Müəyyən təbiət qanunlarını izləyən
fiziki kəmiyyət
olan enerji ətrafımızdakı hər yerdədir.
Kainatımızda onun məhdud miqdarı var;
o nə yaradılır, nə də məhv edilir;
lakin saxlanılası müxtəlif xassə və
formullara malik olan kinetik və
potensial enerji kimi cürbəcür formalar alır.
Məsələn, 6 watt-luq LED
stolüstü lampası
saniyədə 6 Coul işıq enerjisi ötürür.
Ancaq gəlin, öz planetimizə, onun sistemlərinə
və enerji axınına nəzər yetirmək üçün geriyə-
kosmosa qayıdaq.
Yer kürəsinin fiziki
quruluşuna atmosfer,
hidrosfer,
litosfer və
biosfer daxildir.
Enerji bu sistemlər arasında dəyişilir
və enerjinin mübadiləsi zamanı müəyyən
bir hissəsi
istilik, işıq, səs, titrəmə və cərəyan
kimi formalarda itirilir.
Planetimizin enerjisi
daxili və xarici mənbələrdən yaranır;
radioaktiv izotoplardan,
geotermal enerji və Yer kürəsinin
fırlanmasından alınan enerji-
daxili enerjidir; Günəş isə hava və
iqlim kimi müəyyən sistemləri
idarə edən əsas xarici mənbədir.
Günəş işığı səthi və atmosferi dəyişkən
miqdarda qızdırır, bu da külək
meydana gətirməklə və okean
cərəyanlarına təsir etməklə konveksiyaya
səbəb olur.
İnfraqırmızı radiasiya Yerin qızmış səthindən
şüa verməklə istixana
qazları tərəfindən udulur və bundan başqa,
enerji axınına təsir edir.
Günəş, həmçinin, orqanizmlər üçün
əsas enerji mənbəyidir.
Bitki, yosun və sianobakteriyalar
karbon dioksid və sudan üzvi maddə
əmələ gətirmək üçün gün işığından istifadə edir
və biosferin qida zəncirini gücləndirir.
Biz bu qida enerjisini oksidləşmə
və tənəffüs kimi kimyəvi
reaksiyalar vasitəsilə xaric edirik.
Qida zəncirinin hər mərhələsində
müəyyən enerji, yeni yaranmış
kimyəvi tərkiblərdə saxlanılır,
lakin çox hissəsi istilik şəklində ayrılır,
sizin bədəninizin istiliyi kimi,
yemək yediyiniz vaxt ayrılır.
İndi isə, bitkilər əsas istehlakçılar
tərəfindən yeyildiyi
zaman onların ümumi enerjisinin
yalnız təxminən 10% -i sonrakı mərhələyə keçir.
Enerji qida zəncirində ancaq bir istiqamətdə-
istehsalçıdan istehlakçıya
və ayırıcılara keçə bildiyi üçün,
qida zəncirində aşağıda yeyən orqanizm
yuxarıdakından daha səmərəlidir.
Beləliklə, qidalanma istehsalçıları heyvanın
öz enerjisini əldə etdiyi ən effektiv mərhələdir,
amma həmin istehsalçılara
əsasən gün işığından gələn
aramsız enerji daxil olmasa,
Yer üzündə bizim bildiyimiz
həyat mövcud olmaz.
Təbii ki, biz - insanlar enerjimizi
təkcə yeməyə sərf etmirik.
Biz səyahət edirik, tikirik, hər cür
texnologiyanı işə salırıq.
Bütün bunları etmək üçün
təbii yanacaq kimi
qaynaqlardan istifadə edirik: məsələn,
gün işığından alıb
karbon formasında
topladığı enerjini saxlayan
kömür, neft və təbii qaz.
Enerji mənbəyində təbii yanacaqları
yandırdığımız zaman elektrik əmələ gətirmək üçün
bu ehtiyat enerjini sərf edirik.
Elektrik yaratmaq üçün alışan
təbii yanacaqlardan əmələ gələn istilik,
maqnitləri dolamaq üçün işləyən
turbinləri işə salmaqda istifadə olunur.
hansı ki, sayəsində elektronların naqildə hərəkətinə
səbəb olan, naqil sarğacından asılı olaraq
əmələ gələn maqnit sahəsi yaradır.
Müasir sivilizasiya bizim bu elektron axınını
qüvvədə saxlaya bilməyimizdən asılıdır.
Xoşbəxtlikdən, elektrik yaratmaq
üçün bərpa olunmayan təbii
yanacaqla məhdud deyilik.
Elektronlar həm də işıq zərrəcikləri ilə
birbaşa əlaqə nəticəsində cərəyan edilə bilər və bu da
günəş batareyalarının fəaliyyət göstərmə formasıdır.
Külək, su, geotermal və bioloji yanacaqlar
kimi digər bərpa olunan enerji qaynaqlarından da
elektrik yaratmaqda istifadə oluna bilər.
Enerjiyə olan qlobal tələb artmaqdadır,
lakin planetin mürəkkəb enerji infrastrukturuna
keçid üçün enerji mənbələri məhduddur.
İnkişaf və sənayeləşmənin sürəti
ilə yanaşı əhali də artdıqca enerji ilə bağlı
qərarlarımız getdikcə daha mühüm olur.
Enerji əldə etmək
sağlamlıq, təhsil, siyasi güc və sosial-iqtisadi
statusa təsir edir.
Əgər biz enerjinin səmərəliliyini artıra bilsək,
təbii resurslarımızdan daha məsuliyyətli
istifadə edə bilər və
hər kəs üçün həyat keyfiyyətini artıra bilərik.