1 00:00:01,136 --> 00:00:04,389 1980-ci illərin məşhur "Cazmen Qardaşlar" filmində 2 00:00:04,389 --> 00:00:09,183 belə bir səhnə var ki, John Belushi ilk dəfə olaraq Dan Aykroyd'u 3 00:00:09,183 --> 00:00:11,926 ziyarət etmək üçün onun Çikaqo'dakı mənzilinə gedir. 4 00:00:12,106 --> 00:00:14,637 Bura dar, bambalaca yerdi 5 00:00:14,637 --> 00:00:17,168 və qatar relslərindən cəmi 90 santimetr aralıdı. 6 00:00:18,628 --> 00:00:20,466 John Dan'ın yatağında oturan vaxt 7 00:00:20,466 --> 00:00:22,929 otaqdakı hər şeyi cingildədəcək şəkildə 8 00:00:22,929 --> 00:00:25,153 qatar sürətlə yandan ötüb keçir. 9 00:00:25,153 --> 00:00:28,982 John soruşur, "O qatar nə qədər vaxtdan bir burdan keçir?" 10 00:00:28,982 --> 00:00:33,542 Dan cavab verir, "O qədər tez-tez ki, heç bunu hiss də etməyəcəksən". 11 00:00:33,542 --> 00:00:36,448 Və birdən divardan nəsə yerə düşür. 12 00:00:37,248 --> 00:00:39,042 Hamımız bilirik ki, o nədən danışır. 13 00:00:39,042 --> 00:00:41,883 İnsanoğlu olaraq gündəlik şeylərə 14 00:00:41,883 --> 00:00:43,080 çox sürətlə alışırıq. 15 00:00:43,600 --> 00:00:46,984 Məhsul dizayneri olaraq bu gündəlik şeyləri görmək, onları hiss etmək və 16 00:00:46,984 --> 00:00:50,521 daha da inkişaf etdirməyə çalışmaq mənim vəzifəmdi. 17 00:00:51,365 --> 00:00:54,861 Məsələn, bu meyvə dənəsini görürsüz? 18 00:00:56,211 --> 00:00:57,811 Bu balaca etiketi görürsüz? 19 00:00:59,211 --> 00:01:01,666 Mən uşaq olanda o etiket orda deyildi. 20 00:01:02,776 --> 00:01:04,694 Amma illər ötdükcə hardasa, 21 00:01:04,694 --> 00:01:07,575 kiminsə o etiketi meyvənin üstünə qoymaq fikri ağlına gəldi. 22 00:01:07,575 --> 00:01:08,292 Nə üçün? 23 00:01:08,292 --> 00:01:09,821 Beləcə ərzaq dükanındakı kassada 24 00:01:09,821 --> 00:01:11,558 ödəniş etmək bizimçün daha asan olar. 25 00:01:11,558 --> 00:01:12,651 Bu əladı, deməli 26 00:01:12,651 --> 00:01:14,706 mağazaya daha sürətlə girib çıxa bilərik. 27 00:01:14,706 --> 00:01:16,784 Amma indi yeni bir problem var. 28 00:01:17,414 --> 00:01:19,443 Evə çatanda və ac olanda 29 00:01:19,443 --> 00:01:22,874 bu yetişmiş, şirəli meyvə dənəsini görürük, 30 00:01:22,874 --> 00:01:25,719 bircə istəyirik ki, onu götürək və yeyək. 31 00:01:25,719 --> 00:01:29,455 Amma ki indi, bu balaca etiketi axtarmalıyıq. 32 00:01:30,587 --> 00:01:34,961 Və dırnaqlarımızla bunu deşməliyik, tamını, ləzzətini korlamalıyıq. 33 00:01:34,962 --> 00:01:36,601 Sonra o etiketi yumurlamaq -- 34 00:01:36,601 --> 00:01:37,636 bilirsiz nəyi deyirəm. 35 00:01:37,636 --> 00:01:39,775 Sonra da bunu barmaqlarından atmağa çalışmaq. 36 00:01:39,775 --> 00:01:43,136 (Alqış) 37 00:01:44,276 --> 00:01:45,776 Bu zarafat deyil, 38 00:01:45,776 --> 00:01:46,797 qətiyyən. 39 00:01:47,777 --> 00:01:49,672 Amma maraqlı nəsə baş verdi. 40 00:01:49,672 --> 00:01:53,213 Görürsüz ilk dəfə bunu edəndə siz də yəqin həmin şeyləri hiss etmişdiz. 41 00:01:53,213 --> 00:01:55,280 İstədiyiniz bircə meyvə dənəsini yemək idi. 42 00:01:55,280 --> 00:01:56,287 Kefiniz korlandı. 43 00:01:56,287 --> 00:01:58,021 Yeməyə girişmək istəyirdiz bircə. 44 00:01:58,541 --> 00:02:00,165 10-cu dəfə edəndə artıq 45 00:02:00,165 --> 00:02:02,641 daha az dilxor olmağa başladız 46 00:02:02,641 --> 00:02:06,071 və sadəcə olaraq başladız etiketi soymağa. 