WEBVTT 00:00:01.136 --> 00:00:04.389 1980-ci illərin məşhur "Cazmen Qardaşlar" filmində 00:00:04.389 --> 00:00:09.183 belə bir səhnə var ki, John Belushi ilk dəfə olaraq Dan Aykroyd'u 00:00:09.183 --> 00:00:11.926 ziyarət etmək üçün onun Çikaqo'dakı mənzilinə gedir. 00:00:12.106 --> 00:00:14.637 Bura dar, bambalaca yerdi 00:00:14.637 --> 00:00:17.168 və qatar relslərindən cəmi 90 santimetr aralıdı. 00:00:18.628 --> 00:00:20.466 John Dan'ın yatağında oturan vaxt 00:00:20.466 --> 00:00:22.929 otaqdakı hər şeyi cingildədəcək şəkildə 00:00:22.929 --> 00:00:25.153 qatar sürətlə yandan ötüb keçir. 00:00:25.153 --> 00:00:28.982 John soruşur, "O qatar nə qədər vaxtdan bir burdan keçir?" 00:00:28.982 --> 00:00:33.542 Dan cavab verir, "O qədər tez-tez ki, heç bunu hiss də etməyəcəksən". 00:00:33.542 --> 00:00:36.448 Və birdən divardan nəsə yerə düşür. NOTE Paragraph 00:00:37.248 --> 00:00:39.042 Hamımız bilirik ki, o nədən danışır. 00:00:39.042 --> 00:00:41.883 İnsanoğlu olaraq gündəlik şeylərə 00:00:41.883 --> 00:00:43.080 çox sürətlə alışırıq. 00:00:43.600 --> 00:00:46.984 Məhsul dizayneri olaraq bu gündəlik şeyləri görmək, onları hiss etmək və 00:00:46.984 --> 00:00:50.521 daha da inkişaf etdirməyə çalışmaq mənim vəzifəmdi. 00:00:51.365 --> 00:00:54.861 Məsələn, bu meyvə dənəsini görürsüz? 00:00:56.211 --> 00:00:57.811 Bu balaca etiketi görürsüz? 00:00:59.211 --> 00:01:01.666 Mən uşaq olanda o etiket orda deyildi. 00:01:02.776 --> 00:01:04.694 Amma illər ötdükcə hardasa, 00:01:04.694 --> 00:01:07.575 kiminsə o etiketi meyvənin üstünə qoymaq fikri ağlına gəldi. 00:01:07.575 --> 00:01:08.292 Nə üçün? 00:01:08.292 --> 00:01:09.821 Beləcə ərzaq dükanındakı kassada 00:01:09.821 --> 00:01:11.558 ödəniş etmək bizimçün daha asan olar. NOTE Paragraph 00:01:11.558 --> 00:01:12.651 Bu əladı, deməli 00:01:12.651 --> 00:01:14.706 mağazaya daha sürətlə girib çıxa bilərik. 00:01:14.706 --> 00:01:16.784 Amma indi yeni bir problem var. 00:01:17.414 --> 00:01:19.443 Evə çatanda və ac olanda 00:01:19.443 --> 00:01:22.874 bu yetişmiş, şirəli meyvə dənəsini görürük, 00:01:22.874 --> 00:01:25.719 bircə istəyirik ki, onu götürək və yeyək. 00:01:25.719 --> 00:01:29.455 Amma ki indi, bu balaca etiketi axtarmalıyıq. 00:01:30.587 --> 00:01:34.961 Və dırnaqlarımızla bunu deşməliyik, tamını, ləzzətini korlamalıyıq. 00:01:34.962 --> 00:01:36.601 Sonra o etiketi yumurlamaq -- 00:01:36.601 --> 00:01:37.636 bilirsiz nəyi deyirəm. 00:01:37.636 --> 00:01:39.775 Sonra da bunu barmaqlarından atmağa çalışmaq. 00:01:39.775 --> 00:01:43.136 (Alqış) 00:01:44.276 --> 00:01:45.776 Bu zarafat deyil, 00:01:45.776 --> 00:01:46.797 qətiyyən. NOTE Paragraph 00:01:47.777 --> 00:01:49.672 Amma maraqlı nəsə baş verdi. 00:01:49.672 --> 00:01:53.213 Görürsüz ilk dəfə bunu edəndə siz də yəqin həmin şeyləri hiss etmişdiz. 00:01:53.213 --> 00:01:55.280 İstədiyiniz bircə meyvə dənəsini yemək idi. 00:01:55.280 --> 00:01:56.287 Kefiniz korlandı. 00:01:56.287 --> 00:01:58.021 Yeməyə girişmək istəyirdiz bircə. 