1980-ci illərin məşhur
"Cazmen Qardaşlar" filmində
belə bir səhnə var ki, John Belushi
ilk dəfə olaraq Dan Aykroyd'u
ziyarət etmək üçün onun
Çikaqo'dakı mənzilinə gedir.
Bura dar, bambalaca yerdi
və qatar relslərindən
cəmi 90 santimetr aralıdı.
John Dan'ın yatağında oturan vaxt
otaqdakı hər şeyi cingildədəcək şəkildə
qatar sürətlə yandan ötüb keçir.
John soruşur, "O qatar nə qədər
vaxtdan bir burdan keçir?"
Dan cavab verir, "O qədər tez-tez ki,
heç bunu hiss də etməyəcəksən".
Və birdən divardan nəsə yerə düşür.
Hamımız bilirik ki, o nədən danışır.
İnsanoğlu olaraq gündəlik şeylərə
çox sürətlə alışırıq.
Məhsul dizayneri olaraq bu gündəlik
şeyləri görmək, onları hiss etmək və
daha da inkişaf etdirməyə çalışmaq
mənim vəzifəmdi.
Məsələn, bu meyvə dənəsini görürsüz?
Bu balaca etiketi görürsüz?
Mən uşaq olanda
o etiket orda deyildi.
Amma illər ötdükcə hardasa,
kiminsə o etiketi meyvənin üstünə
qoymaq fikri ağlına gəldi.
Nə üçün?
Beləcə ərzaq dükanındakı
kassada
ödəniş etmək
bizimçün daha asan olar.
Bu əladı, deməli
mağazaya daha sürətlə
girib çıxa bilərik.
Amma indi yeni bir
problem var.
Evə çatanda və ac olanda
bu yetişmiş, şirəli meyvə
dənəsini görürük,
bircə istəyirik ki,
onu götürək və yeyək.
Amma ki indi, bu balaca etiketi
axtarmalıyıq.
Və dırnaqlarımızla bunu deşməliyik,
tamını, ləzzətini korlamalıyıq.
Sonra o etiketi yumurlamaq --
bilirsiz nəyi deyirəm.
Sonra da bunu barmaqlarından
atmağa çalışmaq.
(Alqış)
Bu zarafat deyil,
qətiyyən.
Amma maraqlı nəsə baş verdi.
Görürsüz ilk dəfə bunu edəndə
siz də yəqin həmin şeyləri hiss etmişdiz.
İstədiyiniz bircə meyvə
dənəsini yemək idi.
Kefiniz korlandı.
Yeməyə girişmək istəyirdiz bircə.
10-cu dəfə edəndə artıq
daha az dilxor olmağa başladız
və sadəcə olaraq başladız
etiketi soymağa.
100-cü dəfədə,
ən azından mənimçün,
bunu
düşünmədən edirdim.
Eləcə meyvə dənəsini götürdüm,
etiketi dırnaqlarımla deşdim,
barmağımdan atmağa çalışdım,
və sonra baxdım görüm,
"Başqa bir etiket də varmı?"
Yaxşı, bəs nəyə görə?
Nəyə görə gündəlik etdiyimiz
şeylərə alışırıq?
Əslində insanoğlu olaraq
məhdud beyin gücümüz var.
Və beynimiz gündəlik etdiyimiz şeyləri
vərdişlər halında şifrələyir,
beləcə də yeni şeylər öyrənmək üçün
yer boşaltmış oluruq beynimizdə.
Bu alışqanlıq adlanan prosesdi
və bu insanlar olaraq bizim öyrəndiyimiz
ən əsas yollardan biridi.
Amma alışqanlıq da həmişə pis deyil.
Avtomobil sürməyi öyrənməyi xatırlayırsınız?
Mən əlbəttə xatırlayıram.
Əllərinizlə sükanı sağ və soldan
möhkəmcə sıxırsınız,
bayırdakı hər şeyə bir-bir baxırsınız --
avtomobillər, işıqlar, piyadalar.
Adamı əsəbləşdirən təcrübə idi.
Mən hətta maşındakı
heç kimlə danışa bilmirdim
və mahnıya da qulaq asa bilmirdim.
Amma sonra maraqlı nəsə baş verdi.
Həftələr ötüb keçdikcə
avtomobili idarə etmək daha da asan oldu.
Öyrəşdin buna.