47 00:02:06,071 --> 00:02:08,480 100-cü dəfədə, ən azından mənimçün, 48 00:02:08,480 --> 00:02:09,612 bunu düşünmədən edirdim. 49 00:02:10,212 --> 00:02:13,103 Eləcə meyvə dənəsini götürdüm, 50 00:02:13,103 --> 00:02:17,215 etiketi dırnaqlarımla deşdim, barmağımdan atmağa çalışdım, 51 00:02:17,215 --> 00:02:18,771 və sonra baxdım görüm, 52 00:02:18,771 --> 00:02:22,270 "Başqa bir etiket də varmı?" 53 00:02:23,680 --> 00:02:24,974 Yaxşı, bəs nəyə görə? 54 00:02:24,974 --> 00:02:27,126 Nəyə görə gündəlik etdiyimiz şeylərə alışırıq? 55 00:02:27,126 --> 00:02:30,274 Əslində insanoğlu olaraq məhdud beyin gücümüz var. 56 00:02:30,274 --> 00:02:35,043 Və beynimiz gündəlik etdiyimiz şeyləri vərdişlər halında şifrələyir, 57 00:02:35,043 --> 00:02:38,620 beləcə də yeni şeylər öyrənmək üçün yer boşaltmış oluruq beynimizdə. 58 00:02:38,620 --> 00:02:40,662 Bu alışqanlıq adlanan prosesdi 59 00:02:40,662 --> 00:02:44,266 və bu insanlar olaraq bizim öyrəndiyimiz ən əsas yollardan biridi. 60 00:02:45,596 --> 00:02:47,446 Amma alışqanlıq da həmişə pis deyil. 61 00:02:48,975 --> 00:02:50,975 Avtomobil sürməyi öyrənməyi xatırlayırsınız? 62 00:02:51,101 --> 00:02:52,539 Mən əlbəttə xatırlayıram. 63 00:02:52,939 --> 00:02:56,227 Əllərinizlə sükanı sağ və soldan möhkəmcə sıxırsınız, 64 00:02:56,227 --> 00:02:58,445 bayırdakı hər şeyə bir-bir baxırsınız -- 65 00:02:58,445 --> 00:03:01,695 avtomobillər, işıqlar, piyadalar. 66 00:03:01,695 --> 00:03:04,006 Adamı əsəbləşdirən təcrübə idi. 67 00:03:04,936 --> 00:03:08,520 Mən hətta maşındakı heç kimlə danışa bilmirdim 68 00:03:08,520 --> 00:03:10,450 və mahnıya da qulaq asa bilmirdim. 69 00:03:10,840 --> 00:03:12,949 Amma sonra maraqlı nəsə baş verdi. 70 00:03:12,949 --> 00:03:17,119 Həftələr ötüb keçdikcə avtomobili idarə etmək daha da asan oldu. 71 00:03:18,339 --> 00:03:19,647 Öyrəşdin buna. 72 00:03:20,647 --> 00:03:22,914 Əyləncəli və qeyri-iradi olmağa başladı. 73 00:03:23,324 --> 00:03:25,531 Ondan sonra yenə dostlarınla danışa və musiqiyə 74 00:03:25,531 --> 00:03:26,490 qulaq asa bilərsən. 75 00:03:26,490 --> 00:03:29,189 Deməli beynimizin nələrəsə alışmağının müsbət səbəbi var. 76 00:03:29,189 --> 00:03:32,552 Belə olmasaydı hər kiçik detala fikir verərdik 77 00:03:32,552 --> 00:03:34,167 həmişə. 78 00:03:34,717 --> 00:03:36,295 Yorucu olardı, 79 00:03:36,295 --> 00:03:38,687 və yeni nələrsə öyrənməyə vaxtımız olmazdı. 80 00:03:40,317 --> 00:03:43,457 Amma bəzən də alışqanlıq yaxşı olmur. 81 00:03:44,477 --> 00:03:47,812 Əgər bu ətrafımızdakı problemləri görməkdən bizi saxlayırsa, 82 00:03:47,812 --> 00:03:48,843 deməli pisdi. 83 00:03:49,413 --> 00:03:52,816 Bu həmin problemləri görməkdən və onları həll etməkdən bizi saxlayırsa, 84 00:03:52,816 --> 00:03:54,933 deməli, həqiqətən də pisdi. 85 00:03:55,923 --> 00:03:57,906 Yumor ustaları bu haqda hər şeyi bilirlər. 86 00:03:57,906 --> 00:04:02,791 Jerry Seinfeld'in bütöv karyerası bu kiçik detalları görməyin üzərində qurulmuşdu, 87 00:04:02,791 --> 00:04:06,769 o səfeh şeylər ki, hər gün edirik, amma heç xatırlamırıq da. 88 00:04:08,238 --> 00:04:10,615 O bizə dostlarını ziyarət etdiyi və 89 00:04:10,615 --> 00:04:13,001 rahat bir duş almaq istədiyi vaxtdan danışır. 