00:01:58.541 --> 00:02:00.165 10-cu dəfə edəndə artıq 00:02:00.165 --> 00:02:02.641 daha az dilxor olmağa başladız 00:02:02.641 --> 00:02:06.071 və sadəcə olaraq başladız etiketi soymağa. 00:02:06.071 --> 00:02:08.480 100-cü dəfədə, ən azından mənimçün, 00:02:08.480 --> 00:02:09.612 bunu düşünmədən edirdim. 00:02:10.212 --> 00:02:13.103 Eləcə meyvə dənəsini götürdüm, 00:02:13.103 --> 00:02:17.215 etiketi dırnaqlarımla deşdim, barmağımdan atmağa çalışdım, 00:02:17.215 --> 00:02:18.771 və sonra baxdım görüm, 00:02:18.771 --> 00:02:22.270 "Başqa bir etiket də varmı?" 00:02:23.680 --> 00:02:24.974 Yaxşı, bəs nəyə görə? 00:02:24.974 --> 00:02:27.126 Nəyə görə gündəlik etdiyimiz şeylərə alışırıq? 00:02:27.126 --> 00:02:30.274 Əslində insanoğlu olaraq məhdud beyin gücümüz var. 00:02:30.274 --> 00:02:35.043 Və beynimiz gündəlik etdiyimiz şeyləri vərdişlər halında şifrələyir, 00:02:35.043 --> 00:02:38.620 beləcə də yeni şeylər öyrənmək üçün yer boşaltmış oluruq beynimizdə. 00:02:38.620 --> 00:02:40.662 Bu alışqanlıq adlanan prosesdi 00:02:40.662 --> 00:02:44.266 və bu insanlar olaraq bizim öyrəndiyimiz ən əsas yollardan biridi. 00:02:45.596 --> 00:02:47.446 Amma alışqanlıq da həmişə pis deyil. 00:02:48.975 --> 00:02:50.975 Avtomobil sürməyi öyrənməyi xatırlayırsınız? 00:02:51.101 --> 00:02:52.539 Mən əlbəttə xatırlayıram. 00:02:52.939 --> 00:02:56.227 Əllərinizlə sükanı sağ və soldan möhkəmcə sıxırsınız, 00:02:56.227 --> 00:02:58.445 bayırdakı hər şeyə bir-bir baxırsınız -- 00:02:58.445 --> 00:03:01.695 avtomobillər, işıqlar, piyadalar. 00:03:01.695 --> 00:03:04.006 Adamı əsəbləşdirən təcrübə idi. 00:03:04.936 --> 00:03:08.520 Mən hətta maşındakı heç kimlə danışa bilmirdim 00:03:08.520 --> 00:03:10.450 və mahnıya da qulaq asa bilmirdim. 00:03:10.840 --> 00:03:12.949 Amma sonra maraqlı nəsə baş verdi. 00:03:12.949 --> 00:03:17.119 Həftələr ötüb keçdikcə avtomobili idarə etmək daha da asan oldu. 00:03:18.339 --> 00:03:19.647 Öyrəşdin buna. 00:03:20.647 --> 00:03:22.914 Əyləncəli və qeyri-iradi olmağa başladı. 00:03:23.324 --> 00:03:25.531 Ondan sonra yenə dostlarınla danışa və musiqiyə 00:03:25.531 --> 00:03:26.490 qulaq asa bilərsən. NOTE Paragraph 00:03:26.490 --> 00:03:29.189 Deməli beynimizin nələrəsə alışmağının müsbət səbəbi var. 00:03:29.189 --> 00:03:32.552 Belə olmasaydı hər kiçik detala fikir verərdik 00:03:32.552 --> 00:03:34.167 həmişə. 00:03:34.717 --> 00:03:36.295 Yorucu olardı, 00:03:36.295 --> 00:03:38.687 və yeni nələrsə öyrənməyə vaxtımız olmazdı. NOTE Paragraph 00:03:40.317 --> 00:03:43.457 Amma bəzən də alışqanlıq yaxşı olmur. 00:03:44.477 --> 00:03:47.812 Əgər bu ətrafımızdakı problemləri görməkdən bizi saxlayırsa, 00:03:47.812 --> 00:03:48.843 deməli pisdi. 00:03:49.413 --> 00:03:52.816 Bu həmin problemləri görməkdən və onları həll etməkdən bizi saxlayırsa, 00:03:52.816 --> 00:03:54.933 deməli, həqiqətən də pisdi. NOTE Paragraph 00:03:55.923 --> 00:03:57.906 Yumor ustaları bu haqda hər şeyi bilirlər. 00:03:57.906 --> 00:04:02.791 Jerry Seinfeld'in bütöv karyerası bu kiçik detalları görməyin üzərində qurulmuşdu, 00:04:02.791 --> 00:04:06.769 o səfeh şeylər ki, hər gün edirik, amma heç xatırlamırıq da. 00:04:08.238 --> 00:04:10.615 O bizə dostlarını ziyarət etdiyi və 00:04:10.615 --> 00:04:13.001 rahat bir duş almaq istədiyi vaxtdan danışır. 