Bu James Risendir. Yəqin siz onu New York Times-ın Pulitser mükafatı almış müxbiri kimi tanıyırsınız. Edward Snowden məşhur olmamışdan uzun zaman öncə Risen Milli Təhlükəsizlik Agentliyinin amerikalıların telefonlarına qanunsuz şəkildə qulaq asdıqlarını ifşa edən kitab yazmışdır. Ancaq kitabdakı başqa bir fəsil uzunmüddətli təsirə malik ola bilər. Burada o, Mərkəzi Kəşfiyyat İdarəsinin nüvə silahı layihəsini İrana ötürən Birləşmiş Ştatların katastrofik kəşfiyyat əməliyyatını təsvir edir. İnanmırsınızsa həmin fəsli oxuyun. Bu inanılmaz hekayədir. Amma bilirsiniz o fəsil kimin xoşuna gəlmədi? ABŞ hökümətinin. Təxminən 10 il sonra Risen Birləşmiş Ştatlar hökümətinin istintaqına cəlb olundu. Prokuror ondan əsaslandığı mənbələrin birinin əleyhinə şahidlik etməyi tələb edirdi. Beləliklə, o, ABŞ hökümətinin jurnalistləri güdmək və ifşaçı olanları məhkəməyə vermək kimi mövzularda yeni simasına çevrildi. Gördüyünüz kimi Birinci Düzəlişdə mətbuata ictimai maraqlara görə gizli məlumatı nəşr etmək hüququ verilir. Əgər mətbuat bu xəbərləri toplaya bilmirsə və xəbərləri onlara göndərən cəsur insanların şəxsiyyətini gizlədə bilmirsə, hüququn tətbiqi qeyri-mümkündür. Hökumət Risenin də qapısını döydükdə, o bütün cəsur müxbirlərin etidiyini təkrarladı: Rədd cavabı verdi. Həbsi daha üstün tutduğunu dedi. Beləliklə, 2007-dən 2015-ə qədər Risen federal həbsxanaya getmək qorxusu ilə yaşadı. Məhkəmədən bir neçə gün əvvəl maraqlı bir hadisə baş verdi. İllərlə hökumət bunun istintaq üçün vacib olduğunu dedikdən sonra qəflətən, Risen-ə olan tələblərini bütünlüklə dayandırdı. Sonradan elektron nəzarət əsrində müxbir və mənbələrin gizlənə biləcəyi çox az yerin olduğu anlaşıldı. Risen-ı şahidlik etməyə məcbur edib buna nail ola bilməmək əvəzinə dijital izlərinin onun əleyhinə şahidlik etməsinə nail oldular. Tamamilə gizli yolla öz razılığı olmadan prokurorlar Risen-in telefon danışıqlarını əldə etdilər. Onlar Risen-ın e-mail yazışmalarını, maliyyə və bank məlumatlarını, kredit hesabatlarını, hətta onun təyyarə uçuşları və səyahət məlumatını da əldə etmişdilər. Risen-ın əsaslandığı mənbə olub Mərkəzi Kəşfiyyat Agentliyini ifşa edən, Jeffrey Sterling-in həbsinə səbəb olan məlumat da bunların arasında idi. Təəssüf ki, bu belə hallardan sadəcə biridir. Prezident Obama ifşaçıları qorumağa söz vermişdi, ancaq əvəzində, onun Ədalət Departamenti əvvəlki bütün hökumətlərdən daha çox ifşaçını məhkəməyə cəlb edib. Hökumət etdiklərinin çoxunu gizli hesab etdiyindən bunun necə problem olduğunu görmək olar. 11 Sentyabr hadisəsindən bəri demək olar milli təhklükəsizlik haqqında hər hekayə ifşaçının məlumatı jurnalistə ötürməyinin nəticəsidir. Bununla biz görürük ki, hökumət hər kəsi güdmək səlahiyyətini genişləndirdiyi üçün jurnalistlər Birinci Düzəliş ilə qorunmalı olan işlərini görə bilmirlər. Ancaq texnologiya hökumətə müxbirlərin hüquqlarını pozmağa imkan verirsə, mətbuat da öz mənbələrini əvvəlkindən daha yaxşı qorumaq üçün texnologiyadan istifadə edə bilər. Və onlar istintaqa cəlb olunmadan mənbələrlə danışdıqları andan texnologiyadan istifadə etməyə başlaya bilərlər. Risen-in kitabını yazdığı vaxt mövcud olmayan kommunikasiya proqramı mövcuddur və normal e-mail və ya telefon zəngindən nəzarəti daha çətindir. Məsələn belə proqramlardan biri ilk dəfə son Internet dahisi Aaron Swartzın yaratdığı indi işlədiyim qeyri kommersiya təşkilatı Mətbuat Azadlığı Fondu tərəfindən inkişaf etdirilən açıq mənbəli ifşa sistemi SecureDrop-dur. E-mail göndərmək əvəzinə burda Washington Post-da olduğu kimi təşkilatın veb səhifəsinə daxil olun. Ordan siz, başqa kommunikasiya vasitələrində olduğu kimi sənəd yükləyə ya da məlumat göndərə bilərsiniz. Daha sonra məlumat şifrələnib ancaq xəbər təşkilatının daxil ola bildiyi serverdə saxlanılır. Beləcə, hökumət artıq gizli olaraq məlumat tələb edə bilməz və onların tələb edəcəyi məlumatın çoxu ilk növbədə mövcud olmayacaq. Bununla belə, SecureDrop 21-ci əsrdə Mətbuat Azadlığını qorumaq hekayəsinin yalnız bir hissəsidir. Təəssüf ki, bütün dünyada hökumətləri bizi riskə atan yeni casus texnikalarını davamlı təkmilləşdirirlər. Biz əmin olmalıyıq ki, bu yalnız Edward Snowden kimi səhv işləri ifşa edən texnologiya mütəxəssisləri deyil. Bu, bizi dolu xəstəxanalar haqqında xəbərdarlıq edən veteranların səhiyyə müxbiri və ya Flint-in kirli suyunu xəbər verən ətraf mühit işçisi və ya bizi gələcək maliyyə böhranı barəsində məlumatlandıran Wall Street üzvünü qorumaq da eyni dərəcədə önəmlidir. Nəticədə bu vasitələr yalnız cinayətləri ifşa edən cəsur insanlara kömək üçün yox, Konstitusiyaya əsaslanan hüquqlarımızı qorumaq üçün yaradılıb. Təşəkkür edirəm. (Alqış)