19 yaşlı bir canlı bombanın əslində mənə dəyərli bir dərs verə biləcəyini təsəvvür edə bilməzdim. Amma o etdi. O mənə tanımadığım biri haqda heç nə təxmin etməməli olduğumu öyrətdi. 2005-ci ilin İyulunda, bir cümə axşamı günü bombaçı və mən, bir birimizi tanımadan eyni qatara eyni anda mindik, bir birimizdən təxmini bir ayaq məsafəsində dayanaraq. Onu görməmişdim. Əslində, heç kimi görməmişdim. Metropolitendə heç kimə baxmamağı bilirsiz. Amma məncə o məni görmüşdü. Məncə əli partlatma düyməsinin üstündə gəzərkən o hamımıza baxmışdı. Mənə həmişə maraqlı gəlir: Görəsən o nə düşünürdü? Xüsusən də o son saniyələrdə. Bilirəm, bu şəxsi deyildi. O xüsusən məni, Gil Hiksi öldürməyə və ya əlil buraxmağa hazırlaşmamışdı, Yəni o məni tanımırdı. Yox. Əvəzində o mənə istənməz və yersiz bir etiket verdi. Mən düşmənə çevrilmişdim. Onun üçün mən "başqası" idim "Onlar" idim, "Biz" deyildim. "Düşmən" etiketi ona bizi insan saymamaq icazəsi verdi. Bu ona düyməni basmağa icazə verdi. Və o, seçici deyildi. Təkcə mənim vaqonumda 26 həyata son qoyuldu. Və mən az qala onlardan biri olacaqdım. Həmin an sadəcə bir nəfəs dərmək qədərdir, biz ucsuz bucaqsız bir qaranlığa atıldıq. O dərəcə ki, bu az qala əllə toxunulabilən idi. Qətranın içində sürünərək ilərləmək buna oxşar ola bilər. Biz düşmən olduğumuzu bilmirdik. Biz sadəcə bir qrup sərnişin idik, dəqiqələr öncə metropoliten etikası qaydalarına əmək edirdik: göz təması olmaz, danışmaq olmaz, və söhbət qətiyyən olmaz. Amma qaranlığın qalxışında biz əlimizi uzadırdıq. Biz bir birimizə kömək edirdik. Biz bir birimizi adımızla çağırırdıq, bir az ad yoxlaması kimi, cavab gözləyərək. "Mən Gilləm, mən burdayam. Mən həyatdayam. Yaxşı" "Mən Gilləm Burada. Həyatda. Yaxşı" Mən Alisonu tanımırdım. Amma mən onun işarələrinə bir neçə dəqiqədən bir qulaq asırdım. Mən Riçardı tanımırdım. Lakin onun həyatda qalması mənim üçün əhəmiyyətli idi. Onlarla bütün paylaşdığım sadəcə adım idi. Onlar bilmirdilər ki, mən "Dizayn Heyəti"ndə şöbə rəhbəri idim. Və budur, mənim sevimli iş çantam. O da həmin səhərdən sağ qurtuldu. Onlar bilmirdilər ki, mən tikinti və dizayn jurnalları çap elətdirmişəm. Və mənim Kraliyyət Rəsm Cəmiyyətinin üzvü olduğumu bilmirdilər. Mənim qara geyindiyimi də. Bu gün də beləyəm. Mənim o vaxtlar siqaret çəkdiyimi də. Artıq siqaret çəkmirəm. Mən ingilis arağı içir və TED Talkları izləyirdim. Təbii ki, heç vaxt bir gün burada dayanacağımın xəyalını qurmamışdım, Protez ayaqları tarazda saxlayaraq, bu çıxışı edəcəyimi də. Mən Londonda mühüm işlər görən gənc Avstraliyalı bir qadın idim. Və mən bunun üçün heç hazır deyildim. Mən həyatda qalmağa çox qərarlı idim, hətta şərfimi ayaqlarımın ucunu bağlamaq üçün işlətdim. Mən hər şeyi və hər kəsi özüm üçün söndürdmüşdüm. Özümə fokuslanmaq, özümə