00:04:13.001 --> 00:04:16.898 Əlini uzadıb qulpu tutardı və və bir istiqamətdə yüngülcə döndərərdi, 00:04:16.900 --> 00:04:19.483 və 100 dərəcə çox istiyə keçərdi. 00:04:19.483 --> 00:04:23.415 Sonra o biri istiqamətdə döndərərdi, onda da 100 dərəcə çox soyuq. 00:04:23.415 --> 00:04:25.778 Rahat bir duş istəyirdi təkcə. 00:04:25.778 --> 00:04:27.941 Biz hamımız eyni vəziyyətdə olmuşuq, 00:04:27.941 --> 00:04:29.726 sadəcə xatırlamırıq. 00:04:29.726 --> 00:04:31.048 Amma Jerry xatırladı, 00:04:31.048 --> 00:04:33.062 və bu da komediya ustasının işidir. NOTE Paragraph 00:04:33.062 --> 00:04:36.182 Amma dizaynerlər, yenilikçi sahibkarlar kimi 00:04:36.182 --> 00:04:38.589 bizim işimiz bu şeyləri təkcə görmək yox, 00:04:38.589 --> 00:04:41.525 bir addım da qabağa gedib onları düzəltməyə çalışmaqdı. NOTE Paragraph 00:04:43.276 --> 00:04:44.842 Bunu, bu adamı görürsünüz, 00:04:44.842 --> 00:04:46.311 bu Mary Anderson'du. 00:04:46.581 --> 00:04:48.778 1902-ci ildə Nyu Yorkda idi, 00:04:48.778 --> 00:04:50.606 qonaq gedirdi. 00:04:51.016 --> 00:04:55.834 Soyuq, rütubətli, qarlı gün idi, tramvayın içində isə isti idi. 00:04:57.226 --> 00:05:02.323 Mary yolda gedəndə sürücünün avtomobili təhlükəsiz idarə etməsi üçün 00:05:02.323 --> 00:05:07.128 pəncərəni açıb artıq qarları təmizlədiyini gördü. 00:05:08.258 --> 00:05:11.834 Baxmayaraq ki, pəncərərəni açanda bütün soyuq, yağıntılı hava içəri girir, 00:05:11.834 --> 00:05:13.779 bütün sərnişinləri yazıq halına salırdı. 00:05:15.189 --> 00:05:18.122 Yəqin bütün o sərnişinlərin tək düşündükləri o idi ki, 00:05:18.122 --> 00:05:21.373 "Həyatın qanunu belədi, sürücü şüşəni təmizləmək üçün onu açmalıdı. 00:05:21.373 --> 00:05:22.766 Başqa yolu yoxdu". 00:05:23.176 --> 00:05:24.711 Amma Mary yox. 00:05:24.711 --> 00:05:26.010 O düşündü ki, 00:05:26.010 --> 00:05:29.844 "Bəs sürücü ön şüşəni içəridən təmizləyə bilsəydi necə olardı? 00:05:29.844 --> 00:05:33.122 Beləcə o da maşını təhlükəsiz idarə edə bilərdi 00:05:33.122 --> 00:05:36.063 və sərnişinlər də istidə qalardılar." 00:05:36.603 --> 00:05:39.355 Mary o vaxtdan və ordaca öz çertyoj kitabçasını götürdü 00:05:39.355 --> 00:05:43.716 və sonradan dünyanın ilk maşın ön güzgü siləni olacaq şeyi cızmağa başladı. NOTE Paragraph 00:05:44.924 --> 00:05:49.194 Məhsul dizayneri kimi mən də Mary kimi insanlardan dünyanın 00:05:49.198 --> 00:05:51.963 biz düşündüyümüz kimi yox, həqiqətdə 00:05:51.973 --> 00:05:54.047 necə olduğunu görməyi öyrənməyə çalışıram. 00:05:54.587 --> 00:05:55.534 Nə üçün? 00:05:55.534 --> 00:05:58.881 Çünki, demək olar hər kəsin gördüyü problemi həll etmək asandı. 00:05:59.894 --> 00:06:03.674 Amma heç kimin görmədiyi problemi həll etmək isə çətindi. NOTE Paragraph 00:06:04.441 --> 00:06:07.169 Bəzi adamlar düşünür ki, sən bu bacarıqla doğulursan, 00:06:07.169 --> 00:06:08.750 və ya yox, 00:06:08.750 --> 00:06:13.693 sanki Mary Anderson dünyanı daha aydın görə bilməyi irsən qəbul etmişdi. 