Bu James Risendir.
Yəqin siz onu New York Times-ın
Pulitser mükafatı almış
müxbiri kimi tanıyırsınız.
Edward Snowden məşhur olmamışdan
uzun zaman öncə Risen
Milli Təhlükəsizlik Agentliyinin
amerikalıların telefonlarına
qanunsuz şəkildə qulaq asdıqlarını
ifşa edən kitab yazmışdır.
Ancaq kitabdakı başqa bir fəsil
uzunmüddətli təsirə malik ola bilər.
Burada o, Mərkəzi Kəşfiyyat İdarəsinin
nüvə silahı layihəsini
İrana ötürən Birləşmiş Ştatların
katastrofik kəşfiyyat
əməliyyatını təsvir edir.
İnanmırsınızsa həmin fəsli oxuyun.
Bu inanılmaz hekayədir.
Amma bilirsiniz o fəsil
kimin xoşuna gəlmədi?
ABŞ hökümətinin.
Təxminən 10 il sonra Risen
Birləşmiş Ştatlar hökümətinin
istintaqına cəlb olundu.
Prokuror ondan əsaslandığı
mənbələrin birinin
əleyhinə şahidlik etməyi tələb edirdi.
Beləliklə, o, ABŞ hökümətinin
jurnalistləri güdmək və ifşaçı olanları
məhkəməyə vermək kimi mövzularda
yeni simasına çevrildi.
Gördüyünüz kimi Birinci Düzəlişdə
mətbuata ictimai maraqlara görə
gizli məlumatı nəşr etmək hüququ verilir.
Əgər mətbuat bu xəbərləri toplaya bilmirsə
və xəbərləri onlara göndərən
cəsur insanların şəxsiyyətini
gizlədə bilmirsə, hüququn tətbiqi
qeyri-mümkündür.
Hökumət Risenin də
qapısını döydükdə,
o bütün cəsur müxbirlərin
etidiyini təkrarladı:
Rədd cavabı verdi.
Həbsi daha üstün tutduğunu dedi.
Beləliklə, 2007-dən 2015-ə qədər
Risen federal həbsxanaya getmək
qorxusu ilə yaşadı.
Məhkəmədən bir neçə gün əvvəl
maraqlı bir hadisə baş verdi.
İllərlə hökumət bunun istintaq üçün
vacib olduğunu dedikdən sonra
qəflətən, Risen-ə olan tələblərini
bütünlüklə dayandırdı.
Sonradan elektron nəzarət əsrində
müxbir və mənbələrin
gizlənə biləcəyi çox az yerin
olduğu anlaşıldı.
Risen-ı şahidlik etməyə məcbur edib
buna nail ola bilməmək əvəzinə
dijital izlərinin onun əleyhinə
şahidlik etməsinə nail oldular.
Tamamilə gizli yolla öz
razılığı olmadan prokurorlar
Risen-in telefon danışıqlarını
əldə etdilər.
Onlar Risen-ın e-mail yazışmalarını,
maliyyə və bank məlumatlarını,
kredit hesabatlarını, hətta onun
təyyarə uçuşları və səyahət
məlumatını da əldə etmişdilər.
Risen-ın əsaslandığı mənbə olub
Mərkəzi Kəşfiyyat Agentliyini ifşa edən,
Jeffrey Sterling-in həbsinə səbəb olan
məlumat da bunların arasında idi.
Təəssüf ki, bu belə hallardan
sadəcə biridir.
Prezident Obama ifşaçıları qorumağa
söz vermişdi,
ancaq əvəzində, onun Ədalət Departamenti
əvvəlki bütün hökumətlərdən
daha çox ifşaçını məhkəməyə cəlb edib.
Hökumət etdiklərinin çoxunu
gizli hesab etdiyindən
bunun necə problem olduğunu görmək olar.
11 Sentyabr hadisəsindən bəri demək olar
milli təhklükəsizlik haqqında hər hekayə
ifşaçının məlumatı
jurnalistə ötürməyinin nəticəsidir.
Bununla biz görürük ki, hökumət hər kəsi
güdmək səlahiyyətini
genişləndirdiyi üçün jurnalistlər
Birinci Düzəliş ilə
qorunmalı olan işlərini görə bilmirlər.
Ancaq texnologiya hökumətə müxbirlərin
hüquqlarını pozmağa imkan verirsə,
mətbuat da öz mənbələrini
əvvəlkindən daha yaxşı
qorumaq üçün texnologiyadan
istifadə edə bilər.
Və onlar istintaqa cəlb olunmadan
mənbələrlə danışdıqları andan
texnologiyadan istifadə etməyə
başlaya bilərlər.
Risen-in kitabını yazdığı vaxt
mövcud olmayan
kommunikasiya proqramı mövcuddur
və normal e-mail və ya telefon zəngindən
nəzarəti daha çətindir.
Məsələn belə proqramlardan biri
ilk dəfə son Internet dahisi
Aaron Swartzın yaratdığı
indi işlədiyim qeyri kommersiya təşkilatı
Mətbuat Azadlığı Fondu tərəfindən
inkişaf etdirilən açıq mənbəli
ifşa sistemi SecureDrop-dur.
E-mail göndərmək əvəzinə
burda Washington Post-da olduğu kimi
təşkilatın veb səhifəsinə daxil olun.
Ordan siz, başqa
kommunikasiya vasitələrində olduğu kimi
sənəd yükləyə ya da
məlumat göndərə bilərsiniz.
Daha sonra məlumat şifrələnib
ancaq xəbər təşkilatının
daxil ola bildiyi serverdə saxlanılır.
Beləcə, hökumət artıq gizli olaraq
məlumat tələb edə bilməz
və onların tələb edəcəyi məlumatın çoxu
ilk növbədə mövcud olmayacaq.
Bununla belə, SecureDrop 21-ci əsrdə
Mətbuat Azadlığını qorumaq hekayəsinin
yalnız bir hissəsidir.
Təəssüf ki, bütün dünyada hökumətləri
bizi riskə atan yeni casus texnikalarını
davamlı təkmilləşdirirlər.
Biz əmin olmalıyıq ki, bu yalnız
Edward Snowden kimi səhv işləri ifşa edən
texnologiya mütəxəssisləri deyil.
Bu, bizi dolu xəstəxanalar
haqqında xəbərdarlıq edən
veteranların səhiyyə müxbiri
və ya Flint-in kirli suyunu xəbər verən
ətraf mühit işçisi və ya bizi gələcək
maliyyə böhranı barəsində
məlumatlandıran Wall Street üzvünü
qorumaq da eyni dərəcədə önəmlidir.
Nəticədə bu vasitələr yalnız
cinayətləri ifşa edən
cəsur insanlara kömək üçün yox,
Konstitusiyaya əsaslanan hüquqlarımızı
qorumaq üçün yaradılıb.
Təşəkkür edirəm.
(Alqış)