90 00:04:13,001 --> 00:04:16,898 Əlini uzadıb qulpu tutardı və və bir istiqamətdə yüngülcə döndərərdi, 91 00:04:16,900 --> 00:04:19,483 və 100 dərəcə çox istiyə keçərdi. 92 00:04:19,483 --> 00:04:23,415 Sonra o biri istiqamətdə döndərərdi, onda da 100 dərəcə çox soyuq. 93 00:04:23,415 --> 00:04:25,778 Rahat bir duş istəyirdi təkcə. 94 00:04:25,778 --> 00:04:27,941 Biz hamımız eyni vəziyyətdə olmuşuq, 95 00:04:27,941 --> 00:04:29,726 sadəcə xatırlamırıq. 96 00:04:29,726 --> 00:04:31,048 Amma Jerry xatırladı, 97 00:04:31,048 --> 00:04:33,062 və bu da komediya ustasının işidir. 98 00:04:33,062 --> 00:04:36,182 Amma dizaynerlər, yenilikçi sahibkarlar kimi 99 00:04:36,182 --> 00:04:38,589 bizim işimiz bu şeyləri təkcə görmək yox, 100 00:04:38,589 --> 00:04:41,525 bir addım da qabağa gedib onları düzəltməyə çalışmaqdı. 101 00:04:43,276 --> 00:04:44,842 Bunu, bu adamı görürsünüz, 102 00:04:44,842 --> 00:04:46,311 bu Mary Anderson'du. 103 00:04:46,581 --> 00:04:48,778 1902-ci ildə Nyu Yorkda idi, 104 00:04:48,778 --> 00:04:50,606 qonaq gedirdi. 105 00:04:51,016 --> 00:04:55,834 Soyuq, rütubətli, qarlı gün idi, tramvayın içində isə isti idi. 106 00:04:57,226 --> 00:05:02,323 Mary yolda gedəndə sürücünün avtomobili təhlükəsiz idarə etməsi üçün 107 00:05:02,323 --> 00:05:07,128 pəncərəni açıb artıq qarları təmizlədiyini gördü. 108 00:05:08,258 --> 00:05:11,834 Baxmayaraq ki, pəncərərəni açanda bütün soyuq, yağıntılı hava içəri girir, 109 00:05:11,834 --> 00:05:13,779 bütün sərnişinləri yazıq halına salırdı. 110 00:05:15,189 --> 00:05:18,122 Yəqin bütün o sərnişinlərin tək düşündükləri o idi ki, 111 00:05:18,122 --> 00:05:21,373 "Həyatın qanunu belədi, sürücü şüşəni təmizləmək üçün onu açmalıdı. 112 00:05:21,373 --> 00:05:22,766 Başqa yolu yoxdu". 113 00:05:23,176 --> 00:05:24,711 Amma Mary yox. 114 00:05:24,711 --> 00:05:26,010 O düşündü ki, 115 00:05:26,010 --> 00:05:29,844 "Bəs sürücü ön şüşəni içəridən təmizləyə bilsəydi necə olardı? 116 00:05:29,844 --> 00:05:33,122 Beləcə o da maşını təhlükəsiz idarə edə bilərdi 117 00:05:33,122 --> 00:05:36,063 və sərnişinlər də istidə qalardılar." 118 00:05:36,603 --> 00:05:39,355 Mary o vaxtdan və ordaca öz çertyoj kitabçasını götürdü 119 00:05:39,355 --> 00:05:43,716 və sonradan dünyanın ilk maşın ön güzgü siləni olacaq şeyi cızmağa başladı. 120 00:05:44,924 --> 00:05:49,194 Məhsul dizayneri kimi mən də Mary kimi insanlardan dünyanın 121 00:05:49,198 --> 00:05:51,963 biz düşündüyümüz kimi yox, həqiqətdə 122 00:05:51,973 --> 00:05:54,047 necə olduğunu görməyi öyrənməyə çalışıram. 123 00:05:54,587 --> 00:05:55,534 Nə üçün? 124 00:05:55,534 --> 00:05:58,881 Çünki, demək olar hər kəsin gördüyü problemi həll etmək asandı. 125 00:05:59,894 --> 00:06:03,674 Amma heç kimin görmədiyi problemi həll etmək isə çətindi. 126 00:06:04,441 --> 00:06:07,169 Bəzi adamlar düşünür ki, sən bu bacarıqla doğulursan, 127 00:06:07,169 --> 00:06:08,750 və ya yox, 128 00:06:08,750 --> 00:06:13,693 sanki Mary Anderson dünyanı daha aydın görə bilməyi irsən qəbul etmişdi. 129 00:06:14,883 --> 00:06:16,813 Amma məndə belə deyildi. 