19 yaşlı bir canlı bombanın
əslində mənə dəyərli bir
dərs verə biləcəyini
təsəvvür edə bilməzdim.
Amma o etdi.
O mənə tanımadığım biri haqda
heç nə təxmin etməməli olduğumu öyrətdi.
2005-ci ilin İyulunda,
bir cümə axşamı günü
bombaçı və mən, bir birimizi tanımadan
eyni qatara eyni anda mindik,
bir birimizdən təxmini bir ayaq
məsafəsində dayanaraq.
Onu görməmişdim.
Əslində, heç kimi görməmişdim.
Metropolitendə heç kimə
baxmamağı bilirsiz.
Amma məncə o məni görmüşdü.
Məncə əli partlatma düyməsinin
üstündə gəzərkən
o hamımıza baxmışdı.
Mənə həmişə maraqlı gəlir:
Görəsən o nə düşünürdü?
Xüsusən də o son saniyələrdə.
Bilirəm, bu şəxsi deyildi.
O xüsusən məni, Gil Hiksi öldürməyə
və ya əlil buraxmağa hazırlaşmamışdı,
Yəni o məni tanımırdı.
Yox.
Əvəzində o mənə
istənməz və yersiz bir etiket verdi.
Mən düşmənə çevrilmişdim.
Onun üçün mən "başqası" idim
"Onlar" idim, "Biz" deyildim.
"Düşmən" etiketi ona bizi
insan saymamaq icazəsi verdi.
Bu ona düyməni basmağa icazə verdi.
Və o, seçici deyildi.
Təkcə mənim vaqonumda
26 həyata son qoyuldu.
Və mən az qala onlardan biri olacaqdım.
Həmin an sadəcə bir nəfəs dərmək qədərdir,
biz ucsuz bucaqsız bir qaranlığa atıldıq.
O dərəcə ki, bu az qala
əllə toxunulabilən idi.
Qətranın içində sürünərək ilərləmək
buna oxşar ola bilər.
Biz düşmən olduğumuzu bilmirdik.
Biz sadəcə bir qrup sərnişin idik,
dəqiqələr öncə metropoliten
etikası qaydalarına əmək edirdik:
göz təması olmaz,
danışmaq olmaz,
və söhbət qətiyyən olmaz.
Amma qaranlığın qalxışında
biz əlimizi uzadırdıq.
Biz bir birimizə kömək edirdik.
Biz bir birimizi adımızla çağırırdıq,
bir az ad yoxlaması kimi,
cavab gözləyərək.
"Mən Gilləm, mən burdayam.
Mən həyatdayam.
Yaxşı"
"Mən Gilləm
Burada.
Həyatda.
Yaxşı"
Mən Alisonu tanımırdım.
Amma mən onun işarələrinə
bir neçə dəqiqədən bir qulaq asırdım.
Mən Riçardı tanımırdım.
Lakin onun həyatda qalması
mənim üçün əhəmiyyətli idi.
Onlarla bütün paylaşdığım
sadəcə adım idi.
Onlar bilmirdilər ki,
mən "Dizayn Heyəti"ndə şöbə rəhbəri idim.
Və budur, mənim sevimli iş çantam.
O da həmin səhərdən sağ qurtuldu.
Onlar bilmirdilər ki, mən tikinti
və dizayn jurnalları çap elətdirmişəm.
Və mənim Kraliyyət Rəsm Cəmiyyətinin
üzvü olduğumu bilmirdilər.
Mənim qara geyindiyimi də.
Bu gün də beləyəm.
Mənim o vaxtlar siqaret çəkdiyimi də.
Artıq siqaret çəkmirəm.
Mən ingilis arağı içir və
TED Talkları izləyirdim.
Təbii ki, heç vaxt bir gün burada
dayanacağımın xəyalını qurmamışdım,
Protez ayaqları tarazda saxlayaraq,
bu çıxışı edəcəyimi də.
Mən Londonda mühüm işlər görən
gənc Avstraliyalı bir qadın idim.
Və mən bunun üçün heç hazır deyildim.
Mən həyatda qalmağa çox qərarlı idim,
hətta şərfimi ayaqlarımın
ucunu bağlamaq üçün işlətdim.
Mən hər şeyi və hər kəsi
özüm üçün söndürdmüşdüm.