00:06:14.883 --> 00:06:16.813 Amma məndə belə deyildi. 00:06:16.813 --> 00:06:18.456 Bunun üzərində işləməli oldum. 00:06:19.766 --> 00:06:22.395 Apple'da olduğum illərdə 00:06:22.395 --> 00:06:27.142 Steve Jobs bizi hər gün işə gəlməklə, 00:06:27.142 --> 00:06:31.056 öz məhsullarımızı müştərilərin gözü ilə görməklə sınağa çəkirdi. 00:06:31.056 --> 00:06:32.503 Xüsusilə də qorxuları, alt-üst 00:06:32.503 --> 00:06:35.689 ola biləcək gözləntiləri olan, 00:06:35.689 --> 00:06:38.830 yeni texnoloji məhsulun ehtiyaclarına birbaşa cavab verəcəyinə 00:06:38.830 --> 00:06:40.851 ümid bəsləyən müştərilər. 00:06:41.471 --> 00:06:43.705 Steve bunu daimi şagird qalmaq adlandırdı, 00:06:43.705 --> 00:06:47.687 və əmin olmaq istəyirdi ki, biz o balaca detalların üzərində fokuslanmaqla 00:06:47.687 --> 00:06:51.845 onları yeni müştərilər üçün daha sürətli, asan və problemsiz edirik. NOTE Paragraph 00:06:52.558 --> 00:06:56.805 Elə bunu iPod'un lap əvvəlki günlərindən yaxşıca xatırlayıram. 00:06:57.028 --> 00:06:58.698 90-cı illərdə, 00:06:58.698 --> 00:07:01.127 cihazlarla çox maraqlanan biri olaraq 00:07:03.107 --> 00:07:08.002 ən son cihazlar üçün cəld mağazaya qaçardım. 00:07:09.291 --> 00:07:11.353 Mağazaya getmək üçün çox vaxt sərf edərdim, 00:07:11.353 --> 00:07:14.964 cihazın pulunu verərdim, evə qayıdardım, qutusundan çıxarmağa başlayardım. 00:07:14.964 --> 00:07:18.890 Və sonra, orda başqa bir balaca etiket olardı, 00:07:18.890 --> 00:07:22.005 yazılmışdı ki, "İstifadədən öncə enerjisini doldurun" NOTE Paragraph 00:07:22.005 --> 00:07:23.553 Nə! 00:07:23.553 --> 00:07:24.558 İnana bilmirəm! 00:07:24.558 --> 00:07:26.734 Bütün bu vaxtı bu məhsulu almağa sərf elədim, 00:07:26.734 --> 00:07:28.768 indi də enerjisini doldurmalıyam. 00:07:28.768 --> 00:07:33.158 Hamının gözlədiyi bu yeni oyuncağı istifadə etmək üçün yenə gözləməliyəm. 00:07:33.158 --> 00:07:34.850 Bu dəlilikdi. NOTE Paragraph 00:07:34.850 --> 00:07:35.755 Amma bilirsiz nə? 00:07:35.755 --> 00:07:37.838 O vaxtlar demək olar hər məhsul bunu edirdi. 00:07:37.838 --> 00:07:39.613 Batareyaları içində olanda 00:07:39.613 --> 00:07:41.890 istifadədən qabaq enerjisini doldurmalı idin. 00:07:42.690 --> 00:07:45.136 Amma Steve bunun fərqinə vardı 00:07:45.136 --> 00:07:45.967 və dedi, 00:07:45.967 --> 00:07:48.565 "Bizim məhsullarımızda bunun olmasına izn verməyəciyik." 00:07:48.565 --> 00:07:50.413 Yaxşı, onda biz neylədik? 00:07:50.413 --> 00:07:53.499 Adətən, içində sərt disk olan məhsulunuz varsa, 00:07:53.499 --> 00:07:56.162 müştəri onu qutudan çıxarandan sonra sərt diskin illərlə 00:07:56.162 --> 00:07:59.311 işləyəcəyindən əmin olmaq üçün hələ zavodda ikən 00:07:59.311 --> 00:08:02.385 onu 30 dəqiqəlik çalışdırıb yoxlayırsınız. 00:08:02.385 --> 00:08:05.451 Əvəzində biz neylədik? 00:08:05.451 --> 00:08:07.541 Biz həmin məhsulu 2 saatdan çox işlətdik. 00:08:07.541 --> 00:08:09.129 Niyə? 00:08:09.129 --> 00:08:12.254 Birincisi daha yüksək keyfiyyətli məhsul düzəldə bilərdik, 00:08:12.254 --> 00:08:14.404 yoxlanılması asan olan, 00:08:14.404 --> 00:08:17.346 və alıcı üçün əla olduğundan əmin olardıq. 