130 00:06:16,813 --> 00:06:18,456 Bunun üzərində işləməli oldum. 131 00:06:19,766 --> 00:06:22,395 Apple'da olduğum illərdə 132 00:06:22,395 --> 00:06:27,142 Steve Jobs bizi hər gün işə gəlməklə, 133 00:06:27,142 --> 00:06:31,056 öz məhsullarımızı müştərilərin gözü ilə görməklə sınağa çəkirdi. 134 00:06:31,056 --> 00:06:32,503 Xüsusilə də qorxuları, alt-üst 135 00:06:32,503 --> 00:06:35,689 ola biləcək gözləntiləri olan, 136 00:06:35,689 --> 00:06:38,830 yeni texnoloji məhsulun ehtiyaclarına birbaşa cavab verəcəyinə 137 00:06:38,830 --> 00:06:40,851 ümid bəsləyən müştərilər. 138 00:06:41,471 --> 00:06:43,705 Steve bunu daimi şagird qalmaq adlandırdı, 139 00:06:43,705 --> 00:06:47,687 və əmin olmaq istəyirdi ki, biz o balaca detalların üzərində fokuslanmaqla 140 00:06:47,687 --> 00:06:51,845 onları yeni müştərilər üçün daha sürətli, asan və problemsiz edirik. 141 00:06:52,558 --> 00:06:56,805 Elə bunu iPod'un lap əvvəlki günlərindən yaxşıca xatırlayıram. 142 00:06:57,028 --> 00:06:58,698 90-cı illərdə, 143 00:06:58,698 --> 00:07:01,127 cihazlarla çox maraqlanan biri olaraq 144 00:07:03,107 --> 00:07:08,002 ən son cihazlar üçün cəld mağazaya qaçardım. 145 00:07:09,291 --> 00:07:11,353 Mağazaya getmək üçün çox vaxt sərf edərdim, 146 00:07:11,353 --> 00:07:14,964 cihazın pulunu verərdim, evə qayıdardım, qutusundan çıxarmağa başlayardım. 147 00:07:14,964 --> 00:07:18,890 Və sonra, orda başqa bir balaca etiket olardı, 148 00:07:18,890 --> 00:07:22,005 yazılmışdı ki, "İstifadədən öncə enerjisini doldurun" 149 00:07:22,005 --> 00:07:23,553 Nə! 150 00:07:23,553 --> 00:07:24,558 İnana bilmirəm! 151 00:07:24,558 --> 00:07:26,734 Bütün bu vaxtı bu məhsulu almağa sərf elədim, 152 00:07:26,734 --> 00:07:28,768 indi də enerjisini doldurmalıyam. 153 00:07:28,768 --> 00:07:33,158 Hamının gözlədiyi bu yeni oyuncağı istifadə etmək üçün yenə gözləməliyəm. 154 00:07:33,158 --> 00:07:34,850 Bu dəlilikdi. 155 00:07:34,850 --> 00:07:35,755 Amma bilirsiz nə? 156 00:07:35,755 --> 00:07:37,838 O vaxtlar demək olar hər məhsul bunu edirdi. 157 00:07:37,838 --> 00:07:39,613 Batareyaları içində olanda 158 00:07:39,613 --> 00:07:41,890 istifadədən qabaq enerjisini doldurmalı idin. 159 00:07:42,690 --> 00:07:45,136 Amma Steve bunun fərqinə vardı 160 00:07:45,136 --> 00:07:45,967 və dedi, 161 00:07:45,967 --> 00:07:48,565 "Bizim məhsullarımızda bunun olmasına izn verməyəciyik." 162 00:07:48,565 --> 00:07:50,413 Yaxşı, onda biz neylədik? 163 00:07:50,413 --> 00:07:53,499 Adətən, içində sərt disk olan məhsulunuz varsa, 164 00:07:53,499 --> 00:07:56,162 müştəri onu qutudan çıxarandan sonra sərt diskin illərlə 165 00:07:56,162 --> 00:07:59,311 işləyəcəyindən əmin olmaq üçün hələ zavodda ikən 166 00:07:59,311 --> 00:08:02,385 onu 30 dəqiqəlik çalışdırıb yoxlayırsınız. 167 00:08:02,385 --> 00:08:05,451 Əvəzində biz neylədik? 168 00:08:05,451 --> 00:08:07,541 Biz həmin məhsulu 2 saatdan çox işlətdik. 169 00:08:07,541 --> 00:08:09,129 Niyə? 170 00:08:09,129 --> 00:08:12,254 Birincisi daha yüksək keyfiyyətli məhsul düzəldə bilərdik, 171 00:08:12,254 --> 00:08:14,404 yoxlanılması asan olan, 172 00:08:14,404 --> 00:08:17,346 və alıcı üçün əla olduğundan əmin olardıq. 