Əyləncəli və qeyri-iradi olmağa başladı.
Ondan sonra yenə dostlarınla
danışa və musiqiyə
qulaq asa bilərsən.
Deməli beynimizin nələrəsə
alışmağının müsbət səbəbi var.
Belə olmasaydı hər kiçik
detala fikir verərdik
həmişə.
Yorucu olardı,
və yeni nələrsə öyrənməyə
vaxtımız olmazdı.
Amma bəzən də
alışqanlıq yaxşı olmur.
Əgər bu ətrafımızdakı problemləri
görməkdən bizi saxlayırsa,
deməli pisdi.
Bu həmin problemləri görməkdən
və onları həll etməkdən bizi saxlayırsa,
deməli, həqiqətən də pisdi.
Yumor ustaları bu haqda hər şeyi
bilirlər.
Jerry Seinfeld'in bütöv karyerası bu kiçik
detalları görməyin üzərində qurulmuşdu,
o səfeh şeylər ki, hər gün edirik,
amma heç xatırlamırıq da.
O bizə dostlarını ziyarət
etdiyi və
rahat bir duş almaq istədiyi
vaxtdan danışır.
Əlini uzadıb qulpu tutardı və
və bir istiqamətdə yüngülcə döndərərdi,
və 100 dərəcə çox istiyə keçərdi.
Sonra o biri istiqamətdə döndərərdi,
onda da 100 dərəcə çox soyuq.
Rahat bir duş istəyirdi təkcə.
Biz hamımız eyni vəziyyətdə
olmuşuq,
sadəcə xatırlamırıq.
Amma Jerry xatırladı,
və bu da komediya ustasının işidir.
Amma dizaynerlər, yenilikçi
sahibkarlar kimi
bizim işimiz bu şeyləri
təkcə görmək yox,
bir addım da qabağa gedib
onları düzəltməyə çalışmaqdı.
Bunu, bu adamı görürsünüz,
bu Mary Anderson'du.
1902-ci ildə Nyu Yorkda idi,
qonaq gedirdi.
Soyuq, rütubətli, qarlı gün idi,
tramvayın içində isə isti idi.
Mary yolda gedəndə sürücünün
avtomobili təhlükəsiz idarə etməsi üçün
pəncərəni açıb artıq qarları
təmizlədiyini gördü.
Baxmayaraq ki, pəncərərəni açanda
bütün soyuq, yağıntılı hava içəri girir,
bütün sərnişinləri yazıq halına salırdı.
Yəqin bütün o sərnişinlərin tək
düşündükləri o idi ki,
"Həyatın qanunu belədi, sürücü şüşəni
təmizləmək üçün onu açmalıdı.
Başqa yolu yoxdu".
Amma Mary yox.
O düşündü ki,
"Bəs sürücü ön şüşəni içəridən
təmizləyə bilsəydi necə olardı?
Beləcə o da maşını təhlükəsiz
idarə edə bilərdi
və sərnişinlər də istidə qalardılar."
Mary o vaxtdan və ordaca öz çertyoj
kitabçasını götürdü
və sonradan dünyanın ilk maşın ön
güzgü siləni olacaq şeyi cızmağa başladı.
Məhsul dizayneri kimi mən də Mary kimi
insanlardan dünyanın
biz düşündüyümüz kimi yox,
həqiqətdə
necə olduğunu
görməyi öyrənməyə çalışıram.
Nə üçün?
Çünki, demək olar hər kəsin gördüyü
problemi həll etmək asandı.
Amma heç kimin görmədiyi
problemi həll etmək isə çətindi.
Bəzi adamlar düşünür ki,
sən bu bacarıqla doğulursan,
və ya yox,
sanki Mary Anderson dünyanı daha
aydın görə bilməyi irsən qəbul etmişdi.
Amma məndə belə deyildi.
Bunun üzərində işləməli oldum.
Apple'da olduğum illərdə
Steve Jobs bizi hər gün işə gəlməklə,
öz məhsullarımızı müştərilərin
gözü ilə görməklə sınağa çəkirdi.
Xüsusilə də qorxuları, alt-üst
ola biləcək gözləntiləri olan,
yeni texnoloji məhsulun
ehtiyaclarına birbaşa cavab verəcəyinə
ümid bəsləyən müştərilər.