00:08:17.906 --> 00:08:19.159 Amma ən vacibi 00:08:19.159 --> 00:08:22.178 batareya qutudan tam enerji ilə dolu vəziyyətdə gəldi, 00:08:22.178 --> 00:08:23.124 istifadəyə hazır. 00:08:23.124 --> 00:08:26.956 Beləliklə, alıcı bütün o sevinc hissi içində məhsulu eləcə 00:08:26.956 --> 00:08:28.684 istifadə etməyə başlaya bilərdi. 00:08:28.684 --> 00:08:31.074 Bu dahiyanə idi və alındı da. 00:08:31.074 --> 00:08:32.338 İnsanlar bunu bəyəndilər. NOTE Paragraph 00:08:32.338 --> 00:08:35.445 İndi az qala aldığınız hər batareya ilə işləyən məhsul 00:08:35.445 --> 00:08:37.588 qutudan enerji ilə tam dolu vəziyyətdə gəlir, 00:08:37.588 --> 00:08:39.561 hətta sərt diski olmasa belə. 00:08:40.131 --> 00:08:44.905 Amma o zamanlar biz bu elementi gördük və onu düzəltdik, 00:08:44.905 --> 00:08:47.253 və indi isə hər kəs onu edir. 00:08:47.253 --> 00:08:49.894 Artıq "İstifadədən öncə enerji ilə doldurun" yoxdu. NOTE Paragraph 00:08:50.644 --> 00:08:52.701 Yaxşı, bəs mən niyə bunu sizə deyirəm? 00:08:52.701 --> 00:08:54.809 Bu görünməz problemi görməkdi, 00:08:54.809 --> 00:08:59.320 açıq-aşkar problemi də yox, bu önəmlidi, 00:08:59.320 --> 00:09:02.160 tək məhsul dizaynı üçün də yox, etdiyimiz hər şey üçün. 00:09:02.682 --> 00:09:06.206 Görürsünüz, bütün ətrafımızda həll edə biləcəyimiz 00:09:06.206 --> 00:09:08.462 gözəgörünməz problemlər var. 00:09:08.462 --> 00:09:12.286 Gərək birinci onları görək, onları duyaq. NOTE Paragraph 00:09:12.996 --> 00:09:14.964 Tərəddüd içindəyəm sizə nevrologiya ya 00:09:14.964 --> 00:09:17.695 psixologiya haqda tövsiyələr verimmi deyə. 00:09:17.695 --> 00:09:20.689 TED cəmiyyətində həddindən çox təcrübəli insan var ki, bu sahədə 00:09:20.689 --> 00:09:24.083 mənim bilə biləcəyimdən daha çoxunu bilərlər. 00:09:24.083 --> 00:09:26.710 Amma icazə verin sizə bildiyim bir neçə məsləhəti verim, 00:09:26.710 --> 00:09:30.383 hamımızın bilə biləcəyi, alışqanlıqlarla mübarizə aparmaq. NOTE Paragraph 00:09:30.383 --> 00:09:33.777 Birinci məsləhətim daha geniş baxmaqdı. 00:09:33.777 --> 00:09:35.889 Görürsüz, problemlə üzləşəndə, bəzən 00:09:35.889 --> 00:09:39.281 həmin problemə aparan çoxlu mərhələlər olur. 00:09:39.281 --> 00:09:42.351 Və bəzən də ondan sonra gələn çoxlu mərhələlər. 00:09:42.351 --> 00:09:45.700 Əgər bir addım geri ata bilib məsələyə daha geniş baxa bilirsinizsə, 00:09:45.700 --> 00:09:47.971 bəlkə problemdən əvvəlki o qutulardan bəzilərini 00:09:47.971 --> 00:09:48.977 dəyişə bilərsiniz. 00:09:48.977 --> 00:09:50.337 Onları birləşdirə bilərsiniz. 00:09:50.337 --> 00:09:54.092 Bəlkə onların hamısını birlikdə aradan qaldırmaqla daha yaxşı edə bilərsiniz. NOTE Paragraph 00:09:54.258 --> 00:09:56.249 Məsələn, termostatları götürək. 00:09:56.249 --> 00:09:59.627 1900-cü illərdə ilk dəfə buraxılanda onları istifadə etmək lap asan idi. 00:09:59.627 --> 00:10:01.579 Yuxarı və aşağı fırlada bilirdin bircə. 00:10:01.579 --> 00:10:03.279 İnsanlar başa düşmüşdülər. 00:10:04.019 --> 00:10:05.772 Amma 1970-ci illərdə 00:10:05.772 --> 00:10:07.846 enerji böhranı vurdu hər yanı, 00:10:07.846 --> 00:10:11.416 və alıcılar necə enerji qənaət etsinlər deyə düşünməyə başladılar. 