173 00:08:17,906 --> 00:08:19,159 Amma ən vacibi 174 00:08:19,159 --> 00:08:22,178 batareya qutudan tam enerji ilə dolu vəziyyətdə gəldi, 175 00:08:22,178 --> 00:08:23,124 istifadəyə hazır. 176 00:08:23,124 --> 00:08:26,956 Beləliklə, alıcı bütün o sevinc hissi içində məhsulu eləcə 177 00:08:26,956 --> 00:08:28,684 istifadə etməyə başlaya bilərdi. 178 00:08:28,684 --> 00:08:31,074 Bu dahiyanə idi və alındı da. 179 00:08:31,074 --> 00:08:32,338 İnsanlar bunu bəyəndilər. 180 00:08:32,338 --> 00:08:35,445 İndi az qala aldığınız hər batareya ilə işləyən məhsul 181 00:08:35,445 --> 00:08:37,588 qutudan enerji ilə tam dolu vəziyyətdə gəlir, 182 00:08:37,588 --> 00:08:39,561 hətta sərt diski olmasa belə. 183 00:08:40,131 --> 00:08:44,905 Amma o zamanlar biz bu elementi gördük və onu düzəltdik, 184 00:08:44,905 --> 00:08:47,253 və indi isə hər kəs onu edir. 185 00:08:47,253 --> 00:08:49,894 Artıq "İstifadədən öncə enerji ilə doldurun" yoxdu. 186 00:08:50,644 --> 00:08:52,701 Yaxşı, bəs mən niyə bunu sizə deyirəm? 187 00:08:52,701 --> 00:08:54,809 Bu görünməz problemi görməkdi, 188 00:08:54,809 --> 00:08:59,320 açıq-aşkar problemi də yox, bu önəmlidi, 189 00:08:59,320 --> 00:09:02,160 tək məhsul dizaynı üçün də yox, etdiyimiz hər şey üçün. 190 00:09:02,682 --> 00:09:06,206 Görürsünüz, bütün ətrafımızda həll edə biləcəyimiz 191 00:09:06,206 --> 00:09:08,462 gözəgörünməz problemlər var. 192 00:09:08,462 --> 00:09:12,286 Gərək birinci onları görək, onları duyaq. 193 00:09:12,996 --> 00:09:14,964 Tərəddüd içindəyəm sizə nevrologiya ya 194 00:09:14,964 --> 00:09:17,695 psixologiya haqda tövsiyələr verimmi deyə. 195 00:09:17,695 --> 00:09:20,689 TED cəmiyyətində həddindən çox təcrübəli insan var ki, bu sahədə 196 00:09:20,689 --> 00:09:24,083 mənim bilə biləcəyimdən daha çoxunu bilərlər. 197 00:09:24,083 --> 00:09:26,710 Amma icazə verin sizə bildiyim bir neçə məsləhəti verim, 198 00:09:26,710 --> 00:09:30,383 hamımızın bilə biləcəyi, alışqanlıqlarla mübarizə aparmaq. 199 00:09:30,383 --> 00:09:33,777 Birinci məsləhətim daha geniş baxmaqdı. 200 00:09:33,777 --> 00:09:35,889 Görürsüz, problemlə üzləşəndə, bəzən 201 00:09:35,889 --> 00:09:39,281 həmin problemə aparan çoxlu mərhələlər olur. 202 00:09:39,281 --> 00:09:42,351 Və bəzən də ondan sonra gələn çoxlu mərhələlər. 203 00:09:42,351 --> 00:09:45,700 Əgər bir addım geri ata bilib məsələyə daha geniş baxa bilirsinizsə, 204 00:09:45,700 --> 00:09:47,971 bəlkə problemdən əvvəlki o qutulardan bəzilərini 205 00:09:47,971 --> 00:09:48,977 dəyişə bilərsiniz. 206 00:09:48,977 --> 00:09:50,337 Onları birləşdirə bilərsiniz. 207 00:09:50,337 --> 00:09:54,092 Bəlkə onların hamısını birlikdə aradan qaldırmaqla daha yaxşı edə bilərsiniz. 208 00:09:54,258 --> 00:09:56,249 Məsələn, termostatları götürək. 209 00:09:56,249 --> 00:09:59,627 1900-cü illərdə ilk dəfə buraxılanda onları istifadə etmək lap asan idi. 210 00:09:59,627 --> 00:10:01,579 Yuxarı və aşağı fırlada bilirdin bircə. 211 00:10:01,579 --> 00:10:03,279 İnsanlar başa düşmüşdülər. 212 00:10:04,019 --> 00:10:05,772 Amma 1970-ci illərdə 213 00:10:05,772 --> 00:10:07,846 enerji böhranı vurdu hər yanı, 214 00:10:07,846 --> 00:10:11,416 və alıcılar necə enerji qənaət etsinlər deyə düşünməyə başladılar. 