(Musiqi) Bu, insanlıq testidir,
sizin insan olub-olmadığınızı göstərəcək.
Zəhmət olmasa, sizə xitab edən sözlər
eşidəndə əlinizi qaldırın.
Razılaşdıq? Hə?
Onda başlayaq.
Uşaqlıq dövrünüzü keçsəniz də
fırtıqınızı yediyiniz olub?
(Gülüş)
Problem yoxdur, sirrinizi açmaram.
Olubmu ki, utandırıcı nəyisə xatırlayanda
astadan qəribə bir səs çıxarmısınız?
Olubmu ki, qəmgin yaxud məyus
görünmək üçün qəsdən
mətnin ilk hərfini kiçiklə yazmısınız?
(Gülüş)
Yaxşı.
Heç hirsli olduğunuzu göstərmək üçün
mətni nöqtə ilə sonlandırmısınız? Hə. Nöqtə!
Olubmu ki, kimsə sizə mənasız
bir şey deyəndə güləsiniz,
və günün qalanını niyə belə etdiyinizi
düşünərək keçirəsiniz?
Hə.
Check-indən sonra təyyarəyə
minənə qədər dəfələrlə uçuş biletinizi
itirdiyinizi sandığınız necə, olubmu?
Hə.
Heç şalvar geyəndə
onun bir ayağının içində
itirdiyiniz corabın qaldığını görmüsünüz?
(Gülüş)
Əla.
Kiminsə şifrəsini tapmaq üçün
hesabı bloka salana qədər cəhd eləmisiniz?
Hmm.
Nə vaxtsa hiyləgər olduğunuzu biləcəklər deyə
narahatlıq keçirmisiniz?
Bəli, qorxmayın, deyin.
Heç doğuşdan böyük istedada
sahib olduğunuzu fikirləşib,
lakin hələ üzə çıxarılmayan
qabiliyyətinizin olmasına ümid etmisiniz?
Hmm.
Olubmu ki, real həyatda
nəyisə səhv edib “geri qayıt” düyməsini
axtarmaq istəmisiniz?
Heç TED bəcinizi itirib,
sonra da üç günlük Vankuver səyahətinin
necə olacağını düşünməyə başlamısınız?
Olubmu ki, adi hesab etdiyiniz
bir şəxsin necə birdən-birə
gözəlləşdiyinə heyrətlənmisiniz?
Heç telefona baxıb dişinizi ağardaraq
mesajlaşmısınız?
Sonra da yazışdığınız şəxsə
“telefona axmaq kimi dişimi ağardıb baxıram”
mesajı yazmısınız?
Heç elə vaxt olub ki,
bir nəfərin telefonuna baxmaq istəmisiniz
və bu istəyi dayandıra bilməmisiniz?
Heç olub ki, özünüzlə danışmısınız
və qəflətən başa düşmüsünüz ki,
alçağın yekəsisiniz?
(Gülüş)
Heç olubmu ki, telefonun enerjisi
söhbətin ortasında bitib və
elə hiss eləmisiniz ki,
sanki telefon ikinizdən də bezib ayrılıb?
Heç öz aranızda nəyisə həll etməyə
çox səy göstərməyin nəticəsiz olduğunu,
çünki daha asan və ya təbii olaraq özbaşına
reallaşmalı olduğunu düşünmüsünüz?
Heç olubmu ki, çox az şeyin
özbaşına reallaşdığını başa düşmüsünüz?
Olubmu ki, pozitiv oyanmısınız
və qəflətən sizi tərk edən birinin
dözülməz həsrətinə qapılmısınız?
Olubmu ki, həyatınızda olmayan insansız
gələcəyi təsəvvür etmək
qabiliyyətinizi itirmisiniz?
Geri dönüb payızın hüznlü gülümsəməsi ilə
o hadisəyə nəzər salanda,
nə olur olsun,
gələcəyin olduğunu anlamısınız?
Təbriklər.
Testi tamamladınız.
Hamınız insansınız.
(Alqışlar)