmış beyin adlandıraq. 188 00:07:13,921 --> 00:07:17,553 Digər robot daha çox səhnə aktyorunukuna bənzər və riskə getməyə qadir olan bir beyin aldı. 189 00:07:17,553 --> 00:07:19,633 Gəlin bunu macərapərəst beyin adlandıraq. 190 00:07:19,633 --> 00:07:22,594 O, bəzən bilməli olduğu hər şeyi bilmədən hərəkət edir. 191 00:07:22,594 --> 00:07:24,771 O, bəzən səhv edir və onları düzəldir. 192 00:07:24,771 --> 00:07:27,354 Və onlar birlikdə işləyərək, 193 00:07:27,354 --> 00:07:28,852 demək olar ki, 20 dəqiqə çəkən 194 00:07:28,852 --> 00:07:30,353 sıxıcı bir tapşırığı yerinə yetirməli idilər. 195 00:07:30,353 --> 00:07:32,634 Sanki eyni şeyi təkrarən yerinə yetirməkdən 196 00:07:32,634 --> 00:07:35,299 ibarət olan zavod işini təqlid edirmiş kimi. 197 00:07:35,299 --> 00:07:37,073 Və mənə bu aydın oldu ki, insanlar, həqiqətən də, macərapərəst 198 00:07:37,073 --> 00:07:38,721 robotu sevdilər. 199 00:07:38,721 --> 00:07:40,103 Onlar düşündülər ki, o, daha zəkalı, 200 00:07:40,103 --> 00:07:42,171 daha çox ideyalara malik, komandanın daha yaxşı üzü idi və komandanın uğuruna 201 00:07:42,171 --> 00:07:44,268 daha çox töhfə vermişdi. 202 00:07:44,268 --> 00:07:45,983 Onlar hətta bu robotu insan kimi çağırırdılar, halbuki 203 00:07:45,983 --> 00:07:48,899 hesablanmış beyinlə birgə olanlar həmin robotu sadcə "bu" kimi çağırırdılar. 204 00:07:48,899 --> 00:07:51,646 Və heç kəs indiyə kimi ona bir insan kimi müraciət etməyib. 205 00:07:51,646 --> 00:07:53,495 Onlar macərapərəst beyinlə birlikdə tapşırıqdan sonra 206 00:07:53,495 --> 00:07:55,193 bu barədə danışarkən 207 00:07:55,193 --> 00:07:59,275 dedilər: "Sona qədər biz yaxşı və ruhən bağlı dostlar idik." 208 00:07:59,275 --> 00:08:00,714 Bu hər nə deməkdirsə. 209 00:08:00,714 --> 00:08:03,961 (Gülüş) Əzablı səslənir. 210 00:08:03,961 --> 00:08:06,676 Halbuki hesablanmış beyinlə birgə olanlar dedilər ki, 211 00:08:06,676 --> 00:08:09,049 o, sadəcə, tənbəl bir əlaltı kimi idi. 212 00:08:09,049 --> 00:08:11,750 O etməli olduğundan başqa heç nə etmirdi. 213 00:08:11,750 --> 00:08:14,307 Bu, demək olar ki, bütün insanların robotlardan etməsini gözlədiyidir. 214 00:08:14,307 --> 00:08:16,742 İnsanların robotlardan robotlaşdırma ilə məşğul olan 215 00:08:16,742 --> 00:08:21,886 hər kəsin gözlədiyindən daha çox şey gözləməsi məni təəccübləndirmişdi. 216 00:08:21,886 --> 00:08:23,856 Və mən fikirləşdim ki, bəlkə də, vaxtdır -- 217 00:08:23,856 --> 00:08:26,717 "method acting"-in 19-cu əsrdə insanların 218 00:08:26,717 --> 00:08:28,149 rol oynama barədə düşüncə tərzini dəyişməsi kimi, 219 00:08:28,149 --> 00:08:29,992 hesablanmış və 220 00:08:29,992 --> 00:08:31,774 planlaşdırılmış davranışdan 221 00:08:31,774 --> 00:08:35,295 daha intuitiv, riskə gedən, təcəssüm olunmuş davranış tərzinə. 222 00:08:35,295 --> 00:08:36,699 Bəlkə də, robotların 223 00:08:36,699 --> 00:08:39,845 bənzər inqilab etmələri vaxtıdır. 