"Hələ" sözünün gücü haqqında danışım. Eşitdiyimə görə Çikaqo koleclərinin birini bitirmək üçün tələbələr müəyyən sayda fənlərdən imtahan verirlər və imtahanı keçə bilməyəndə, "Hələ yox" qiyməti alırlar. Bunun əla fikir olduğunu düşündüm. Çünki imtahandan kəsiləndə yararsız və heç nə olduğumuzu düşünürük. "Hələ yox" qiyməti alanda isə öyrənmək yolunda olduğumuzu başa düşürük. Bu da bizə gələcəyə doğru bir yol açır. "Hələ yox" kəlməsi karyeramın əvvəlində, vacib bir dövrdə mənə təkan verdi və mənim üçün dönüş nöqtəsi oldu. Uşaqların problem və çətinliklərin öhdəsindən necə gələcəklərini görmək istəyirdim, buna görə də 10 yaşlı uşaqlara onların həlli üçün bir az çətin bir tapşırıq verdim. Bəziləri inanılmaz müsbət reaksiya göstərdi. "Çətinlikləri xoşlayıram" və "Bunun öyrədici olacağına ümid edirəm" dedilər. Onlar bacarıqlarının inkişaf edəcəyini dərk edirdilər. Çünki onlar "inkişaf zehni" adlandırdığım yanaşmaya malik idilər. Digər şagirdlər isə bunu bir faciə və fəlakət kimi qəbul etdilər. Daha sabit baxışa malik olduqlara görə zehnləri tapşırığa tabe olmuş və onlar uğur qazana bilməmişdilər. "Hələ" sözünün gücündən həzz almaq əvəzinə "indi"nin zülmündən əziyyət çəkirdilər. Bəs onlar sonra neylədilər? Nə etdiklərini sizə danışım. Bir tapşırıqda, kəsiləcəkləri halda daha çox oxumaq əvəzinə gələn dəfə yəqin ki, köçürəcəklərini demişdilər. Digər bir tapşırıqda isə kəsiləndən sonra onlara nisbətən daha pis nəticə göstərmiş birinə baxıb özlərini daha yaxşı hiss etmişdilər və bütün tapşırıqlar boyu çətinliklərdən qaçmışdılar. Alimlər tələbələrin səhvlərlə qarşılaşdığı zaman beyinlərində yaranan elektik fəaliyyətini ölçüblər. Solda "sabit" zehnə malik tələbələri görürsüz. Beyinləri çox passivdir. Onlar səhvlərdən qaçırlar. Səhvlərə baş qoşmaq istəmirlər. Sağdakı isə "infişaf edən" zehnə malik olub, bacarıqlarının inkişafına inanan tələbələrdir. Onlar daha dərindən məşğul olurlar. Beyinlər "hələ" sözü ilə yaşayır, işə ürəklərini verirlər. Səhvlərin üzərində işləyirlər, səhvlərdən dərs alıb onları düzəldirlər. Uşaqlarımızı necə böyüdürük? Onları "hələ" yerinə "indi" üçünmü böyüdürük? Əla qiymətlərə can atmaları üçünmü böyüdürük? Böyük xəyallar qurmağı bacarmayan uşaqlarmı yetişdiririk? Ən böyük hədəfləri bir sonrakı A qiyməti və ya sınaq nəticəsidirmi? Və onlar bu daimi qiymətləndirilmə ehtiyaclarını gələcəkdə də davam etdirəcəklərmi? Bəlkə də hə. Çünki iş sahibləri və şirkət işçiləri artıq mükafatlandırılmadan bir gün də belə işləmək istəməyən gənc nəslin yetişdiyini deyir. Yaxşı, bəs nə edə bilərik? "Hələ" sözünə necə özümüzə yaxınlaşdıra bilərik? Bir neçəyolunu deyim. İlk növbədə, bilik və istedaddan başqa da qiymətləndirmə keyfiyyətləri tapmalıyıq. Köhnə üsul özünü doğrultmur. Artıq belə etməyin. Uşaqların gördüyü işi qiymətləndirin; onların səylərini, strategiyalarını, diqqətlərini, əzm və irəliləyişlərini. Təriflənən proses davamlı və möhkəm uşaqlar yetişdirir. "Hələ" sözünü işlətməyin digər yollar da var. Bu yaxınlarda Vaşinqton Universitetindən onlayn oyun developerləri