Steve bunu daimi şagird qalmaq
adlandırdı,
və əmin olmaq istəyirdi ki, biz
o balaca detalların üzərində fokuslanmaqla
onları yeni müştərilər üçün
daha sürətli, asan və problemsiz edirik.
Elə bunu iPod'un lap əvvəlki günlərindən
yaxşıca xatırlayıram.
90-cı illərdə,
cihazlarla çox maraqlanan biri olaraq
ən son cihazlar üçün
cəld mağazaya qaçardım.
Mağazaya getmək üçün çox vaxt sərf
edərdim,
cihazın pulunu verərdim, evə qayıdardım,
qutusundan çıxarmağa başlayardım.
Və sonra, orda başqa bir balaca
etiket olardı,
yazılmışdı ki, "İstifadədən öncə
enerjisini doldurun"
Nə!
İnana bilmirəm!
Bütün bu vaxtı bu məhsulu almağa
sərf elədim,
indi də enerjisini doldurmalıyam.
Hamının gözlədiyi bu yeni oyuncağı
istifadə etmək üçün yenə gözləməliyəm.
Bu dəlilikdi.
Amma bilirsiz nə?
O vaxtlar demək olar hər
məhsul bunu edirdi.
Batareyaları içində olanda
istifadədən qabaq enerjisini
doldurmalı idin.
Amma Steve bunun fərqinə vardı
və dedi,
"Bizim məhsullarımızda bunun olmasına
izn verməyəciyik."
Yaxşı, onda biz neylədik?
Adətən, içində sərt disk olan
məhsulunuz varsa,
müştəri onu qutudan çıxarandan sonra
sərt diskin illərlə
işləyəcəyindən əmin olmaq üçün
hələ zavodda ikən
onu 30 dəqiqəlik çalışdırıb
yoxlayırsınız.
Əvəzində biz neylədik?
Biz həmin məhsulu 2 saatdan çox
işlətdik.
Niyə?
Birincisi daha yüksək keyfiyyətli
məhsul düzəldə bilərdik,
yoxlanılması asan olan,
və alıcı üçün əla olduğundan
əmin olardıq.
Amma ən vacibi
batareya qutudan tam enerji ilə dolu
vəziyyətdə gəldi,
istifadəyə hazır.
Beləliklə, alıcı bütün o sevinc hissi
içində məhsulu eləcə
istifadə etməyə başlaya bilərdi.
Bu dahiyanə idi və alındı da.
İnsanlar bunu bəyəndilər.
İndi az qala aldığınız hər batareya
ilə işləyən məhsul
qutudan enerji ilə tam dolu
vəziyyətdə gəlir,
hətta sərt diski olmasa belə.
Amma o zamanlar biz bu elementi gördük
və onu düzəltdik,
və indi isə hər kəs onu edir.
Artıq "İstifadədən öncə enerji ilə
doldurun" yoxdu.
Yaxşı, bəs mən niyə bunu sizə deyirəm?
Bu görünməz problemi görməkdi,
açıq-aşkar problemi də yox,
bu önəmlidi,
tək məhsul dizaynı üçün də yox,
etdiyimiz hər şey üçün.
Görürsünüz, bütün ətrafımızda
həll edə biləcəyimiz
gözəgörünməz problemlər var.
Gərək birinci onları görək, onları duyaq.
Tərəddüd içindəyəm sizə nevrologiya ya
psixologiya haqda tövsiyələr
verimmi deyə.
TED cəmiyyətində həddindən çox
təcrübəli insan var ki, bu sahədə
mənim bilə biləcəyimdən daha çoxunu
bilərlər.
Amma icazə verin sizə bildiyim bir neçə
məsləhəti verim,
hamımızın bilə biləcəyi,
alışqanlıqlarla mübarizə aparmaq.
Birinci məsləhətim daha geniş baxmaqdı.
Görürsüz, problemlə üzləşəndə, bəzən
həmin problemə aparan çoxlu
mərhələlər olur.
Və bəzən də ondan sonra gələn
çoxlu mərhələlər.
Əgər bir addım geri ata bilib məsələyə
daha geniş baxa bilirsinizsə,
bəlkə problemdən əvvəlki
o qutulardan bəzilərini
dəyişə bilərsiniz.
Onları birləşdirə bilərsiniz.