00:10:11.416 --> 00:10:12.703 Yaxşı, nə baş verdi? 00:10:12.703 --> 00:10:15.731 Termostat dizaynerləri yeni pillə əlavə etmək qərarına gəldilər. 00:10:15.731 --> 00:10:17.581 Tək yuxarı və aşağı fırlatmaq əvəzinə 00:10:17.581 --> 00:10:19.572 indi onu proqramlaşdırmalı idin. 00:10:19.572 --> 00:10:22.790 Beləcə müəyyən vaxtda istədiyin temperatura qura bilərdin. 00:10:22.790 --> 00:10:24.586 Dahiyanə göründü. 00:10:24.586 --> 00:10:28.064 Hər termostata bu xüsusiyyəti əlavə etməyə başlamışdılar. 00:10:28.064 --> 00:10:32.340 Sonra amma belə anlaşıldı ki, heç kim enerjiyə qənaət etməmişdi. 00:10:32.340 --> 00:10:33.853 Yaxşı, bəs niyə? 00:10:33.853 --> 00:10:36.588 İnsanlar gələcəyi proqnozlaşdıra bilmədilər. 00:10:36.588 --> 00:10:40.136 Sadəcə bilmədilər ki,onların həftələri fəsili fəsilə, ili ilə 00:10:40.136 --> 00:10:41.634 necə dəyişəcək. 00:10:42.414 --> 00:10:44.745 Beləcə heç kim enerji qənaəti etmirdi, 00:10:44.745 --> 00:10:45.727 və nə baş verdi? NOTE Paragraph 00:10:45.727 --> 00:10:48.350 Termostat dizaynerləri çetryoj lövhələrinə geri göndülər 00:10:48.350 --> 00:10:50.392 və proqramlaşdırma hissəsinə fokuslandılar. 00:10:50.942 --> 00:10:53.409 Daha yaxşı istifadəçi interfeysi qurdular, 00:10:53.409 --> 00:10:55.575 daha yaxşı istifadəçi təlimatı düzəltdilər. 00:10:55.575 --> 00:11:00.305 Amma illər sonra yenə də insanlar heç bir enerji qənaəti etmirdilər, 00:11:00.305 --> 00:11:02.901 çünki gələcəyi proqnozlaşdıra bilmirdilər. 00:11:03.431 --> 00:11:04.909 Yaxşı, bəs biz neylədik? 00:11:04.909 --> 00:11:08.978 İçinə proqramlaşdırma əvəzinə mexanizmi öyrənmə alqoritmi qoyduq, 00:11:08.978 --> 00:11:11.676 nə vaxt temperaturu yuxarı və aşağı çevirməyinizi, 00:11:11.676 --> 00:11:14.270 ayağa qalxanda, ya harasa gedəndə hansısa müəyyən 00:11:14.270 --> 00:11:15.977 temperaturu bəyənməyinizi izləyən bir alqoritm. 00:11:15.977 --> 00:11:17.245 Və bilirsiz nə oldu? 00:11:17.245 --> 00:11:18.172 Alındı. 00:11:18.422 --> 00:11:21.639 İnsanlar heç bir proqramlaşdırma olmadan enerji qənaəti edirlər. NOTE Paragraph 00:11:23.239 --> 00:11:25.246 Ona görə fərqi yoxdu nə edirsiniz. 00:11:25.246 --> 00:11:28.512 Əgər bir addım geri atıb bütün qutulara yenidən baxsaz, 00:11:28.512 --> 00:11:31.533 bəlkə orda birini arada qaldırmaq üçün yol var, ya birləşdirməyə 00:11:31.533 --> 00:11:34.047 beləcə həmin prosesi daha asan edə bilərsən. 00:11:35.007 --> 00:11:38.084 Deməli belə,bu mənim birinci məsləhətimdi: daha geniş baxın. NOTE Paragraph 00:11:38.084 --> 00:11:42.065 İkinci tövsiyəmə gəldikdə, bu daha yaxından baxmaqdı. 00:11:42.065 --> 00:11:45.096 Mənim ən böyük müəllimlərimdən biri babam idi. 00:11:47.006 --> 00:11:48.907 Dünya haqqında mənə hər şeyi o öyrətdi. 00:11:49.557 --> 00:11:53.049 Mənə əşyaların necə qurulduğunu və necə təmir olunduğunu, 00:11:53.049 --> 00:11:56.771 uğurlu layihə qurmaq üçün vacib olan alətləri və metodları öyrətdi. 00:11:57.671 --> 00:12:02.008 Mənə danışdığı boltlar haqqında bir hekayəni xatırlayıram, 00:12:02.048 --> 00:12:05.678 və düzgün iş üçün düzgün boltunuzun necə olmalı olduğunu. 