224 00:08:39,845 --> 00:08:40,966 Bir neçə il sonra 225 00:08:40,966 --> 00:08:43,474 mən Atlantada, Georgia Tech universitetində 226 00:08:43,474 --> 00:08:44,539 robot musiqiçilər ilə məşğul olan qrupda 227 00:08:44,539 --> 00:08:45,821 növbəti tədqiqat işimi aparırdım. 228 00:08:45,821 --> 00:08:48,662 Mən düşünürdüm ki, musiqi - komanda işi, 229 00:08:48,662 --> 00:08:51,059 koordinasiya, zamanlama, improvizasiya 230 00:08:51,059 --> 00:08:52,948 üçün əladır və 231 00:08:52,948 --> 00:08:55,484 biz marimbada çala bilən bu robotu düzəltdik. 232 00:08:55,484 --> 00:08:57,499 Marimba, mənim kimi olan hər kəs üçün, 233 00:08:57,499 --> 00:09:00,344 bu ölçüdə, taxta ksilofondur. 234 00:09:00,344 --> 00:09:03,039 Və mən buna baxanda, 235 00:09:03,039 --> 00:09:05,633 həmçinin insan-robot improvizasiyasına aid digər işlərə də baxırdım -- 236 00:09:05,633 --> 00:09:08,012 bəli, insan-robot improvizasiyasına aid başqa işlər də var -- 237 00:09:08,012 --> 00:09:10,105 və onlar da bir az şahmat oyununa bənzəyirdilər. 238 00:09:10,105 --> 00:09:11,409 İnsan alətdə çalır, 239 00:09:11,409 --> 00:09:13,989 robot çalınan melodiyanı analiz edir, 240 00:09:13,989 --> 00:09:16,201 və öz hissəsini improvizasiya edirdi. 241 00:09:16,201 --> 00:09:17,868 Bunu musiqiçilər çağrı və cavab 242 00:09:17,868 --> 00:09:19,351 əlaqəsi adlandırırlar, 243 00:09:19,351 --> 00:09:23,188 və bu, o cümlədən robotlara və süni intellektə də çox yaxşı uyğun gəlir. 244 00:09:23,188 --> 00:09:25,095 Amma mən fikirləşdim ki, əgər mən 245 00:09:25,095 --> 00:09:28,232 teatr səhnəsi və komanada işini öyrənmək üçün istifadə etdiyim 246 00:09:28,232 --> 00:09:30,684 eyni ideyaları tətbiq etsəm, bəlkə də, robotların bir-birinə 247 00:09:30,684 --> 00:09:32,305 bir qrup kimi qarışmasına nail ola bilərəm. 248 00:09:32,305 --> 00:09:36,118 Hər kəs bir-biriləri ilə danışmadan anlaşır, heç kəs bunu bir anlıq belə dayandırmır. 249 00:09:36,118 --> 00:09:38,910 Beləcə mən eyni şeyi bu dəfə musiqiyə tətbiq etdim, 250 00:09:38,910 --> 00:09:40,297 və burada robot, əslində, 251 00:09:40,297 --> 00:09:41,272 nə çalacağını bilmirdi. 252 00:09:41,272 --> 00:09:42,545 O, sanki öz vücudunu hərəkət etdirir 253 00:09:42,545 --> 00:09:44,773 və ifa etmək üçün imkanlardan istifadə edir. 254 00:09:44,773 --> 00:09:47,494 Və mənim 17 yaşım olanda caz müəllimimin mənə dediyini edir. 255 00:09:47,494 --> 00:09:48,758 O mənə demişdi ki, sən improvizasiya edəndə 256 00:09:48,758 --> 00:09:50,419 bəzən nə etdiyini bilmir, lakin 257 00:09:50,419 --> 00:09:51,434 yenə də bunu etməyə davam edirsən. 258 00:09:51,434 --> 00:09:52,864 Və mən nə etdiyini tam bilməyən, lakin yenə də 259 00:09:52,864 --> 00:09:54,809 davam edən robot yaratmağa çalışdım 260 00:09:54,809 --> 00:09:57,753 Gəlin bu çıxışdan bir neçə saniyəyə baxaq. 261 00:09:57,753 --> 00:10:00,670 Burada robot musiqiçiyə qulaq asır 262 00:10:00,670 --> 00:10:02,473 və improvizasiya edir. 263 00:10:02,473 --> 00:10:04,846 Daha sonra insan musiqiçi də 264 00:10:04,846 --> 00:10:06,633 robotun etdiyinə cavab verir və 265 00:10:06,633 --> 00:10:09,453 bunun davranışından nəticə çıxarır. 