Bəlkə onların hamısını birlikdə aradan
qaldırmaqla daha yaxşı edə bilərsiniz.
Məsələn, termostatları götürək.
1900-cü illərdə ilk dəfə buraxılanda
onları istifadə etmək lap asan idi.
Yuxarı və aşağı fırlada
bilirdin bircə.
İnsanlar başa düşmüşdülər.
Amma 1970-ci illərdə
enerji böhranı vurdu hər yanı,
və alıcılar necə enerji qənaət etsinlər
deyə düşünməyə başladılar.
Yaxşı, nə baş verdi?
Termostat dizaynerləri yeni pillə
əlavə etmək qərarına gəldilər.
Tək yuxarı və aşağı fırlatmaq əvəzinə
indi onu proqramlaşdırmalı idin.
Beləcə müəyyən vaxtda istədiyin
temperatura qura bilərdin.
Dahiyanə göründü.
Hər termostata bu xüsusiyyəti
əlavə etməyə başlamışdılar.
Sonra amma belə anlaşıldı ki, heç kim
enerjiyə qənaət etməmişdi.
Yaxşı, bəs niyə?
İnsanlar gələcəyi proqnozlaşdıra
bilmədilər.
Sadəcə bilmədilər ki,onların həftələri
fəsili fəsilə, ili ilə
necə dəyişəcək.
Beləcə heç kim enerji qənaəti etmirdi,
və nə baş verdi?
Termostat dizaynerləri çetryoj lövhələrinə
geri göndülər
və proqramlaşdırma hissəsinə
fokuslandılar.
Daha yaxşı istifadəçi interfeysi
qurdular,
daha yaxşı istifadəçi təlimatı
düzəltdilər.
Amma illər sonra yenə də insanlar
heç bir enerji qənaəti etmirdilər,
çünki gələcəyi proqnozlaşdıra bilmirdilər.
Yaxşı, bəs biz neylədik?
İçinə proqramlaşdırma əvəzinə mexanizmi
öyrənmə alqoritmi qoyduq,
nə vaxt temperaturu yuxarı və aşağı
çevirməyinizi,
ayağa qalxanda, ya harasa gedəndə
hansısa müəyyən
temperaturu bəyənməyinizi izləyən bir alqoritm.
Və bilirsiz nə oldu?
Alındı.
İnsanlar heç bir proqramlaşdırma olmadan
enerji qənaəti edirlər.
Ona görə fərqi yoxdu nə edirsiniz.
Əgər bir addım geri atıb bütün qutulara
yenidən baxsaz,
bəlkə orda birini arada qaldırmaq üçün yol
var, ya birləşdirməyə
beləcə həmin prosesi daha asan
edə bilərsən.
Deməli belə,bu mənim birinci məsləhətimdi:
daha geniş baxın.
İkinci tövsiyəmə gəldikdə,
bu daha yaxından baxmaqdı.
Mənim ən böyük müəllimlərimdən biri
babam idi.
Dünya haqqında mənə hər şeyi o öyrətdi.
Mənə əşyaların necə qurulduğunu və
necə təmir olunduğunu,
uğurlu layihə qurmaq üçün vacib olan
alətləri və metodları öyrətdi.
Mənə danışdığı boltlar
haqqında bir hekayəni xatırlayıram,
və düzgün iş üçün düzgün boltunuzun
necə olmalı olduğunu.
Müxtəlif cür boltlar var:
taxta boltu, metal boltu, anker boltu,
beton boltu,
siyahı uzanıb gedir.
Bizim işimiz professionallar olmadan
bütün müştərilərin
özləri tərəfindən quraşdırılması
asan olan məhsullar istehsal etməkdi.
Onda biz neylədik?
Babamın mənə danışdığı bu hekayəni
xatırlayırdım,
və biz düşündük ki,
"Qutuya neçə dənə müxtəlif bolt
qoya bilərik?
İki dənəmi, üç, dörd, ya beş?
Çünki müxtəlif cür divar növləri var."
Ona görə bu haqda düşündük,
ən uyğun hala gətirdik,
və sonda üç müxtəlif boltu qutuya qoymaq
qərarına gəldik.
Düşündük ki, bu problemi həll edəcək.
Amma sonra belə aydın oldu ki, alınmadı.
Məhsulu yükləyib göndərdik,
və insanlar elə də yaxşı
bəyənmirdilər.
