Sabahınız xeyir! Oyaqsız? Onlar üzərində adım yazılmış nişanı götürdülər. Amma mən sizdən soruşmaq istəyirdim. Burada kimsə öz nişanının üstündə adını ərəb dilində yazıb? Kimsə yazıb? Heç kim? Yaxşı, problem yoxdur. Bir müddət əvvəl bir gün mən restoranda dostumla oturmuşdum və yemək sifariş edirdim. Mən ofisianta baxdım və dedim: "Menyunuz var? (ərəbcə)" O, sözü səhv eşitdiyini düşünərək mənə qəribə baxdı. O, dedi: "Bağışlayın? (ingiliscə)" Mən dedim: "Menyu (ərəbcə), zəhmət olmasa." O cavab verdi: "Bilmirsiz ona nə deyirlər?" "Bilirəm." O dedi: "Xeyr! Ona 'menu'(ingiliscə) və ya 'menu' (fransızca) deyilir." Fransızca tələffüzüm düzgündür? "Gəl, gəl bununla məşğul ol!" ofisiant dedi. O, mənimlə danışmaqdan iyrənirdi. O, elə bil öz-özünə deyirdi ki, "Əgər bu dünyadakı ən axırıncı qız olsaydı da, mən onun tərəfə baxmazdım!" "Menu" sözünü ərəbcə deməyin nə mənası var? Cəmi ikicə sözlə Livanlı gənc oğlan qızı geridə qalmış və cahil kimi mühakimə etdi. O, necə bu cür danışa bilərdi axı? Həmin anda mən düşünməyə başladım. Bu məni əsəbləşdirdi. Bu, adamın həqiqətən xətrinə dəyir! Məni öz ölkəmdə öz dilimdə danışdığıma görə qəbul etmirlər. Bu, başqa harada baş verə bilər? Biz bura necə düşmüşük? Amma biz burda olduqca, mənim kimi burda çox adam var ki, öz həyatlarında elə bir mərhələyə çatırlar ki, onlar sadəcə müasir və mədəni olduqlarını deyə bilmək üçün onlarla keçmişdə baş verən hər şeydən qeyri-ixtiyari olaraq əl çəkirlər. Mən bütün mədəniyyətimi, fikirlərimi, ağlımı və xatirələrimi unutmalıyam? Müharibə barədə olan uşaqlıq xatirələri bizim ən yaxşı xatirələrimiz ola bilərdi! Mən ərəb dilində öyrəndiyim hər şeyi sadəcə uyğunlaşmaq onlardan biri olmaq üçün unutmalıyam? Burada məntiq hardadı? Bütün bunlara baxmayaraq, mən onu başa düşməyə çalışdım. Mən onu onun məni mühakimə etdiyi qəddarlıqla mühakimə etmək istəmədim. Ərəb dili bu günün tələblərinə cavab vermir. O, elmin, tədqiqatın dili deyil. və ya bizim universitetlərdə alışdığımız iş yerində alışdığımız geniş tədqiqat layihəsi təqdim etmək üçün etibar etdiyimiz dil də deyil. Və o, bizim hava limanında istifadə etdiyimiz dil də deyil. Əgər belə etsəydik, onlar bizim paltarlarımızı soyundurardı. Bəs mən dilimi harda istifadə etməliyəm? Biz hamımız bu sualı verməliyik! Siz istəyirsiz ki, biz ərəb dilini istifadə edək. Harda istifadə etməliyik? Bu bir reallıqdır. Lakin bizim düşünməli olduğumuz daha vacib başqa bir reallıq var. Ərəb dili ana dilidir. Araşdırmada deyilir ki, digər dillərdə mükəmməl ola bilmək üçün öz ana dilində mükəmməl olmalısan. Ana dilində mükəmməllik digər dillərdə fikirlərini yaradıcı şəkildə ifadə edə bilmək üçün şərtdir. Necə? Cibran Xəlil Cibran ilk dəfə yazmağa başlayanda ərəb dilindən istifadə edib. Onun bütün fikirləri, təsəvvürləri və fəlsəfəsi xüsusi qoxusu olan, xüsusi səs eşidilən böyüdüyü kənddəki kiçik oğlandan qaynaqlanmışdı. Beləliklə, o ingilis dilində yazmağa başlayanda, onun kifayət qədər bazası var idi. Hətta o, ingilis dilində yazanda onun yazılarını oxuyan zaman siz həmin qoxunu hiss edirsiniz, həmin hissləri keçirdirsiniz. Siz təsəvvür edə bilirsiniz ki, ingilis dilində yazan Odur, Livan dağlarından gələn həmin oğlandır. Bu heç kimin mübahisə etməyəcəyi bir misaldır. İkincisi, tez-tez deyilir ki, əgər bir milləti öldürmək istəyirsənsə, milləti öldürməyin tək yolu, onun dilini öldürməkdir. Bu, inkişaf etmiş cəmiyyətlərin bildiyi bir reallıqdır. Almanlar, fransızlar, yaponlar, çinlilər - bu millətlər bu rellığın fərqindədir. Buna görə də onlar öz