266 00:10:09,453 --> 00:10:13,981 Hətta bəzən robotun gəlib çıxdığı vəziyyətə təəccüblənir. 267 00:10:13,981 --> 00:11:00,056 (Musiqi) 268 00:11:00,056 --> 00:11:05,087 (Alqış) 269 00:11:05,087 --> 00:11:07,073 Musiqiçi olmaq sadəcə not yazmaqdan ibarət deyil, 270 00:11:07,073 --> 00:11:09,459 əks halda heç kəs canlı şoulara baxamağa getməzdi. 271 00:11:09,459 --> 00:11:11,382 Musiqiçilər həm də öz vücudları vasitəsiilə 272 00:11:11,382 --> 00:11:13,329 qrupun digər üzvləri, auditoriya ilə ünsiyyət yaradırlar. 273 00:11:13,329 --> 00:11:15,492 Onlar öz vücudlarından musiqini ifadə etmək üçün istifadə edirlər. 274 00:11:15,492 --> 00:11:17,872 Və mən düşündüm ki, bizim artıq səhnədə robot musiqiçimiz var, 275 00:11:17,872 --> 00:11:20,820 Nəyə görə onu tam təkmil musiqiçi etməyək? 276 00:11:20,820 --> 00:11:23,336 Və mən robot üçün sosial ifadəli . 277 00:11:23,336 --> 00:11:24,885 baş hazırlamağa başladım. 278 00:11:24,885 --> 00:11:26,712 Baş faktiki marimbaya toxunmur, 279 00:11:26,712 --> 00:11:28,348 bu, sadəcə, musiqinin necə olduğunu ifadə edir. 280 00:11:28,348 --> 00:11:31,428 Bunlar Atlantada bir barda çəkilmiş bəzi eskizlərdir. 281 00:11:31,428 --> 00:11:34,050 Bu bar çox təhlükəli bir şəkildə mənim laborotoriyamla evimin 282 00:11:34,050 --> 00:11:35,502 düz arasında yerləşmişdi. 283 00:11:35,502 --> 00:11:36,918 Beləcə, mən orta hesabla orada 284 00:11:36,918 --> 00:11:39,846 hər gün üç-dörd saat olurdum. 285 00:11:39,846 --> 00:11:42,744 Mənə belə gəlir. (Gülüş) 286 00:11:42,744 --> 00:11:45,723 Və mən yenidən öz animasiya alətlərimə üz tutdum və 287 00:11:45,723 --> 00:11:47,905 robot musiqiçinin necə görünməli olduğunu deyil, 288 00:11:47,905 --> 00:11:50,713 necə hərəkət etməli olduğunu anlamağa çalışdım. 289 00:11:50,713 --> 00:11:54,013 Nə isə başqa şəxsin ifa etdiyini xoşlamadığını 290 00:11:54,013 --> 00:11:56,492 və ya həmin anda hansı ritmi hiss etdiyini 291 00:11:56,492 --> 00:11:58,141 göstərmək kimi bir şey. 292 00:11:58,141 --> 00:12:02,668 Beləcə artıq biz bu xoş robotu qurmaq üçün pul almırdıq. 293 00:12:02,668 --> 00:12:04,878 Mən sizə eyni qəbildən olan daha bir ifa göstərəcəm - 294 00:12:04,878 --> 00:12:07,220 bu dəfə sosial ifadəli baş ilə. 295 00:12:07,220 --> 00:12:09,184 Və bir şeyə diqqət edin -- 296 00:12:09,184 --> 00:12:10,880 robot bizə, həqiqətən də, 297 00:12:10,880 --> 00:12:12,744 insandan götürdüyü ritmi göstərir. 298 00:12:12,744 --> 00:12:16,760 Bu, həmçinin, insanda da robotun nə etdiyini bilməsi hissini oyadır. 299 00:12:16,760 --> 00:12:18,140 Və o, həm də öz solosu başlayan kimi 300 00:12:18,140 --> 00:12:20,680 hərəkət tərzini dəyişir. 301 00:12:20,680 --> 00:12:24,600 (Musiqi) 302 00:12:24,600 --> 00:12:27,501 İndi o, ona qulaq asdığıma əmin olmaq üçün mənə baxır. 303 00:12:27,501 --> 00:12:48,601 (Musiqi) 304 00:12:48,601 --> 00:12:52,228 İndi isə parçanın son akkorduna bir daha baxaq 305 00:12:52,228 --> 00:12:55,067 və bu dəfə robot öz işi ilə məşğul ola-ola 306 00:12:55,067 --> 00:12:57,204 öz vücudu vasitəsilə ünsiyyət yaradır 307 00:12:57,204 --> 00:12:58,816 və son akkordu 308 00:12:58,816 --> 00:13:02,168 mənimlə koordinasiya etmək üçün hazırlaşır. 