00:12:05.678 --> 00:12:07.617 Müxtəlif cür boltlar var: 00:12:07.617 --> 00:12:12.487 taxta boltu, metal boltu, anker boltu, beton boltu, 00:12:12.487 --> 00:12:14.232 siyahı uzanıb gedir. 00:12:15.212 --> 00:12:18.485 Bizim işimiz professionallar olmadan bütün müştərilərin 00:12:18.485 --> 00:12:22.219 özləri tərəfindən quraşdırılması asan olan məhsullar istehsal etməkdi. 00:12:22.789 --> 00:12:24.210 Onda biz neylədik? 00:12:24.720 --> 00:12:27.655 Babamın mənə danışdığı bu hekayəni xatırlayırdım, 00:12:27.655 --> 00:12:28.928 və biz düşündük ki, 00:12:28.928 --> 00:12:31.428 "Qutuya neçə dənə müxtəlif bolt qoya bilərik? 00:12:31.428 --> 00:12:34.278 İki dənəmi, üç, dörd, ya beş? 00:12:34.278 --> 00:12:36.574 Çünki müxtəlif cür divar növləri var." 00:12:36.574 --> 00:12:39.304 Ona görə bu haqda düşündük, ən uyğun hala gətirdik, 00:12:39.304 --> 00:12:43.395 və sonda üç müxtəlif boltu qutuya qoymaq qərarına gəldik. 00:12:43.845 --> 00:12:46.122 Düşündük ki, bu problemi həll edəcək. 00:12:46.122 --> 00:12:48.817 Amma sonra belə aydın oldu ki, alınmadı. NOTE Paragraph 00:12:49.527 --> 00:12:51.158 Məhsulu yükləyib göndərdik, 00:12:51.158 --> 00:12:53.548 və insanlar elə də yaxşı bəyənmirdilər. 00:12:54.128 --> 00:12:55.336 Bəs biz neylədik? 00:12:55.336 --> 00:12:57.081 Düzgün etmədiyimizi başa düşən kimi 00:12:57.081 --> 00:13:00.545 dərhal çertyoj masamıza geri döndük. 00:13:00.545 --> 00:13:04.269 Və xüsusi bir bolt dizayn etdik, özəl bir bolt, 00:13:04.269 --> 00:13:06.440 investorlarımızın xəyal qırıqlığına qarşı. 00:13:06.440 --> 00:13:09.862 Onlar "Balaca bir boltun üstündə niyə bu qədər vaxt çox sərf edirsiz?" 00:13:09.862 --> 00:13:11.861 gedin və daha çox satın" deyirdilər. 00:13:11.861 --> 00:13:15.184 Biz isə dedik ki, "Əgər bunu düzgün eləsək, daha çox satacağıq" 00:13:15.904 --> 00:13:17.594 Və elə gətirdi ki, bizdə alındı. 00:13:17.594 --> 00:13:20.888 O xüsusi balaca boltla, qutuda divara vurulması və quraşdırılması asan 00:13:20.888 --> 00:13:23.995 olan bircə bolt var idi. NOTE Paragraph 00:13:25.525 --> 00:13:31.625 Beləliklə, əgər görə bilmədiyimiz o kiçik detalların üzərinə fikrimizi cəmləsək 00:13:32.404 --> 00:13:34.228 və onlara baxıb desək ki, 00:13:34.228 --> 00:13:35.636 "Onlar vacibdilərmi, yoxsa 00:13:35.636 --> 00:13:38.436 elə həmişə etdiyimiz yoldu? Bəlkə də onlardan 00:13:38.436 --> 00:13:41.320 xilas olmağın bir yolu var" NOTE Paragraph 00:13:42.220 --> 00:13:46.839 Deməli mənim axırıncı məsləhətim balacalar kimi düşünməkdi. 00:13:48.389 --> 00:13:52.545 Hər gün 3 balaca uşağımın məndən soruşduğu maraqlı suallarla üzləşirəm. 00:13:52.545 --> 00:13:54.316 Onlar belə suallarla gəlirlər, 00:13:54.316 --> 00:13:57.224 "Nəyə görə avtomobillər yollarda uça bilmirlər?" 00:13:57.644 --> 00:14:01.420 Ya da, "Niyə mənim ayaqqabı iplərimin yapışqanlı lentləri yoxdu?" 00:14:02.490 --> 00:14:04.389 Bəzən ağıllı suallar da olur. 00:14:05.409 --> 00:14:07.947 Bir başqa gün oğlum yanıma gəldi və ondan xahiş 00:14:07.947 --> 00:14:11.123 etdim ki, "Qaçaraq poçt qutusuna get və onu yoxla". 