dillərini qorumağı qanuniləşdirir. Onlar bunu müqəddəsləşdirirlər. Buna görə də onlar dildən istehsalda istifadə edir, dili inkişaf etdirmək üçün çoxlu pul ödəyirlər. Biz onlardan daha çox bilirik? Yaxşı, biz inkişaf etmiş dünyadan deyilik, bu ali düşüncə hələ bizə gəlib çatmayıb və biz mədəni dünya ilə ayaqlaşmaq istəyərdik. Bir zamanlar bizim kimi olan, lakin inkişaf üçün tədqiqatlar aparıb, həmin ölkələrlə ayaqlaşan Türkiyə, Malayziya və s. kimi ölkələr pillələri çıxdıqca dillərini də özləri ilə daşıdılar, onu almaz kimi qorudular. Onlar dili özlərinə yaxın tutdular. Çünki əgər sən Türkiyədən və ya başqa bir yerdən bir məhsul alırsansa və onun üstündə türk dilində etiket yoxdursa, demək, o, yerli məhsul deyil. Siz onun yerli məhsul olmasına inanmazdınız. Onlar əvvəlki kimi alıcı olardılar. bizim əksər zamanlarda olduğumuz kimi keyfiyyətsiz alıcılar. Beləliklə, yenilik etmək və istehsal etmək üçün onlar öz dillərini qorumalı oldular. Əgər mən desəm ki, "Azadlıq, suverenlik, müstəqillik"(ərəb dilində) bu sizə nəyi xatırladacaq? Heç nəyi xatırlatmır, düzdür? Kim, necə və niyə olmasına baxmayaraq. Dil təkcə ağzımızdan sözlərin gəlib tökülməsi, söhbət üçün olan vasitə deyil. Dil bizim həyatımızdakı müəyyən mərhələləri və bizim emosiyalarımıza bağlı olan terminologiyanı nümayiş etdirir. Beləliklə də, biz "Azadlıq, suverenlik, müstəqillik" deyəndə, hər birinizin düşüncəsində xüsusi şəkillər canlanır, xüsusi tarixi dövrdə, xüsusi gündə xüsusi hisslər vardır. Dil bir, iki və ya üç söz və ya hərf birləşməsi deyil. O, bizim necə düşündüyümüzü, bir-birimizi necə gördüyümüzü, digərlərinin bizi necə gördüyünü əlaqələndirən daxili ideyadır. İntellekt nədir? Necə deyə bilərsiniz ki, bu insan başa düşür, ya yox? Beləliklə, əgər mən desəm ki, "Azadlıq, suverenlik, müstəqillik (ingiliscə)" və yaxud əgər sizin oğlunuz gəlib desə ki, "Ata, sən azadlıq (ingiliscə) dövründə yaşamısan?" Nə hiss edərsiz? Əgər problem görmürsünüzsə, yaxşı olar ki, mən çıxım gedim və boş yerə danışmayım. İdeya budur ki, bu ifadələr bizə xüsusi bir şeyi xatırladır. Mənim fransızla evli olan fransızdilli bir dostum var. Mən bir gün ondan soruşdum ki, işlər necə gedir? O, dedi: "Hər şey yaxşıdır. Lakin mən bir gün bütün gecəni onun üçün 'toqborni' sözünü tərcümə etmək üçün çalışmışam." (Gülüş) (Alqışlar) Yazıq qadın səhvən ona "toqborni" deyib və sonra da bütün gecəni sözü ona izah etməyə çalışıb. Onun əri məəttəl qalmışdı ki, "İnsan necə bu qədər qəddar ola bilər?" O, intihar etmək istəyir? "Basdır məni? (ingilis dilində)" Bu, bir neçə misaldan biridir. Biz belə düşünməyə başladıq ki, əri başa düşməyəcəyinə görə, qadın ona həmin sözü deyə bilməz. və o başa düşməməkdə haqlıdır. Onun düşüncə tərzi fərqlidir. Dostum mənə dedi: "O, mənimlə Fairuza qulaq asır və bir gecə mən onun üçün tərcümə etməyə çalışdım ki, mən Fairuzu dinlədiyim zaman hiss etdiklərimi o da hiss etsin." Yazıq qadın onun üçün bunu tərcümə etməyə çalışıb: "Mən onlardan əllərimi uzatdım və səni oğurladım." (Gülüş) Və budur, problem: "Və sən onlara məxsus olduğuna görə, mən əllərimi geri götürdüm və səni tərk etdim." (Gülüş) Bunu mənim üçün tərcümə edin. (Alqış) Biz ərəb dilini qorumaq üçün nə etmişik ? Biz bunu vətəndaş cəmiyyətinin məsələsinə çevirmişik, və ərəb dilini qorumaq üçün kampaniyaya başlamışıq. Baxmayaraq ki, bir çox insanlar mənə deyirdi: "Niyə narahat olursan? Bu başağrısını unut və özün üçün əylən." Problem yoxdur! Ərəb dilini qoruma kampaniyasının şüarı bu idi: "Mən səninlə Şərqdən danışıram, sən isə