ilə birləşərək "hələ" sözünü mükafatlandıran yeni riyazi oyun yaratdıq. Bu oyunda şagirdlər səy, strategiya və proqreslərinə görə mükafatlanırlar. Adi riyazi oyunlar düzgün cavabı verən kimi mükafatlandırırlar, bu oyun isə prosesi mükafatlandırır. Və onlar daha çox səy, daha güclü strategiya uzun müddət ərzində daha çox məşğuliyyət və çox çətin problemləri həll edərkən daha çox əzm göstərdilər. İşlətdiyimiz sadəcə "hələ" yaxud "hələ yox" sözləri uşaqlara daha çox əminlik, daha artıq əzmkarlıq yaradan gələcəyə yol açır. Və bununla şagirdlərin zehnini dəyişə bilərik. Araşdırmaların birində biz uşaqlara hər dəfə öz komfort zonalarından çıxanda yeni və çətin nəsə öyrənmələri, neyronların beyinlərində yeni, daha möhkəm bağlar yaratdıqlarını və onların daha ağıllı olmalarını öyrətdik. Görün bu tapşırıqlarda nə baş verdi: "inkişaf" zehni barədə bilməyən şagirdlər məktəbin bu çətin keçid dövründə aşağı nəticələr göstərməyə davam etdilər, amma bu barədə bilən uşaqlar qiymətlərində kəskin artım göstərdilər. Bu müsbət inkişafı biz minlərlə uşaqlarda xüsusən də əziyyət çəkən şagirdlərdə müşahidə etmişik. İndi isə bir az bərabərlik barədə də danışaq. Ölkəmizdə, bir qrup şagirdlər xroniki olaraq zəif nəticələr göstərirlər, bu misalçun, kasıb küçələrdə və ya hindu tayfalarında yaşayan uşaqlardır. Uzun müddətdir zəif nəticə göstərdiklərindən, bir çoxları bunun qarşısıalınmaz sayır. Amma müəllimlər sinifdə "hələ"yə arxalanan "artma" zehni yaradanda bərabərlik yaranır. Bir neçə misal gətirim. Nyu Yorkun, Harlem ərazisində bir bağça bir ildə Milli Nailiyyət testi zamanı 95-cu yeri tutdular. Uşaqların bir çoxu məktəbə gələrkən heç qələmi əllərində tuta bilmirdilər. Bir ildə, Cənubi Bronksun 4-cü sinif şagirdləri ştatın riyaziyyat testi üzrə Nyu Yorkun dördüncü sinifləri arasında birinci yer tutdular. Bir ildən il yarıma qədər hindu şagirləri bölgələrinin məktəblərində ərazinin ən aşağısından yuxarıya yüksəlmişdilər və o əraziyə Sietllin varlı bölgələri da daxil idi. Beləliklə, hindu uşaqları Microsoft uşaqlarını ötmüşdülər. Bu, səy və çətinliyin mənasının dəyişilməsi nəticəsində baş vermişdi. Bundan öncə, səy və çətinlik onların savadsız və təslim olmuş kimi hiss etmələrinə səbəb olurdu. İndisə, səy və çətinlik neyronlarının yeni və daha möhkəm bağlar yaratmalarına gətirib çıxarırdı. Məhz bu zaman onlar daha ağıllı olurlar. Bu yaxınlarda 13 yaşında oğlan uşağından bir məktub aldım. O yazırdı: "Əziz prof. Dvek, yazılarınızın əsaslı elmi tədqiqatlara arxalandığını dəyərləndirərək, onları tətbiq etməyə qərar verdim. Dərslərimdə, ailəm və məktəbdəki uşaqlarla münasibətlərimdə daha çox səy göstərməyə başladım və bütün bu sahələrdə çox böyük irəliləyiş qazandım. Mən indi başa düşürəm ki, ömrümün çox hissəsini boşuna sərf etmişəm". Gəlin daha çox həyat boşuna sərf etməyək. Bacarıqların bu tərzdə artmasına qadir olduğunu artıq öyrəndiyimiz üçün, uşaqların, bütün uşaqların o artımı yaradacaq yerlərdə, "hələ" kəlməsilə dolu yerlərdə yaşamalarını əsas insan hüququna çevirək. Təşəkkür edirəm. (Alqış)