00:14:11.123 --> 00:14:14.891 Mənə baxdı, təəccübləndi və dedi, 00:14:15.311 --> 00:14:20.225 Niyə poçt qutusu elə özü özünü yoxlayıb məktub olanda bizə demir ki?" (Gülüş) 00:14:20.225 --> 00:14:23.878 "Doğrudan da yaxşı sualdı" deyə elə qaldım. 00:14:24.878 --> 00:14:27.462 Deməli,onlar çoxlu suallar verə bilərlər 00:14:27.462 --> 00:14:32.210 və biz də arabir kəşf edirik ki, bizdə sadəcə düzgün cavablar yoxdu. 00:14:32.210 --> 00:14:38.017 Deyirik ki, "Oğul, bu elə dünyanın işlədiyi tərzdi". 00:14:38.017 --> 00:14:40.567 Bir şeyə daha çox məruz qaldıqca, 00:14:40.567 --> 00:14:42.764 daha da çox ona alışırıq. 00:14:42.764 --> 00:14:44.894 Amma uşaqlar həmin şeylərə öyrəşəcək qədər 00:14:44.894 --> 00:14:46.794 uzun müddət ətrafda olmayıblar. 00:14:46.794 --> 00:14:48.611 Və problemlərlə üzləşəndə 00:14:48.611 --> 00:14:50.834 dərhal onları həll etməyə çalışırlar, 00:14:50.834 --> 00:14:53.576 və bəzən daha yaxşı yol tapırlar, 00:14:53.576 --> 00:14:56.280 və həmin yol həqiqətən də daha yaxşı olur. NOTE Paragraph 00:14:56.280 --> 00:15:02.119 Beləliklə, bizimçün ciddiyə alacağımız məsləhətim həmişə komandanızda cavanların 00:15:02.119 --> 00:15:04.225 və ya cavan düşüncəlilərin olmasıdır. 00:15:04.225 --> 00:15:06.576 Çünki elə gənc düşüncəli adamlarınız varsa 00:15:06.576 --> 00:15:09.736 onlar otaqdakı hər kəsi gənc düşünməyə vadar edirlər. 00:15:09.736 --> 00:15:14.100 Picasso bir dəfə demişdi ki, "Hər uşaq bir rəssamdı. 00:15:15.090 --> 00:15:20.406 Problem onun böyüyəndə necə rəssam qalmasıdı". 00:15:21.785 --> 00:15:25.734 Biz hamımız dünyanı ilk dəfə görəndə daha aydın görmüşdük, 00:15:25.734 --> 00:15:28.308 həyat boyu davam edəcək vərdişlər hələ gəlməmişdən. 00:15:28.998 --> 00:15:31.341 Bizim mübarizəmiz ora geri dönməkdi, 00:15:31.341 --> 00:15:33.586 o xəyal qırıqlığını hiss etmək, 00:15:33.586 --> 00:15:35.926 o balaca detalları görmək, 00:15:35.926 --> 00:15:37.666 daha geniş görmək, 00:15:37.666 --> 00:15:39.422 daha yaxın baxmaq, 00:15:39.422 --> 00:15:41.092 və daha gənc düşünmək, 00:15:41.792 --> 00:15:43.710 beləcə öyrənən şagird kimi qala bilərik. NOTE Paragraph 00:15:44.150 --> 00:15:45.373 Asan deyil. 00:15:45.373 --> 00:15:46.908 Bu da bizdən dünyanı anladığımız 00:15:46.908 --> 00:15:50.109 ən təməl yollardan birinə qarşı mübarizə aparmağımızı tələb edir. 00:15:51.689 --> 00:15:52.732 Bacarsaq amma, 00:15:52.732 --> 00:15:55.243 xeyli heyrətamiz şeylər edə bilərik. 00:15:55.243 --> 00:15:58.310 Mənimçün, ümid edirəm ki, bu daha yaxşı məhsul dizaynı deməkdi. 00:15:58.940 --> 00:16:03.517 Sizinçün bu başqa bir şey deməkdi, güclü bir şey. NOTE Paragraph 00:16:06.105 --> 00:16:09.169 Bizim mübarizəmiz hər gün yuxudan durmaq və deməkdi, 00:16:09.169 --> 00:16:12.344 "Daha yaxşı necə yaşaya bilərəm?" 00:16:12.344 --> 00:16:17.193 Və əgər bacarsaq, bəlkə də, amma bəlkə də 00:16:17.193 --> 00:16:21.388 bu balaca axmaq etiketlərdən canımızı qurtara bilərik. NOTE Paragraph 00:16:22.248 --> 00:16:23.797 Təşəkkürlər. NOTE Paragraph 00:16:23.797 --> 00:16:26.274 (Alqış)