215 00:10:11,416 --> 00:10:12,703 Yaxşı, nə baş verdi? 216 00:10:12,703 --> 00:10:15,731 Termostat dizaynerləri yeni pillə əlavə etmək qərarına gəldilər. 217 00:10:15,731 --> 00:10:17,581 Tək yuxarı və aşağı fırlatmaq əvəzinə 218 00:10:17,581 --> 00:10:19,572 indi onu proqramlaşdırmalı idin. 219 00:10:19,572 --> 00:10:22,790 Beləcə müəyyən vaxtda istədiyin temperatura qura bilərdin. 220 00:10:22,790 --> 00:10:24,586 Dahiyanə göründü. 221 00:10:24,586 --> 00:10:28,064 Hər termostata bu xüsusiyyəti əlavə etməyə başlamışdılar. 222 00:10:28,064 --> 00:10:32,340 Sonra amma belə anlaşıldı ki, heç kim enerjiyə qənaət etməmişdi. 223 00:10:32,340 --> 00:10:33,853 Yaxşı, bəs niyə? 224 00:10:33,853 --> 00:10:36,588 İnsanlar gələcəyi proqnozlaşdıra bilmədilər. 225 00:10:36,588 --> 00:10:40,136 Sadəcə bilmədilər ki,onların həftələri fəsili fəsilə, ili ilə 226 00:10:40,136 --> 00:10:41,634 necə dəyişəcək. 227 00:10:42,414 --> 00:10:44,745 Beləcə heç kim enerji qənaəti etmirdi, 228 00:10:44,745 --> 00:10:45,727 və nə baş verdi? 229 00:10:45,727 --> 00:10:48,350 Termostat dizaynerləri çetryoj lövhələrinə geri göndülər 230 00:10:48,350 --> 00:10:50,392 və proqramlaşdırma hissəsinə fokuslandılar. 231 00:10:50,942 --> 00:10:53,409 Daha yaxşı istifadəçi interfeysi qurdular, 232 00:10:53,409 --> 00:10:55,575 daha yaxşı istifadəçi təlimatı düzəltdilər. 233 00:10:55,575 --> 00:11:00,305 Amma illər sonra yenə də insanlar heç bir enerji qənaəti etmirdilər, 234 00:11:00,305 --> 00:11:02,901 çünki gələcəyi proqnozlaşdıra bilmirdilər. 235 00:11:03,431 --> 00:11:04,909 Yaxşı, bəs biz neylədik? 236 00:11:04,909 --> 00:11:08,978 İçinə proqramlaşdırma əvəzinə mexanizmi öyrənmə alqoritmi qoyduq, 237 00:11:08,978 --> 00:11:11,676 nə vaxt temperaturu yuxarı və aşağı çevirməyinizi, 238 00:11:11,676 --> 00:11:14,270 ayağa qalxanda, ya harasa gedəndə hansısa müəyyən 239 00:11:14,270 --> 00:11:15,977 temperaturu bəyənməyinizi izləyən bir alqoritm. 240 00:11:15,977 --> 00:11:17,245 Və bilirsiz nə oldu? 241 00:11:17,245 --> 00:11:18,172 Alındı. 242 00:11:18,422 --> 00:11:21,639 İnsanlar heç bir proqramlaşdırma olmadan enerji qənaəti edirlər. 243 00:11:23,239 --> 00:11:25,246 Ona görə fərqi yoxdu nə edirsiniz. 244 00:11:25,246 --> 00:11:28,512 Əgər bir addım geri atıb bütün qutulara yenidən baxsaz, 245 00:11:28,512 --> 00:11:31,533 bəlkə orda birini arada qaldırmaq üçün yol var, ya birləşdirməyə 246 00:11:31,533 --> 00:11:34,047 beləcə həmin prosesi daha asan edə bilərsən. 247 00:11:35,007 --> 00:11:38,084 Deməli belə,bu mənim birinci məsləhətimdi: daha geniş baxın. 248 00:11:38,084 --> 00:11:42,065 İkinci tövsiyəmə gəldikdə, bu daha yaxından baxmaqdı. 249 00:11:42,065 --> 00:11:45,096 Mənim ən böyük müəllimlərimdən biri babam idi. 250 00:11:47,006 --> 00:11:48,907 Dünya haqqında mənə hər şeyi o öyrətdi. 251 00:11:49,557 --> 00:11:53,049 Mənə əşyaların necə qurulduğunu və necə təmir olunduğunu, 252 00:11:53,049 --> 00:11:56,771 uğurlu layihə qurmaq üçün vacib olan alətləri və metodları öyrətdi. 253 00:11:57,671 --> 00:12:02,008 Mənə danışdığı boltlar haqqında bir hekayəni xatırlayıram, 254 00:12:02,048 --> 00:12:05,678 və düzgün iş üçün düzgün boltunuzun necə olmalı olduğunu. 