Bəs biz neylədik?
Düzgün etmədiyimizi başa düşən kimi
dərhal çertyoj masamıza geri döndük.
Və xüsusi bir bolt dizayn etdik,
özəl bir bolt,
investorlarımızın xəyal qırıqlığına
qarşı.
Onlar "Balaca bir boltun üstündə
niyə bu qədər vaxt çox sərf edirsiz?"
gedin və daha çox satın" deyirdilər.
Biz isə dedik ki, "Əgər bunu düzgün eləsək,
daha çox satacağıq"
Və elə gətirdi ki, bizdə alındı.
O xüsusi balaca boltla, qutuda divara
vurulması və quraşdırılması asan
olan bircə bolt var idi.
Beləliklə, əgər görə bilmədiyimiz o kiçik
detalların üzərinə fikrimizi cəmləsək
və onlara baxıb desək ki,
"Onlar vacibdilərmi, yoxsa
elə həmişə etdiyimiz yoldu? Bəlkə də
onlardan
xilas olmağın bir yolu var"
Deməli mənim axırıncı məsləhətim
balacalar kimi düşünməkdi.
Hər gün 3 balaca uşağımın məndən soruşduğu
maraqlı suallarla üzləşirəm.
Onlar belə suallarla gəlirlər,
"Nəyə görə avtomobillər yollarda
uça bilmirlər?"
Ya da, "Niyə mənim ayaqqabı iplərimin
yapışqanlı lentləri yoxdu?"
Bəzən ağıllı suallar da olur.
Bir başqa gün oğlum yanıma gəldi və
ondan xahiş
etdim ki, "Qaçaraq poçt qutusuna get
və onu yoxla".
Mənə baxdı, təəccübləndi və dedi,
Niyə poçt qutusu elə özü özünü yoxlayıb
məktub olanda bizə demir ki?" (Gülüş)
"Doğrudan da
yaxşı sualdı" deyə elə qaldım.
Deməli,onlar çoxlu suallar verə bilərlər
və biz də arabir kəşf edirik ki, bizdə
sadəcə düzgün cavablar yoxdu.
Deyirik ki, "Oğul, bu elə dünyanın
işlədiyi tərzdi".
Bir şeyə daha çox məruz qaldıqca,
daha da çox ona alışırıq.
Amma uşaqlar həmin şeylərə öyrəşəcək
qədər
uzun müddət ətrafda olmayıblar.
Və problemlərlə üzləşəndə
dərhal onları həll etməyə çalışırlar,
və bəzən daha yaxşı yol tapırlar,
və həmin yol həqiqətən də daha yaxşı olur.
Beləliklə, bizimçün ciddiyə alacağımız
məsləhətim həmişə komandanızda cavanların
və ya cavan düşüncəlilərin olmasıdır.
Çünki elə gənc düşüncəli adamlarınız
varsa
onlar otaqdakı hər kəsi gənc düşünməyə
vadar edirlər.
Picasso bir dəfə demişdi ki,
"Hər uşaq bir rəssamdı.
Problem onun böyüyəndə necə rəssam
qalmasıdı".
Biz hamımız dünyanı ilk dəfə görəndə
daha aydın görmüşdük,
həyat boyu davam edəcək vərdişlər
hələ gəlməmişdən.
Bizim mübarizəmiz ora geri dönməkdi,
o xəyal qırıqlığını hiss etmək,
o balaca detalları görmək,
daha geniş görmək,
daha yaxın baxmaq,
və daha gənc düşünmək,
beləcə öyrənən şagird kimi
qala bilərik.
Asan deyil.
Bu da bizdən dünyanı anladığımız
ən təməl yollardan birinə qarşı
mübarizə aparmağımızı tələb edir.
Bacarsaq amma,
xeyli heyrətamiz şeylər edə bilərik.
Mənimçün, ümid edirəm ki,
bu daha yaxşı məhsul dizaynı deməkdi.
Sizinçün bu başqa bir şey deməkdi,
güclü bir şey.
Bizim mübarizəmiz hər gün yuxudan durmaq
və deməkdi,
"Daha yaxşı necə yaşaya bilərəm?"
Və əgər bacarsaq, bəlkə də, amma bəlkə də
bu balaca axmaq etiketlərdən canımızı
qurtara bilərik.
Təşəkkürlər.
(Alqış)