Salam. Mən sizə bu gün tərif, heyranlıq və təşəkkürdən,
onların spesifik və səmimi olmasının
vacibliyindən danışmaq istəyirəm.
Bu mövzu ilə maraqlanmağa belə başladım.
Mən böyüyərkən və təxminən bir neçə il öncəyə qədər
öz-özümə fikirləşirdim ki,
insanlara təşəkkür etmək
onları tərifləmək istəyirəm.
Onlara bu sözləri demək istəyirəm,
ancaq demirəm.
Və özümdən niyəsini soruşdum.
Özüm özümdən utandım.
Sonra mənim sualım dəyişdi:
"Bunu edən yalnız mənəmmi?"
Beləliklə, bu mövzunu araşdırmağa qərar verdim.
Xoşbəxtlikdən mən reabilitasiya qurumunda işləyirəm.
və narkomaniyaya görə həyatla ölüm arasında qalan insanlar görürəm.
Bəzən bu sadə bir səbəbdən olur, məsələn, atalarının
onlarla qürur duyduğunu heç vaxt onlara demədən vəfat etməsi əsas yaraları olur.
Sonradan bütün yaxınlarından eşidirlər ki,
atası oğlu ilə qürur duyduğunu hər kəsə desə də
bunu heç vaxt oğluna deməyib.
Çünki, o, oğlunun bunu eşitməyə ehtiyacı olduğunu bilməyib.
Sizə sualım da belədir: "Niyə də ehtiyacımız olan bir şeyi istəməyək?"
Mən 25 ildir ki ailəli olan bir bəy tanıyıram,
onun eşitmək istədiyi həyat yoldaşının
"Ailəni dolandırdığın üçün çox sağ ol."deməsidir,
ancaq bunu dilə gətirmir.
Mən bunu yaxşı bacaran bir xanım tanıyıram.
O, həftədə bir dəfə yoldaşına deyir:
"İstərdim ki, ev və uşaqlarla bağlı gördüyüm bütün işlərə görə təşəkkür edəsən."
O da cavab verir: "Ah, əlbəttə, bu əladır, çox yaxşıdır."
Tərif isə həqiqətən səmimi olmalıdır,
bunun məsuliyyətini isə bu qadın öz üzərinə götürür.
Uşaq bağçasından bəri tanıdığım rəfiqəm Aprel
uşaqlarına öz gündəlik işlərini gördükləri üçün təşəkkür edir.
O deyir: "Onlar bunu etməli olsalar belə, niyə də təşəkkür etməyim?"
Sual isə nə üçün mənim bunu etməməyimdir.
Nə üçün digər insanların da bu hissin qarşısını almalarıdır.
Niyə mən "Mən orta dərəcədə qızarmış bifşteks istəyirəm",
"Mənə 6 ölçülü ayaqqabı lazımdır" deyə bilirəm.
Amma "Məni buna görə tərifləyə bilərsiz?" demirəm.
Çünki, bununla sizə özüm barədə çox vacib məlumat verirəm.
Mən sizə nədən əmin olmadığımı deyirəm.
Harada köməyə ehtiyacımın olduğunu deyirəm.
Və mən sizinlə, yəni, öz yaxın ətrafımla,
sanki mənim düşmənimsiniz kimi davranıram.
Bu məlumatlarla nə edə biləcəyinizi düşünün.
Siz məndən uzaqlaşa bilərsiniz.
Siz bundan sui-istifadə edə bilərsiniz.
Yaxud, həqiqətən də mənim ehtiyacımı qarşılaya bilərsiniz.
Etməkdən zövq aldığım işlərdən biri- velosipedimi təmirə aparmaqdır.
Eyni velosipeddir, dükanda təkərlərin "düzləşdirilməsi" adlanan bir şey edirlər.
Orada işləyən adam deyirdi: "Bilirsiz, siz təkərləri düzləşdirəndə
velosiped əvvəlkindən çox daha yaxşı olur."
Velosipedi geri alanda,
onlar təkərlərin bütün kiçik əyriliklərini düzəltmişdilər.
Velosipedim iki il yarım əvvəl almışam, amma elə bil yeni alınıb.
Beləliklə, mənim də sizə bir tapşırığım var.
Mən sizdən öz "təkərlərinizi düzləşdirməyinizi" istəyirəm:
Eşitməyə ehtiyacınız olan sözlər barədə səmimi olun.
Nəyi eşitmək istəyirsiz? Evə, xanımınızın yanına gedin,
və ondan nəyə ehtiyacı olduğunu soruşun.
Ərinizin yanına gedin - nəyə ehtiyacı olduğunu soruşun.
Evə gedin, bu sualları verin və sonra ətrafınızdakı insanlara kömək edin.
Bu çox sadədir.
Bəs biz nə üçün bu barədə düşünməliyik?
Biz dünyada sülhdən danışırıq.
Müxtəlif mədəniyyət və dillərdə vahid dünya sülhünə necə nail ola bilərik?
Düşünürəm ki sülh ailədən, bir damın altında yaşamaqdan başlayır.
Gəlin, özümüzdən başlayaq.
Mən siz tamaşacılara yaxşı həyat yoldaşları, yaxşı analar,
dostlar, qızlar, oğullar
olduğunuz üçün təşəkkür etmək istəyirəm.
Bəlkə də bunu sizə heç vaxt heç kim deməyib,
amma siz həqiqətən də çox yaxşı iş görmüsünüz.
Və burada olduğunuz üçün, sadəcə göründüyünüz üçün
və dünyanı öz ideyalarınızla dəyişdiyiniz üçün sizə təşəkkür edirəm.
Təşəkkür edirəm.
(Alqışlar)