255 00:12:05,678 --> 00:12:07,617 Müxtəlif cür boltlar var: 256 00:12:07,617 --> 00:12:12,487 taxta boltu, metal boltu, anker boltu, beton boltu, 257 00:12:12,487 --> 00:12:14,232 siyahı uzanıb gedir. 258 00:12:15,212 --> 00:12:18,485 Bizim işimiz professionallar olmadan bütün müştərilərin 259 00:12:18,485 --> 00:12:22,219 özləri tərəfindən quraşdırılması asan olan məhsullar istehsal etməkdi. 260 00:12:22,789 --> 00:12:24,210 Onda biz neylədik? 261 00:12:24,720 --> 00:12:27,655 Babamın mənə danışdığı bu hekayəni xatırlayırdım, 262 00:12:27,655 --> 00:12:28,928 və biz düşündük ki, 263 00:12:28,928 --> 00:12:31,428 "Qutuya neçə dənə müxtəlif bolt qoya bilərik? 264 00:12:31,428 --> 00:12:34,278 İki dənəmi, üç, dörd, ya beş? 265 00:12:34,278 --> 00:12:36,574 Çünki müxtəlif cür divar növləri var." 266 00:12:36,574 --> 00:12:39,304 Ona görə bu haqda düşündük, ən uyğun hala gətirdik, 267 00:12:39,304 --> 00:12:43,395 və sonda üç müxtəlif boltu qutuya qoymaq qərarına gəldik. 268 00:12:43,845 --> 00:12:46,122 Düşündük ki, bu problemi həll edəcək. 269 00:12:46,122 --> 00:12:48,817 Amma sonra belə aydın oldu ki, alınmadı. 270 00:12:49,527 --> 00:12:51,158 Məhsulu yükləyib göndərdik, 271 00:12:51,158 --> 00:12:53,548 və insanlar elə də yaxşı bəyənmirdilər. 272 00:12:54,128 --> 00:12:55,336 Bəs biz neylədik? 273 00:12:55,336 --> 00:12:57,081 Düzgün etmədiyimizi başa düşən kimi 274 00:12:57,081 --> 00:13:00,545 dərhal çertyoj masamıza geri döndük. 275 00:13:00,545 --> 00:13:04,269 Və xüsusi bir bolt dizayn etdik, özəl bir bolt, 276 00:13:04,269 --> 00:13:06,440 investorlarımızın xəyal qırıqlığına qarşı. 277 00:13:06,440 --> 00:13:09,862 Onlar "Balaca bir boltun üstündə niyə bu qədər vaxt çox sərf edirsiz?" 278 00:13:09,862 --> 00:13:11,861 gedin və daha çox satın" deyirdilər. 279 00:13:11,861 --> 00:13:15,184 Biz isə dedik ki, "Əgər bunu düzgün eləsək, daha çox satacağıq" 280 00:13:15,904 --> 00:13:17,594 Və elə gətirdi ki, bizdə alındı. 281 00:13:17,594 --> 00:13:20,888 O xüsusi balaca boltla, qutuda divara vurulması və quraşdırılması asan 282 00:13:20,888 --> 00:13:23,995 olan bircə bolt var idi. 283 00:13:25,525 --> 00:13:31,625 Beləliklə, əgər görə bilmədiyimiz o kiçik detalların üzərinə fikrimizi cəmləsək 284 00:13:32,404 --> 00:13:34,228 və onlara baxıb desək ki, 285 00:13:34,228 --> 00:13:35,636 "Onlar vacibdilərmi, yoxsa 286 00:13:35,636 --> 00:13:38,436 elə həmişə etdiyimiz yoldu? Bəlkə də onlardan 287 00:13:38,436 --> 00:13:41,320 xilas olmağın bir yolu var" 288 00:13:42,220 --> 00:13:46,839 Deməli mənim axırıncı məsləhətim balacalar kimi düşünməkdi. 289 00:13:48,389 --> 00:13:52,545 Hər gün 3 balaca uşağımın məndən soruşduğu maraqlı suallarla üzləşirəm. 290 00:13:52,545 --> 00:13:54,316 Onlar belə suallarla gəlirlər, 291 00:13:54,316 --> 00:13:57,224 "Nəyə görə avtomobillər yollarda uça bilmirlər?" 292 00:13:57,644 --> 00:14:01,420 Ya da, "Niyə mənim ayaqqabı iplərimin yapışqanlı lentləri yoxdu?" 293 00:14:02,490 --> 00:14:04,389 Bəzən ağıllı suallar da olur. 294 00:14:05,409 --> 00:14:07,947 Bir başqa gün oğlum yanıma gəldi və ondan xahiş 295 00:14:07,947 --> 00:14:11,123 etdim ki, "Qaçaraq poçt qutusuna get və onu yoxla". 