309 00:13:02,168 --> 00:13:15,097 (Musiqi) 310 00:13:15,128 --> 00:13:20,906 (Alqış) 311 00:13:20,906 --> 00:13:25,263 Təşəkkür edirəm. Ümid edirəm ki, siz 312 00:13:25,263 --> 00:13:27,944 vücudun alətə toxunmayan hissəsinin 313 00:13:27,944 --> 00:13:31,310 musiqi ifasına, həqiqətən də, nə qədər kömək etdiyini görürsünüz. 314 00:13:31,310 --> 00:13:34,530 Biz Atlantadayıqsa, aydındır ki, nə vaxtsa 315 00:13:34,530 --> 00:13:36,399 bizim laborotoriyamıza bəzi reperlər gələcək. 316 00:13:36,399 --> 00:13:38,639 Və biz bu reperi bizim 317 00:13:38,639 --> 00:13:41,212 robotla birgə bir az əylənməyə çağırdıq. 318 00:13:41,212 --> 00:13:43,914 Və burada siz robotun, 319 00:13:43,914 --> 00:13:45,143 aslində, ritmə cavab verdiyini görə bilərsiniz və -- 320 00:13:45,143 --> 00:13:47,997 iki şeyə diqqət edin. Birincisi, robota başını hərəkət 321 00:13:47,997 --> 00:13:50,510 edərkən qoşulmaq istəyinin necə qarşısıalınmaz olduğuna. 322 00:13:50,051 --> 00:13:52,412 Və o, bunu edərkən, sanki sən də öz başını yellətmək istəyirsən. 323 00:13:52,412 --> 00:13:56,207 İkincisi, reperin, doğrudan da, diqqətini öz iPhone-una yönəltməsinə baxmayaraq, 324 00:13:56,207 --> 00:13:59,121 robot üzünü ona çevirən kimi onun da robota baxmasına. 325 00:13:59,121 --> 00:14:01,200 Hətta bunun onun görüntü sahəsinin kənarında olmasına baxmayaraq -- 326 00:14:01,200 --> 00:14:03,770 bu, sadəcə onun gözünün küncündədir, lakin çox güclüdür. 327 00:14:03,770 --> 00:14:05,821 Və buna səbəb bizim ətrafımızda hərəkət edən fiziki əşyalara 328 00:14:05,821 --> 00:14:07,522 reaksiya verməməyi bacarmamağımızdır. 329 00:14:07,522 --> 00:14:09,286 Biz bu cürə yaranmışıq. 330 00:14:09,286 --> 00:14:12,618 Beləcə, əgər sizin yoldaşınızla 331 00:14:12,618 --> 00:14:15,489 onun öz iPhone-una çox baxması ilə bağlı probleminiz varsa, 332 00:14:15,489 --> 00:14:17,082 onun diqqətini cəlb etmək üçün 333 00:14:17,082 --> 00:14:18,636 orada bir robotdan istifadə edə bilərsiniz. (Gülüş) 334 00:14:18,636 --> 00:14:38,211 (Musiqi) 335 00:14:38,211 --> 00:14:44,872 (Alqış) 336 00:14:44,872 --> 00:14:47,382 Üzərində işlədiyimiz sonuncu robotu 337 00:14:47,382 --> 00:14:49,526 təqdim etmək istərdim, hansı ki, 338 00:14:49,526 --> 00:14:51,599 bizim tapdığımız, bir az təəccüb doğuran ideyadan yaranıb: 339 00:14:51,599 --> 00:14:54,634 Bəzi nöqtəyə çatanda insanlar robotun bu qədər ağıllı olmasına, 340 00:14:54,634 --> 00:14:56,342 improvizasiya edə bilməsinə və qulaq asmasına 341 00:14:56,342 --> 00:15:00,750 və mənim təkmilləşdirmək üçün illər həsr etdiyim, vücudda təcəssüm olumuş intellektlə bağlı tapşırıqlar yerinə etməsinə qətiyyən fikir vermirdilər. 342 00:15:00,750 --> 00:15:04,263 Onlar robotun musiqidən həzz almasını, həqiqətən də, bəyənmişdilər. (Gülüş) 343 00:15:04,263 --> 00:15:06,668 Və onlar demirdilər ki, robot musiqiyə uyğun hərəkət edir, 344 00:15:06,668 --> 00:15:08,340 onlar deyirdilər ki, robot musiqidən həzz alır. 345 00:15:08,340 --> 00:15:10,744 Biz düşündük: Nə üçün bu ideyadan istifadə etməyək? 