mənə Qərbdən cavab verirsən." Biz demədik ki, "Yox! Biz bunu və ya onu qəbul etmirik." Biz bu tərzi seçmədik, çünki bu yolla bizi başa düşməzdilər. Və kimsə mənimlə o tərzdə danışırsa, mən ərəb dilinə nifrət edirəm. Biz deyirik ki, (Alqış) Biz öz reallığımızı dəyişmək istəyirik və biz xəyallarımızı, arzularımızı və gündəlik həyatımızı əks etdirən tərzlə, bizim kimi geyinən və bizim kimi düşünən tərzlə qane oluruq. Beləliklə, "Mən səninlə Şərqdən danışıram, lakin sən mənə Qərbdən cavab verirsən" yerində bir şüar idi. Çox sadə, eyni zamanda, yaradıcı və inandırıcı. Bundan sonra biz torpaqda hərflər yazılmış başqa bir kampaniyaya başladıq. Siz bu nümunəni bayırda görmüsünüz, qara və sarı lent ilə əhatələnmiş hərf səhnəsi üstündə "Dilini öldürmə!" yazılıb. Niyə? Həqiqətən də, dilini öldürmə. Biz doğurdan da dilimizi öldürməməliyik. Əgər biz dilimizi öldürməli olsaydıq, biz kimliyimizi tapmalı olardıq. Biz mövcudiyyətimizi tapmalı olardıq. Biz başlanğıca geri dönməli olardıq. Bu, bizim müasir və mədəni olmaq şansımızı itirməkdən də ciddi məsələdir. Bundan sonra biz ərəb hərfləri geyinmiş oğlanların və qızların şəkillərini yaydıq. "Cool" qızların və oğlanların şəkillərini. Biz çox "cool"uq! Və kim desə ki, "Aha, sən ingiliscə söz işlətdin!" Mən deyirəm, "Yox! Mən 'cool' sözünü mənimsəmişəm." Qoyun, nə qədər inkar edirlərsə, etsinlər. Amma mənə daha gözəl bir söz verin ki, reallığı daha yaxşı ifadə etsin. Mən "internet" deməyə davam edəcəm. Mən demərəm ki, "Mən dünya hörümçək toruna gedirəm." (Gülüş) Çünki bu yaraşmır! Biz özümüzü aldatmamalıyıq. Lakin bu nöqtəyə gələnə kimi biz inanmalıyıq ki, əgər məsələ dildirsə, biz daha böyük olanlara və ya bizim üzərimizdə nüfuzu olduğunu düşünənlərə icazə verməməliyik ki, bizi idarə etsin və ya bizə özlərinin istədiklərini düşündürsünlər və hiss etdirsinlər. Yaradıcı olmaq ideyadır. Əgər biz kainata uça bilmiriksə və ya raket düzəldə bilmiriksə və s. biz yaradıcı ola bilərik. Hal-hazırda sizin hər biriniz yaradıcı bir layihəsiniz. Sizin ana dilinizdəki yaradıcılıq özü bir yoldur. Gəlin bu andan başlayaq. Gəlin roman yazaq və ya qısa bir film çəkək. Bircə roman bizi yenidən qlobal edə bilər. Bu ərəb dilini yenidən nömrə bir olmağa gətirib çıxara bilər. Demək, "heç bir çıxış yolu yoxdur" söyləmək düz deyil. Çıxış yolu var! Lakin biz bilməli və inanmalıyıq ki, çıxış yolu var və həmin çıxış yolunun bir hissəsi olmaq bizim borcumuzdur. Yekun olaraq, siz bu gün nə edə bilərsiniz? Tvitlər, kim tvitləyir? Mənim vaxtım qurtarsa da, sizdən çox xahiş edirəm istər ərəbcə, ingiliscə, fransızca yaxud da çin dilində olsun. Amma ərəb dilində yazanda rəqəmlərlə qarışıq Latın qrafikası ilə yazmayın. (Alqış) Bu, fəlakətdir! Bu, dil deyil! Siz virtual dünyaya virtual dil ilə daxil olursunuz. Belə bir yerdən geri dönərək ucalmaq asan deyil. Bu, bizim edə biləcəyimiz ilk işdir. İkincisi, bizim edə biləcəyimiz bir çox başqa şeylər də var. Biz bu gün burada bir-birimizi inandırmaq üçün toplaşmamışıq. Biz buradayıq ki, bu dili qorumağın vacibliyini diqqət mərkəzinə çatdıraq. İndi isə sizə bir sirr açım. Körpə ilk dəfə öz atasını dil vasitəsilə tanıyır. Mənim qızım doğulanda, mən ona deyəcəyəm ki, "Bu sənin atandır, əzizim. (Ərəbcə)" Mən ona ingilis dilində "This is your dad, honey." deməyəcəyəm. Və qızım Nura söz verirəm ki, supermarketdə o mənə ərəbcə "Çox sağ ol" desə Mən ona " 'Merci, Maman' söylə "deməyəcəyəm və ümid etməyəcəyəm ki, onu heç kim eşitmədi. (Alqış) Gəlin, özümüzü bu mədəni uyğunlaşdırmaqdan qurtaraq. (Alqış)