296 00:14:11,123 --> 00:14:14,891 Mənə baxdı, təəccübləndi və dedi, 297 00:14:15,311 --> 00:14:20,225 Niyə poçt qutusu elə özü özünü yoxlayıb məktub olanda bizə demir ki?" (Gülüş) 298 00:14:20,225 --> 00:14:23,878 "Doğrudan da yaxşı sualdı" deyə elə qaldım. 299 00:14:24,878 --> 00:14:27,462 Deməli,onlar çoxlu suallar verə bilərlər 300 00:14:27,462 --> 00:14:32,210 və biz də arabir kəşf edirik ki, bizdə sadəcə düzgün cavablar yoxdu. 301 00:14:32,210 --> 00:14:38,017 Deyirik ki, "Oğul, bu elə dünyanın işlədiyi tərzdi". 302 00:14:38,017 --> 00:14:40,567 Bir şeyə daha çox məruz qaldıqca, 303 00:14:40,567 --> 00:14:42,764 daha da çox ona alışırıq. 304 00:14:42,764 --> 00:14:44,894 Amma uşaqlar həmin şeylərə öyrəşəcək qədər 305 00:14:44,894 --> 00:14:46,794 uzun müddət ətrafda olmayıblar. 306 00:14:46,794 --> 00:14:48,611 Və problemlərlə üzləşəndə 307 00:14:48,611 --> 00:14:50,834 dərhal onları həll etməyə çalışırlar, 308 00:14:50,834 --> 00:14:53,576 və bəzən daha yaxşı yol tapırlar, 309 00:14:53,576 --> 00:14:56,280 və həmin yol həqiqətən də daha yaxşı olur. 310 00:14:56,280 --> 00:15:02,119 Beləliklə, bizimçün ciddiyə alacağımız məsləhətim həmişə komandanızda cavanların 311 00:15:02,119 --> 00:15:04,225 və ya cavan düşüncəlilərin olmasıdır. 312 00:15:04,225 --> 00:15:06,576 Çünki elə gənc düşüncəli adamlarınız varsa 313 00:15:06,576 --> 00:15:09,736 onlar otaqdakı hər kəsi gənc düşünməyə vadar edirlər. 314 00:15:09,736 --> 00:15:14,100 Picasso bir dəfə demişdi ki, "Hər uşaq bir rəssamdı. 315 00:15:15,090 --> 00:15:20,406 Problem onun böyüyəndə necə rəssam qalmasıdı". 316 00:15:21,785 --> 00:15:25,734 Biz hamımız dünyanı ilk dəfə görəndə daha aydın görmüşdük, 317 00:15:25,734 --> 00:15:28,308 həyat boyu davam edəcək vərdişlər hələ gəlməmişdən. 318 00:15:28,998 --> 00:15:31,341 Bizim mübarizəmiz ora geri dönməkdi, 319 00:15:31,341 --> 00:15:33,586 o xəyal qırıqlığını hiss etmək, 320 00:15:33,586 --> 00:15:35,926 o balaca detalları görmək, 321 00:15:35,926 --> 00:15:37,666 daha geniş görmək, 322 00:15:37,666 --> 00:15:39,422 daha yaxın baxmaq, 323 00:15:39,422 --> 00:15:41,092 və daha gənc düşünmək, 324 00:15:41,792 --> 00:15:43,710 beləcə öyrənən şagird kimi qala bilərik. 325 00:15:44,150 --> 00:15:45,373 Asan deyil. 326 00:15:45,373 --> 00:15:46,908 Bu da bizdən dünyanı anladığımız 327 00:15:46,908 --> 00:15:50,109 ən təməl yollardan birinə qarşı mübarizə aparmağımızı tələb edir. 328 00:15:51,689 --> 00:15:52,732 Bacarsaq amma, 329 00:15:52,732 --> 00:15:55,243 xeyli heyrətamiz şeylər edə bilərik. 330 00:15:55,243 --> 00:15:58,310 Mənimçün, ümid edirəm ki, bu daha yaxşı məhsul dizaynı deməkdi. 331 00:15:58,940 --> 00:16:03,517 Sizinçün bu başqa bir şey deməkdi, güclü bir şey. 332 00:16:06,105 --> 00:16:09,169 Bizim mübarizəmiz hər gün yuxudan durmaq və deməkdi, 333 00:16:09,169 --> 00:16:12,344 "Daha yaxşı necə yaşaya bilərəm?" 334 00:16:12,344 --> 00:16:17,193 Və əgər bacarsaq, bəlkə də, amma bəlkə də 335 00:16:17,193 --> 00:16:21,388 bu balaca axmaq etiketlərdən canımızı qurtara bilərik. 336 00:16:22,248 --> 00:16:23,797 Təşəkkürlər. 337 00:16:23,797 --> 00:16:26,274 (Alqış)