346 00:15:10,744 --> 00:15:13,629 Və beləcə yeni mebel əşyası hazırladıq. 347 00:15:13,629 --> 00:15:15,718 Bu dəfə bu stolüstü lampa deyil, səsucaldıcı idi. 348 00:15:15,718 --> 00:15:18,826 Bu sizin smartfonunuzu birləşdirə bildiyiniz biri səsucaldıcı idi. 349 00:15:18,826 --> 00:15:20,545 Və mən fikirləşdim ki, görəsən, əgər 350 00:15:20,545 --> 00:15:23,146 sizin səsucaldıcınız musiqini sadəcə səsləndirməsə, 351 00:15:23,146 --> 00:15:25,657 həm də ondan həzz alsa, necə olar? 352 00:15:25,657 --> 00:15:27,434 Və bunlar yenə də ilkin mərhələdən 353 00:15:27,434 --> 00:15:31,835 bəzi animasiya testləridir. 354 00:15:31,835 --> 00:15:36,005 Və yekun əşya belə görünürdü. 355 00:15:47,223 --> 00:16:09,461 (Melodiya: "Drop It Like It's Hot") 356 00:16:09,461 --> 00:16:12,105 Başla çoxlu hərəkətlər. 357 00:16:12,105 --> 00:16:15,327 (Alqış) 358 00:16:15,327 --> 00:16:17,228 Auditoriyada da başla çoxlu hərəkətlər, 359 00:16:17,228 --> 00:16:20,386 beləcə biz görə bilərik ki, robotlar hələ də insanlara təsir edə bilirlər. 360 00:16:20,386 --> 00:16:23,028 Və bu sadəcə oyunlar və əyləncədən ibaarət deyil. 361 00:16:23,028 --> 00:16:25,420 Düşünürəm ki, mənim oz vücudlarından 362 00:16:25,420 --> 00:16:27,214 ünsiyyət qurmaq və hərəkət etmək üçün 363 00:16:27,214 --> 00:16:29,407 istifadə edən robotlara bu qədər önəm verməyimin səbəbi -- 364 00:16:29,407 --> 00:16:32,640 və mən sizə biz robotlaşdırma ilə məşğul olanların gizlətdiyi kiçik bir məsələni açıqlayacam -- 365 00:16:32,640 --> 00:16:35,001 budur ki, sizlərdən hər biriniz həyatınızın hansısa bir nöqtəsində 366 00:16:35,001 --> 00:16:37,254 robotla birgə yaşayacaqsınız. 367 00:16:37,254 --> 00:16:39,550 Bir vaxt gələcək, sizin həyatınızda robotlar olacaq. 368 00:16:39,550 --> 00:16:41,678 Sizinkində olmasa, onda sizin uşaqlarınızın həyatlarında. 369 00:16:41,678 --> 00:16:43,467 Və mən bu robotların 370 00:16:43,467 --> 00:16:46,961 indi göründüklərindən daha səlis, cazibədar, incə 371 00:16:46,961 --> 00:16:48,749 olmalarını istəyirəm. 372 00:16:48,749 --> 00:16:50,668 Düşünürəm ki, bunun baş verməsi üçün robotlar 373 00:16:50,668 --> 00:16:52,034 şahmat oyunçusundan daha çox 374 00:16:52,034 --> 00:16:54,744 səhnə aktyorları və musiqiçilər kimi olmalıdırlar. 375 00:16:54,744 --> 00:16:57,683 Bəlkə də onlar şansdan istifadə etməyə və improvizasiya etməyə qadir olmalıdırlar. 376 00:16:57,683 --> 00:17:00,180 Bəlkə də onlar sizin nə etməyə hazırlaşdığınızı sezməyə qadir olmalıdırlar. 377 00:17:00,180 --> 00:17:02,756 Və bəlkə də onlar səhv etməyə və onları düzəltməyə 378 00:17:02,756 --> 00:17:03,979 qadir olmalıdırlar, 379 00:17:03,979 --> 00:17:06,015 çünki necə olsa da, biz insanıq. 380 00:17:06,015 --> 00:17:09,386 Və bəlkə də bir insan kimi, əladan bir az aşağl olan robotlar 381 00:17:09,386 --> 00:17:11,252 bizimlə müqayisədə əladırlar. 382 00:17:11,252 --> 00:17:12,766 Təşəkkür edirəm. 383 00:17:12,766 --> 00:17:16,188 (Alqış)