Özümə fokuslanmaq, özümə qulaq asmaq,
və instinktlərim tərəfindən
yönləndirilmək üçün.
Nəfəs almağımı yavaşlatdım.
Ayaqlarımı qaldırdım.
Özümü dik tutdum
və gözlərimi bağlamamaq üçün
mübarizə apardım.
Mən bir saata yaxın dayandım,
bu ana qədərki bütün həyatıma
göz gəzdirmək üçün bir saat.
Bəlkə də mən daha çox etməli idim.
Bəlkə də mən daha çox yaşamalı,
daha çox görməli idim.
Bəlkə də mən qaçmalı, rəqs etməli,
yoqa ilə məşğul olmalı idim.
Lakin mənim prioritetim və
fokuslandığım sahə həmişə işim olmuşdu.
Mən işləmək üçün yaşamışdım.
Biznes kartımda yazılan kimliyim
mənim üçün vacib idi.
Lakin tuneldə bunun heç bir əhəmiyyəti
yox idi.
Qurtarıcılarımın birindən
ilk toxunuşu hiss edənədək
mən danışa bilmirdim,
hətta "Gill" kimi kiçik bir sözü belə
deyə bilmirdim.
Mən bədənimi onlara təslim etdim.
Edə biləcəyim hər şeyi etmişdim
və indi onların əllərində idim.
İnsanlığın nə və kim olduğunu
xəstəxanaya daxil olduğum anda
mənə verilən
şəxsiyyət etiketimi gördüyüm anda
anladım.
Yazılmışdı:
"Bir kimliyi bilinməyən qadın"
Kimliyi bilinməyən bir qadın.
Bu 4 söz mənim hədiyyəm idi.
Onların mənə aydınca dedikləri
həyatımın xilas olduğu idi,
sırf insan olduğuma görə.
Xilasedicilərin həyatımı xilas etmək üçün,
bacara bildikləri qədərini xilas etmək üçün
və həyatlarını riskə atmaq üçün
getməyə hazır olduqları,
xilas etdikləri adamın kimliyi
heç bir əhəmiyyət kəsb etmirdi.
Onlar üçün mənim
kasıb və ya varlı olmağım,
dərimin rəngi,
qadın və ya kişi olmağım,
və ya cinsi seçimim,
kimin üçün səs verdiyim,
harada təhsil aldığım,
tanrıya inanıb inanmadığım
heç bir əhəmiyyət kəsb etmirdi.
Mənim dəyərli insan həyatımdan başqa
heç nə onlar üçün vacib deyildi.
Özümü canlı gördüm,
mən şərtsiz sevgi və hörmətin
sadəcə xilas etməyəcəyinin, həmçinin
insan həyatını dəyişdirə biləcəyinin
sübutu idim.
Budur, mənim xilasedicilərimdən
birinin gözəl şəkli, Andy və mən,
keçən il çəkilib.
Hadisədən 10 il sonra,
Və budur biz, qol-qola.
Bütün xaosun içində
əlim sıx tutulmuşdu,
üzüm yavaşca oxşanırdı.
Mən nə hiss etdim?
Mən sevildiyimi hiss etdim.
Nu sevgi də məni nifrət və
intiqam istəyindən qorumuşdu.
Sevgi mənimlə bitən bu hiss
sevgidir,
deməyə cəsarət verdi.
Mən sevilirdim.
Mən inanıram ki, dünyaya yayılmış
müsbət dəyişikliyin potensialı
çox böyükdür,
çünki mən nələr bacara
biləcəyimizi bilirəm.
Mən insanlığın parlaqlığını bilirəm.
Beləliklə, bu məni bəzi böyük şeylər
haqda düşünməyə
və bəzi sualları nəzərdən
keçirməyə vadar edir.
Bizi birləşdirə biləcək şey bizi
ayıra biləcək şeydən uzaq deyilmi?
İnsanlar olaraq dərindən bağlanmaq üçün
hər hansısa bir tragediya
və ya fəlakət baş verməlidi mi?
Bəs biz nə vaxt tolerantlığı artırmaq,
bir birimizi tanıyanadək
sadəcə bir etiket olanları
razılığa gətirmək üçün
dövrümüzün müdrikliyini qucaqlayacayıq?
Təşəkkürlər.
(Alqış)