qulaq asmaq, və instinktlərim tərəfindən yönləndirilmək üçün. Nəfəs almağımı yavaşlatdım. Ayaqlarımı qaldırdım. Özümü dik tutdum və gözlərimi bağlamamaq üçün mübarizə apardım. Mən bir saata yaxın dayandım, bu ana qədərki bütün həyatıma göz gəzdirmək üçün bir saat. Bəlkə də mən daha çox etməli idim. Bəlkə də mən daha çox yaşamalı, daha çox görməli idim. Bəlkə də mən qaçmalı, rəqs etməli, yoqa ilə məşğul olmalı idim. Lakin mənim prioritetim və fokuslandığım sahə həmişə işim olmuşdu. Mən işləmək üçün yaşamışdım. Biznes kartımda yazılan kimliyim mənim üçün vacib idi. Lakin tuneldə bunun heç bir əhəmiyyəti yox idi. Qurtarıcılarımın birindən ilk toxunuşu hiss edənədək mən danışa bilmirdim, hətta "Gill" kimi kiçik bir sözü belə deyə bilmirdim. Mən bədənimi onlara təslim etdim. Edə biləcəyim hər şeyi etmişdim və indi onların əllərində idim. İnsanlığın nə və kim olduğunu xəstəxanaya daxil olduğum anda mənə verilən şəxsiyyət etiketimi gördüyüm anda anladım. Yazılmışdı: "Bir kimliyi bilinməyən qadın" Kimliyi bilinməyən bir qadın. Bu 4 söz mənim hədiyyəm idi. Onların mənə aydınca dedikləri həyatımın xilas olduğu idi, sırf insan olduğuma görə. Xilasedicilərin həyatımı xilas etmək üçün, bacara bildikləri qədərini xilas etmək üçün və həyatlarını riskə atmaq üçün getməyə hazır olduqları, xilas etdikləri adamın kimliyi heç bir əhəmiyyət kəsb etmirdi. Onlar üçün mənim kasıb və ya varlı olmağım, dərimin rəngi, qadın və ya kişi olmağım, və ya cinsi seçimim, kimin üçün səs verdiyim, harada təhsil aldığım, tanrıya inanıb inanmadığım heç bir əhəmiyyət kəsb etmirdi. Mənim dəyərli insan həyatımdan başqa heç nə onlar üçün vacib deyildi. Özümü canlı gördüm, mən şərtsiz sevgi və hörmətin sadəcə xilas etməyəcəyinin, həmçinin insan həyatını dəyişdirə biləcəyinin sübutu idim. Budur, mənim xilasedicilərimdən birinin gözəl şəkli, Andy və mən, keçən il çəkilib. Hadisədən 10 il sonra, Və budur biz, qol-qola. Bütün xaosun içində əlim sıx tutulmuşdu, üzüm yavaşca oxşanırdı. Mən nə hiss etdim? Mən sevildiyimi hiss etdim. Nu sevgi də məni nifrət və intiqam istəyindən qorumuşdu. Sevgi mənimlə bitən bu hiss sevgidir, deməyə cəsarət verdi. Mən sevilirdim. Mən inanıram ki, dünyaya yayılmış müsbət dəyişikliyin potensialı çox böyükdür, çünki mən nələr bacara biləcəyimizi bilirəm. Mən insanlığın parlaqlığını bilirəm. Beləliklə, bu məni bəzi böyük şeylər haqda düşünməyə və bəzi sualları nəzərdən keçirməyə vadar edir. Bizi birləşdirə biləcək şey bizi ayıra biləcək şeydən uzaq deyilmi? İnsanlar olaraq dərindən bağlanmaq üçün hər hansısa bir tragediya və ya fəlakət baş verməlidi mi? Bəs biz nə vaxt tolerantlığı artırmaq, bir birimizi tanıyanadək sadəcə bir etiket olanları razılığa gətirmək üçün dövrümüzün müdrikliyini qucaqlayacayıq? Təşəkkürlər. (Alqış)